Bizə yazın

Baku

-°C

USD

-

BİR ŞEİRİN TARİXÇƏSİ...

Cəmiyyət 26 Avqust 2026, 15:55

447

Rəhmətlik Allahverdi Müəllim olduqca dərin bir insan idi. Şairilyi, şeirləri şəxsiyyətinə ayna tuturdu, göründüyü kimi olan olduğu kim görsənən birisiydi. Onu tanıyanların yaddaşında elə bu cür də qaldı... Xatirəvi yaddaşımın ən gözəl səhifələrindəndir Allahverdi Müəllim və ailəsiylə qohumluq və tanışlığım sayəsində (Afət bibim bu evin gəlinidir) aşağıdakı şeirin necə yaranmasını mənə də özü danışmışdı. Rəhmətlik özü belə nəql edərdi ki,bir gün tələsik addımlarla üzü dikişə doğru yürürkən yamanca təngidim və hiss etdim ki ürəyim sözümə baxmır.Və həmin gün bu şeri yazdım Ürəyimə..

ÜRƏYİMƏ...

Gəl, soruşma hara getdi cavanlıq,

Cavanlığı illər etdi yavanlıq.

Hərdən susub köksüm altda bir anlıq

Salma, ürək, bir azca da səbr elə.

Günahkaram, az qeydinə qalmışam,

Yaman səni bərkə-boşa salmışam.

Təzə-təzə qədirbilən olmuşam,

Qalmayacaq ömür belə, gün belə,

Dərdin alım, bir azca da səbr elə.

Hazırlaşma qış gəlməmiş solmağa,

Nə var düşüb yarı yolda qalmağa?

Bu dünyadan sevinc payı almağa

İmkanımız, gümanımız var hələ,

Dərdin alım, bir azca da səbr elə.

Üşüsəm də gözlərdəki soyuqdan,

Sən bezməsən, mən düşmərəm ayaqdan.

Bir gül baxır yollarıma bayaqdan,

Deyilməmiş sözüm qalıb o gülə,

Dərdin alım, bir azca da səbr elə.

Razı olma yarı yolda çaşım mən,

İkimizik yoxuşlarda: yaşım, mən.

Tut əlimdən, bu dağı da aşım mən,

Görürsənmi, lap az qalıb mənzilə,

Dərdin alım, bir azca da səbr elə.

Hansı dəymiş şirin olub kalımca,

Kimin halı pərişandır halımca?

Qorxuram ki, danışalar dalımca

Borclu qalsam bu torpağa, bu elə,

Dərdin alım, bir azca da səbr elə.

Bu şeiri illər sonra yenidən oxuyanda adam yalnız qocalan bir insanın ürəyi ilə söhbətini eşitmir. Burada ömrünü yaşamış, yol gəlmiş, artıq həyatın son mənzilini uzaqdan görən bir insanın hələ də həyata borclu qalmaq qorxusu var.

“Borclu qalsam bu torpağa, bu elə” misrası xüsusilə ağırdır.

Çünki şairin ürəyi yalnız öz həyatı üçün döyünmür. O, torpağa, elə, insanlara, deyilməmiş sözlərə borclu qalmaq istəmir.

Şeirin başqa bir gözəl tərəfi də budur ki, ölüm haqqında danışarkən ölümün özünü mərkəzə gətirmir. Əksinə, həyatın tərəfini tutur:

“Bu dünyadan sevinc payı almağa

İmkanımız, gümanımız var hələ...”

Bu “hələ” sözünün içində bütöv bir ömür var.

Şair ürəyindən möcüzə istəmir. Ondan sadəcə bir az səbir istəyir. Çünki hələ deyilməmiş sözləri, görülməmiş yolları, qarşıda dayanmış bir gülü var.

“Görürsənmi, lap az qalıb mənzilə” deyərkən isə mənzil həm həyat yolunun sonu, həm də insanın çatmaq istədiyi mənəvi dayanacaq kimi səslənir.

Allahverdi Tağızadə 1932-ci ildə Culda rayonunun Yaycı kəndində doğulub. Bədii yaradıcılığa tələbəlik illərindən başlayıb və ilk şeiri “Tarlada” 1955-ci ildə “Azərbaycan gəncləri” qəzetində dərc olunub. Sonralar şeirləri “Şərq qapısı” qəzetində çap edilib. O, həmçinin poetik tərcümələrlə məşğul olub və uzun illər Azərbaycan Dövlət Xarici Dillər İnstitutunda çalışıb. 1977-ci ildə Azərbaycan Ali və Orta İxtisas Təhsili Nazirliyinin kollegiyasının Fəxri Tərifnaməsinə layiq görülüb.

“Sənin əllərin”, “Mənim narahatlığım”, “Gözəlliyin sorağında”, “Görüş”, “Ömürdən nişanə”, “O tayda bir çinar” kimi kitabları onun yaradıcılıq yolunun ayrı-ayrı mərhələlərini yaşadır.

Allahverdi müəllim 8 mart 2000-ci ildə dünyasını dəyişdi.

Amma şairlərin qəribə bir üstünlüyü var: onlar gedəndən sonra da danışmağa davam edirlər.

Bəzən bir kitabın səhifəsindən, bəzən illər əvvəl yazılmış bir misradan, bəzən də “Ürəyimə” kimi bir şeirin sakit, kövrək səsindən.

Və insan həmin səsi eşidəndə anlayır ki, şeir bəzən insanın özündən sonra qoyduğu ən səmimi etirafdır.

Allahverdi müəllimin ürəyə dediyi:

“Dərdin alım, bir azca da səbr elə...”

— əslində hamımıza deyilmiş bir sözdür.

Çünki hamımızın yarı yolda qalan yolları, deyilməmiş sözləri, çatmaq istədiyi mənzilləri var.

Tanrı Dəyərli Şairimizin ruhunu şad, məkanını cənnət etsin!

Məhəmməd İsrafiloğlu. 

Almaniya.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Kiber-dələduzluq təhlükəsi: SMS-lə gələn bu keçidlərə daxil olmayın!

Son zamanlar mobil telefon istifadəçilərinə göndərilən saxta SMS bildirişləri vasitəsilə həyata keçirilən kiber-dələduzluq hallarının sayı kəskin artıb. Kiber-cinayətkarlar müxtəlif dövlət qurumlarının, bankların, kuryer xidmətlərinin, məşhur brendlərin adından istifadə edərək vətəndaşlara təcili məzmunlu mesajlar yollayırlar. Bu mesajlarda adətən bağlamanın çatdırılması, bank kartının bloklanması, kommunal borc, yaxud qalib gəlinən uduş kampaniyası bəhanəsi ilə təhlükəli keçidlər (linklər) yerləşdirilir.Citypost.az xəbər verir ki, dələduzluq mexanizminin əsasını fişinq (şəxsi məlumatların tora salınaraq oğurlanması) üsulu təşkil edir. Mesajdakı saxta keçidə daxil olduqda istifadəçi orijinal saytlara tam bənzəyən saxta səhifələrə yönləndirilir. Həmin səhifələrdə bank kartı məlumatlarını, identifikasiya kodlarını, SMS vasitəsilə gələn təsdiq parollarını daxil edən şəxslərin hesabı anında...

26 Avqust 2026, 15:33

Pensiya kapitalını necə artırmaq olar?

Pensiya kapitalının həcmi gələcəkdə təyin olunacaq pensiya məbləğini birbaşa müəyyən edən ən vacib göstəricilərdəndir. Dövlət Sosial Müdafiə Fondunda açılmış fərdi hesablarda toplanan bu vəsait işçinin əmək fəaliyyəti dövründə ödənilən sosial sığorta haqları hesabına formalaşır. Qanunvericiliyin yaratdığı imkanlardan doğru istifadə etmək, əmək fəaliyyətini şəffaf qurmaq fərdi hesabda yığılan pensiya kapitalını dəfələrlə artırmağa imkan verir.Citypost.az xəbər verir ki, pensiya kapitalını artırmağın ən əsas yolu rəsmi əmək müqaviləsi ilə çalışmaq, əməkhaqqının tam məbləğdə bəyan olunmasını təmin etməkdir. Qeyri-rəsmi məşğulluq, eləcə də maaşın bir hissəsinin "zərf"də alınması fərdi hesaba köçürülən məcburi dövlət sosial sığorta haqlarının həcmini kəskin azaldır. Şəffaf ödənilən yüksək əməkhaqqı hər ay...

26 Avqust 2026, 13:32

Rüfət Əzizov onu direktor təyin etdi - FOTO

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) yeni təyinat olub.Citypost.az xəbər verir ki, ADNSU-nun rektoru Rüfət Əzizovun müvafiq əmri ilə Yusif İbrahimov SABAH.city çərçivəsində ADNSU-nun nəzdində yaradılan Süni İntellekt İnstitutunun direktoru təyin edilib.Kompüter elmləri üzrə bakalavr təhsilini ADNSU-nun nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) Strasburq Universiteti ilə ikili diplom proqramı çərçivəsində alan Y.İbrahimov 2022–2025-ci illərdə Böyük Britaniyanın York Universitetində Kompüter elmləri üzrə PhD təhsili alıb. Onun əsas elmi-tədqiqat istiqamətlərini süni intellekt, dərin öyrənmə, təbii dil emalı və böyük dil modelləri təşkil edir.Qeyd edək ki, SABAH.city innovasiya, tədqiqat və sahibkarlıq fəaliyyətinin vahid ekosistemdə inkişaf etdirilməsinə yönəlmiş layihədir. Layihə çərçivəsində ADNSU-nun nəzdində...

26 Avqust 2026, 11:52

İş müsahibəsində verilən 5 çətin sual: Necə cavab verməli?

İş müsahibələri namizədlərin təkcə peşəkar biliklərini deyil, stresə dözümlülüyünü, analitik təfəkkürünü, özünüqiymətləndirmə bacarığını yoxlayan məsuliyyətli mərhələdir. İnsan resursları mütəxəssisləri tərəfindən verilən bəzi gözlənilməz, çətin suallar namizədləri çaşdırmaq məqsədi daşımır, onların böhran vəziyyətlərində necə möqye tutduğunu göstərir. Bu suallara düzgün cavab strategiyasını bilmək müsahibədən uğurla keçmək şansını kəskin artırır.Citypost.az xəbər verir ki, ən çox qarşılaşılan çətin suallardan biri "Öz zəif tərəfləriniz haqqında nə deyə bilərsiniz?" sualıdır. Burada "zəif cəhətim yoxdur" demək, yaxud "həddindən artıq işgüzaram" kimi süni ifadələr işlətmək yanlışdır. Ən yaxşı taktika real, lakin işə birbaşa mane olmayan zəifliyi qeyd etmək, onun üzərində necə işlədiyinizi, inkişaf etdiyinizi vurğulamaqdır. Məsələn, auditoriya...

26 Avqust 2026, 10:19

Məleykə Abbaszadədən təsirli paylaşım

"Mən on yeddi yaşımda Moskvaya gedib Moskva Dövlət Universitetinin tələbəsi olduğum günləri çox yaxşı xatırlayıram. Məktəbdə ən yaxşı şagirdlərdən biri olmağa öyrəşmişdim. Orada isə ətrafımda ciddi seçimlərdən keçmiş gənclər var idi. İlk düşüncələrimdən biri belə idi: birdən burada ən güclülərdən biri mən olmasam? Birdən hər şey əvvəlki kimi əla alınmasa?Bunun üzərinə tamamilə yeni həyat şəraiti də əlavə olunurdu. Yataqxana, tanımadığım şəhər, məişət qayğıları, pulumu və vaxtımı bölüşdürmək, evdə demək olar ki, hiss etmədiyim ən adi işləri özümün görmək məcburiyyəti və s. Ailəm və dostlarım üçün də darıxırdım. Eyni zamanda ilk gündən bizə çoxlu kitab, məqalə və material oxumaq tapşırılırdı. Artıq...

26 Avqust 2026, 10:16

Bu gün mənim ad günümdür...

Mən 1945-cil il avqustun 25-də Bakıda dünyaya gəlmşəm... Anam 1943-cü ildə Rəsul Rzanin "VƏFA" pyesində "VƏFA"-nı oynamışdı. Bu obraz anamın çox xoşuna gəlmişdi və elə buna görə də, hamilə olanda söz vermişdi ki, qızı olsa adını Vəfa qoyacaq... Beləliklə, mən dünyaya gəldim, anam adımı Vəfa qoydu...Mənim əkiz qardaşım da var idi, ancaq o, doguş zamani ölmüşdü... Anam yaziq bilmirdi sevinsin, ya ağlasın...Uşaqlığım çox xoşbəxt keçib, bəlkə də, ömrümün ən gözəl illəri uşaglıq illərimin payına düşdü... Atam, anam, nənəm, bacım çox mehriban yaşayırdıq...Sizə danışmışdım, balaca olanda ad günümü Kislovodskidə keçirirdik. Sveta xala öləndən sonra isə bir də heç vaxt Kislovodskiyə getmədim......

26 Avqust 2026, 10:13