Ürəkdöyünmə həmişə təhlükəlidirmi? HƏKİM AÇIQLADI
Tibb 30 İyul 2026, 11:15
316
Bəzi insanlar qəfil üzlərinin qızardığını, bədənlərində istilik hiss etdiklərini, ürəkdöyünmə, tərləmə və narahatlıq yaşadıqlarını deyirlər. Çox vaxt bu əlamətləri birbaşa ürək xəstəliyi ilə əlaqələndirirlər. Halbuki hər ürəkdöyünmə və ya qızarma ürəkdə struktur problem olduğu anlamına gəlmir.
Citypost.az xəbər verir ki, kardioloqlar bildirirlər ki, bəzi insanlarda allergiyaya meyillilik olur. Müxtəlif qoxular, ətirlər, kimyəvi maddələr, toz, polen və ya digər allergenlərlə təmas zamanı üzdə qızarma, dəridə səpkilər, qaşınma, öskürək və nəfəs darlığı yarana bilər. Bu hallar bəzən ürək problemi ilə səhv salınsa da, əsl səbəb allergik reaksiyalar ola bilər.Digər tərəfdən, ürəkdöyünmə və təzyiqin dəyişməsi yalnız ürək xəstəliklərindən qaynaqlanmır. Güclü stress, həyəcan, panik atak, yuxusuzluq, artıq kofein qəbulu, enerji içkiləri, siqaret, hormonal dəyişikliklər və bəzi dərmanlar da ürəyin daha sürətli döyünməsinə səbəb ola bilər.Xüsusilə qadınlarda menopauza dövründə estrogen hormonunun azalması nəticəsində qəfil istilik basmaları, üz və boyun nahiyəsində qızarma, tərləmə, ürəkdöyünmə və təzyiq dəyişiklikləri tez-tez müşahidə olunur. Bu əlamətlər hər zaman ürəyin xəstə olması demək deyil, lakin qiymətləndirilməsi vacibdir.
Mütəxəssislər qeyd edirlər ki, bəzən yüksək arterial təzyiq illərlə davam etdikdə ürək əzələsi daha çox işləməyə məcbur qalır. Nəticədə ürəyin sol mədəciyinin divarında qalınlaşma – tibbi dildə sol mədəcik hipertrofiyası inkişaf edə bilər. Bu artıq ürəyin özünü qorumaq üçün verdiyi cavab reaksiyasıdır.Lakin ürək divarının qalınlaşması yalnız ultrasəs müayinəsi (Exokardioqrafiya) ilə müəyyən edilir. Sadəcə ürəkdöyünmə, təzyiqin qalxması və ya sinədə narahatlıq hissi əsasında "ürəyim qalınlaşıb" demək düzgün deyil.
Ürək divarında qalınlaşma adətən aşağıdakı hallarda müşahidə olunur:
Uzun müddət nəzarətsiz qalan yüksək arterial təzyiq;
Bəzi ürək qapağı xəstəlikləri;
Anadangəlmə ürək xəstəlikləri;
Hipertrofik kardiomiopatiya kimi irsi xəstəliklər.
Həmçinin oxuyun
Belə xəstələrdə bəzən nəfəs darlığı, tez yorulma, döş qəfəsində ağrı, ürəkdöyünmə və başgicəllənmə kimi əlamətlər də yarana bilər. Ancaq bəzi insanlarda heç bir şikayət olmadan da ürək divarında qalınlaşma aşkarlanır.Əgər sizdə tez-tez ürəkdöyünmə, səbəbsiz qızarma, təzyiq dəyişiklikləri, sinə ağrısı və ya nəfəs darlığı olursa, bunu yalnız yaşla və ya stresslə əlaqələndirmək düzgün deyil. Kardioloq müayinəsi, elektrokardioqram (EKQ), Exokardioqrafiya və lazım gəldikdə 24 saatlıq Holter monitorinqi problemin səbəbini müəyyən etməyə kömək edir.
Həkimlər vurğulayırlar ki, ürək xəstəliklərinin erkən aşkarlanması gələcək ağırlaşmaların qarşısını almaqda mühüm rol oynayır. Buna görə də özbaşına diaqnoz qoymaq və ya sosial şəbəkələrdə oxunan məlumatlara əsaslanmaq əvəzinə, mütəxəssis müayinəsindən keçmək daha doğru yanaşmadır.
Yusif
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Stress zamanı soyuq su niyə verilir? HƏKİM AÇIQLADI
Güclü həyəcan, stress, panik atak və ya özündəngetmə hissi zamanı ətrafdakılar adətən ilk olaraq insana soyuq su verir və ya üzünə soyuq su çiləyirlər. Bəs bu üsul həqiqətən faydalıdır, yoxsa sadəcə illərdir davam edən bir vərdişdir?Citypost.az xəbər verir ki, Mütəxəssislərin sözlərinə görə, soyuq suyun müəyyən hallarda həqiqətən də sakitləşdirici təsiri ola bilər. Bunun əsas səbəbi isə insan orqanizmində yerləşən vagus sinirinin aktivləşməsidir. Üzə soyuq su vurulduqda və ya bir neçə qurtum soyuq su içildikdə vagus siniri stimullaşır. Bu isə ürək döyüntüsünün yavaşımasına, sinir sisteminin sakitləşməsinə və orqanizmin stres reaksiyasının azalmasına kömək edə bilər.Stress və güclü emosional gərginlik zamanı orqanizmdə adrenalin,...
30 İyul 2026, 12:04
Normal analizə baxmayaraq niyə halsızsınız? Həkimlər AÇIQLAYIR
Bir çox insan davamlı halsızlıq, yorğunluq və enerjisizlikdən şikayət etsə də, qan analizlərinin "normal" çıxdığını eşidir. Həkim qəbulundan sonra "qanınız yaxşıdır, narahat olmayın" cavabını alan insanlar isə problemin səbəbini tapa bilmədikləri üçün narahat olurlar. Halbuki mütəxəssislər bildirirlər ki, bəzi vacib göstəricilər yalnız hemoglobin səviyyəsinə baxmaqla qiymətləndirilə bilməz.Citypost.az xəbər verir ki, əksər hallarda insanlar yalnız hemoglobin nəticəsinə diqqət yetirirlər. Məsələn, hemoglobin göstəricisi 11–12 qram/dl olduqda bəzi hallarda ciddi problem olmadığı düşünülə bilər. Lakin bu, orqanizmdə dəmir ehtiyatlarının kifayət qədər olduğu anlamına gəlmir. Çünki insanın özünü gümrah hiss etməsində təkcə hemoglobin deyil, həm də bədəndə saxlanılan dəmir ehtiyatları mühüm rol oynayır.Bu baxımdan...
29 İyul 2026, 10:30
Şah damarının tutulması necə bilinir? HƏKİMLƏR AÇIQLADI
Şah damarının (karotid arteriyanın) tutulması barədə cəmiyyətdə çoxsaylı yanlış təsəvvürlər mövcuddur. Bir çox insan düşünür ki, boyunda ağrı, keyimə və ya gərginlik hiss edirsə, bu, mütləq şah damarının tutulmasının əlamətidir. Halbuki mütəxəssislərin sözlərinə görə, şah damarının daralması və ya tutulması çox vaxt heç bir əlamət vermədən inkişaf edir və məhz buna görə də ən təhlükəli damar xəstəliklərindən biri hesab olunur.Citypost.az xəbər verir ki, kardioloqlar bildirirlər ki, şah damarının tutulmasının ən böyük əlaməti əslində əlamətsiz keçməsidir. Yəni xəstə uzun illər özünü tam normal hiss edə bilər. Damar daxilində aterosklerotik lövhələr yavaş-yavaş böyüyür, lakin insan bunu hiss etmir. Problem yalnız damar ciddi...
29 İyul 2026, 09:30
Ürəyin erkən döyüntüsü təhlükəlidirmi?
Ürəyiniz bəzən sanki bir anlıq dayanır, sonra isə güclü zərbə ilə döyünür? Bir çox insan bu hissi yaşayanda infarkt keçirdiyini və ya ürəyində ciddi problem olduğunu düşünərək təşvişə düşür. Halbuki əksər hallarda bu hiss "ürək təkləməsi" adlandırılan vəziyyətlə əlaqədardır və çox zaman həyati təhlükə yaratmır.Citypost.az-ın məlumatına görə, mütəxəssislərin sözlərinə görə, ürək təkləməsi ürəyin normal ritmindən əvvəl baş verən əlavə döyüntüdür. Tibbi dildə buna ekstrasistol, erkən döyüntü və ya erkən atım deyilir. Bu anlayışların hamısı eyni vəziyyəti ifadə edir.Həkimlər bildirirlər ki, ürək təkləməsi zamanı insanlar müxtəlif hisslər keçirə bilər. Bəziləri ürəyinin "boşluğa düşdüyünü", bəziləri isə sinəsində qəfil və güclü bir zərbə...
29 İyul 2026, 08:30
Qızıl yel özünü necə göstərir?
Ayaqda qəfil başlayan şişkinlik, qızartı, güclü ağrı, hərəkət zamanı çətinlik, dəridə gərginlik, bəzən isə suluq və yara əmələ gəlməsi insanların tez-tez rastlaşdığı, lakin əksər hallarda ciddi qəbul etmədiyi əlamətlərdəndir. Halbuki bu əlamətlər dərinin və yumşaq toxumaların kəskin bakterial infeksiyası olan qızıl yel (roja) xəstəliyinin göstəricisi ola bilər. Mütəxəssislər bildirirlər ki, xəstəliyin vaxtında diaqnostikası və düzgün müalicəsi ağırlaşmaların qarşısını almaqda həlledici rol oynayır.Citypost.az-ın məlumatına görə, həkimlərin sözlərinə görə, qızıl yel əsasən ayaqlarda müşahidə olunur. Xəstəlik çox vaxt qəfil başlayır. Ayaq sürətlə şişir, qızarır, toxunduqda isti olur və güclü ağrı yaranır. Bəzi hallarda insan ayağının üstünə basa bilmir, yeriməkdə çətinlik çəkir. İnfeksiya...
28 İyul 2026, 11:26
Pilləkən qalxarkən dizlərinizdən səs gəlirsə, diqqətli olun
Son illər diz ağrıları və oynaq problemləri təkcə yaşlı insanlarda deyil, gənclər arasında da daha çox müşahidə olunur. Xüsusilə səhərlər yuxudan oyandıqdan sonra hərəkətə başlamaqda çətinlik çəkmək, pilləkən qalxarkən dizlərdən səs gəlməsi, uzun müddət oturduqdan sonra ayağa qalxarkən ağrı hiss edilməsi və gecələr ağrı səbəbindən rahat yata bilməmək artrozun ilk əlamətləri ola bilər. Mütəxəssislər bildirirlər ki, bu şikayətlərə vaxtında diqqət yetirilməzsə, xəstəlik irəliləyərək oynağın funksiyasını ciddi şəkildə poza bilər.Citypost.az xəbər verir ki, Ortoped-travmatoloqların sözlərinə görə, artroz oynaq qığırdağının tədricən aşınması ilə xarakterizə olunan xroniki xəstəlikdir. Sağlam qığırdaq sümüklərin bir-birinə sürtünməsinin qarşısını alır və hərəkəti asanlaşdırır. Lakin zaman keçdikcə və ya...
28 İyul 2026, 10:15