Bu quruma rəis və rəis müavini təyin olundu - FOTO
Cəmiyyət 08 İyul 2025, 11:12
5214
Bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin (SİMDNX) 8 saylı Şərqi Zəngəzur Regional Bölməsinə yeni təyin edilən rəis və rəis müavini kollektivə təqdim edilib.
Citypost.az xəbər verir ki, SİMDNX-nın inzibati binasında baş tutan tədbirdə Xidmətin rəisi Rafiq Aslanovun müvafiq əmrləri səsləndirilib. Əmrlərə əsasən, 8 saylı Şərqi Zəngəzur Regional Bölməsinə Ayaz Nəcəfov rəis, Babək Məmmədov isə rəis müavini olaraq təyin olunub.
Tədbirdə çıxış edən SİMDNX-nın rəis müavini Tural Abbasov Şərqi Zəngəzur Regional Bölməsinin yaradılmasının strateji əhəmiyyətindən danışaraq, qurumun vəzifə, səlahiyyət və hüquqları barədə iştirakçılara geniş məlumat verib. O qeyd edib ki, uzun illər işğal altında qalmış, lakin bu gün Azərbaycanın suverenliyi və əzmi ilə yenidən dirçələn ərazilərdə həyata keçirilən hər bir layihə dövlətimizin gələcəyə verdiyi önəmin göstəricisidir.
Şərqi Zəngəzur uzun illər işğal altında qalmış ərazilərimizdəndir. 30 il ərzində bu bölgədə bütün infrastruktur dağıdılmış, yaşayış mühiti tamamilə məhv edilmişdi. 2020-ci ildə 44 günlük Vətən müharibəsində, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və Azərbaycan Ordusunun şücaəti ilə torpaqlarımız işğaldan azad olundu. Azad olunan ərazilərə həyat məhz o gündən etibarən qayıtmağa başladı. Hazırda Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir, regionun sosial-iqtisadi dirçəlişi üçün sistemli addımlar atılır.
Həmçinin oxuyun
"Bu tarixi zəfəri mümkün edən Ali Baş Komandana və Azərbaycan Ordusuna dərin təşəkkürümüzü bildiririk. Vətən uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edir, qazilərimizə sağlamlıq və uzun ömür arzu edirik. İndi şükürlər olsun ki, bu torpaqlarda aparılan yenidənqurma və bərpa proseslərində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin və xüsusilə Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin rolu mühüm əhəmiyyət daşıyır. Qarşıdakı mərhələdə bu fəaliyyətlər regionda dayanıqlı həyatın formalaşmasına, əhalinin həyat səviyyəsinin yüksəlməsinə və ekoloji tarazlığın təmin olunmasına töhfə verəcək," - deyə Tural Abbasov bildirib.
O, həmçinin vurğulayıb ki, regional bölmənin yaradılması nəzarət və idarəetmə mexanizmlərinin yerli səviyyədə daha səmərəli həyata keçirilməsinə imkan verəcək. Bu isə bütövlükdə Xidmətin fəaliyyət effektivliyini artıracaq.
Müvafiq struktur bölmələrin rəhbərləri də çıxış edərək yeni təyinat münasibətilə qurumun fəaliyyətində uğurlar arzulayıblar.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
BİR ŞEİRİN TARİXÇƏSİ...
Rəhmətlik Allahverdi Müəllim olduqca dərin bir insan idi. Şairilyi, şeirləri şəxsiyyətinə ayna tuturdu, göründüyü kimi olan olduğu kim görsənən birisiydi. Onu tanıyanların yaddaşında elə bu cür də qaldı... Xatirəvi yaddaşımın ən gözəl səhifələrindəndir Allahverdi Müəllim və ailəsiylə qohumluq və tanışlığım sayəsində (Afət bibim bu evin gəlinidir) aşağıdakı şeirin necə yaranmasını mənə də özü danışmışdı. Rəhmətlik özü belə nəql edərdi ki,bir gün tələsik addımlarla üzü dikişə doğru yürürkən yamanca təngidim və hiss etdim ki ürəyim sözümə baxmır.Və həmin gün bu şeri yazdım Ürəyimə..ÜRƏYİMƏ...Gəl, soruşma hara getdi cavanlıq,Cavanlığı illər etdi yavanlıq.Hərdən susub köksüm altda bir anlıqSalma, ürək, bir azca...
26 Avqust 2026, 15:55
Kiber-dələduzluq təhlükəsi: SMS-lə gələn bu keçidlərə daxil olmayın!
Son zamanlar mobil telefon istifadəçilərinə göndərilən saxta SMS bildirişləri vasitəsilə həyata keçirilən kiber-dələduzluq hallarının sayı kəskin artıb. Kiber-cinayətkarlar müxtəlif dövlət qurumlarının, bankların, kuryer xidmətlərinin, məşhur brendlərin adından istifadə edərək vətəndaşlara təcili məzmunlu mesajlar yollayırlar. Bu mesajlarda adətən bağlamanın çatdırılması, bank kartının bloklanması, kommunal borc, yaxud qalib gəlinən uduş kampaniyası bəhanəsi ilə təhlükəli keçidlər (linklər) yerləşdirilir.Citypost.az xəbər verir ki, dələduzluq mexanizminin əsasını fişinq (şəxsi məlumatların tora salınaraq oğurlanması) üsulu təşkil edir. Mesajdakı saxta keçidə daxil olduqda istifadəçi orijinal saytlara tam bənzəyən saxta səhifələrə yönləndirilir. Həmin səhifələrdə bank kartı məlumatlarını, identifikasiya kodlarını, SMS vasitəsilə gələn təsdiq parollarını daxil edən şəxslərin hesabı anında...
26 Avqust 2026, 15:33
Pensiya kapitalını necə artırmaq olar?
Pensiya kapitalının həcmi gələcəkdə təyin olunacaq pensiya məbləğini birbaşa müəyyən edən ən vacib göstəricilərdəndir. Dövlət Sosial Müdafiə Fondunda açılmış fərdi hesablarda toplanan bu vəsait işçinin əmək fəaliyyəti dövründə ödənilən sosial sığorta haqları hesabına formalaşır. Qanunvericiliyin yaratdığı imkanlardan doğru istifadə etmək, əmək fəaliyyətini şəffaf qurmaq fərdi hesabda yığılan pensiya kapitalını dəfələrlə artırmağa imkan verir.Citypost.az xəbər verir ki, pensiya kapitalını artırmağın ən əsas yolu rəsmi əmək müqaviləsi ilə çalışmaq, əməkhaqqının tam məbləğdə bəyan olunmasını təmin etməkdir. Qeyri-rəsmi məşğulluq, eləcə də maaşın bir hissəsinin "zərf"də alınması fərdi hesaba köçürülən məcburi dövlət sosial sığorta haqlarının həcmini kəskin azaldır. Şəffaf ödənilən yüksək əməkhaqqı hər ay...
26 Avqust 2026, 13:32
Rüfət Əzizov onu direktor təyin etdi - FOTO
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) yeni təyinat olub.Citypost.az xəbər verir ki, ADNSU-nun rektoru Rüfət Əzizovun müvafiq əmri ilə Yusif İbrahimov SABAH.city çərçivəsində ADNSU-nun nəzdində yaradılan Süni İntellekt İnstitutunun direktoru təyin edilib.Kompüter elmləri üzrə bakalavr təhsilini ADNSU-nun nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) Strasburq Universiteti ilə ikili diplom proqramı çərçivəsində alan Y.İbrahimov 2022–2025-ci illərdə Böyük Britaniyanın York Universitetində Kompüter elmləri üzrə PhD təhsili alıb. Onun əsas elmi-tədqiqat istiqamətlərini süni intellekt, dərin öyrənmə, təbii dil emalı və böyük dil modelləri təşkil edir.Qeyd edək ki, SABAH.city innovasiya, tədqiqat və sahibkarlıq fəaliyyətinin vahid ekosistemdə inkişaf etdirilməsinə yönəlmiş layihədir. Layihə çərçivəsində ADNSU-nun nəzdində...
26 Avqust 2026, 11:52
İş müsahibəsində verilən 5 çətin sual: Necə cavab verməli?
İş müsahibələri namizədlərin təkcə peşəkar biliklərini deyil, stresə dözümlülüyünü, analitik təfəkkürünü, özünüqiymətləndirmə bacarığını yoxlayan məsuliyyətli mərhələdir. İnsan resursları mütəxəssisləri tərəfindən verilən bəzi gözlənilməz, çətin suallar namizədləri çaşdırmaq məqsədi daşımır, onların böhran vəziyyətlərində necə möqye tutduğunu göstərir. Bu suallara düzgün cavab strategiyasını bilmək müsahibədən uğurla keçmək şansını kəskin artırır.Citypost.az xəbər verir ki, ən çox qarşılaşılan çətin suallardan biri "Öz zəif tərəfləriniz haqqında nə deyə bilərsiniz?" sualıdır. Burada "zəif cəhətim yoxdur" demək, yaxud "həddindən artıq işgüzaram" kimi süni ifadələr işlətmək yanlışdır. Ən yaxşı taktika real, lakin işə birbaşa mane olmayan zəifliyi qeyd etmək, onun üzərində necə işlədiyinizi, inkişaf etdiyinizi vurğulamaqdır. Məsələn, auditoriya...
26 Avqust 2026, 10:19
Məleykə Abbaszadədən təsirli paylaşım
"Mən on yeddi yaşımda Moskvaya gedib Moskva Dövlət Universitetinin tələbəsi olduğum günləri çox yaxşı xatırlayıram. Məktəbdə ən yaxşı şagirdlərdən biri olmağa öyrəşmişdim. Orada isə ətrafımda ciddi seçimlərdən keçmiş gənclər var idi. İlk düşüncələrimdən biri belə idi: birdən burada ən güclülərdən biri mən olmasam? Birdən hər şey əvvəlki kimi əla alınmasa?Bunun üzərinə tamamilə yeni həyat şəraiti də əlavə olunurdu. Yataqxana, tanımadığım şəhər, məişət qayğıları, pulumu və vaxtımı bölüşdürmək, evdə demək olar ki, hiss etmədiyim ən adi işləri özümün görmək məcburiyyəti və s. Ailəm və dostlarım üçün də darıxırdım. Eyni zamanda ilk gündən bizə çoxlu kitab, məqalə və material oxumaq tapşırılırdı. Artıq...
26 Avqust 2026, 10:16