Təranə Dəmir ƏDƏBİYYATLA TARİXİN SİNTEZİ -Pərviz Yəhyalı haqqında
Cəmiyyət 20 Avqust 2026, 17:57
498
Bu günkü qəhrəmanım Pərviz Yəhyalıdı. Yazıçı Pərviz Yəhyalı. Titullarını sadalamağı sevmir. Hərçənd ki, ədəbiyyatda öz sözü, öz dəst-xətti ilə seçilən yaradıcı ziyalılarımızdandı.
Adına və soyadına sadiqdi. Tarixinə bağlıdı. Gözəl tarixçidi həm də. Pafosdan kənardı. Düşündüyünü, hiss etdiyini yazır. Qələminə arxalanan yazardı . Yazılarından tanıyıram Pərviz Yəhyalını. Yalançı sevgilərdən, saxta səmimiyyətdən uzaqdı. Hər kəs kimi düşünmür. Elə hər kəsə də özünü isbat etməyə çalışmır. Sakitliyində də içindəki təlatümü gizlədə bilmir. Min ildi haqqa doğru gedir. Ədalətlidi. Qərarları da ədalətlə verir. Sözündə qətidi. Konkretdi. Düşündüklərini sonda deyir. Oxucunu intizarda qoymağı sevir nədənsə. Əfsanələrə və əsatirlərə inanır. Sözünün arxasında min bir qənaətləri var. . Amma bütün hallarda özüdü. Heç kimi təkrarlamır. Dünəndə də, bu gündə də Pərviz Yəhyalıdı. Yazdıqları müxtəlif dillərə tərcümə olunub. Hamısında da qalibdi. Gözəl müəllim, gözəl pedaqoq, gözəl yazıçıdı (Boynuna almasa da) .Əməkdar müəllimdi. Dostluğumuzun yaşı çox deyil. Amma mənə elə gəlir ki, onu lap uşaqlıqdan tanıyıram. Gəncliyinə bələdəm sanki. Neçə ilin yolçusuyuq elə bil. Sözü bələdçimdi. Səsindən başa düşürəm fikirlərini, düşüncələrini. Özü haqda məlumat verməyi sevmir. Tərifdən qaçır. Bir neçə elmi kitabların müəllifi olsa da, dəfələrlə ölkədə ilin ən yaxşı müəllimi kimi birincilik qazansa da heç yerdə bu haqda danışmır. Onun haqqında məlumatları da çətinliklə əldə etmişəm. Əgər buna məlumat demək olarsa.
Qaranlıqda da işıq axtaranlardandı.” Ruhu göylərdə gəzənlərdən heç vaxt pislik gəlməz” prinsipi ilə yaşayanlardandı. Bütöv Azərbaycan sevdalısıdı. Eyni zamanda içində doğulub boya başa çatdığı Göyçaya bir övlad bağlılığı var. Bu onun doğma torpağa , yurd-yuvaya sufi sevgisindən irəli gəlir.
“Bəzən küskün olanda dərələrin də xiffət çəkdiyini duyursan”-deyir həsrətin ən alisini yaşayan yazar. Onun fikrincə dağların da, təpələrin də, dənizin də, dalğaların da, yolların, evlərin də öz dili var, öz ruhu , öz canı var. Yetər ki, onları öz dilində danışdıra və dinləyə biləsən.
Pərviz Yəhyalı küçələrlə, ağaclarla, kollarla, çiçəklərlə dil tapan yazardı. Onun fikrincə adamlardan çox təbiət başa düşəndi , duyandı. Elə təbiətin etibarını da çoxdan qazanıb Pərviz Yəhyalı. Düşündüklərində azaddı. Qələmini də azadlığa öyrəşdirib. Üsyanında da, küfründə də, zikrində də özünə , sözünə söykənir. Onunçun qırmızı işıqda keçmək dərd deyil. Təki yolun sonunda azadlıq , sevgi və xoşbəxtlik olsun.
“Deyirlər guya arılar insanlar tərəfindən əhliləşdirilən yeganə həşəratlardı…Əgər doğrudan da əhliləşmiş olsaydılar gəlib dilimin ucundakı adın şirinliyindən balı aparardılar pətəklərinə”-deyir Pərviz Yəhyalı. Əslində şikayət etmir . O adın uzaqlığına sığınıb , həsrətinə bal qatıb bir də , bir də yaşamaq istəyir dəli sevdasını. Onunçun zaman və məkan anlayışı yoxdu. Sadəcə hisslər, duyğular və yaşananlar var. Xəyali və mücərrəd hər şey Pərviz Yəhyalıyçun əlçatandı əslində. Yetər ki, ruhun buxovlanmasın. Qərib və qəribə hisslərin yolçusundan bundan başqa heçnə gözləmək olmaz. Ruhuna bağlıdı axı. Onun ruhu bütün sərhədləri aşacaq qədər azaddı.Amma bu azadlığın içində sirli bir məhkumluğu da var yazarımızın. Elə o məhkumiyyətidi onu yaşadan , yaratmağa vadar edən və duyğularına kökləyən. Çılğındı.( Məncə) Amma emosiyasında da sakitdi. Sükutunda nigaranlığı və qəribə qorxusu var. Başa düşülməmək və tənha qalmaq qorxusu.
“Bəlkə də sahildən baxan neçə baxışlar boğulub bu dənizdə”-fikriylə tam şərikəm dostumuzun. . Axı dəniz şahiddi. Sevincin, kədərin, sevginin, nifrətin , qanın, qadanın, ağrı, acının şahidi. Sularında o qədər göz yaşı , ayrılıq , sevgi qərq edib ki dəniz ..Sorğusuz , sualsız özü də. Amma yenə ən etibarlısı elə dənizdi yazarın fikrincə.
Pərviz Yəhyalının həsrəti də yamyaşıldı. Öz ətrində, öz rəngindədi həmişə. Təptəzədi. Xəzəlləşmir.
“Bu yolun sonunda , günəşdən o tərəfə bir sükutlu ,səssiz, uzun gecə var. O gecədədi həsrətin sonu. Orada xəyalların gerçək olacağı yuxu var ” -qənaətindədi Pərviz Yəhyalı. Ona görə də hissləri qocalmır, öz yaşındadı həmişə. Pəncərəsi ayrılığa baxır duyğularının. İçindəki qəhrəmanın həsrətindən özünə də pay düşür deyə sevə-sevə çəkir ayrılıq yükünü. Həmdəmi gecələrdi. Yuxuyla gerçəkliyin tam ortasında tökür bütün ağrılarını qaranlığın üstünə. Səhərəcən bir vüsal çiçəkləyir duyğularında. Gecənin səssizliyiylə pıçıldaşa -pıçıldaşa işığa can atır yazıçı. Özünü ovuda-ovuda, yariyuxulu, yarıoyaq duyğularının yoluna işıq tuta-tuta, barışa -küsə səssizliyi gecəylə bölüşür sabahacan . Bu da Pərviz Yəhyalının bir uğurudu. Tənhalıqla baş -başa verib vaxta hakim kəsilmənin özü də qəhrəmanlıqdı.
“Cığırlar da, yollar da hamısı dolanıb dünyanın başına son ucu sən olan ünvana boylanır.Bütün çiçəklər, güllər günəşə boylandığı kimi.Bəlkə sən də insafa gəlib o mübarək qədəmlərini basasan yolların bağrına, mən sarı. Vallah dağılmaz dünya. Olsa-olsa çiçəklər üzün çevirər sən gələn yollara”.Fikirlərə baxın. Görün necə təzə, orijinal və təkrarsızdı. Nəfəsi üstündədi yazdıqlarının. Canlıdı. Uzunçuluqdan uzaq , bənzətmələr özünəməxsuz, fikirlər aydın və səlisdi. Ümumiyyətlə Pərviz Yəhyalı obrazlılıqdan məharətlə istifadə edən , hər yazısında təbiiliyə qaçan , qəhrəmanlarını öz duyğularının süzgəcindən keçirməyi bacaran yazıçıdı. Mənzum şeir də adlandırmaq olar onun yazılarını. Boğazdan yuxarı heç bir yazısı yoxdu. Özünütəlqini sevmir. Öyrənməyi sevir. Ədəbiyyata vurğundu. Darmacallıqda da ədəbiyyat yadından çıxmır. Bütün hallarda həyatının mərkəzindədi ədəbiyyat. Bəsitlikdən uzaq durmağa çalışır. Oxucunu düşündürməyi bacarır. Layk həvəskarı deyil. Hamı fəlsəfəsindən çox kənardadı. Yazdıqlarını kütləviləşdirmək istəmir. Qiymətini əsl ədəbiyyatçılardan almağa çalışır. Tənqiddən qorxmur. Yetər ki, içində qərəz olmasın. “Deyərlər” prinsipi ilə yaşamır. Bir özüdü, bir qələmi. Ruhusa həmişə narahatdı. Kimdən ? Nədən? Yenə də bir özü bilir, bir də qələmi. Kədərini gizlətsə də sevincindən biz dostlarına da pay düşür. Ürəyindən , bir də övladlarından nigarandı. Tanrı kömək olsun! Uzunçuluğu sevmir deyə çalışdım ki, onun haqqında yazdığım yazı da yorucu olmasın. Özünə qıraqdan bir oxucu gözüylə baxsın deyə ürəyindən və qələmindən keçənləri anladığım qədər anlatmağa çalışdım. Bacardımmı? Bəlkə də…
Azer Qurbanov
Təranə xanım, Pərviz Yəhyalı haqqında çox səmimi və dolğun yazmışdır. Mən də onu tanıyan və həyatda görüşmüş biri kimi deyə bilərəm ki, yazıçı və tarixçi kimi istedadı qədər, gözəl insanlığı, sadəliyi və səmimiyyəti də insanda xoş təəssürat yaradır. Pərviz müəllim öz yaradıcılığında olduğu kimi, həyatda da təbii, təmkinli və təvazökardır. Belə ziyalılarla tanışlıq insan üçün dəyərli bir qazancdır.
Təranə Dəmirin “Bir özüdü, bir qələmi” ifadəsi mənə çox təsir etdi. Mən buna bir cümlə də əlavə edərdim: bir də onun gözəl insanlığı.
Pərviz müəllimə möhkəm cansağlığı, uzun ömür və yaradıcılığında yeni uğurlar arzulayıram. Qələmi daim azad, sözü daim dəyərli, ürəyi isə həmişə işıqlı olsun!
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Hərbi biletlə bağlı qərar: 200 manat...
Hərbi biletin qəsdən korlanılmasına və ya itirilməsinə görə cərimə tətbiq edilir.Citypost.az Milli.Az-a istinadən xəbər verir ki, bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məlumat yayıb.Bildirilib ki, hərbi vəzifəlilər və çağırışçılar hərbi biletin və ya ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin qəsdən korlanılmasına və ya itirilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 607-ci maddəsinə əsasən xəbərdarlıq edilir və ya 200 manat məbləğində cərimələnirlər.Məlumata görə, itirilmiş və ya korlanmış hərbi biletlərin əvəzinə yeni hərbi biletin verilməsi üçün ərizə, təsdiq olunmuş şəxsiyyət vəsiqəsinin surəti, qeydiyyat kartasının surəti, inzibati xəta haqqında protokol və cərimənin ödənilməsi barədə qəbz və ya xəbərdarlıq edilməsi...
20 Avqust 2026, 17:02
Prezident mühüm fərman İMZALADI: Oktyabrın 1-dən qüvvəyə minir
İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyinin Əsasnaməsi və strukturu təsdiq edilib.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.Mərkəzi icra hakimiyyəti orqanları, nizamnamələrinə əsasən normativ hüquqi aktların layihələrinin hazırlanmasında iştirak etmək səlahiyyəti olan Azərbaycan Respublikasının Prezidenti və ya Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən yaradılan publik hüquqi şəxslər, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər hazırladıqları mikro, kiçik və orta sahibkarlıq, investisiya və ixrac fəaliyyətinə təsir edəcək normativ hüquqi aktların layihələrinin normayaratma orqanına təqdim edilməzdən əvvəl...
20 Avqust 2026, 17:00
Analar...Vaqif Bayatlı
Bu ocaq başında yarıyuxuluAnalar qısılıb böyür-böyürə,Qalıb balalara dünyanın çoxu.Hərənin sözündən bir şey qanılarBiri balasını tərifləyəndə -Yana baxa-baxa susub qalanlarAğlayar üzünün bir tərəfində,Göydən dillənən yox, göydən baxan yox,Taleyin sonunda donub gözləriBaşını qaldırıb göyə baxan yox,Böyük Göyüzündən küsüb üzləri.Allahdan, bəndədən qaçıb gizlicəAğlayar analar hey için-için.Ağlamaqdan asan dünyada nə varAğ telli, ağ üzlü analar üçün?!… Nəyə lazımıdı bu boyda dünyaÇoxda ki, ocaqlar his eləyirdi?Fağır analara, gül balalaraBu ocaq yanı da bəs eləyirdi......
20 Avqust 2026, 16:41
Sayman Aruz Nüşabə Məmmədli yaradıcılığı: yaddaş, qadın taleyi və Qarabağ həqiqətlərinin bədii salnaməsi
Azərbaycan ədəbiyyatının müasir mərhələsində milli yaddaşın, tarixi faciələrin, insan taleyinin və mənəvi-psixoloji sarsıntıların bədii ifadəsinə xüsusi əhəmiyyət verən yazıçılardan biri Nüşabə Məhəmmədəli qızı Məmmədlidir. Onun yaradıcılıq yolu yalnız fərdi yazıçı taleyinin deyil, bütövlükdə XX əsrin sonu – XXI əsrin əvvəllərində Azərbaycan cəmiyyətinin keçdiyi mürəkkəb ictimai-siyasi və mənəvi proseslərin ədəbi əks-sədası kimi də qiymətləndirilə bilər.1953-cü ildə Ağdamda anadan olan Nüşabə Məmmədli yaradıcılığa erkən yaşlarından başlamış, 1970-ci ildən etibarən “Azərbaycan”, “Ulduz”, “Azərbaycan Gəncləri” və digər mətbu orqanlarda şeir, hekayə və povestlərlə çıxış etmişdir. Sonrakı illərdə jurnalistika fəaliyyəti də onun yaradıcılıq dünyasının formalaşmasında mühüm rol oynamışdır.Onun yaradıcılığının əsas xüsusiyyətlərindən biri yazıçı mövqeyi ilə...
20 Avqust 2026, 16:31
Akademik Aslan Aslanovun anadan olmasının 100 ili tamam olur
Avqustun 20-də Azərbaycan elm və təhsilinin görkəmli simalarından biri, Bakı Dövlət Universitetinin Estetika və etika kafedrasının müdiri (1961-1977), Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (1989), Azərbaycan Dövlət İncəsənət Universitetinin rektoru (1977–1987), AMEA-nın vitse-prezidenti, Fəlsəfə və Hüquq İnstitutunun direktoru (1990–1995), fəlsəfə elmləri doktoru (1974), professor (1976), Əməkdar elm xadimi, akademik Aslan Aslanovun (1926-1995) anadan olmasının 100 ili tamam olur. Aslan Məhəmməd oğlu Aslanov 1926-cı il avqustun 20-də Ağstafa rayonunda dünyaya gəlmişdir. Məktəbi qurtardıqdan sonra II Dünya müharibəsi illərində müəllim çatışmadığından bir il Ağstafa şəhəri Dəmiryol məktəbində ibtidai sinifdə müəllim işləmişdir. Ali təhsilini 1945–1950-ci illərdə Bakı Dövlət Universitetində almışdır. O, Tarix fakültəsini Fəlsəfə...
20 Avqust 2026, 13:37
21 avqustla bağlı Bakı və rayonlar üçün XƏBƏRDARLIQ
Sabahın hava proqnozu açıqlanıb.Oxu24.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Avqustun 21-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb küləyi əsəcək.Havanın temperaturu gecə 22-25° isti, gündüz 28-32° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65 %, gündüz 45-55% olacaq.Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Gündüz tədricən kəsiləcək. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.Havanın temperaturu gecə 20-25° isti, gündüz 31-36° isti, dağlarda gecə...
20 Avqust 2026, 13:22