Heydər Oğuz: Hörmüzə alternativlər İranı çıxılmaz vəziyyətə salır
Siyasət 20 İyul 2026, 09:53
978
ABŞ-İran müharibəsinin əsas hədəflərindən birinin Hörmüz boğazı keçişli enerji xəttinə alternativ layihələrin işə salınması olduğunu iddia edəndə bəzi İranmeyilli dostlarımız bu fikrəqarşı çıxır, Hörmüz boğazına alternativ heç bir layihənin reallaşmayacağını irəli sürürdülər. Bir neçə gün əvvəl İraq baş naziri Zeydinin Amerikada imzaladığı bir çox sənədlər fikrimizin doğruluğunu təsdiqləyir.
Məlumata görə, Zeydinin ABŞ səfərində imzaladığı əsas sənədlərdən biri Kərkük-Baniyas boru kəməri ilə bağlı olub. Vaşinqtonda keçirilən imzalanma mərasimində ABŞ Enerji naziri Kris Rayt da, bu ölkənin Ankaradakı səfiri və Suriya və İraq üzrə xüsusi nümayəndəsi Tom Barrak iştirak edib. Barrak toplantıda çıxışında açıq şəkildə Hörmüzə alternativ layihələrin işə salınacağını, imzalanan Kərkük-Baniyas boru kəməri ilə bağlı müqavilənin bu istiqamətdə atılmışilk addımlardan biri olduğunu bildirib. O bildirib ki, məlum neft boru kəməri ilə bağlı razılaşmalar “Hörmüz boğazını enerji təchizatı baxımından "ikinci dərəcəli" mövqeyə endirəcək bir prosesin yolunu açacaq”.
Qeyd edim ki, Kərkük-Baniyas neft kəməri ilə gündə 2 milyon barrel neft nəqli nəzərdə tutulur. Bir çoxları bunun Türkiyənin “Qalxınma yolu” projesinə də alternativ olduğunu düşünür və boru kəmərinin çəkilməsindən ən çox ziyan çəkənlərdən birinin də qardaş ölkə olacağını düşünürlər. Halbuki vəziyyət tam tərsinədir. Kərkük-Baniyas boru kəmərinin açılmasından Türkiyə nəinki zərər çəkməyəcək, əksinə dünyanın əsas enerji tranzit ölkəsinə çevriləcək. Əvvəla, ona görə ki, vaxtilə fəaliyyət göstərsə də, Kərkük-Baniyas neft kəməri çoxdan köhnəlib və onun yenidən çəkilməsi lazımdır. Yeni xəttin çəkilməsi isə 30 ay vaxt aparacaq. Hardasa 2.5-3 il sonra aktiv fəaliyyətə başlaması proqnozlaşdırılan bu kəmərin özünə də alternativlər yaradılmalıdır. Əsas alternativ isə Kərkük-Ceyhan xəttidir. Təsadüfi deyil ki, elə həmin gün Kərkük-Ceyhan xəttinin də yenidən fəaliyyətə başlayacağı bildirildi.
İkinci ona görə ki, Hörmüz boğazı ilə gündə 20 milyon barrel neft və dünya qaz hasilatının 25%-i daşınırdı. Yuxarıda da qeyd etdiyimiz kimi Kərkük-Baniyas neft kəməri ilə maksimum 2 milyon barrel neft daşına bilər ki, bu da Hörmüzlə daşınan neftin cəmi 10%-ni təşkil edəcək. Digər 90%-dən təbii ki, Türkiyəyə də önəmli pay düşəcək.
Məlumat üçün qeyd edim ki, Kərkükdə gündə cəmi 330 min barrel neft hasil olunur. Kərkük-Ceyhan kəmərinin nəql potensialı isə 300-350 barrel/gündəlik həcmindədir. Başqa sözlə desək, Kərkükdə hasil olunan neftin daşınması üçün başqa kəmərə ehtiyac yoxdur. Aydındır ki, bu kəmər Fars körfəzinin digər ölkələrinin neftini daşımaq üçün çəkilir. Bəs bu ölkələr hansılar ola bilər?
Zənnimizcə, bu sualın cavabı 2024-cü ilin aprel ayında 4 körfəz ölkəsinin bağladığı bir sazişdə gizlidir. Həmin tarixdə İraq, Türkiyə, Qətər və BƏƏ “Qalxınma Yolu” marşrutu üzrə əməliyyat çərçivəsini müəyyənləşdirən anlaşma memorandumu imzalamışdılar. Anlaşmaya görə, layihənin smeta dəyəri təxminən 17 milyard dollar olacaq və sənəddə nəzərdə tutulan öhdəliklər 2050-ci ilə qədər mərhələlərlə həyata keçiriləcək.
Sözsüz ki, 2050-ci ilə qədər daha 25 il var və o vaxta qədər bəlkə də dünyanın enerji mənbələri dəyişəcək, beləcə, anlaşmada nəzərdə tutulan öhdəlikləri yerinə yetirməyə də ehtiyac qalmayacaq. Amma hər halda Yaxın Şərqin bu 4 ölkəsi Hörmüz boğazını by-pass edən bir müqavilə imzalayıblar və bu istiqamətdə də bəzi addımlar atılıb.
Ehtimal olunan layihələrdən biri Küveytin Bəsrə-Hadisə (Anbar) xəttidir. Məlumata görə, bu boru kəmərinin uzunluğu 700 km olacaq və tam istifadəyə veriləndən sonra gündə 2.5 milyon barel neft nəql edə biləcək. Bu isə hər gün Hörmüz boğazından daşınan neftin 10%-dən çoxunun nəqli deməkdir.
Düzdür, Bəsrə-Hadisə neft kəməri əsasən İordaniyanın Akabe limanına uzanacaq, amma layihədə Türkiyənin Ceyhan limanına neft nəql edilməsi də nəzərdə tutulub.
Hörmüz boğazına alternativ layihələr arasında Türkiyədən yan keçən variantlar da var. Onlardan biri Trans-Ərəbistan neft kəməridir (TAPline). Fars körfəzindən başlayıb Livanın Sidon limanına uzanan bu kəmər əslində çoxdan çəkilib. 1950–1976-cı illərdə tam gücüylə fəaliyyətdə göstərib. 1975-ci ildə Livanda başlayan vətəndaş müharibəsi 1979-cu ildə İran İslam inqilabından sonra özünün kulminasiya nöqtəsinə çatmasıyla əhəmiyyətini itirən bu kəmər 1983-cü ildə fəaliyyətini ciddi ölçüdə məhdudlaşdırdı və 1990-cı ildə isə tamamilə dayandı. Maraqlıdır ki, Livandakı vətəndaş müharibəsi də məhz 1990-cı ildə başa çatdı. Hər kəs bundan sonra TAPlaynın nin yenidən fəaliyyətə keçəcəyini düşündüyü halda Livanın çiçəklənməsinə böyük töhfələr verən bu layihə bir daha işləmədi. Görünən bu idi ki, məhəllənin bütün davası mollanın bir yorğanının üstündə olduğu kimi, Livan vətəndaş müharibəsi də “TAPlayn”ın bağlanması üçün imiş.
Boru kəmərinin ilkin ötürmə gücü gündə 300.000 barel (48.000 m3/gün) (bpd) idi və bir neçə nasos stansiyasının əlavə edilməsi ilə maksimum nəql imkanı təxminən 500.000 barel/gündəlik (79.000 m3/gün) səviyyəsinə çata bilərdi.
Zənnimcə, Livanın Hizbullah məsələsi həll olunduqdan sonra bu kəmər yenidən işləmək imkanı qazanacaq.
Səudiyyə Ərəbistanının Hörmüz boğazına alternativo lan digər təchizat xətləri də var. Bunlardan biri Fars körfəzindən Qırmızı dənizə təxminən 750 mil (təxminən 1200 km) uzunluğunda olan Şərq-Qərb boru kəməri xam nefti körfəz sahilindəki Abqaiq bölgəsindən qərbdəki Yanbu limanına nəql edir. Genişləndirmə işlərindən sonra onun gündəlik tutumu 7 milyon barelə qədər artırılıb. Hörmüz boğazındakı risklərə görə, milli neft şirkəti Aramco bu boru kəməri vasitəsilə Asiya bazarı müştərilərinə tədarükləri Qırmızı dənizə köçürüb.
Abqaiq-Yənbu Təbii Qaz Mayeləri (NGL) Boru Kəməri: Neftdən əlavə, neft-kimya sənayesi üçün vacib olan təbii qaz mayeləri də ona paralel boru kəməri vasitəsilə Hörmüz boğazından yan keçərək Qırmızı dəniz limanlarına nəql olunur.
İraq-İordaniya-Səudiyyə Ərəbistanı Birgə Boru Kəməri: Gündəlik tutumu 2,25 milyon barel olan bu boru kəməri layihəsi, İraqın cənubundan Bəsrə neftini Səudiyyə Ərəbistanının Hədisə bölgəsi vasitəsilə İordaniyadakı Aqaba limanına birləşdirməyi hədəfləyir və regional təchizat təhlükəsizliyi üçün alternativ şəbəkə yaradır.
Nəzərə alsaq ki, Səudiyyə Ərəbistanının gündəlik neft hasilatı 10 milyon bareldir, Riyad bu kəmərlər vasitəsilə əslində indidən öz problemini həll etmiş kimi görünür.
Hörmüzü yan keçən bir başqa kəmər BƏƏ-nə aiddir. Həbshan-Füceyrə Neft Boru Kəməri (ADCOP): Əbu Dabinin cənub-qərbindəki Həbshan neft yataqlarından başlayan bu boru kəməri Hörmüz boğazını tamamilə yan keçərək, gündəlik 1,8 milyon barel neft ötürmə gücünə malik Fuceyra terminalına qədər uzanır. Bu boru kəməri BƏƏ-nin ən vacib xilasetmə xəttidir və Hörmüz boğazı bağlananda, xam nefti qlobal bazarlara fasiləsiz ixrac etməyə imkan verir.
Yeni Qərb-Şərq Boru Kəməri Layihəsi (Qərb-Şərq 1): Əbu-Dabi Vəliəhd Şahzadəsi Şeyx Xalid bin Məhəmməd bin Zayedin göstərişlərindən sonra dövlət neft şirkəti ADNOC mövcud boru kəmərinə paralel olaraq işləyəcək bu yeni layihəni sürətləndirib. 2027-ci ilə qədər tamamlanması planlaşdırılan bu boru kəməri, Hörmüz boğazını keçərək BƏƏ-nin neft ixracat gücünü ikiqat artıracaq və gündə 3,6 milyon barelə çatacaq.
“Middle East Eye”nin məlumatına görə, BƏƏ gündə 3.8 milyon barel neft hasil edir. Ölkənin OPEC-ə verdiyi hesabatda da bu rəqəm öz əksini tapıb və onun 2020-ci ildən bəri ən yüksək göstərici olduğu vurğulanır. Qısası, BƏƏ-nin də Hörmüz boğazı bağlanarsa, dərd çəkmək üçün heç bir bəhanəsi yoxdur.
NƏTİCƏ
Göründüyü kimi, körfəz ölkələrinin böyük əksəriyyəti Hörmüzsüz yaşamağa çoxdan hazırdır. Yerdə qalan Qətər, Bəhreyn kimi ölkələr də ya Qalxınma yolu, ya da Səudiyyə Ərəbistanı və ya BƏƏ-nin təklif etdiyi marşrutlar üzrə öz neftini, qazını ixrac edə biləcək. İran isə belə görünür ki, öz sevimli Hörmüz boğazı ilə baş-başa qalıb keçmişdə qonşularına etdiyi pisliklərin xəcaləti ilə başına döyəcək. Amma dərd çəkməyə dəyməz. Onsuz o baş döyülməyə çoxdan öyrəşib.
Məsələyə bu aspektdən yanaşanda İranın ABŞ əvəzinə öz qonşularını niyə bombardman etməsinin də, ABŞ-ın İranı vurmaq üçün niyə tələsməməsinin də səbəbini anlamaq olar. Kim ABŞ-n yerinə olsa, İrana bahalı bombalarını atıb əlavə xərc çəkməz. Ən qısa və ucuz yol onun əlinin çatdığı Hörmüzü hörmətsiz və urvatsız hala salmaqdır ki, ABŞ da əslində bunu edir.
Heydər Oğuz
Jurnalist
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Nigar Sabirqızı: İran rejiminin dəyişəcəyinə inanmaq sadəlövhlükdür
Jurnalist, televiziya aparıcısı Nigar Sabirqızı ABŞ-İran münasibətlərindəki gərginlik və regionda baş verən proseslərlə bağlı fikirlərini bölüşüb.Citypost.az xəbər verir ki, xanım aparıcı bildirib ki, İran rejiminin dəyişəcəyinə inanmaq sadəlövhlükdür:"İlan dərisini dəyişsə də, xasiyyətini dəyişməz. Bu atalar sözünü kimsə Donald Trampa xatırlatmalı idi. İranın dəyişəcəyinə və rejimin normal düşüncəli olacağına inanmaq sadəlövhlük idi. Bir ölkədə ki aylardır üzə çıxmayam ali rəhbərləri qeybdən bəyanatlar verir, bir ölkəni ki SEPAH idarə edir, bu ölkədən sivil davranış gözləməyə dəyməzdi. Bunlar öz millətini qıran adamlardır."Nigar Sabirqızı daha sonra ABŞ-İran qarşıdurmasının yeni mərhələyə keçdiyini iddia edib:"ABŞ-İran müharibəsinin ikinci mərhələsi başlayıb. Ekspertlərə görə, bu dəfə müharibə bütün regionu...
20 İyul 2026, 09:47
C.Bayramov: Vətən müharibəsi yeni təhlükəsizlik formatı yaradıb
Azərbaycan xalqının 44 günlük Vətən müharibəsi regionda yeni reallıqlar və yeni təhlükəsizlik formatı yaradıb.Citypost.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla birgə mətbuat konfransında deyib.Nazir bildirib ki, bu təhlükəsizlik formatı beynəlxalq hüququn aliliyinə əsaslanır: “Ermənistan və Azərbaycan arasında normallaşma prosesi çərçivəsində son dövrlərdə baş verən tarixi hadisələr, o cümlədən sülh sazişi layihəsinin paraflanması regionda davamlı sülhün, təhlükəsizliyin və rifahın təmin olunması üçün unikal imkan yaradır”.Ceyhun Bayramov qeyd edib ki, müzakirələr zamanı rusiyalı həmkarını azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı prosesi, eləcə də Ermənistan...
17 İyul 2026, 16:06
Ceyhun Bayramov: Azərbaycan–Rusiya münasibətləri normallaşıb
Yaxın keçmişdə ikitərəfli münasibətlərimizdə müəyyən çətinliklərlə üzləşmişdik.Citypsot.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla birgə mətbuat konfransında deyib.Nazir bildirib ki, bu məsələ bugünkü müzakirələr zamanı da qeyd olunub: “Məmnunluq hissi ilə vurğulamaq istəyirəm ki, dövlətlərimiz həmin mürəkkəb mərhələni geridə qoymağa və Rusiya-Azərbaycan münasibətlərinin bütün spektrini tam şəkildə normallaşdırmağa nail olub.Xüsusilə qeyd etmək istərdim ki, bu normallaşma ölkələrimizin rəhbərlərinin şəxsi mövqeyi sayəsində mümkün olub. Münasibətlərin tam formatda bərpası məhz bu səylərin nəticəsində həyata keçirilib”.Ceyhun Bayramov qeyd edib ki, Azərbaycan və Rusiya çoxəsrlik tarixi, mədəni və humanitar əlaqələrlə birləşən qonşu dövlətlərdir: “Ölkələrimiz arasında...
17 İyul 2026, 15:50
Azərbaycan və Rusiya XİN-ləri arasında Məsləhətləşmələr Planı imzalanıb
Azərbaycan Xarici İşlər Nazirliyi ilə Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi arasında 2026–2027-ci illər üçün Məsləhətləşmələr Planı imzalanıb.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.Məsləhətləşmələr Planını Moskvada xarici işlər nazirləri Ceyhun Bayramov və Sergey Lavrov imzalayıb.
17 İyul 2026, 15:38
Ceyhun Məmmədov: Azərbaycan Fələstinin etibarlı dostudur
Azərbaycan ilə Fələstin arasında münasibətlər qarşılıqlı hörmət, dostluq və beynəlxalq hüququn prinsiplərinə əsaslanan əməkdaşlıq modeli kimi diqqət çəkir. Bu əlaqələrin əsas xüsusiyyətlərindən biri siyasi dialoqla yanaşı, humanitar həmrəyliyin və qarşılıqlı etimadın da davamlı şəkildə qorunmasıdır.Azərbaycan xalqı və dövləti hər zaman Fələstin xalqının yanında olub, ona dost və qardaş dəstəyi göstərib. Rəsmi Bakı Fələstin məsələsində beynəlxalq hüquqa əsaslanan ardıcıl mövqe nümayiş etdirərək BMT-nin qəbul etdiyi qərarlara uyğun "iki dövlət" prinsipini dəstəkləyir. Bu yanaşma Azərbaycanın xarici siyasətində beynəlxalq hüquqa və ədalətli həll mexanizmlərinə verdiyi önəmin ifadəsidir.Son illərdə iki ölkə arasında siyasi əlaqələr daha da intensivləşib. Fələstin Dövlətinin Baş naziri Məhəmməd Mustafanın Azərbaycana...
17 İyul 2026, 10:50
İqbal Ağazadə: Xarici təsirlərə qarşı milli həmrəylik vacibdir
Milli məsələ həmişə həssas mövzu hesab olunur. Elə Azərbaycan vətəndaşları da adətən, belə məsələlərin üstündən sükutla keçməyə çalışır. Biz çoxmillətli ölkəyik. Ərazimizdə onlarla millət yaşayır.Ermənilər xaric, hamı qaynayıb-qarışıb, qız alıb, qız verib, qohum olub, bir tiyanda yoğrulub, vahid, bölünməz xalq kimi formalaşmışıq.Bəlkə Rusiyanın bölücülük siyasəti və erməni xisləti olmasaydı, onlarla da dil tapa bilərdik.Təbii ki, digər millətlərlə müqayisədə erməni bizdən hər anlamda çox uzaqdır.Biz talışlarla eyni dinə, çoxsaylı adətlərə, ənənəyə məxsusuq. Mədəniyyətimiz, məişətimiz, mətbəximiz, yaşam vərdişlərimiz böyük mənada eynidir. Bəlkə yaranışda ayrı millət olsaq da, tarixən bir yerdə yaşamağımız, sevinc və kədərimizi birgə bölüşməyimiz, eyni amal uğrunda bir səngərdə kürək kürəyə...
17 İyul 2026, 10:41