Elçin Əmirbəyov Kambocada bir sıra görüşlər keçirib
Siyasət 14 May 2026, 09:27
214
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Kambocaya işgüzar səfər edib.
Citypost.az xəbər verir ki, səfər çərçivəsində dövlət başçısı səlahiyyətlərini icra edən, Kamboca Senatının sədri Hun Sen, ölkənin Baş naziri Hun Manet, Baş nazirin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Prak Sokhonn, Milli Assambleyanın sədri Khuon Sodary ilə görüşlər keçirilib.
Həmçinin ətraf mühit naziri Eang Sophalleth, Kamboca Krallığının Milli Assambleyasının Xarici əlaqələr, beynəlxalq əməkdaşlıq və informasiya komissiyasının sədri Sous Yara, Milli Diplomatiya və Beynəlxalq Münasibətlər İnstitutunun prezidenti Çeu Viçet, eləcə də ASEAN Regional Minatəmizləmə Mərkəzinin (ARMAC) icraçı direktoru Rothna But ilə də görüşlər təşkil olunub.
Dövlət başçısı səlahiyyətlərini icra edən Hun Senlə görüş zamanı həmsöhbət 2014-cü ildə ölkənin baş naziri qismində Azərbaycana səfərini məmnunluqla xatırladaraq onun səmimi salamlarının Prezident İlham Əliyevə çatdırılmasını xahiş edib. O, Azərbaycanı Kamboca üçün yaxın dost ölkə kimi tanıdığını bildirmiş və mümkün olan ilk fürsətdə Azərbaycana təkrar səfər etməyə hazır olduğunu qeyd edib. Hun Sen Azərbaycanla müxtəlif sahələrdə praktiki əməkdaşlığın dərinləşdirilməsinin vacibliyindən söz açıb və Azərbaycanı etibarlı tərəfdaş kimi gördüyünü vurğulayıb.
Baş nazir Hun Manet ilə keçirilmiş görüş zamanı Elçin Əmirbəyov Azərbaycan Prezidenti İlham Əliyevin oktyabr ayında Azərbaycanın ev sahibliyi ilə Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşünə dəvət məktubunu Kambocanın Baş nazirinə təqdim edib. Kambocanın Baş naziri dəvəti məmnunluqla qəbul etdiyini və tədbirdə iştirak etmək niyyətini də olduğunu bildirib.
Danışıqlar zamanı Azərbaycan ilə Kamboca arasında ikitərəfli münasibətlərin mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Tərəflər siyasi dialoqun intensivləşdirilməsinin, yüksək səviyyəli qarşılıqlı səfərlərin artırılmasının, fəal parlamentlərarası əlaqələrin daha da dərinləşdirilməsinin, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar. Görüşlər çərçivəsində ticarət-iqtisadi əlaqələrin fəallaşdırılması və daha yüksək səviyyəyə çatdırılması, iki ölkə arasında mövcud hüquqi bazanın gücləndirilməsi, investisiya imkanlarının təşviqi, enerji, nəqliyyat, kənd təsərrüfatı, turizm, təhsil, ətraf mühit və digər qarşılıqlı maraq doğuran vacib sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub. Bu xüsusda qarşı tərəf Azərbaycanın dünya miqyasında enerji təhlükəsizliyinin təmin olunmasında oynadığı vacib rolu və Asiya ilə Avropa arasında mühüm nəqliyyat və logistika mərkəzi kimi tanıdığını vurğulayaraq, bu sahələrdə də ölkəmizlə sıx əməkdaşlıq etmək arzusunda olduğunu bildirmişdir.
Həmçinin oxuyun
Kamboca tərəfi Azərbaycanın son illərdə əldə etdiyi mühüm siyasi və sosial-iqtisadi nailiyyətləri, regional və beynəlxalq səviyyədə artan rolunu yüksək qiymətləndirdiklərini bildirib. Eyni zamanda, qarşı tərəf Azərbaycan ilə həm ikitərəfli sahədə, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı işbirliyinin inkişaf etdirilməsində maraqlı olduqlarını qeyd edib.
Səfər zamanı aparılmış danışıqlar çərçivəsində Elçin Əmirbəyov qarşı tərəfə Azərbaycan-Ermənistan münasibətlərində normallaşma prosesi, keçən il Vaşinqtonda əldə olunmuş razılaşmalar və davamlı sülhün bərqərar olması istiqamətində növbəti addımlar və gözləntilər barədə ətraflı məlumat verib. O, gələn ay Ermənistanda keçiriləcək parlament seçkilərinin və daha sonra bu ölkənin yeni konstitusiyasının qəbul edilməsi üçün keçiriləcək referendumun nəticələrinin iki ölkə arasında sülh sazişinin imzalanması, beləliklə də regionda uzunmüddətli və dönməz sülhün təmin olunması baxımından həlledici rol oynayacağını diqqətə çatdırıb. Kamboca tərəfi Azərbaycanın davamlı və dönməz sülhün əldə edilməsi üçün atdığı vacib və təqdirəlayiq addımları və həyata keçirdiyi sülh gündəliyini dəstəklədiklərini qeyd edərək, sülh sazişinin imzalanması üçün lazımi şərtlərin qısa zamanda yerinə yetiriləcəyinə ümidvar olduğunu vurğulayıb.
Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi həmçinin azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri, eləcə də mina təhlükəsi ilə mübarizə istiqamətində rəsmi Bakı tərəfindən görülən məqsədyönlü tədbirlər barədə ətraflı məlumat verib, o cümlədən minatəmizləmə sahəsində beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Bu kontekstdə o, payızda Bakıda keçiriləcək 4-cü Beynəlxalq Humanitar Minatəmizləmə Konfransı barədə məlumat verərək, adıçəkilən tədbirin mina təhlükəsinə qarşı beynəlxalq əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyətini qeyd edib, minatəmizləmə sahəsində geniş təcrübəyə malik olan Kamboca tərəfinin tədbirdə fəal iştirak edəcəyinə ümidvar olduğunu bildirib.
Elçin Əmirbəyov səfər çərçivəsində Kambocanın Milli Diplomatiya və Beynəlxalq Münasibətlər İnstitutunda keçirilmiş görüşdə çıxış edib, Azərbaycan-Kamboca münasibətlərinin perspektivləri, regional əməkdaşlıq və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıb. O, həmçinin Kambocanın aparıcı dövlət televiziya kanalı TVK-ya müsahibə verib.
Məlum olduğu kimi, Kamboca cari ilin noyabr ayında Beynəlxalq Frankofoniya Təşkilatının üzv-dövlətlərinin dövlət və hökumət başçıları səviyyəsində keçiriləcək növbəti zirvə görüşünə evsahibliyi
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Azərbaycan və Slovakiya parlamentləri arasında Anlaşma Memorandumu imzalanıb
Rixard Raşinin bu səfəri Azərbaycan və Slovakiya arasında parlamentlərarası əlaqələrin yüksək səviyyədə olmasının göstəricisidir.Citypost.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Bakıda Slovakiya Milli Şurasının sədri Rixard Raşi ilə birgə mətbuat konfransında deyib.“Bu gün apardığımız müzakirələrdə parlamentlərarası əlaqələrin daha da genişləndirilməsi ilə bağlı ortaq fikrə sahibik”, - Sahibə Qafarova bildirib.Onun sözlərinə görə, iki ölkə arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.Milli Məclisin sədri ölkələr arasında iqtisadi, ticari, enerji, müdafiə sənayesində əməkdaşlığın inkişaf etdiyini, humanitar sahədə əməkdaşlığın xüsusi əhəmiyyət kəsb etdiyi vurğulayıb.Sahibə Qafarova bu gün parlamentlər arasında əməkdaşlığa dair imzalanan Anlaşma Memorandumuna diqqət çəkərək, bu sənədin parlamentlər arasında daha çox...
13 May 2026, 13:30
Ceyhun Bayramov və Əraqçi arasında telefon danışığı olub
13 may tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi arasında telefon danışığı baş tutub.Citypost.az xəbər verir ki, telefon danışığı zamanı Azərbaycan-İran ikitərəfli əlaqələri, regionda mövcud vəziyyət və bu çərçivədə danışıqlar prosesinin gedişatı, İran ətrafında vəziyyətin diplomatik və siyasi həll perspektivləri ətrafında müzakirə aparılıb.Nazir Abbas Əraqçi danışıqlar prosesi barədə ətraflı məlumat verib. Nazir Ceyhun Bayramov münaqişənin sülh və danışıqlar yolu ilə həlli istiqamətində səyləri dəstəklədiyimizi diqqətə çatdırıb.Nazirlər, həmçinin qarşılıqlı maraq doğura...
13 May 2026, 13:03
Aydın Quliyev: Naxçıvanda işsizlik artımı etimada xəyanət sualı doğurur
Jurnalist, politoloq və siyasətçi, “Bakı-Xəbər” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Aydın Quliyev Naxçıvanda işsizlik göstəriciləri ilə bağlı açıqlama verib.Citypost.az xəbər verir ki, baş redaktor bildirib ki, Prezident İlham Əliyevin son illərdə Naxçıvana yüksək etimadla göndərdiyi kadrların fəaliyyəti bölgədə sosial-iqtisadi vəziyyətə təsir göstərib.Aydın Quliyev qeyd edib ki, rəsmi statistikaya əsasən, Naxçıvan Muxtar Respublikasında işsiz kimi qeydə alınan şəxslərin sayı 2022-ci ildə 190 nəfər olduğu halda, 2025-ci ildə bu rəqəm 14 504 nəfərə yüksəlib.O, bu artımı ciddi narahatlıq doğuran göstərici kimi qiymətləndirərək, mövcud vəziyyətin səbəblərinin araşdırılmasının vacibliyini vurğulayıb.Jurnalist həmçinin bildirib ki, 2022-ci ildən sonra Naxçıvana təyin olunan kadrların bu prosesdə məsuliyyət payı olduğu...
13 May 2026, 09:11
Zaur Şükürov: Zəngilan səfəri Böyük Qayıdışın praktik nəticələrinin təqdimatıdır
Prezident İlham Əliyevin 10 may tarixində Zəngilan rayonuna səfəri və burada yaşayış kompleksinin açılışını etməsi, Azərbaycanın işğaldan azad edilmiş bölgələrimizdə post-münaqişə dövründəki bərpa-quruculuq prosesinin və Böyük Qayıdış proqramının praktiki icrasının mühüm mərhələlərindən biridir. Bu səfər, xüsusilə də Prezidenin çıxışı zamanı səsləndirdiyi fikirlər həm daxili auditoriya, həm də beynəlxalq birlik üçün bir neçə mühüm mesajı ehtiva edir.Əgər əvvəlki mərhələlər infrastrukturun qurulması, minalardan təmizləmə və "Ağıllı kənd" (Ağalı) layihəsi ilə xarakterizə olunurdusa, artıq mərkəzi şəhərlərin məskunlaşdırılması dövrü başlayır. Bu isə, işğaldan azad edilmiş ərazilərimizin artıq tam şəkildə mülki həyata inteqrasiya olunduğunu göstərir.Dövlət başçısının “hər qarış torpaq Azərbaycan xalqına məxsusdur” mesajı regionda yeni...
13 May 2026, 09:05
Ədalət Verdiyev: Fransanın Ermənistana hərbi uçuşları sülhə təhdiddir
Fransaya məxsus hərbi yük təyyarələrinin Ermənistana uçuş etməsi ilə bağlı iddialar gündəmə gəlib. Hərbi ekspert Ədalət Verdiyev bildirib ki, mayın 4-də 4, mayın 11-də isə 1 Fransaya aid hərbi yük təyyarəsi Ermənistana eniş edib.Citypost.az xəbər verir ki, ekspert bu barədə “Facebook” hesabında paylaşım edib. O, Fransanın Ermənistanı silahlandırmaq siyasətinin regionda sülh prosesinə mənfi təsir göstərə biləcəyini qeyd edib.Ədalət Verdiyev vurğulayıb ki, Paris rəhbərliyi Azərbaycan-Ermənistan münasibətlərində yaranmış həssas mərhələni nəzərə almalıdır. Onun fikrincə, Fransanın İrəvana hərbi dəstəyi Ermənistan üçün ağır nəticələr yarada bilər.“Fransa rəhbərliyi Azərbaycan ilə Ermənistan arasında əldə olunan kövrək sülh prosesinə ziyan vurmaq niyyətindən çəkinməlidir”, – deyə ekspert paylaşımında...
13 May 2026, 08:55
Ülviyyə Həmzəyeva: WUF13 Azərbaycanın qlobal nüfuzunu artıracaq
WUF13 - Azərbaycanın qlobal tədbirlərə uğurla ev sahibliyi etməsi artıq təsadüfi hadisə deyil, düşünülmüş dövlət strategiyasının nəticəsidir.Müasir dövrdə beynəlxalq tədbirlərə uğurlu ev sahibliyi etmək dövlətlərin həm siyasi nüfuzunu, həm iqtisadi imkanlarını, həm də idarəçilik potensialını nümayiş etdirən əsas göstəricilərdən birinə çevrilib. Azərbaycan isə son illərdə bu istiqamətdə əldə etdiyi uğurlarla regionun deyil, dünyanın diqqət mərkəzində yer alan ölkələrdən biri kimi çıxış edir. BMT-nin ən nüfuzlu platformalarından hesab olunan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının — WUF13-ün məhz Bakıda keçirilməsi də bunun parlaq nümunəsidir.Mayın 12-də Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Bakı Olimpiya Stadionu ərazisində forumla bağlı hazırlıq işlərinə baxış keçirilməsi Azərbaycanın bu...
13 May 2026, 08:13