Tanrıya ucalan səs itmədi! Əmir Pəhlivan yazır...
Söz adamı 24 İyul 2026, 12:34
2913
Əhməd bəy Ağaoğlunun qızı Sürəyya Ağaoğlu 1903-cü ildə Şuşada anadan olmuşdur. Atası böyük fikir adamı, ideoloq, hüquq professoru Əhməd bəy Ağaoğlu ilə birlikdə 1910-cu ildə Türkiyəyə mühacirət etmişdir. Uşaqlıq və gənclik illəri Türkiyə milliyyətçi ocaqları və Mustafa Kamal Paşa Atatürkün yaxın dostları arasında keçmişdir. Bir neçə dəfə atası Əhməd bəy Ağaoğlu ilə birlikdə Mustafa Kamal Atatürklə şəxsən görüşmüşdür.Türkiyənin ilk qadın vəkili, Beynəlxalq Qadın Hüquqşünaslar Cəmiyyətinin ilk prezidenti olan Sürəyya Ağaoğlu İstanbul Hüquq Fakültəsini bitirdiktən sonra ömrünün sonuna qədər vəkilliklə məşğul olmuşdur.1950-ci ildə Alman hüquqşünas Werner Taschenbreker ilə ailə qurmuşdur. Lakin bu izdivacdan onların övladı olmamışdır.
Beynəlxalq Qadın Hüquqşünaslar Cəmiyyətinin ilk prezidenti olan Sürəyya Ağaoğlu, Azad Fikirləri Yayma Dərnəyi və Türk-Amerikan Universitetlər Dərnəyinin təməl qoyucusudur.
İstanbul Qız Liseyində təhsil aldığı illərdən vəkil olmaq arzusu ilə yaşayan Sürayyə Ağaoğlu 1920-ci ildə həmin Liseyi bitirir. 1921-ci ildə İstanbul Universitetinin hüquq fakültəsinə sənədlərini təqdim etmək üçün müraciət etdikdə problemlə qarşılaşır. Həmin dönəmdə hüquq fakültəsində qadın tələbə olmadığı üçün İstanbul Universiteti rektoru Haldun Taner ona kömək edə bilməyincə, o, rektorun atası Səlahəttin bəyə müraciət etmək qərarına gəlir.
Türk qadınlarının çarşabda gəzdiyi bir vaxtda Sürayyə Ağaoğlunun stereotipləri dağıdaraq vəkil olmaq üçün hüquq fakültəsinə qəbul olmaq niyyəti ictimaiyyət tərəfindən qeyri-adi qarşılanır. Sürayyə xanım Səlahəttin bəyə hüquq fakültəsinə qəbul olmaq istədiyini dedikdə otaqda olan şəxslər bu təklifi qəhqəhələrlə qarşılayırlar. Lakin Sürəyyə xanımın təkidi və özü kimi iki nəfər vəkil olmaq üçün müraciət edən xanımları (Melda və Bedia) təqdim etdikdə onlar ayrıca fakültə açmaq məcburiyyətində qalırlar. Amma günortaya qədər kişi tələbələrə günortadan sonra isə qadın tələblərə dərs keçirdilər.
1921-ci il iyulun 18-də erməni qatil Torlakyan İstanbulun "Pera-Palas" hotelinin önündə Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər naziri Behbud xan Cavanşiri üç güllə ilə qətlə yetirir və həbs olunur. Həmin vaxt İstanbul ingilis işğalı altında olduğundan cani cinayət hadisəsindən iyirmi gün sonra ingilis hərbi tribunalında mühakimə edilir.
Sürəyya Ağaoğlu hüquqşünas tələbə kimi iştirak etdiyi bu tarixi məhkəmənin yekunu barədə "Bir ömür də belə keçdi" adlı memuarında yazır: "Nəhayət, məhkəmə bitdi. Prokuror qatil üçün ölüm cəzası istədi. Bu tələb hətta bizi çaşdırdı. Lakin prokuror iyirmi dörd saat içərisində Türkiyədən uzaqlaşdırıldı. Yerinə gələn prokuror isə müttəhimə bəraət istədi və qatil Torlokyan gecə ikən qaçırıldı".
Sürəyya xanım yaxşı bilirdi ki, türkə qarşı dünyanın qərəzli oyunları gedir.Bunu vəkillik misiyasını yerinə yetirərkən dünyanın biganəliyi, bəzən ədalətsizliyi fonunda türklərə sanki eyni bir mərkəzdən qaynaqlanan mənfi münasibəti iş materiallarında öz gözləriylə görmüşdü.
Məhkəmədən illər sonra Sürəyya Ağaoğlu Londonda olarkən prokuror Rickatson Hatt ilə görüşür. Görüş zamanı həmin prokuror məlum məhkəmənin sədri ilə Çində görüşdüyünü və sədrin ona türklərin bu davada haqlı olduğunu söyləyir.
Sürəyya Ağaoğlu Azad Fikirləri Yayma Dərnəyi və Türk-Amerikan Universitetlər Dərnəyinin təməlqoyucusudur. Bir sıra hüquqi məqalələrin, "Londonda gördüklərim" və "Bir ömür də belə keçdi" kitablarının müəllifidir.
Sürəyya Ağaoğlu 29 dekabr 1989-cu ildə İstanbulda beyninə qan sızması nəticəsində vəfat etmişdir.
Bu dünyanı behişt bilmə, yalandı,
Verdiyini bir qırpımda alandı,
İlan kimi zəhərini çalandı,
Tanrıya ucalan səsin itmədi!
Yaratdığın qundağında ağladır,
Qul eyləyib torpağında ağladır
Dağları da məhvərindən laxladır,
Tanrıya ucalan səsin itmədi!
Əllər havadadı, ayaq torpaqda,
Saçlar da seyrəlib, itib daraqda,
Sözlərim saralıb bu ağ varaqda,
Tanrıya ucalan səsin itmədi!
Əzəl yaranışın sevgisi, yarı,
Sən qoca dünyanın çalınan tarı,
Yerlərin naləsi, haqqın bayrağı,
Tanrıya ucalan səsin itmədi!
Nağılsan - həyatın minbir adısan,
Sən Günəşin Qadın adlı odusan,
Bu dünyanın doğmasısan, yadısan,
Tanrıya ucalan səsin itmədi!
Sən torpağın qucağında böyüdün,
Dağa döndün, zirvə oldun, öyündün,
İnsan kimi sən Allahın özüydün,
Tanrıya ucalan səsin itmədi!
Əmir Pəhləvan
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Başqasının uğuru niyə bizi narahat edir?
Bəzən bir insanın uğur qazandığını eşidəndə sevincimizdən əvvəl içimizdə qəribə bir sükut yaranır. “Nə yaxşı, halal olsun” deyirik, amma həmin sözlərin arxasında başqa bir fikir də gizlənir: “Niyə o, mən yox?” Əslində insanı narahat edən çox vaxt başqasının qazandığı deyil, həmin uğurun onun öz həyatındakı çatışmazlıqları xatırlatmasıdır.İnsan özünü başqası ilə müqayisə etməyə başlayanda uğurun mənası da dəyişir. Əvvəllər məqsədinə çatmaq kifayət edirdisə, indi başqasının harada dayandığı əsas ölçüyə çevrilir. Dostunun evi böyüyür, tanışının işi yaxşı gedir, həmyaşıdının kitabı çap olunur, bir başqası xaricdə təhsil alır. Hər yeni xəbər insana öz həyatını yenidən hesablamaq üçün səbəb verir. Beləcə, başqasının uğuru onun...
17 Sentyabr 2026, 13:25
Allaha sual... Dayandur Sevgin
Burnumun ucunda ö*lüm qoxusu,Olan günahımı yuya bilmirəm.Canımda yurd salıb bəndə qorxusu,Mən sənin qorxunu duya bilmirəm.Mən insandan qorxum,ya səndən Allah?Nə var ki, salmağa, mərdi kəməndə,Ədalətin gözü yuxuludursa.Allahın kölgəsi sayılan bəndə,Allahın özündən qorxuludursa,Mən insandan qorxum,ya səndən Allah?Daşı doğrayırsa tamahın dişi,Bəndənin gözündə dünya zərdisə.Əllidə baş k*əsib q*an tökən kişi,Yetmişdə əməli peyğəmbərdisə,Mən insandan qorxum,ya səndən Allah?Qəlbimdə qalıbsa quruca adın,Bəndənin qorxusu mənə dağdısa.E*dam otağından çıxan cəlladın,Əlləri qırmızı, üzü ağdısa,Mən insandan qorxum,ya səndən Allah?Qulağın almırsa atılan topu,Xayalın başında boş fırlanırsa.Sənin hökmün ilə açılan qapı,Bəndənin əliylə qıfıllanırsa,Mən insandan qorxum,ya səndən Allah?Allahın qorxusu, insan qoxusu,Yüz qara qorxular bir ağa düşüb.İnsan cilidində şeytan qorxusu,Allah qorxusundan qabağa düşüb,Yolumu gözləyən dar...
17 Sentyabr 2026, 11:06
BİRCƏ SƏN QALIBSAN, BİR DƏ EŞQ QALIB - Vasif Süleyman
Dünyanın o başı nə yaxın imiş,Gözlərə görünür sonlar, İlahi!Arxada xatirə, öndə ölüm var,Heç nəyə yaramır yanlar, İlahi!Qaytaraq nə varsa yerindir, yerə,Gah göyə qarışır, gah da sirr, yerə.Eşqdən yananları topla bir yerə,Onlar bir-birini anlar, İlahi!Hamı gedəridi, indi seç, qalıb,Nələr ödənməli, birə-beş qalıb...Bircə sən qalıbsan, bir də EŞQ qalıb,Getdi nə paşalar, xanlar, İlahi!
16 Sentyabr 2026, 14:16
Səfər Alışarlı: “Çingiz Əlioğlu ədəbi aləmdə inandığım şairlərdəndi”
Görkəmli şair Çingiz Əlioğlu ötən ay bizi tərk etdi. Aeroportda eşitdim bu acı xəbəri, dəfnində iştirak edə bilmədim.Citypost.az xəbər verir ki, bu sözləri tanınmış yazıçı Səfər Alışarlı yazıb.Yazıçı bildirib ki,Çingiz Əlioğlu ədəbi aləmdə inandığım, sevdiyim və həmişə xoş ovqatla xatırladığım az saylı şairlərdəndir. Onunla təsadüfən rastlaşanda özümdən asılı olmadan əhvalım yüksəlirdi: qarşımda sözün qədrini bilən, yaxşını pisdən ustalıqla seçməyi, öz taleyini yaşamağı bacaran, bəsirətli və son dərəcə nikbin bir insanın, Azərbaycan şairinin durduğunu hiss edirdim. Onun ədəbiyyat haqqında fikir və mülahizələri adama ləzzət verirdi. Mühitimizdə Çingiz istedadı, böyük mütaliəsi və zəngin ədəbi təcrübəsilə seçilirdi. Onun bütün həyatı ədəbiyyata, kitaba, sözə həsr...
15 Sentyabr 2026, 09:18
Yenə ayrılıqdı gəlir üstümə... Rüstəm Behrudidən ŞEİR
Yenə ayrılıqdı gəlir üstümə...( Rüstəm Behrudi )Bizi öl*dürürlər xəbəriniz yox,Bizi yandırırlar, koram tüstümə;Yenə tufan gəlir qarşı tərəfdən,Yenə ayrılıqdı gəlir üstümə.Bu da ayrılığın həsrət əlləri,Bu da məzarımız, bu da baş daşı...Ey bizi diriykən ayrılıqlara,Yollamaq istəyən, fikrindən daşın!Bilirsən nə deyir titrəyən əlim,Bilirsən nə deyir gözlərimdə qəm?!Mən öz tabutuna uzaqdan durub,Sakitcə-sakitcə baxan deyiləm!Bir də bənzəmərəm özümə heç vaxt,Hər cür ayrılığa gözüm öyrəşib;Ürəyim öyrəşib bəd xəbərlərə,Dərdimi deməyə sözüm öyrəşib!Nədən bu şəhərdə əcnəbilərtək,Mənə qərib-qərib açılır sabah,Bir cüt yaşıl yarpaq gözümdən yağan,Heyrətim nə deyir, görəsən allah!Görəsən nə deyir o namərd adam,Görən niyə susub adamlar, allah!Hamı təslim oldu şərə, sənin də,Nədəndi canında qorxu var, allah!Ya ö*ldür, ya...
10 Sentyabr 2026, 12:39
Uşaqlıq çiyindaşımın əbədiyyətə uzanan yolu
Bəzi insanlar həyatdan köçür, amma ömürdən köçmürlər. Bəzi adlar var ki, illər keçdikcə yaddaşın dərinliyinə çəkilsə də, orada daha möhkəm kök salır. Elə insanlar da var ki, uşaqlıq illərinin bir parçası olmaqdan çıxıb, insanın öz xatirəsinə, öz keçmişinə, öz ömrünün ayrılmaz səhifəsinə çevrilirlər.Mirdaməd Mirsadıq oğlu Sadıqov da mənim üçün belə insanlardan idi.O, bu dünyadan gedəli beş il keçir. Beş il... Təqvim üçün bəlkə də sadəcə bir rəqəmdir. Amma dost itkisini yaşayan insan üçün beş il bəzən beş gün qədər yaxın, bəzən də bütöv bir ömür qədər uzaq görünür. Çünki zaman bəzi ayrılıqları sağaltmır. Əksinə, insanın qəlbində həmin adamın yerini daha...
08 Sentyabr 2026, 11:07