Bizə yazın

Baku

-°C

USD

-

İnsanlara həsr olunmuş ömür - Turan Etibaroğlu yazır...

Söz adamı 08 İyun 2026, 15:54

4052

Respublikanın Əməkdar həkimi Nəcibə Sabir qızı Mustafayevanın xatirəsinə

(09 iyun 1926 – 26 yanvar 2014)

Elə insanlar var ki, ömürlərini insanlara xidmətə həsr edir, peşələri ilə yanaşı, yüksək mənəvi keyfiyyətləri ilə də yadda qalırlar. Respublikanın Əməkdar həkimi, Əmək Veteranı Nəcibə Mustafayeva öz həyatı və fəaliyyəti ilə bu fikri ən gözəl təsdiq edənlərdən biri olmuşdur.

Doğrudan da elə bir insan tapılmaz ki, həyatı boyu heç olmasa bir dəfə həkim yardımına ehtiyac duymasın. Həkim peşəsi yalnız bilik və peşəkarlıq deyil, həm də mərhəmət, səbir və insan sevgisi tələb edir. Həkim mehriban, qayğıkeş və gülərüz olduqda onun sözü və münasibəti xəstənin sağalma yolunda ən təsirli vasitələrdən birinə çevrilir. Məhz bu xüsusiyyətlər Nəcibə xanımı həmkarları və xəstələri arasında xüsusi ehtiram qazanan bir həkimə çevirmişdi.

O, məşhur Əlibəyovlar nəslinə mənsub ziyalı və zadəgan ailəsində dünyaya göz açmışdır. Babası Ağasəlim bəy Əlibəyov dövrünün tanınmış ziyalılarından olmuş, yüksək hüquq təhsili alaraq hərbi xidmətdə qazandığı nüfuzla çar ordusunda general rütbəsinədək yüksəlmişdir. Atası Sabir bəy Əlibəyov da Sankt-Peterburq Universitetinin hüquq fakültəsinin məzunu olmuş, xaricdə ali təhsil almış ilk azərbaycanlı hüquqşünaslardan biri kimi tanınmışdır. O, sonralar Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakı Dairə Məhkəməsinin hakimi vəzifəsində çalışmışdır.

Bakıya gəldikdən sonra Sabir bəy yaxın dostu, görkəmli ziyalı və professor Əbülfəz Qarayevin evində onun gənc qohumu Məsumə xanımla tanış olmuşdur. Bu tanışlıq sonradan qarşılıqlı hörmət və məhəbbətə çevrilmiş, onlar ailə qurmuşlar.

Anası Məsumə xanım Qarayeva Hacı Zeynalabdin Tağıyevin təsis etdiyi məşhur Qızlar Gimnaziyasının və Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin məzunu olmuşdur. Uzun illər təhsil sahəsində çalışmış, məktəb direktoru və rayon xalq maarif şöbəsinin müdiri vəzifələrində fəaliyyət göstərmiş, xidmətlərinə görə “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür.

Belə bir ziyalı və alicanab ailədə böyüyən Nəcibə xanım da ailəsinin ənənələrini ləyaqətlə davam etdirmişdir. Azərbaycan Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirdikdən sonra təyinat üzrə Biləsuvar rayonuna göndərilmiş və əmək fəaliyyətinə başlamışdır.

Biləsuvarda üç il ərzində müxtəlif vəzifələrdə çalışmış, terapevt, dermatoloq və pediatr kimi fəaliyyət göstərmişdir. Sonra Bakıya qayıdaraq professor M. Kajlayevin rəhbərlik etdiyi otorinolarinqologiya kafedrasının klinik ordinaturasına müsabiqə yolu ilə daxil olmuşdur. Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda təhsilini davam etdirərək müxtəlif cərrahi əməliyyatlarda iştirak etmiş, peşəkar bilik və bacarıqlarını daha da artırmışdır.

Ordinaturanı bitirdikdən və ailə qurduqdan sonra Xətai Rayon Səhiyyə Şöbəsinin tabeliyində olan 1 saylı tibbi-sanitar hissəsində əmək fəaliyyətinə başlamışdır. Eyni zamanda on il müddətində Xətai Rayon Hərbi Komissarlığının tibbi komissiyasının üzvü olmuş, neftayırma zavodlarında çalışan işçilərin müntəzəm tibbi müayinələrinin və müalicələrinin təşkilində yaxından iştirak etmişdir.

Nəcibə xanım əmin idi ki, insan bu dünyaya xoşbəxt olmaq üçün gəlir və xoşbəxtliyin təməlində sağlamlıq dayanır. Məhz buna görə də o, bütün həyatını insanların sağlamlığına və rifahına həsr etmişdi.

O, bütün Azərbaycan anaları kimi doğma torpaqlarımızın azad olunmasını arzulayırdı. Qarabağ torpaqlarının işğal altında olduğu bütün o uzun illər boyu əslən Ağdamdan olan ömür-gün yoldaşı, Azərbaycanın kimya sənayesinin tarixini yazanlardan olmuş Əliş Mustafayev ilə birlikdə bu ağrını öz şəxsi dərdləri kimi yaşayırdı. Bu nisgil onların saçlarına dən salsa da, qəlblərindəki ümid və inamı sarsıda bilməmişdi. Onlar hər zaman inanırdılar ki, gün gələcək, doğma torpaqlar azad olunacaq və Qarabağda həyat canlanıb yenidən öz axarına qayıdacaq.

Vətənin taleyinə biganə qalmayan Nəcibə xanım ürəyinin səsi ilə dəfələrlə cəbhə bölgəsinə – Tərtər rayonuna gedərək hərbi hospitallarda yaralı əsgərləri müayinə edir, onlara tibbi yardım göstərirdi. Eyni zamanda Saatlı və Sabirabad rayonlarındakı çadır şəhərciklərində məskunlaşmış qaçqın və məcburi köçkünlərə həm tibbi, həm də maddi dəstək verirdi.

Həkimlik fəaliyyəti ilə yanaşı, Nəcibə xanım ictimai işlərdə də fəallığı ilə seçilirdi. Qadın İnkişaf Mərkəzinin və Respublika Qadın təşkilatlarının fəal nümayəndələrindən biri kimi Bilgəh qocalar evini, eləcə də Zabrat Uşaq Psixonevroloji Dispanserini mütəmadi ziyarət edir, orada yaşayan insanlara mənəvi dayaq olurdu.

Yüksək mənəvi dəyərlərə sahib olan Nəcibə xanım üçün insanlara kömək etmək həyatının ayrılmaz hissəsi idi. O, ehtiyacı olanların yanında olur, ümidsizliyə qapılanlara ümid verir, yıxılanın əlindən tutub onu yenidən həyata qaytarmağı bacarırdı. Mərhəməti, qayğıkeşliyi və xeyirxahlığı ilə insanların yaddaşında dərin iz qoymuşdu.

Səmərəli və uzunillik fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, 1967-ci ildə “Səhiyyə əlaçısı”, 1975-ci ildə “Ali dərəcəli həkim”, 1990-cı ildə Azərbaycan “Respublikasının Əməkdar Həkimi” kimi fəxri adlara layıq görülmüşdür. 1996-ci ildə “Əmək Veteranı” adı ilə və Səhiyyə Nazirliyinin “Fəxri Fərmanı” ilə təltif edilmişdir. 

Nəcibə xanıma Qarabağın azadlığını görmək nəsib olmasa da, ömrü boyu qəlbində yaşatdığı inam özünü doğrultdu. Uğrunda dua etdiyi torpaqlar azad olundu, illərlə həsrətini çəkdiyi Qarabağa həyat yenidən qayıtdı. Bu isə onun və onun kimi minlərlə vətənpərvər insanın ən böyük arzularının gerçəkləşməsi oldu.

Bu gün də onu tanıyanların xatirəsində xeyirxah, gülərüz, mərhəmətli və nikbin bir insan kimi yaşayır. Nəcibə Mustafayevanın ömür yolu peşəsinə sədaqətin, insanlara xidmətin və vətən sevgisinin parlaq nümunəsidir. Onun əziz xatirəsi yaxınlarının, həmkarlarının və şəfqətini görmüş insanların qəlbində daim ehtiramla yaşayacaqdır.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bir az da qumru kimi, anadil kimi ötmək... - Sərvaz HÜSEYNOĞLU 

Bəsti Əlibəyli kimi peşəkar tənqidçi və ədəbiyyatşünas olub, eyni peşəkarlıqla şeir yazmaq ədəbi mühitimizdə barmaqla sayılacaq nümunələrdəndi məncə. Deyək ki, bu sırada hələlik yalnız Sabir Rüstəmxanlı və Kamal Abdulla imzası var. Yəni həm ədəbiyyat nəzəriyyəsi, həm ədəbi tənqid, həm də poeziya müstəvisində eyni mükəmməlliyə sahib olanlar sırasındadı Bəsti Əlibəyli.Yaradıcılığında hər üç sahəni yetərincə bir araya gətirməkdə Sabiranə və Kamalanədi.Dahi fizik Albert Eynşteyninin hər kəsə məlum "qəlbən şair olmayanlardan yaxşı riyaziyyatçı olmaz" fikri var. Eyni fikir ucalığından deyə bilərik ki, qəlbən şair olmayanlar mükəmməl ədəbiyyatşünas, ədəbiyyat tənqidçisi ola bilməzlər. Yəni şeirin (və şairin) iç dünyasına, üslub özəlliyinə, romantik aləminə varmadan şeiri...

22 İyul 2026, 11:13

Orxan Saffari: Azərbaycanın tanınmayan Xalq yazıçısı

Azərbaycan Xalq yazıçısı, şairi deyəndə ağıla gələn ilk adlar Sabir Rüstəmxanlı, Anar, Ramiz Rövşən və s. kimi adlar olur. Ancaq heç yazıçıların da yadına düşməyən bir Xalq yazıçısı isə Natiq Rəsulzadədir. Sözün həqiqi mənasında bu gün bir çox yazıçı-şairin tanımadığı Xalq yazıçısıdır o. Diqqət etmişəm, məşhur Xalq yazıçı və şairləri də onunla oturub-durmurlar. Sosial şəbəkədə birlikdə şəkilləri olan Xalq yazıçısı və şairlərin şəkillərinin heç birində Natiq Rəsulzadə yoxdur. Heç tədbirlərdə də iştirak etmir. Görəsən, səbəb nədir?Natiq Rəsulzadə əsasən rus dilli yazıçıdır. Niyə? Bilinmir. Yəni belə Azərbaycanca da gözəl danışır. Ən azından Çingiz Abdullayev kimi deyil. Səlis nitqi var. Ara-sıra verilişlərdə də görmüşəm. Allaha min...

09 İyul 2026, 18:00

Adil Şirindən AYRILIQ şeiri

     Ayrılıq yağışıdı, gülüm, bu yağan yağış,     Ayrılıq küləyidi bu əsən külək.     Ayrılıq çiçəyidi, ayrılıq çicəyidi      Sənin pəncərəndə açan ağ çiçək.     Ayrılıq göyləridi bu şəhərin göyləri,     Ayrılıq mələyidi, ayrılıq mələyidi-      Bu göylərin mələkləri.     Ayrılıq lələyidi, ayrılıq lələyidi     Bəyaz durna lələkləri...     Udduğumuz hava da ayrılıq havasıdı,     Ulduzlar ayrılıq ulduzlarıdı.     Baharlar ayrılıq baharlarıdı,     Payızlar ayrılıq payızlarıdı...     Ayrılıq yağışları yağır, yağır hələ də,     Ayrılıq durnaları uçur, hələ də uçur.     Fəsillər ayrılıq fəsilləridi,     Hələ də pəncərəndə ayrılıq çiçək açır......

09 İyul 2026, 15:56

Orxan Saffari: Hüseynbala Mirələmov fenomeni və ya vicdanın əzabı

Bir neçə il əvvəl Hüseynbala Mirələmov katibəsi ilə əslində xoş, ancaq cəmiyyət tərəfindən pis qarşılanan görüntü ilə gündəmə gələndə gülümsəmişdim.Əksəriyyət onu söysə də, özüm az qala müdafiə də edəcəkdim ki, ayıbdır, qoca kişidir, deyirsiniz, indi o arpa yeyə bilməz? Yoxsa belə bir qayda var ki, yaşın ötübsə, intim məsələlər tamamilə bitməlidir? Lap üstəlik, əl atan da, atılan da razıdırsa, bizə nə düşüb? Əlbəttə, aydın məsələdir ki, insanların qəzəbi onun özünə idi, kobud əllərinə yox. Halbuki Hüseynbala Mirələmovun indiyə qədər əlinin olduğu ən gözəl, ziyansız iş elə o idi. Sözsüz, əgər Hüseynbala Mirələmov cəmiyyətdə nüfuzlu, sevilən bir adam olsaydı, hamı bu hadisəni xoş...

09 İyul 2026, 10:24

Qulu Məhərrəmli Zemfira Şahbazovadan YAZDI 

Məhkəmədən göndərilən məktub əsasında onun və çalışdığı kafedranın müəllimi Təranə İsmayılovanın mənim müsahibəmə linqvist-ekspert təyin olunmalarına etiraz edirdim. Sırf mənəvi mülahizələr səbəbindən ekspertlərin, ümumiyyətlə, çalışdığım BDU-dan olmasını istəmirdim. Bununla bağlı məhkəməyə davamlı etirazımı bildirirdim, amma Yasamal məhkəməsi iddiamı qəbul etmirdi.  Mən özümə görə deyil (çünki Avropa Məhkəməsinə qədər getməyi göz altına almışdım) iki xanım dilçinin təzyiq altında  mənfi rəy yazaraq ciddi qınağa gələcəklərindən ehtiyat edirdim. Çünki onları şəxsən BDU-nun ovaxtkı rektoru (ak.Abel Məhərrəmov) özü seçmişdi, yəqin ki, güvənirdi. Rektor isə məni məhkəməyə vermiş və ən müxtəlif üsullarla həbsimə çalışan AzTV sədri (A.Alışanov) ilə yaxın idi. Ən azı o günlərdə bu...

08 İyul 2026, 12:23

Orxan Saffari Kamal Abdullanı sərt tənqid etdi

Bu sicilləməni oxuyanınız var?)***Kamal Abdullanın ictimai obrazı haqqında tənqid edilən zaman deyilən bir mənasız söz də var: “Əsərləri əladır”. Bəs doğrudan da belədirmi?Məsələn, onun “Sehrbazlar dərəsi” əsəri niyə əla yox, başdan ayağa sicilləmədir?Əvvəlcə onu deyərdim ki, “Sehrbazlar dərəsi” romanında ümumiyyətlə sehr, sirr adına heç nə yoxdur. Onun sirr, sehr dediyi nəsnə primitivliyi, mənasızlığı mistika adı ilə sıramaq cəhdlərindən başqa bir şey deyildir ki, Allaha min şükür, bu da uğursuz alınıb. Ancaq maraqlıdır ki, əsər illər boyu postmodernizm, mifopoetik təfəkkür, fəlsəfi roman, intellektual nəsr kimi təqdim olunmuş, Azərbaycan ədəbiyyatında yeni mərhələnin nümunəsi kimi qiymətləndirilmişdir. Təəssüf. Obrazlı desək, bu əsərdə həqiqətən də sehr, sirr yox, qeyri-müəyyənlik var. Əsər haqqında...

08 İyul 2026, 11:55