Bizə yazın

Baku

-°C

USD

-

Ağcaqanad sancması niyə bəzi insanlarda güclü şişkinlik yaradır?  

Tibb 15 İyun 2026, 10:45

2037

Yay aylarının gəlişi ilə birlikdə ağcaqanad sancmaları da insanların gündəlik həyatında daha çox rast gəlinən problemlərdən birinə çevrilir. Əksər hallarda ağcaqanad sancması yüngül qaşınma və kiçik qızartı ilə müşahidə olunsa da, bəzi insanlarda vəziyyət daha fərqli olur. Göz qapağının tamamilə şişməsi, yanağın qabarması, ətraflarda iri ölçülü şişkinliklərin yaranması və güclü qaşınma halları müşahidə edilə bilər. Bu isə çox vaxt ağcaqanad sancmasına qarşı yaranan allergik reaksiyanın göstəricisi hesab olunur.

Citypost.az xəbər verir ki, Mütəxəssislərin sözlərinə görə, ağcaqanad hər insanı sancsa da, hər orqanizm bu sancmaya eyni şəkildə reaksiya vermir. Ağcaqanad qan sorarkən dərinin altına öz ağız suyunu ifraz edir. Bu mayenin tərkibində qanın laxtalanmasının qarşısını alan müxtəlif maddələr olur. Bəzi insanlarda immun sistemi həmin maddələri yad və təhlükəli element kimi qəbul edir və onlara qarşı allergik reaksiya yaradır.

Nəticədə sancılan nahiyədə qızartı, qabarma, şişkinlik və güclü qaşınma meydana çıxır. Allergiyaya meyilli insanlarda isə bu reaksiyalar daha kəskin formada özünü göstərə bilir. Məsələn, ağcaqanad üz nahiyəsini sancdıqda göz qapaqlarında və yanaqlarda ciddi ödem yarana bilər. Bəzən şişkinlik o qədər artır ki, gözün açılması çətinləşir və ya tamamilə bağlanır.

Əllər, qollar və ayaqlar kimi nahiyələrdə isə sancma yerinin ətrafında bir neçə santimetr ölçüdə şişkinlik əmələ gələ bilər. Həmin sahə isti olur, toxunduqda ağrı və narahatlıq hiss edilir. Güclü qaşınma isə insanı davamlı olaraq həmin yeri qaşımağa vadar edir.

Həkimlər bildirirlər ki, qaşımaq ən çox yol verilən səhvlərdən biridir. Çünki dərinin zədələnməsi nəticəsində həmin nahiyəyə bakteriyalar daxil ola və infeksiya yarana bilər. Bu zaman sadə allergik reaksiya əlavə iltihabi proseslə ağırlaşa bilər.

Ağcaqanad sancmasına qarşı allergik reaksiya yarandıqda ilk növbədə sancılan nahiyəyə soyuq kompres tətbiq etmək tövsiyə olunur. Soyuq kompres damarların daralmasına kömək edir, şişkinliyi və qaşınmanı azaldır. Bundan əlavə, antihistamin təsirli kremlər və ya gel formalı preparatlar da yerli simptomların yüngülləşdirilməsində faydalı ola bilər.

Əgər şişkinlik sürətlə artırsa, qaşınma dözülməz həddə çatırsa və ya allergik reaksiya geniş sahəni əhatə edirsə, mütləq həkimə müraciət edilməlidir.

Belə hallarda həkim tərəfindən ağızdan qəbul edilən antihistamin preparatlar və digər allergiya əleyhinə müalicə vasitələri təyin oluna bilər.

Mütəxəssislər qeyd edirlər ki, xüsusilə uşaqlarda və allergik xəstəliklərə meyilli şəxslərdə ağcaqanad sancmalarına qarşı daha diqqətli olmaq lazımdır. Çünki onların immun sistemi bəzi hallarda daha güclü reaksiya göstərə bilir.

Yay mövsümündə ağcaqanadlardan qorunmaq üçün qoruyucu torlardan, repelent vasitələrdən və uyğun geyimlərdən istifadə etmək tövsiyə olunur. Bu sadə tədbirlər həm sancmaların, həm də mümkün allergik reaksiyaların qarşısını almağa kömək edə bilər.

Əli

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Kök hüceyrə müalicəsi kimlərə daha çox fayda verir?

Son illərdə ortopediya və travmatologiya sahəsində tətbiq edilən müasir müalicə üsullarından biri də kök hüceyrə terapiyasıdır. Xüsusilə oynaq ağrıları və artrozdan əziyyət çəkən xəstələr arasında bu üsula maraq getdikcə artır. Bununla belə, mütəxəssislər bildirirlər ki, kök hüceyrə terapiyası hər xəstə üçün uyğun hesab edilmir və ən yaxşı nəticə xəstəliyin müəyyən mərhələlərində əldə olunur.Citypost.az-ın məlumatına əsasən, həkimlərin sözlərinə görə, kök hüceyrə terapiyasından ən çox fayda görən xəstələr diz, bud-çanaq və çiyin oynaqlarında artrozun ilkin və orta mərhələlərindən əziyyət çəkən şəxslərdir. Məhz bu mərhələlərdə oynaq qığırdağında tam məhvolma baş vermədiyi üçün müalicənin effektivliyi daha yüksək olur. Məqsəd oynaqdakı iltihabi prosesi azaltmaq, toxumaların...

31 İyul 2026, 12:06

Süd vəzisində hər sərtlik xərçəng deyil - Həkimlər səbəb AÇIQLADI

Qadınların ən çox narahatlıq keçirdiyi sağlamlıq problemlərindən biri süd vəzində hiss olunan sərtlik, şişkinlik və ya məmə başından gələn axıntıdır. Bir çox hallarda qadınlar bu əlamətləri hiss edən kimi ən pis ssenarini düşünür, süd vəzi xərçəngindən şübhələnir və hətta qorxudan həkimə müraciəti gecikdirirlər. Halbuki mütəxəssislər bildirirlər ki, süd vəzində müşahidə olunan hər dəyişiklik xərçəng anlamına gəlmir.Citypost.az-ın məlumatına əsasən, həkimlərin sözlərinə görə, süd vəzində yaranan sərtliklərin və düyünlərin böyük bir hissəsi xoşxassəli olur. Bunlara süd vəzi kistaları, fibroadenomalar, hormonal dəyişikliklər nəticəsində yaranan toxuma sıxlaşmaları və digər xoşxassəli xəstəliklər daxildir. Bu dəyişikliklər bəzən aybaşı dövründən əvvəl yaranıb sonra kiçilə, bəzən isə uzun...

31 İyul 2026, 11:06

Stress zamanı soyuq su niyə verilir? HƏKİM AÇIQLADI

Güclü həyəcan, stress, panik atak və ya özündəngetmə hissi zamanı ətrafdakılar adətən ilk olaraq insana soyuq su verir və ya üzünə soyuq su çiləyirlər. Bəs bu üsul həqiqətən faydalıdır, yoxsa sadəcə illərdir davam edən bir vərdişdir?Citypost.az xəbər verir ki, Mütəxəssislərin sözlərinə görə, soyuq suyun müəyyən hallarda həqiqətən də sakitləşdirici təsiri ola bilər. Bunun əsas səbəbi isə insan orqanizmində yerləşən vagus sinirinin aktivləşməsidir. Üzə soyuq su vurulduqda və ya bir neçə qurtum soyuq su içildikdə vagus siniri stimullaşır. Bu isə ürək döyüntüsünün yavaşımasına, sinir sisteminin sakitləşməsinə və orqanizmin stres reaksiyasının azalmasına kömək edə bilər.Stress və güclü emosional gərginlik zamanı orqanizmdə adrenalin,...

30 İyul 2026, 12:04

Ürəkdöyünmə həmişə təhlükəlidirmi? HƏKİM AÇIQLADI

Bəzi insanlar qəfil üzlərinin qızardığını, bədənlərində istilik hiss etdiklərini, ürəkdöyünmə, tərləmə və narahatlıq yaşadıqlarını deyirlər. Çox vaxt bu əlamətləri birbaşa ürək xəstəliyi ilə əlaqələndirirlər. Halbuki hər ürəkdöyünmə və ya qızarma ürəkdə struktur problem olduğu anlamına gəlmir.Citypost.az xəbər verir ki, kardioloqlar bildirirlər ki, bəzi insanlarda allergiyaya meyillilik olur. Müxtəlif qoxular, ətirlər, kimyəvi maddələr, toz, polen və ya digər allergenlərlə təmas zamanı üzdə qızarma, dəridə səpkilər, qaşınma, öskürək və nəfəs darlığı yarana bilər. Bu hallar bəzən ürək problemi ilə səhv salınsa da, əsl səbəb allergik reaksiyalar ola bilər.Digər tərəfdən, ürəkdöyünmə və təzyiqin dəyişməsi yalnız ürək xəstəliklərindən qaynaqlanmır. Güclü stress, həyəcan, panik atak,...

30 İyul 2026, 11:15

Normal analizə baxmayaraq niyə halsızsınız? Həkimlər AÇIQLAYIR

Bir çox insan davamlı halsızlıq, yorğunluq və enerjisizlikdən şikayət etsə də, qan analizlərinin "normal" çıxdığını eşidir. Həkim qəbulundan sonra "qanınız yaxşıdır, narahat olmayın" cavabını alan insanlar isə problemin səbəbini tapa bilmədikləri üçün narahat olurlar. Halbuki mütəxəssislər bildirirlər ki, bəzi vacib göstəricilər yalnız hemoglobin səviyyəsinə baxmaqla qiymətləndirilə bilməz.Citypost.az xəbər verir ki, əksər hallarda insanlar yalnız hemoglobin nəticəsinə diqqət yetirirlər. Məsələn, hemoglobin göstəricisi 11–12 qram/dl olduqda bəzi hallarda ciddi problem olmadığı düşünülə bilər. Lakin bu, orqanizmdə dəmir ehtiyatlarının kifayət qədər olduğu anlamına gəlmir. Çünki insanın özünü gümrah hiss etməsində təkcə hemoglobin deyil, həm də bədəndə saxlanılan dəmir ehtiyatları mühüm rol oynayır.Bu baxımdan...

29 İyul 2026, 10:30

Şah damarının tutulması necə bilinir? HƏKİMLƏR AÇIQLADI

Şah damarının (karotid arteriyanın) tutulması barədə cəmiyyətdə çoxsaylı yanlış təsəvvürlər mövcuddur. Bir çox insan düşünür ki, boyunda ağrı, keyimə və ya gərginlik hiss edirsə, bu, mütləq şah damarının tutulmasının əlamətidir. Halbuki mütəxəssislərin sözlərinə görə, şah damarının daralması və ya tutulması çox vaxt heç bir əlamət vermədən inkişaf edir və məhz buna görə də ən təhlükəli damar xəstəliklərindən biri hesab olunur.Citypost.az xəbər verir ki, kardioloqlar bildirirlər ki, şah damarının tutulmasının ən böyük əlaməti əslində əlamətsiz keçməsidir. Yəni xəstə uzun illər özünü tam normal hiss edə bilər. Damar daxilində aterosklerotik lövhələr yavaş-yavaş böyüyür, lakin insan bunu hiss etmir. Problem yalnız damar ciddi...

29 İyul 2026, 09:30