Rəşad Məcid Xalq artistinə cavab verdi: Bunlar cılız intriqalardır
Cəmiyyət 09 İyun 2025, 16:13
2961
"Təəssüf edirəm ki, Akademik Milli Dram Teatrında aktyorlar və teatr rəhbərliyi arasında münasibətlər yaradıcılıq müstəvisindən çıxıb, ictimaiyyətin də arzulamadığı cılız intriqalara yönəlir. Belə xırda intriqaların mətbuata çıxarılması isə ilk növbədə ehtiram bəslədiyimiz sənət adamlarının nüfuzuna xələl gətirir".
CityPost.az xəbər verir ki, bu fikirlər Mətbuat Şurasının sədri Rəşad Məcidin Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti Əli Nura cavab məktubunda yer alıb.
Məktubda bildirilib ki, Mətbuat Şurasının hansısa media subyektinin, yaxud jurnalistin yaradıcılıq azadlığını məhdudlaşdırmaq kimi səlahiyyəti yoxdur.
"İkincisi, mən özüm də bir il Akademik Milli Dram Teatrının Bədii Şurasının üzvü olmuşam. Teatrın aktyorları ilə gözəl təmaslarım, hər birinə dərin hörmətim var. Sənət adamları mənim üçün böyük dəyərdir. Bu dəyər tərəfkeşlik kimi primitiv saydığım əmələ qurban verilə bilməz.
Şəxsi mövqeyimə gəldikdə, mən sənət cameəsindəki intriqaların ictimai müzakirələr müstəvisinə çıxmasının tərəfdarı deyiləm. Fikrimcə, cəmiyyətə örnək şəxslərin adları yalnız onların yaradıcılıqları müstəvisində gündəmə gəlməlidir. Akademik Milli Dram Teatrı kollektivinin üzvləri də bu kateqoriyadan olan şəxslərdirlər. Arzu edərdim ki, onlar teatrın daxili problemlərinə, qəlizləşən münasibətlərə teatrın özündə müzakirələrlə aydınlıq gətirsinlər, çıxış yolları tapsınlar. Belə yanaşma daha optimaldır, ziyalı ampluasına xas davranışdır, ən əsası daha etikdir".
R.Məcid bildirib ki, Mətbuat Şurasının fəaliyyət prinsiplərində əsas olan medianın, habelə cəmiyyətin maraq və mənafelərinin qorunmasıdır.
"Biz daim buna əməl etməyə çalışırıq. Sonda bir daha kin və qəzəbin səmimi münasibətləri üstələməyəcəyinə böyük ümidimi, sənət adamlarımızın təmkininə inam və ehtiramımı bildirirəm",- Şuranın sədri qeyd edib.
Həmçinin oxuyun
Qeyd edək ki, Xalq artisti Əli Nur Rəşad Məcidə ünvanladığı məktubunda teatrda son zamanlar baş verənləri ətraflı yazaraq, ona suallar ünvanlayıb.
"Uzun müddətdir ki, mən və digər həmkarlarım Akademik Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadənin fəaliyyəti ilə bağlı baş verən hadisələr barədə mətbuata açıqlamalar veririk. Əvvəllər bu açıqlamalarımız bütün xəbər saytlarında yayımlanırdı. Lakin Fizuli Hüseynovla yaşadığım insidentlə bağlı verdiyim son açıqlamada bildirdim ki, baş verənlər Mehriban Ələkbərzadənin təhriki ilə olub. Maraqlıdır ki, bu dəfə saytlar həmin açıqlamanı yayımlayarkən onun adını xüsusi olaraq çıxarıblar.
Azərbaycan Mətbuat Şurasının sədri kimi sizə açıq suallar ünvanlayıram:
1. Nəyə görə Mehriban Ələkbərzadə mətbuat tərəfindən qorunur?
2. Onun özbaşınalıqlarının ört-basdır edilməsi ilə bağlı mətbuata göstərişi kim verib?
3. Mehriban Ələkbərzadə ilə olan dostluq münasibətiniz, cənab Prezident tərəfindən sizə etibar edilən vəzifənin məsuliyyətini obyektiv şəkildə daşımağınıza mane olurmu?
Əgər bu suallara şəxsən sizin tərəfinizdən cavab verilməz və ictimaiyyətə aydınlıq gətirilməzsə, söz azadlığımıza qoyulan məhdudiyyətlərin birbaşa sizin nəzarətiniz və müdaxilənizlə həyata keçirildiyini düşünmək üçün ciddi əsaslarımız olacaq", - məktubda bildirilib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
“Nazirliklərdə bu sahədə yeni müavin ayrılsın” - Prezident
“Hesab edirəm ki, hər bir dövlət qurumunda, ilk növbədə, nazirliklərdə rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik üzrə bir müavin ayrılsın”.CityPost.az xəbər verir ki, bunu Prezident İlham Əliyev “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə bildirib.“Yeni ştat vahidi yaradılsın, ya da bu sahə mövcud müavinlərin birinə tapşırılsın ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşları, rəhbərliyi bilsinlər ki, onların təmasda olacaqları şəxslər kimdir və hər bir dövlət qurumunda bu sahə prioritet sayılmalıdır”, - dövlət başçısı qeyd edib....
11 Fevral 2026, 21:05
Sosial şəbəkələrdə hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb
Sosial şəbəkələrdə hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb.CityPost.az-ın məlumatına görə, Qaradağ rayonunda 38 yaşlı qadın polisə müraciət edərək sosial şəbəkələrdə tanış olduğu şəxsin onun barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədə-qorxu gəldiyini və müxtəlif vaxtlarda ondan 800 manatı aldığını bildirib.Qaradağ Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə hədə-qorxu yolu ilə tələb etməkdə şübhəli bilinən 23 yaşlı E.Quluzadə müəyyən olunaraq saxlanılıb.Faktla bağlı araşdırma aparılır....
11 Fevral 2026, 19:12
İcra başçısına yeni müavin təyin olundu
Xaçmaz Rayon İcra Hakimiyyəti başçısına yeni müavin təyin olunub. CityPost.az bildirir ki, “Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, bu barədə icra başçısı Elnur Rzayev müvafiq əmr imzalayıb. Əmrə əsasən, Fuad Nəzərov Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə gətirilib. O, eyni zamanda qurumun Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinə rəhbərlik edəcək. Sözügedən şöbəyə Sosial-iqtisadi məsələlər, informasiya təminatı təhlili sektoru və Memarlıq-tikinti məsələləri sektoru daxildir. F.Nəzərov bundan əvvəl Xaçmaz Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində çalışıb. Qeyd edək ki, Fuad Nəzərov Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılovun qayınıdır. ...
11 Fevral 2026, 18:38
Orta aylıq əmək haqqı 9,3% artdı
2025-ci ilin ilkin məlumatlarına əsasən, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilə nisbətən 9,3 faiz artaraq 1102,9 manat təşkil edib.Citypost.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.Məlumata görə, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.Qeyd edilib ki, 2026-cı il yanvarın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ilkin məlumatlara əsasən 1808,0 min nəfər olmuş, onlardan 865,8 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 942,2 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət...
11 Fevral 2026, 17:30
Qeydiyyata alınmamış qrantlara görə cərimə tətbiq edəcək orqanlar müəyyənləşib
Qeydiyyata alınmamış qrantlara görə inzibati cərimə tətbiq edəcək orqanlar müəyyənləşib.Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, Azərbaycan Respublikasının resipiyentləri, yaxud banklar və digər ödəniş xidməti təchizatçıları tərəfindən “Qrant haqqında” qanun ilə müəyyən edilmiş qaydada qeydiyyata alınmamış qrant alınması (verilməsi) haqqında müqavilələr (qərarlar) üzrə bank əməliyyatlarının və hər hansı digər əməliyyatların aparılmasına görə vəzifəli şəxslər iki min beş yüz manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.Fərmana əsasən, bu hallarda inzibati xətalar haqqında işlərə fiziki şəxslərə, habelə bələdiyyələrə, bələdiyyə orqanlarına və dini qurumlar istisna olmaqla digər qeyri-kommersiya...
11 Fevral 2026, 17:23
Zakir Həsənov onu vəzifəsindən azad etdi
Silahlı Qüvvələrin Baş Klinik Hospitalının rəisi vəzifəsindən azad edilib.CityPost.az xəbər verir ki, bununla bağlı müdafiə naziri general-polkovnik Zakir Həsənov Əmr imzalayıb.Uzun müddət hospitala rəhbərlik etmiş tibb xidməti polkovniki Elçin Abdullayev rəis postundan kənarlaşdırılıb.“Papanin hospitalı” kimi tanınan Baş Klinik Hospitalın rəisi vəzifəsinə tibb xidməti polkovniki Vüqar Paşayev təyin edilib.(qafqazinfo)
11 Fevral 2026, 16:11