M.Əsədullazadə: Çin özünü daha güclü göstərir
Siyasət 15 May 2026, 10:12
1508
ABŞ Prezidenti Donald Trampın Çinə iki günlük səfəri və aparılan danışıqlar ümumilikdə müsbət istiqamətdə davam edir. Tərəflər arasında əsas fikir ayrılığı isə Tayvan məsələsində qalır. ABŞ-ın Tayvanla bağlı Çinə ciddi güzəştlərə gedəcəyi gözlənilmir. Çin sədri Si Sinpinqin Tayvan məsələsində Donald Trampa açıq etiraz və xəbərdarlıq etməsi regionda yeni eskalasiya ehtimalını artırır.
Citypost.az xəbər verir ki, bu fikirləri Milli Cəbhə Partiyası sədrinin müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə sosial şəbəkə hesabında paylaşdığı açıqlamada bildirib.
O qeyd edib ki, Çin Tayvana qarşı dəniz blokadası tətbiq edə bilər. Bununla yanaşı, Vaşinqton və Pekin əsasən iqtisadi və ticarət əlaqələrinin inkişafı istiqamətində mühüm razılaşmalar əldə etməyə çalışırlar.
Ekspertin sözlərinə görə, İran məsələsində Çin Hörmüz boğazı ilə bağlı ABŞ-ın mövqeyinə yaxın yanaşma nümayiş etdirir və tərəflər boğazda əvvəlki statusun bərpası məsələsində oxşar mövqedən çıxış edirlər.
M.Əsədullazadə bildirib ki, iqtisadi və ticarət sahəsində müəyyən razılaşmalar əldə olunsa da, İran və Rusiya–Ukrayna müharibəsi ilə bağlı ABŞ və Çin arasında ciddi fikir ayrılıqları qalmaqdadır.
Siyasi ekspert hesab edir ki, Donald Trampın İran məsələsində zəif mövqedə olduğu bir vaxtda Çinə səfəri birmənalı qarşılanmır:“Məhz bu səbəbdən Çin rəhbərliyi Tayvan məsələsində Vaşinqtona açıq xəbərdarlıq mesajı verdi”.
Həmçinin oxuyun
Onun fikrincə, əgər Donald Tramp İran üzərində tam siyasi üstünlük əldə etdikdən sonra Çinə səfər etsəydi, proseslərin fərqli istiqamətdə inkişaf etməsi mümkün ola bilərdi.
M.Əsədullazadə vurğulayıb ki, hazırkı vəziyyətdə Çin ABŞ qarşısında özünü daha güclü tərəf kimi təqdim etməyə çalışır və danışıqların gedişi də bunu göstərir.
Ekspert əlavə edib ki, ABŞ-ın İran məsələsində Çindən dəstək istəməsi Pekinin geosiyasi mövqeyini daha da gücləndirə bilər:“ABŞ və Çin arasında İran üzərindən aparılan geosiyasi rəqabət fonunda Pekinin təsir imkanlarının artdığı müşahidə olunur”.
Əli
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Qulu Məhərrəmli: Rusiyada hərbi təzyiq güclənir
Professor Qulu Məhərrəmli Ukrayna-Rusiya cəbhəsində son günlər müşahidə olunan hərbi gərginliklə bağlı paylaşım edibCitypost.az xəbər verir ki, professor bildirib ki, Ukrayna ordusu son 3–4 gündə əməliyyatların gedişində ciddi dönüş yaradaraq Rusiyaya qarşı aktiv hücumlar həyata keçirir. Onun sözlərinə görə, Krımın faktiki olaraq Rusiya ilə əlaqələrinin zəifləməsi müşahidə olunur.Qulu Məhərrəmli qeyd edib ki, Ukrayna tərəfindən istifadə olunan “Flaminqo” raketləri və dronlar vasitəsilə Sankt-Peterburqdan Moskva və Tatarıstana qədər müxtəlif bölgələr hədəfə alınır, xüsusilə enerji infrastrukturuna ciddi zərbələr endirilir.Professorun sözlərinə görə, hazırda Rusiyanın bir sıra şəhərlərində gün ərzində bir neçə dəfə hava həyəcanı siqnalları verilir, həmçinin yol və nəqliyyat məhdudiyyətləri səbəbindən Krım və...
15 İyun 2026, 09:49
Ceyhun Məmmədov: Uğurların başlanğıcı 15 İyun
Milli Məclisin deputatı Ceyhun Məmmədov 15 İyun – Milli Qurtuluş Günü münasibətilə paylaşım edibCitypost.az xəbər verir ki, deputat bildirib ki, Milli Qurtuluş Günü Azərbaycan xalqının taleyində mühüm dönüş nöqtəsi və dövlətçilik tariximizin ən əlamətdar səhifələrindən biridir.Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışı ölkəni parçalanma və xaos təhlükəsindən xilas edib, müstəqil Azərbaycanın inkişaf yolunun əsasını qoyub.Ceyhun Məmmədov qeyd edib ki, bu gün milli birliyin və dövlətçiliyin möhkəmlənməsinin rəmzi kimi tarixə düşüb və əldə olunan uğurların təməlində həmin dövrdə atılan uzaqgörən addımlar dayanır.Deputat əlavə edib ki, Ulu Öndərin müəyyən etdiyi inkişaf strategiyası bu gün...
15 İyun 2026, 09:45
Ədalət Verdiyev: Saziş İranı çətin vəziyyətə sala bilər
Hərbi ekspert Ədalət Verdiyev İsrailin Livana endirdiyi zərbələrdə mümkün fasilə və ABŞ ilə İran arasında İsveçrədə gözlənilən sazişlə bağlı açıqlama verib.Citypost.az xəbər verir ki, onun sözlərinə görə, İsrailin Livana hərbi əməliyyatları müvəqqəti dayandıracağı təqdirdə, iyunun 19-da İsveçrədə ABŞ və İran arasında çərçivə sazişinin imzalanması ehtimalı yaranır. Bildirilir ki, nəzərdə tutulan sənəd əsasən çərçivə xarakteri daşıyacaq və yaxın iki ay ərzində icra planının hazırlanmasını əhatə edəcək.Ədalət Verdiyev qeyd edib ki, sazişin bütün bəndləri ictimaiyyətə tam şəkildə açıqlanacağı halda, İran cəmiyyətində ciddi narazılıqlar yarana bilər. Onun fikrincə, bu, müharibə dövründə itkilərin və daxili siyasi-hərbi proseslərin fonunda ölkə daxilində məyusluğa səbəb ola bilər.Ekspert...
15 İyun 2026, 09:43
Azər Qismət o tarixi görüşdən yazdı
Jurnalist Azər Qismət Azərbaycanın ümummilli lideri Heydər Əliyevlə Ermənistanın ikinci prezidenti Robert Köçəryan arasında 1999-cu ildə Sədərəkdə keçirilən görüşlə bağlı diqqətçəkən fikirlər səsləndirib.Azər Qismət bildirib ki, həmin görüşün videogörüntülərini izləmək onda hər zaman xüsusi hisslər oyadır:“Həyatda iki səhnəyə baxa bilmirəm. Biri “Ölsəm, bağışla” filminin final səhnəsi, digəri isə 1999-cu ildə Heydər Əliyevlə Robert Köçəryan arasında keçirilən görüşdür”.Jurnalistin sözlərinə görə, Sədərəkdə baş tutan görüş zamanı Robert Köçəryanın davranışları diqqət çəkir:“Köçəryanın jestləri, gülüşü və laqeyd görünən davranışları onun danışıqlara həvəssiz yanaşdığını göstərirdi. Onun baxışları sanki işğal altında olan torpaqların taleyi ilə bağlı aparılan müzakirələrin nəticə verməyəcəyinə işarə edirdi”.Azər Qismət qeyd edib ki,...
15 İyun 2026, 09:36
E.Şahinoğlu: Sülhün gecikməsi Kremlin maraqlarına xidmət edir
Türkiyənin xarici işlər naziri Hakan Fidan iyunun 15-də Rusiyaya səfər edəcək. Hakan Fidan Moskvada rusiyalı həmkarı Sergey Lavrovla iki ölkə arasında münasibətlərin hazırki durumu ilə yanaşı Yaxın Şərqdə mövcud vəziyyəti müzakirə edəcək. Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda nazirlərin 3+3 (Azərbaycan, Gürcüstan, Ermənistan + Türkiyə, Rusiya, İran) formatının fəallaşdırılması ətrafında da fikir mübadiləsi aparılacağı bildirilib. Moskva son zamanlar bu formatı fəallaşdırmağa çalışır. Bunun sadə səbəbi var. Ukraynaya qarşı işğalçı müharibədə ilişib qalan Rusiyanın Cənubi Qafqaza təsir imkanların getdikcə azalır, Moskvanın bölgədə uzun illər forpostu rolunda çıxış edən Ermənistan da əldən çıxmaq üzrədir. Citypost.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu...
15 İyun 2026, 09:26
Heydər Oğuz: Körfəzin “xüms”ü Vaşinqtona gedir
Kimin dərdi daha böyükdür: “Qara qızların”, yoxsa “sarı oğlanların”? – Trampın “xüms” qurbanlarıTəkcə qara qızınmı dərdi var?ABŞ prezidenti Donald Trampın "The New York Times" qəzetinə verdiyi açıqlamasından aydınlaşır ki, yox; “sarı oğlanlar”ın dərdi qara qızların dərdindən daha böyük imiş.Tramp açıqlamasında deyib: “İranla nüvə razılaşmasına nail ola bilməsən, ABŞ-ı 20% gəlir müqabilində Yaxın Şərqin keşikçisinə çevirəcəyik”.O, xəbərdarlıq edib ki, İranla yekun nüvə razılaşması əldə olunmasa, Tehrana qarşı hərbi hücumlar yenidən başlayacaq və Vaşinqtonu regionun gəlirlərinin 20 faizi müqabilində “Yaxın Şərqin keşik çəkəcək”. Yəni dünyanın ən zəngin ərəb ölkələrinin qazancının beşdə biri müqabilində ABŞ Yaxın Şərqin jandarmı rolunu oynayacaq. Yeri gəlmişkən, məncə, Tramp...
15 İyun 2026, 08:52