Bizə yazın

Baku

-°C

USD

-

Xəqani Cəfərli: Ankara və İslamabad çətin seçim qarşısında qala bilər

Siyasət 14 May 2026, 10:04

304

İrana qarşı ABŞ və İsrail birgə hərbi əməliyyatı başlayandan bəri iki ölkə, Türkiyə və Pakistan münaqişə tərəfləri arasında vasitəçilik təşəbbüsü etməyə başladılar. Türkiyənin xarici işlər naziri Hakan Fidan “A Haber” kanalına müsahibəsində tərəflər arasında vasitəçiliyin Pakistan vasitəsilə həyata keçirildiyi, Türkiyənin də danışıqlar prosesində aktiv iştirak etdiyini bəyan etmişdi. 

Türkiyənin və Pakistanın vasitəçilik təşəbbüsünün yanlış olduğunu, hər iki ölkənin bu münaqişədən məsafə saxlamalı olduğunu ifadə edəndə bəziləri Türkiyə və Pakistanın böyük dövlət olduqlarını, mənim məsləhətimə ehtiyacları olmadıqlarını yazırdılar. Nə oldu?

Pakistan artıq bu vasitəçiliyin “fayda”sını görməyə başlayıb. ABŞ-ın xarici siyasətinin müəyyən olunmasında əsas söz sahiblərindən biri olan respublikaçı senator Lindsi Qrem Pakistanın səmimi olmadığını qeyd edərək prezident Trampı İslamabada qarşı sərt mövqe tutmağa çağırıb. ABŞ-ın aparıcı media quruluşları da Pakistanı sərt tənqid edirlər. CBS News kanalı Pakistanı İranın hərbi təyyarələrini ABŞ-ın hücumundan qorumaq üçün öz ərazisində gizlətməkdə ittiham edib. CNN isə Pakistanı danışıqlarda iştirak edən İran rəsmilərinin fikirlərini ABŞ-a yumşaldaraq çatdırdığını və beləliklə də Tramp adminstarsiyasını aldatdığı iddiasını irəli sürüb. 

ABŞ-dan fərqli olaraq Birləşmiş Ərəb Əmirliyi dərhal əməli addım atıb və Pakistanı bu vasitəçiliyinə görə cəzalandırıb. Birləşmiş Ərəb Əmirlikləri Pakistanın Mərkəzi Bankından 3.5 milyard dollarlıq depozitin geri qaytarılmasını tələb etməsi rəsmi İslamabadı çətin vəziyyətə saldı. Bu isə təsadüfi deyil. Belə ki, BƏƏ-nin 3.5 milyard dollarlıq depozit Pakistanın valyuta “ehtiyatları”nın təxminən 21 faizini təşkil edirdi. Səudiyyə Ərəbistanın köməyi sayəsində Pakistan BƏƏ-nin borcunu geri ödəyə bilib. Ancaq təhlükə sovuşmayıb. İrana qarşı hərbi müdaxilədə iştirak etmiş, hərbi əməliyyatların növbəti mərhələsində də iştirak edəcəyi gözlənilən Səudiyyə Ərəbistanı da Pakistandan tərəfini müəyyən etməyi tələb etsə, İslamabad çox ciddi seçim qarşısında qalacaq. Məsələ ondan ibarətdir ki, ABŞ və Səudiyyə Ərəbistanın maliyyə dəstəyi olmasa Pakistanın bank-maliyyə sistemi tamamilə çökər və ölkə xaosa yuvarlanar.  

Ərəblərin Pakistandan borclarını geri istəməsi Türkiyəni də narahat etməyə başlayıb. Ankara narahatdır ki, BƏƏ Türkiyəyə qarşı da eyni addımı ata bilər. Bu isə çox kövrək olan Türkiyənin milli valyutasının  kəskin dəyər itirməsinə səbəb olaraq ölkəni sosial partlayışa sürükləyə bilər. Tramp adminstarsiyası Türkiyədə sabitliyin pozulmasından ehtiyyatlanır və buna görə borc neft verməyə başlayıb. 

Türkiyə ilə ABŞ, Pakistanla ABŞ arasındakı hazırkı normal münasibətlər önəmli ölçüdə Trampa görə mövcuddur. Trampdan sonra bu münasibətlər önəmli ölçüdə dəyişəcək. Lindsi Qrem Pakistanı tənqid edir, digər respublikaçı senator Rik Skott isə Türkiyəni HƏMAS və Müsəlman Qardaşlarını maliyyələşdirməkdə, Rusiya və İrana rəğbət bəsləməkdə ittiham edir. Buraya aparıcı beyin mərkəzlərin, media orqanlarının Türkiyə və Pakistanla bağlı fikirlərini, mövqelərini əlavə edəndə Trampdan sonra Vaşinqtonun həm Ankara, həm də İslamabadla münasibətlərinin tamamilə fərqli olacağını görmək çətin deyil. 

Bir tərəfdən də BƏƏ və Səudiyyə Ərəbistanı İrana qarşı müharibədə hər kəsdən tərəfini seçməyi tələb etməyə başlayıb. Bu tələb qətiləşərsə, Türkiyə və Pakistan ciddi təhlükə ilə üzləşə bilərlər. Çünki, hər iki ölkənin maliyyə vəziyyəti elə gündədir ki, ərəblərlə münasibətin pozulması da, İrana qarşı hərbi əməliyyatlarda iştirak da həm Pakistan, həm də Türkiyə üçün fəlakətli ola bilər. 

İsraildə ümid edirlər Azərbaycan müstəqil mövqeyini qoruyaraq anti-İsrail qövsünün əlavəsinə çevrilməyəcək.

Xəqani Cəfərli

Politoloq

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Kənan Rövşənoğlu İŞİD-in aktivləşməsinin səbəblərini açıqladı

İŞİDin son dövrlərdə Suriyada yenidən fəallaşması regionda diqqət çəkən məsələlərdən birinə çevrilib. Citypost.az xəbər verir ki, Politoloq Kənan Rövşənoğlu sosial şəbəkə hesabında paylaşdığı açıqlamada bildirib ki, son bir ay ərzində İŞİD artıq üç dəfə Suriya ordusuna hücum edib. Sonuncu hücum bazar günü ordu avtobusuna qarşı həyata keçirilib, nəticədə azı iki hərbçi ölüb, çox sayda yaralı olduğu qeyd olunub.Politoloqun fikrincə, İŞİD-in qısa müddətdə yenidən fəallaşması təsadüfi deyil. O bildirib ki, yanvar ayında kürdlərlə Dəməşq arasında əldə olunan razılaşmadan sonra təşkilatın uzun müddət aktiv ola bilməyəcəyi ehtimal edilirdi.Kənan Rövşənoğlu hadisələrin arxasında iki mümkün ehtimalın dayandığını qeyd edib. Birinci ehtimala görə, kürdlər və...

14 May 2026, 10:14

Elçin Əmirbəyov Kambocada bir sıra görüşlər keçirib 

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Kambocaya işgüzar səfər edib.Citypost.az xəbər verir ki, səfər çərçivəsində dövlət başçısı səlahiyyətlərini icra edən, Kamboca Senatının sədri Hun Sen, ölkənin Baş naziri Hun Manet, Baş nazirin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Prak Sokhonn, Milli Assambleyanın sədri Khuon Sodary ilə görüşlər keçirilib.Həmçinin ətraf mühit naziri Eang Sophalleth, Kamboca Krallığının Milli Assambleyasının Xarici əlaqələr, beynəlxalq əməkdaşlıq və informasiya komissiyasının sədri Sous Yara, Milli Diplomatiya və Beynəlxalq Münasibətlər İnstitutunun prezidenti Çeu Viçet, eləcə də ASEAN Regional Minatəmizləmə Mərkəzinin (ARMAC) icraçı direktoru Rothna But ilə də görüşlər təşkil olunub.Dövlət başçısı səlahiyyətlərini icra edən Hun...

14 May 2026, 09:27

Azərbaycan və Slovakiya parlamentləri arasında Anlaşma Memorandumu imzalanıb 

Rixard Raşinin bu səfəri Azərbaycan və Slovakiya arasında parlamentlərarası əlaqələrin yüksək səviyyədə olmasının göstəricisidir.Citypost.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Bakıda Slovakiya Milli Şurasının sədri Rixard Raşi ilə birgə mətbuat konfransında deyib.“Bu gün apardığımız müzakirələrdə parlamentlərarası əlaqələrin daha da genişləndirilməsi ilə bağlı ortaq fikrə sahibik”, - Sahibə Qafarova bildirib.Onun sözlərinə görə, iki ölkə arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.Milli Məclisin sədri ölkələr arasında iqtisadi, ticari, enerji, müdafiə sənayesində əməkdaşlığın inkişaf etdiyini, humanitar sahədə əməkdaşlığın xüsusi əhəmiyyət kəsb etdiyi vurğulayıb.Sahibə Qafarova bu gün parlamentlər arasında əməkdaşlığa dair imzalanan Anlaşma Memorandumuna diqqət çəkərək, bu sənədin parlamentlər arasında daha çox...

13 May 2026, 13:30

Ceyhun Bayramov və Əraqçi arasında telefon danışığı olub 

13 may tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi arasında telefon danışığı baş tutub.Citypost.az xəbər verir ki, telefon danışığı zamanı Azərbaycan-İran ikitərəfli əlaqələri, regionda mövcud vəziyyət və bu çərçivədə danışıqlar prosesinin gedişatı, İran ətrafında vəziyyətin diplomatik və siyasi həll perspektivləri ətrafında müzakirə aparılıb.Nazir Abbas Əraqçi danışıqlar prosesi barədə ətraflı məlumat verib. Nazir Ceyhun Bayramov münaqişənin sülh və danışıqlar yolu ilə həlli istiqamətində səyləri dəstəklədiyimizi diqqətə çatdırıb.Nazirlər, həmçinin qarşılıqlı maraq doğura...

13 May 2026, 13:03

Aydın Quliyev: Naxçıvanda işsizlik artımı etimada xəyanət sualı doğurur  

Jurnalist, politoloq və siyasətçi, “Bakı-Xəbər” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Aydın Quliyev Naxçıvanda işsizlik göstəriciləri ilə bağlı açıqlama verib.Citypost.az xəbər verir ki, baş redaktor bildirib ki, Prezident İlham Əliyevin son illərdə Naxçıvana yüksək etimadla göndərdiyi kadrların fəaliyyəti bölgədə sosial-iqtisadi vəziyyətə təsir göstərib.Aydın Quliyev qeyd edib ki, rəsmi statistikaya əsasən, Naxçıvan Muxtar Respublikasında işsiz kimi qeydə alınan şəxslərin sayı 2022-ci ildə 190 nəfər olduğu halda, 2025-ci ildə bu rəqəm 14 504 nəfərə yüksəlib.O, bu artımı ciddi narahatlıq doğuran göstərici kimi qiymətləndirərək, mövcud vəziyyətin səbəblərinin araşdırılmasının vacibliyini vurğulayıb.Jurnalist həmçinin bildirib ki, 2022-ci ildən sonra Naxçıvana təyin olunan kadrların bu prosesdə məsuliyyət payı olduğu...

13 May 2026, 09:11

Zaur Şükürov: Zəngilan səfəri Böyük Qayıdışın praktik nəticələrinin təqdimatıdır

Prezident İlham Əliyevin 10 may tarixində Zəngilan rayonuna səfəri və burada yaşayış kompleksinin açılışını etməsi, Azərbaycanın işğaldan azad edilmiş bölgələrimizdə post-münaqişə dövründəki bərpa-quruculuq prosesinin və Böyük Qayıdış proqramının praktiki icrasının mühüm mərhələlərindən biridir. Bu səfər, xüsusilə də Prezidenin çıxışı zamanı səsləndirdiyi fikirlər həm daxili auditoriya, həm də beynəlxalq birlik üçün bir neçə mühüm mesajı ehtiva edir.Əgər əvvəlki mərhələlər infrastrukturun qurulması, minalardan təmizləmə və "Ağıllı kənd" (Ağalı) layihəsi ilə xarakterizə olunurdusa, artıq mərkəzi şəhərlərin məskunlaşdırılması dövrü başlayır. Bu isə, işğaldan azad edilmiş ərazilərimizin artıq tam şəkildə mülki həyata inteqrasiya olunduğunu göstərir.Dövlət başçısının “hər qarış torpaq Azərbaycan xalqına məxsusdur” mesajı regionda yeni...

13 May 2026, 09:05