Bizə yazın

Baku

-°C

USD

-

Körpələrdə nitq ləngiməsinin 4 əsas səbəbi: Valideynlər nə vaxt loqopedə müraciət etməlidir?

Cəmiyyət 28 Avqust 2026, 16:28

414

Uşaqların erkən yaş dövründə inkişaf göstəricilərindən biri onların nitq, ünsiyyət bacarıqlarının formalaşmasıdır. Körpələrin ilk sözləri tələffüz etməsi, fikirlərini ifadə etməsi hər bir uşaqda fərdi tempdə baş versə də, müəyyən yaş hədlərində nitqin olmaması, yaxud geriləməsi ciddi narahatlığa zəmin yaradır. Nitq ləngiməsi uşağın yalnız nitq aparatının deyil, onun ümumi psixi, sosial inkişafının da ləngiməsinə yol açan faktordur.

Citypost.az xəbər verir ki, bu problemin yaranmasına səbəb olan birinci əsas faktor eşitmə qüsurlarıdır. Uşaq ətrafdakı səsləri, sözləri tam, aydın duymadıqda həmin səsləri təqlid edə bilmir, nəticədə nitq inkişafı ləngiyir. İkinci mühüm səbəb pedaqoji, sosial baxımsızlq, yəni ailədə canlı ünsiyyətin azlığıdır. Uşaqla kifayət qədər danışılmadıqda, erkən yaşlardan etibarən telefon, planşet, televizor kimi rəqəmsal ekranlara uzunmüddətli maruz qaldıqda passiv nitq formalaşmır. Üçüncü faktor nevroloji pozuntular, mərkəzi sinir sisteminin zədələnmələridir. Dördüncü səbəb isə nitq aparatının anatomik quruluşundakı qusurlar, o cümlədən dil altı pərdənin (dil qatının) qısa olması, ağız-üz əzələlərinin zəifliyidir.

Valideynlərin loqoped, nevroloq müayinəsini təxirə salmadan mütəxəssisə müraciət etməsi üçün müəyyən yaş böhranları mövcuddur. Körpə bir yaşında ikən adına reaksiya vermirsə, sadə jestləri (əlvida etmək, başı ilə təsdiqləmək) tətbiq etmirsə, bu ilk xəbərdarlıq siqnalıdır. 1.5–2 yaş aralığında uşaqda ən azı 10-15 sadə söz ehtiyatı yoxdursa, verilən sadə tapşırıqları anlamırsa, mütəxəssis rəyi almaq vacibdir. 3 yaşında uşaq iki-üç sözdən ibarət sadə cümlələr qura bilmirsə, öz istəklərini yalnız jestlərlə izah edirsə, müdaxilə olunmalıdır.

Erkən diaqnostika nitq ləngiməsinin aradan qaldırılmasında həlledici rol oynayır. Vaxtında başlanılan loqopedik seanslar, nevroloji müalicələr, uşaqla aparılan xüsusi inkişafetdirici oyunlar nitq ləngiməsini qısa müddətdə bərpa etməyə, uşağın həmyaşıdlarına çatmasına imkan yaradır.

Səkinə Yusifova/Citypost.az

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Əgər, "Qarabağ" dünən uduzubsa, Sabah mütləq qələbə qazanacaq

O vaxt güclü ola bilərsən ki, həm udmağı, həm də uduzmağı bacarasan. Axşamdan aləm dəyib bir-birinə. "Qarabağ" niyə uduzdu?Elə bir komanda göstərin ki, bütün oyunları qalib gəlib, heç uduzmayıb. Mümkün deyil. Necə olur ki, "Qarabağ"  qələbə qazandığı zaman hamını qəhrəman bilirik, tərif yağdırırıq, uduzanda düşmən gözündə görürük? Bu, nə düşüncə, anlayışdır? Unutmayın ki, "Qarabağ" futbol komandası uzun illər ölmüş, məhv olmuş və itib-batmış Azərbaycan futbolunu dirildib, dirçəldib və ayağa qaldırıb. Az da olsa, dünya çapına çıxarmağa nail olub. Ən güclülərin siyahısında belə, adımız hallanıb. İmzalar içində imzamız olub. Ulu öndər Heydər Əliyevin müdrik cavabını da xatırlayın arada:"Niyə, qapıçı aparmamışdılar?". Bir zamanların Azərbaycan futbolu...

28 Avqust 2026, 16:50

AKİ-nin sədrliyinə seçki konfransının keçiriləcəyi tarix məlum olub

28 avqust 2026-cı il tarixində Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) İdarə Heyətinin iclası keçirilib.İclasda İttifaqın cari fəaliyyəti, qarşıda duran təşkilati məsələlər, üzvlük məsələləri və növbəti Konfransın keçirilməsi ilə bağlı məsələlər müzakirə olunub.İclasın yekununda bir sıra qərarlar qəbul edilib.Qərara əsasən, Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrinin səlahiyyətlərinin müvəqqəti olaraq Şəfiqə Məmmədovaya həvalə edilməsi yekdilliklə qərara alınıb.İclasda Azərbaycan Kinematoqrafçılar İttifaqının Konfransının keçirilməsi məsələsi də müzakirə olunub. Qərara əsasən, Azərbaycan Kinematoqrafçılar İttifaqının Konfransı 11 sentyabr 2026-cı il tarixində keçiriləcək.Bununla yanaşı, təqdim edilmiş siyahı əsasında İttifaqın üzvlük siyahısının dəqiqləşdirilməsi, eləcə də bəzi üzvlərin fəaliyyətinə xitam verilməsi məsələsinə baxılması qərara alınıb.İdarə Heyətinin üzvü, həmçinin İcraçı katib Əli...

28 Avqust 2026, 15:50

USTADIMA VƏFA BORCUM - NƏRİMAN HƏSƏNZADƏNİN ƏZİZ XATİRƏSİNƏ  

Bəzən insan həyatda elə şəxsiyyətlərlə qarşılaşır ki, illər keçsə də, zaman onları yaddaşdan silə bilmir. Onların səsi, baxışı, danışığı, təbəssümü, bircə kəlməsi belə insanın yaddaşında yaşayır. Bəzi insanlar isə sadəcə xatirəyə çevrilmir, insanın mənəvi dünyasının ayrılmaz parçasına çevrilirlər. Mənim üçün Nəriman Həsənzadə məhz belə böyük və əziz şəxsiyyət idi. Onun haqqında yazmaq mənim üçün həm böyük məsuliyyət, həm də ustadıma olan vəfa borcumdur.Bir də o həzin, duyğulu, insanın qəlbinə məlhəm kimi yayılan o səsi canlı eşitməyəcəyəm... Bu fikri dilə gətirmək belə mənə ağır gəlir. Onun səsi bir başqa idi. Şairlərin xüsusi şeir oxumaq diksiyası var. Bu, çoxlarına aiddir. Lakin Nəriman...

28 Avqust 2026, 15:07

Nigar Fərhad sərbəst buraxıldı

Çoxsaylı şikayətlər əsasında saxlanılan "AİD Group” xaricdə təhsil şirkətinin təsisçisi Nigar Fərhad sərbəst buraxılıb.İstintaq orqanı hələlik onun barəsində həbs qətimkan tədbirinin seçilməsini tələb etməyib.Aparıcı bir neçə saat izahat verdikdən sonra sərbəst buraxılıb. Digər yeni məlumat ondan ibarətdir ki, "AİD Group”la bağlı cinayət işi Baş Prokurorluğun İstintaq İdarəsinin icraatına verilib. Artıq Nigar Fərhad, onun həyat yoldaşı Samir Yəhyazadə və digər şəxslərlə bağlı istintaqı prokurorluq aparır.Nigar Fərhad barəsində də Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət təqibi aparılır. O, hazırda istintaq nəzarəti altında sərbəstdir. Nigar Fərhada vətəndaşlara dəymiş ziyanın ödənilməsi tapşırılıb. ///Qafqazinfo...

28 Avqust 2026, 15:05

Stalin, Çörçill və Ruzvelt onun şərəfinə qədəh qaldırıb - O kimdir? 

24 yaşında birincilərin bir addımlığında - Stalin, Çörçill və Ruzvelt onun şərəfinə qədəh qaldırıb.Sovet-alman müharibəsi dövründə İosif Stalin növbəti xarici ölkə nümayəndələrini qəbul etdikdən sonra tərcüməçisi Vladimir Pavlov imzalanan sənədlərin rus dilinə tərcüməsini ona təqdim edəndə aralarında “maraqlı” dialoq yaranıb. Həmin söhbətdə Lavrenti Beriya da iştirak edib. Stalin adətən öz tərcüməçisinə Volodya deyə müraciət edib:- Volodya, sən mənim fikirlərimi “qonaq”lara dəqiq ifadə edə bilirsənmi? Mən buna şübhə etmirəm, amma hər halda soruşmağı da vacib sayıram.Sual Pavlovu çaşdırıb. O, Stalinin bu sualının zarafat və ya ciddi olduğunu ayrıd edə bilməyib:- Əlbəttə, yoldaş Stalin.Söhbətə Beriya müdaxilə edib:- İosif Vissarionoviç, sizin ən məxfi...

28 Avqust 2026, 14:39

Mirşahin Qurban Qurbanovdan yazdı 

Tanınmış jurnalist Mirşahin Ağayev “Qarabağ“ın UEFA Konfrans Liqasında mübarizəni dayandırması ilə bağlı paylaşım edib.CityPost.az  xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında məlumat paylaşıb.“İstəməzdim ki, belə çıxsın: “Qurban Qurbanov köhnəlib; üslubuynan, adamlarıynan…” İstəməzdim ki, Qurban belə zənn edənlərlə barışsın; “bu gün göstərdi ki, Qurban Qurbanov dünəndi, “Sabah” deyil… Söz oyunu kimi görünsə də söz oyunu deyil… …istəməzdim! Uduzma, təslim olma Qurban! Ayağa qalx!”, – deyə o bildirib.Qeyd edək ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda pley-off mərhələsinin cavab oyununda Niderlandın “Tvente” kollektivini qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşmanın əsas vaxtı rəqibin 2:1 hesablı qələbəsi ilə bitib.Niderlandda Azərbaycan...

28 Avqust 2026, 14:33