Heydər Oğuz: "Qalxınma Yolu" İrana sərf etmir
Siyasət 29 İyul 2026, 10:12
530
Qalxınma yolu projesi kimə sərf etmir?
Zayd Ali adlı facebook istifadəçisi İraqın Nəqliyyat naziri Vəhb Salman əl-Həsəninin Türkiyə ilə “Qalxınma Yolu” anlaşmasını imzalamaq istəməməsini İrana bağlamamağıma xeyli təəccüblənib. Doğrudan da maraqlıdır: Müqaviləni bağlamaqda tərəddüd edən İraqlı nazirdir. Müqavilə Türkiyə ilə İraq arasında bağlanır. Bəs mən niyə bu hadisəni İranla əlaqələndirirəm?
Əvvəla, İraqdakı əksər nazirlərin Həşdi-Şabinin xeyir-duasını almadan seçilməsinin mümkün olmadığı Zeyd Ali əfəndidən başqa hər kəsə bəllidir.
İkincisi, Vəhb Salman əl-Həsəninin imzalamaq istəmədiyi “Qalxınma Yolu” projesi İrandan başqa bütün region dövlətlərinin maraqlarına uyğundur. Məsələn, İranın cığallığı nəticəsində Hörmüz boğazı yolu bağlanan Küveyt bu proje ilə öz neftini və qazını İraqa, ordan isə Türkiyə vasitəsilə Avropaya, Bəsrə-Hadisə-Akabe limanı boru kəməri ilə İordaniyaya uzanacaq və Aralıq dənizinə nəql edə biləcək. Beləcə, İranın Hörmüz blokadasından canını qurtaracaq.
Eynilə, Qətər də öz sıxılmış qazını “Qalxınma yolu” vasitəsilə Avropaya daşıyacaq.
Bəhreynin də, Birləşmiş Ərəb Əmirliklərinin də “Qalxınma yolu” üzərindən Avropaya açılması planlaşdırılır.
Məhz bu səbəbdəndir ki, 2024-cü ilin aprel ayında İraq, Türkiyə, Qətər və BƏƏ “Qalxınma yolu” marşrutu üzrə əməliyyat çərçivəsini müəyyənləşdirən anlaşma memorandumu imzalamışdılar. Anlaşmaya görə, layihəyə bu 4 dövlət təxminən 17 milyard dollarlıq investisiya yatıracaqlar. Təbii ki, körfəz ərəbləri milyarlarla dollarlarını havaya sovurmazlar.
Eyni zamanda körfəz ölkələrinin idxalatları da bu proje fəaliyyətə başladıqdan sonra Qalxınma yolu üzərindən həyata keçiriləcək. Dolayısıyla “Qalxınma yolu”nun faydasını təkcə körfəz ölkələri və Türkiyə deyil, həm də Avropa ölkələri də görəcək. Sözsüz ki, projedən ən çox qazananlardan biri isə İrana bağlı proksi məmurları sayəsində hazırda işçilərinin maaşını verə bilməyən İraq olacaq. İraq naziri isə nədənsə o müqaviləni imzalamaq istəmirdi.
“Qalxınma Yolu” projesinin yeganə zərəri İrana dəyəcək. Çünki bu proje sayəsində İranın ən strateji “silahlarından” biri hesab olunan Hörmüz boğazı öz əhəmiyyətini itirəcək.
Elədirsə, mən İraqın Nəqliyyat naziri Vəhb Salman əl-Həsəninin Türkiyə ilə “Qalxınma Yolu” anlaşmasını imzalamaq istəməməsinin səbəbini kimə bağlayım? Epsteyn mafiyasının ən tanınmış üzvü Donald Trampa, yoxsa uşaq qatili Netanyahuyamı?
Heydər Oğuz
Jurnalist
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Ekspert: Ukrayna dronları Rusiyanı çətin vəziyyətə salır
Ukraynanın həyata keçirdiyi kütləvi pilotsuz uçuş aparatı (PUA) hücumları Rusiyanın endirdiyi dron zərbələrini 3-4 dəfə üstələyir. Citypost.az xəbər verir ki, bu barədə hərbi ekspert Ədalət Verdiyev bildirib.Ekspertin sözlərinə görə, Ukraynanın intensiv dron hücumları Rusiyanın hava hücumundan müdafiə (HHM) sistemlərinə düşən yükü əhəmiyyətli dərəcədə artırır.Ədalət Verdiyev qeyd edib ki, yaranmış vəziyyət Rusiyanı silahlanmasında mövcud olan HHM komplekslərini ölkənin dərinliyində yerləşən strateji obyektlərin mühafizəsinə də yönəltməyə məcbur edir.Onun fikrincə, bu isə Rusiyanın hava məkanının müdafiəsində mövcud boşluqların artmasına və bəzi istiqamətlərdə müdafiə imkanlarının zəifləməsinə səbəb olur.Əli...
29 İyul 2026, 11:10
Qulu Məhərrəmli: Qarabağ üzərindən manipulyasiyalara son qoyulmalıdır
BDU-nun professoru, Əməkdar jurnalist Qulu Məhərrəmli Rusiya-Ermənistan münasibətləri fonunda Qarabağ məsələsinin yenidən gündəmə gətirilməsi ilə bağlı fikirlərini bölüşüb.Citypost.az xəbər verir ki, Q.Məhərrəmli bildirib ki, beynəlxalq erməni diasporu, Rusiyaya üz tutmuş və "bəlkə də qaytardılar" xülyası ilə yaşayan separatçı tör-töküntülər, bu ölkədəki bəzi erməni təşkilatları, həmçinin Qarabağ separatizminə həmişə açıq dəstək vermiş K.Zatulin kimi ayrı-ayrı muzdlu deputat və məmurlar artıq tarixə qovuşmuş "Artsax" yuxusunun gerçəkləşəcəyinə hələ də inanır və bu mövzunu yenidən körükləyirlər. Qulu Məhərrəmli qeyd edib ki, Stavropolda "nostalji" erməni abidəsinin açılışı və Rusiya rəsmilərinin vaxtaşırı səsləndirdiyi separatizm qoxulu bəyanatlar buna sübutdur.Professor diqqətə çatdırıb ki, heç bir konkret mahiyyəti, gücü...
29 İyul 2026, 08:48
Jurnalist: İranın İraqa bədəli 2 trilyon dollar olub
İransayağı “səlib yürüşü”nə qarşı mübarizəsi İraqın 2 trilyon dollardan çox pulunun oğurlanmasına səbəb olubİraqın yeni Baş naziri Əli Zeydi dünən nümayəndə heyəti ilə Türkiyəyə səfər edib. Səfər çərçivəsində Türkiyə ilə İraq arasında 5 müqavilə imzalanıb. Müqavilələrdən biri də “Qalxınma yolu” projesi ilə bağlı idi. Maraqlıdır ki, Bağdaddan basa-basa Ankaraya gələn İraqın Nəqliyyat naziri Vehb Salman əl-Həsəni əvvəl müqaviləni imzalamaqdan imtina edib. Son anda qarşısına 5 yox, 4 müqavilə mətni gətirilən Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan durumun fərqinə varıb və “Bir yalnışlıq olmasın? 5 müqavilə yox idimi?”, - deyə soruşub. Ərdoğanın bu sualından sonra İraqın Baş naziri Zeydi dövriyyəyə girib və rəsmi...
29 İyul 2026, 08:19
Rövşən Muradov: Dil dövlətçiliyimizin strateji sütunudur
Hər bir xalqın inkişaf trayektoriyasını müəyyən edən amillər sırasında dil xüsusi yer tutur. Dövlət siyasi institutlar üzərində qurulur, milli kimlik isə ana dilində formalaşan düşüncə vasitəsilə davamlılıq qazanır. Azərbaycan dili xalqımızın tarixi təcrübəsini, hüquqi təfəkkürünü, ədəbi-estetik zövqünü və mənəvi dəyərlər sistemini nəsildən-nəslə ötürən əsas daşıyıcıdır. Bu baxımdan Azərbaycan əlifbası və Azərbaycan dili günü sadəcə əlamətdar tarix kimi qiymətləndirilmir, milli özünüdərk və dövlətçilik şüurunun təntənəsi kimi qəbul olunur.Bu sözləri Citypost.az-a açıqlamasında millət vəkili Rövşən Muradov bildirib.Millət vəkilinin sözlərinə görə, tarixi proseslər göstərir ki, siyasi sərhədlər dəyişə bilir, idarəetmə formaları yenilənir, dilini qoruyan xalqlar isə öz milli varlığını qoruyub saxlayır. Azərbaycan xalqının...
28 İyul 2026, 14:10
Sabiq deputatdan İrana SƏRT sözlər : Güclü kəşfiyyatınız olsaydı...
Sabiq deputat Etibar Əliyev İran İslam Respublikasının Kəşfiyyat Nazirliyinin AZTV-ni “düşmən media qurumları” siyahısına daxil etməsinə münasibət bildirib.Citypost.az xəbər verir ki, Etibar Əliyev sosial şəbəkə hesabında paylaşdığı açıqlamada İranın bu qərarını tənqid edib. O, bildirib ki, əgər İranın kəşfiyyatı həqiqətən güclü və peşəkar olsaydı, İsrail ölkənin yüksək rütbəli generallarını və tanınmış nüvə fiziklərini yaşadıqları evlərdə öldürə bilməzdi.Sabiq deputat əlavə edib ki, ictimaiyyət nümayəndələri indiyədək AZTV-ni Azərbaycanın əleyhinə çıxış edən İranın bəzi deputat və siyasətçilərinə kifayət qədər sərt cavab vermədiyinə görə dəfələrlə tənqid ediblər.Əli...
28 İyul 2026, 11:57
Akif Aşırlı: İran yenə Azərbaycana qarşı düşmənçilik edir
İran Azərbaycanın dövlət müstəqilliyinə, suveren hüquqlarına , ərazi bütövlüyünə üzdə dost , arxada düşmən münasibətini həmişə açıq formada göstərib. 1990 - cı illərdən üzübəri bütün dövürlərdə bunu xalqımız da, dünya da görüb və görür. Xəzərin hüquqi statusundan başlayaraq hər iki Qarabağ savaşında İranın Ermənistana hərbi , mənəvi- siyası dəstəyi və düşmən ölkəyə nəfəslik verməsi bir kimsəyə qaranlıq qalmadı.Bu sözləri Şərq qəzetinin baş redaktoru, Əməkdar jurnalist Akif Aşırlı Citypost.az-a açıqlamasında bildirib.Akif Aşırlının sözlərinə görə, yenə də İran qonşu ölkədən özünə düşmən yaratmaqla məşğuldur. İndi də düşmən obrazında Az TV - dir. Bəlli olur ki, İranın Kəşfiyyat Nazirliyi Azərbaycan Respublikasının dövlət televiziyası ...
28 İyul 2026, 11:45