Prezident İlham Əliyev BPA 29-cu İllik Konfransının iştirakçılarına müraciət edib
Siyasət 29 Sentyabr 2024, 18:46
10082
Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) 29-cu İllik Konfransının iştirakçılarına müraciət edib.
CityPost.az xəbər verir ki, hazırda dövlət başçısının müraciətini Baş prokuror Kamran Əliyev səsləndirir.
Müraciətdə deyilir:
"Hörmətli tədbir iştirakçıları,
Sizi Beynəlxalq Prokurorlar Assosiasiyasının Bakı şəhərində keçirilən 29-cu İllik Konfransı və Ümumi Yığıncağında səmimi-qəlbdən salamlayıram.
Yüzə yaxın ölkənin, eləcə də BMT-nin ixtisaslaşmış qurumlarının da daxil olduğu beynəlxalq təşkilatların təmsilçilərini, habelə prokurorlar, hakimlər, hüquqşünaslar, ekspertlər və digər nüfuzlu şəxsləri bir araya gətirən belə bir mötəbər tədbirə ev sahibliyi etmək bizim üçün əlamətdar hadisə, eyni zamanda, ölkəmizə olan ehtiramın təzahürüdür.
Azərbaycanın qlobal əhəmiyyətli tədbirlərə ev sahibliyi etməsi artıq ənənə halını almışdır. Məlum olduğu kimi, ötən ilin sonunda Azərbaycan Respublikası dünya dövlətlərinin yekdil qərarı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etmək şərəfinə layiq görülmüşdür.
Bəşəriyyəti narahat edən iqlim dəyişmələrinə qarşı mübarizədə ölkəmiz digər dövlətlər, həmçinin aidiyyəti beynəlxalq təşkilatlarla birgə dünyanın ekoloji sisteminin yaxşılaşmasına töhfələr verməyə çalışacaqdır. Təsadüfi deyildir ki, COP29 çərçivəsində beynəlxalq tərəfdaşlarla birlikdə “İqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə orqanlarının səfərbər edilməsi” mövzusunda tədbirin keçirilməsi planlaşdırılır.
Azərbaycan uzun müddət qonşu Ermənistan Respublikası tərəfindən işğal və hərbi təcavüzə məruz qalmışdır. Bu işğal dövründə xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılmış, çoxsaylı hərbi cinayətlər və insanlıq əleyhinə cinayətlər törədilmişdir. Nəhayət 2020-ci ildə Vətən müharibəsi və 2023-cü ildə antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi.
Həmçinin oxuyun
İşğal dövründə 4 minə yaxın azərbaycanlı itkin düşmüşdür. Onlar Ermənistan tərəfindən işgəncələrə məruz qalaraq qətlə yetirilmiş və kütləvi məzarlıqlarda basdırılmışdır. Ermənistan hazırda itkin düşmüş bu şəxslərin sonrakı aqibəti, habelə onların basdırıldığı kütləvi məzarlıqların yeri barədə məlumatları bizə təqdim etməkdən imtina edir.
Həmçinin işğal dövründə Azərbaycan xalqına məxsus maddi-mədəniyyət abidələri, eləcə də dini ibadət yerləri, bütövlükdə 9 şəhər və yüzlərlə kənd və qəsəbə tamamilə məhv edilmişdir. Bu cinayət əməllərinə görə Ermənistan işğalçı və təcavüzkar ölkə olaraq, dövlət səviyyəsində məsuliyyət daşıyır. Bütün bu cinayətləri törətmiş Ermənistan tərəfi Azərbaycan xalqından üzr istəmək əvəzinə, ölkəmizə qarşı əsassız ittihamlar irəli sürür. Bütün bunlara baxmayaraq, bu gün Azərbaycan bölgədə davamlı sülh və sabitliyə nail olmaq üçün səylərini davam etdirir.
Hörmətli qonaqlar,
Biz Beynəlxalq Prokurorlar Assosiasiyası ilə uzunmüddətli əlaqələrimizi yüksək qiymətləndirir və bu tərəfdaşlığın möhkəmləndirilməsi istiqamətində səylərin gücləndirilməsini vacib hesab edirik.
Azərbaycanda prokurorluq orqanlarında mütərəqqi islahatlar həyata keçirilmiş, ölkədə qanunun aliliyi, fundamental hüquq və azadlıqlar tam təmin olunmuşdur. Ölkəmizin hüquq-mühafizə orqanları beynəlxalq səviyyədə transmilli cinayətkarlıq, terrorizm, separatizm, qaçaqmalçılıq, çirkli pulların yuyulması, narkotiklərin qanunsuz dövriyyəsi, kibercinayətkarlıq, qanunsuz miqrasiya və s. qarşı mübarizəyə öz mühüm töhfəsini verir və bu istiqamətdə beynəlxalq əməkdaşlığı dəstəkləyir.
Transsərhəd cinayətkarlığının yeni forma və təzahürlərinin, o cümlədən kibercinayətkarlığın yeni növlərinin meydana gəlməsi, sosial media platformaları, süni intellektin yaratdığı imkanlardan cinayətkarlıq, terrorizm məqsədilə istifadə edilməsi prokurorluq orqanlarının qarşısında yeni və mürəkkəb çağırışlar qoyur. Eyni zamanda, dünyada etnik-dini zəmində artmaqda olan nifrət və irqçilik meyilləri hamımızı narahat edir.
Əminəm ki, “Qanunun aliliyinin təmin edilməsində prokurorun rolu” mövzusuna həsr olunmuş dördgünlük konfrans ortaq məqsədlərə töhfə verəcək və daha böyük əməkdaşlığa yol açacaqdır.
Mən sizləri bir daha Azərbaycanda salamlayır, ən xoş arzularımı yetirir, konfransın işinə isə uğurlar diləyirəm".
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul edib
Oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovu qəbul edib.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.Qonağı salamlayan Azərbaycan Prezidenti İlham Əliyev dedi:-Sizi Azərbaycan torpağında bir daha görməkdən şadam. Xoş gəlmisiniz.Qısa səfər olmasına baxmayaraq, düşünürəm ki, çox məhsuldar olacaq.Yaxşı bilirik ki, xalqlarımız arasında qardaşlıq münasibətləri qədim tarixə malikdir və bu gün biz həmrəylik, dostluq, əməkdaşlıq nümayiş etdiririk.Çeçenistan Respublikasının fəal və sürətli inkişafında qazandığınız bütün uğurlara görə sizi təbrik edirəm. Uğurlarınıza sevinirik və respublikanın inkişafında, rifahın yaxşılaşdırılmasında sizə yeni nailiyyətlər arzulayırıq.Bilirsiniz ki, sizi burada görməyimizə həmişə şadıq.X X XÇeçenistan Respublikasının başçısı...
10 Oktyabr 2026, 15:50
Prezident İlham Əliyev Məsud Pezeşkianla görüşüb
Oktyabrın 9-da Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian ilə görüşü keçirilib.Bu barədə Citypost.az xəbər verir
09 Oktyabr 2026, 15:34
İlham Əliyev: “Xəzərdə əməkdaşlığın inkişafı üçün zəruri şərait yaradılmalıdır”
Bu gün Xəzərin iqtisadi və strateji əhəmiyyəti daha da artır. Xəzərdən mühüm nəqliyyat və enerji marşrutları keçir, iri beynəlxalq layihələr həyata keçirilir.Citypost.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Türkmənbaşıda keçirilən Xəzər ekoloji sammitində çıxış edərkən bildirib."Bu şəraitdə Xəzəri sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qoruyub saxlamaq prinsipial olaraq vacibdir. Bu, bütün Xəzəryanı dövlətlərin maraqlarına cavab verir və əməkdaşlığımızın gələcək inkişafı üçün zəruri şərait yaradır", - dövlət başçısı vurğulayıb....
09 Oktyabr 2026, 13:46
Zahid Oruc: “Azərbaycan Avrasiyanı birləşdirən qovşağa çevrilə bilər”
İlham Əliyev və Donald Trampın Bakı Zirvəsini keçirməsi mümkündürmü?Mərkəzi Asiya vahid geosiyasi məkana çevrilir. Birləşmənin institusional əsasları 2017-ci ildən başlandı. Əsas məqsəd regionun problemlərini və gələcəyini xarici vasitəçilərin iştirakı olmadan əvvəlcə öz aralarında həll etmək idi. Çoxəsrlik tarixi olan, Sovetlər Birliyinin dağılmasından sonra Qərb, Çin, Türkiyə və Rusiya arasında gələcəyini müəyyənləşdirməyə çalışan müstəqil dövlətlər son illər bütöv halda hansı qlobal iqtisadi və siyasi sistemə qoşulacaqlarını müəyyənləşdirməyə çalışırlar. 9 ildir yaradılan C5 regional formatı beynəlxalq dairələrdə mühüm təsisat kimi qəbul edilir. Lakin ondan iki il öncə ABŞ-ın formalaşdırdığı C5+1 Platforması əvvəlcə təhlükəsizlik, Əfqanıstan və sərhəd problemlərinə yönəltmək üçün qurulmuşdu, indi isə kritik...
09 Oktyabr 2026, 10:49
Rövşən Muradov: “Regional əməkdaşlıq Azərbaycanın strateji rolunu gücləndirir”
Müasir beynəlxalq münasibətlər sistemində Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı ölkəmizin xarici siyasətində strateji əhəmiyyəti davamlı yüksələn istiqamətlərdən birinə çevrilmişdir. Tarixi-mədəni yaxınlıq, ortaq iqtisadi maraqlar və regional təhlükəsizlik prioritetləri üzərində formalaşan bu münasibətlər Prezident İlham Əliyevin ardıcıl diplomatik fəaliyyəti nəticəsində keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu sözləri Milli Məclisin deputatı Rövşən Muradov Citypost.az-a açıqlamasında bildirib. Deputatın sözlərinə görə, Azərbaycanın 2025-ci ilin noyabrında Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşləri formatına tamhüquqlu üzv qəbul edilməsi isə Xəzərin hər iki sahilində yerləşən dövlətlər arasında siyasi koordinasiyanın və iqtisadi inteqrasiyanın institusional əsaslarını əhəmiyyətli dərəcədə möhkəmləndirmişdir.Bu baxımdan 2026-cı il Azərbaycan–Mərkəzi Asiya münasibətlərinin inkişaf dinamikası ilə...
09 Oktyabr 2026, 10:47
Prezident: “Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biridir”
2026-cı ilin ilk yarısında Azərbaycan üzərindən tranzit daşımalarının həcmi 10 faiz artaraq təxminən 8 milyon tona çatıb.Citypost.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənbaşı şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı deyib.Dövlət başçısının sözlərinə görə, əlverişli coğrafi mövqeyə malik Azərbaycan müasir nəqliyyat-logistika infrastrukturunu demək olar ki, sıfırdan yaradıb.“Azərbaycan Şimal–Cənub və Şərq–Qərb beynəlxalq dəhlizləri üzrə etibarlı tranziti təmin etməklə regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqeyini ardıcıl şəkildə möhkəmləndirir”, – Prezident İlham Əliyev vurğulayıb....
09 Oktyabr 2026, 10:33