Bizə yazın

Baku

-°C

USD

-

Bir çəllək pivənin güdazına gedən dəstə - Stalin dövrünün “nümunəvi” cinayətkarları

Dünya 26 Avqust 2026, 12:05

473

Ən yeni tarix. Maraqlı faktlar.

Bir çəllək pivənin güdazına gedən dəstə - Stalin dövrünün “nümunəvi” cinayətkarları.

Müharibədən sonrakı dövrdə, 1950-1953-cü illərdə silsilə cinayətlər, qətl və qarətlər törədən cinayətkar dəstənin uzun müddət izinə düşmək mümkün  olmayıb. 

Oxşar cinayətlər Moskvanın ərazisində törədilib. Dəstənin ilk cinayəti 1 fevral 1950-ci ildə qeydə alınıb. 

Həmin gün ərzaq mağazası qarət olunaraq 34 min pul aparılıb, müqavimət göstərmək istəyən satıcı isə tapança ilə qətlə yetirilib.

Hadisədən heç bir ay keçməmiş Moskvanın Tmiryazev rayonunda iki nəfər dəstə üzvü sənaye malları mağazasında soyğun törədib. 

Onlar əvvəlcə özlərini kassirə dövlət təhlükəsizlik orqanlarının əməkdaşları kimi təqdim ediblər. 

Təsadüfən mağazada olan sahə müvəkkili və milis nəfəri mülki geyimdə olan bu şəxslərdən şübhələniblər, onlardan sənəd tələb ediblər. 

Sənədin əvəzində həmin iki nəfər tapança çıxararaq milis əməkdaşlarını qətlə yetirib. 

Mağazadan 68 min rubl pul aparılıb. Cinayətkarları bu dəfə də yaxalamaq mümkün olmayıb.

3-4 aylıq fasilədən sonra dəstə öz fəaliyyətini “istirahət”saatlarında davam etdirib. 

“Yaşıl Dunay” restoranında yeyib-içdikdən sonra dəstə üzvlərindən biri kassirə yaxınlaşaraq pulları tələb edib. 

Həmin vaxt milis leytenantı Mixail Biryukov həyat yoldaşı ilə restoranda ad gününü qeyd edib və o, cinayətkarlara mane olmaq istəyəndə yerindəcə güllələnib. 

Restoranda istirahət edən daha bir nəfər də atışma nəticəsində həlak olub. Dəstə üzvləri bu dəfə də kassanın bütün pullarını götürərək aradan çıxıb.

Beləliklə, oxşar hadisələr üç il ərzində davam edib, bu müddət ərzində cinayətkar dəstə 11 nəfəri qətlə yetirib, 23 nəfəri odlu silahla yaralayıb, 32 soyğunçuluq hadisəsi törədib, 300 min rubldan artıq pul qarət olunub. 

Maraqlı məqam odur ki, dəstə öz işini elə “peşəkarlıqla” görüb ki, peşəkar əməliyyatçılar cinayətin izinə düşə bilməyiblər.

Növbəti cinayət hadisəsi isə ölkənin birinci şəxsinin az qala gözlərinin önündə, Küntsevoda, İosif Stalinin bağından çox da uzaq olmayan ticarət mərkəzində baş verib. 

Mərkəzin direktoru cinayətkarlara müqavimət göstərərək əlbəyaxa davaya girişib və elə həmin dəqiqə də tapança ilə qətlə yetirilib. 

Dəstə bu dəfə də böyük qazancla hadisə yerindən uzaqlaşa bilib.

Qətllərlə müşayiət olunan hadisələrin gedişi Mərkəzi Komitədə  ciddi narahatlıq yaradıb. 

Stalin hüquq-mühafizə orqanlarının və Moskva rəhbərlərinin iştirakı ilə müşavirə keçirib. 

Hadisələr haqqında ilk olaraq həmin dövrdə Moskva vilayət Partiya Komitəsinin birinci katibi Nikita Xruşov məruzə edib. Stalin onun məruzəsini yarımçıq kəsib:

-Bütün bu faktlar onu göstərir ki, şəhərin müvafiq qurumlarına partiya nəzarəti sıfır səviyyəsindədir və onlar öz işlərinin öhdəsindən gəlmək gücündə deyillər. Bu hadisələr həm də şəhər milisinin qeyri-peşəkarlığının göstəricisidir.

Stalin Xruşovu bir neçə dəqiqə danladıqdan sonra  öz qərarını verib:

- Mən bu işi, cinayət hadisələrinin araşdırılmasını və açılmasını ittifaq miqyaslı qurumlara həvalə edirəm. Moskva rəhbərliyi isə qoy istirahətlərini davam etdirsinlər. 

Dəstə üzvləri bir gün onların da qapısını döyəcək.

Bununla da  baş verən cinayət hadisələri ilə şəhərin hüquq-mühafizə orqanları deyil, birbaşa ittifaq miqyaslı müvafiq nazirliklər məşğul olmağa başlayıblar.

Dəstə növbəti dəfə Moskanın Mıtişi rayonundakı əmanət kassasını hədəf seçib. 

Dəstə üzvləri içəri daxil olaraq giriş qapısını bağlayıblar. İçəridəkilərin hamısına döşəmədə uzanmaq əmri verilib. İşçilərdən biri çeviklik göstərərək milis bölməsi ilə əlaqəsi olan “həyəcan düyməsi”ni basmağa macal tapıb. 

Dərhal milis bölməsindən zəng gəlib. Dəstəyi dəstənin üzvlərindən biri qaldırıb. Növbətçi milis “bura əmanət kassasıdırmı” sualını verəndə, dəstə üzvü “xeyr, bura stadiondur” deyə cavab verərək dəstəyi yerə qoyub. 

Əmanət kassasından 130 min rubl götürən dəstə bu dəfə də aradan çıxa bilib.

Hadisədən dərhal sonra 7 saat davam edən birgə əməliyyat müşavirəsi keçirilib. 

Müşavirədə telefona cavab verən dəstə üzvünün “stadion” ifadəsi diqqəti cəlb edib. 

Əvvəlki törədilmiş cinayət hadisələrinə bir daha nəzər salınıb. Məlum olub ki, cinayət hadisələrinin əksəriyyəti stadionlara yaxın yerlərdə baş verib. Belə qənaətə gəlinib ki, dəstə üzvlərinin stadionla, idmanla hansısa bir əlaqəsi var. 

Beləliklə, Moskvanın və şəhərin bütün rayonlarının stadionları nəzarətə götürülüb, stadionlara gəlib-gedənlərin kimliyi izlənilib, kiçicik bir şübhəli hərəkət ciddi yoxlanılıb.

Nəhayət, Krasnoqorsk rayonundakı stadionda adi bir tədbirdən sonra baş verən hadisə əməliyyatçıların diqqətindən yayınmayıb. Stadionun girişində bir nəfər gənc oğlan çəlləkdə pivə satan satıcıdan bütün pivəni alıb və tədbirdən çıxanlara pulsuz paylayıb. 

Müharibədən sonrakı dövrdə, dolanışığın çətin olduğu bir vaxtda bu gənc oğlanın “səxavəti” təbii ki, şübhələrə səbəb olub. Əməliyyatçılar onu sorğu-suala tutmağa tələsməyiblər. Dəstənin ən gənc üzvlərindən biri olan Vyaçeslav Lukin hüquq-mühafizə orqanları tərəfindən izlənməyə başlanıb və o, dəstənin digər üzvləri ilə görüşəndə yaxalanıb. 

Elə ilk sorğu-sualda bütün məsələlərə aydınlıq gətirilib. Müstəntiqlər cinayəti sübut etməkdə çətinlik çəkməyiblər. Dəstə üzvləri törətdikləri cinayəti etiraf ediblər.

Məhkəmənin hökmü ilə dəstənin başçıları İvan Mitin və Aleksandr Samarin ən ağır cəzaya, ölüm hökmünə məhkum edilərək Butırka türməsində güllələniblər. 

Daha 12 nəfər isə 10, 15 və 25 il azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər.

Maraqlı faktlardan biri isə odur ki, dəstənin  üzvləri heç də peşəkar cinayətkarlar deyil, işlədikləri kollektivdə və ailədə nümunəvi tanınan idmançı, tələbə və müdafiə sənayesi zavodunun işçiləri olub.

İlham Cəmiloğlu.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Şagirdlər üçün yeni qadağa

Fransa Prezidenti Emmanuel Makron yeni tədris ilindən etibarən məktəblərdə mobil telefon istifadəsinin qadağan edildiyini açıqlayıb.Citypost.az xəbər verir ki, Makron ABŞ mərkəzli “X” şirkətindəki sosial media hesabından etdiyi paylaşımda uşaqları ekranların mənfi təsirlərindən qorumaq üçün “daha çox gözləyə bilməyəcəklərini” bildirib. O, məktəblərdə mobil telefon istifadəsinə qadağa olunduğu nəzərdə tutan qanunun qüvvəyə mindiyini açıqlayıb.Fransa Prezidenti qanunun sentyabrın 1-də başlayacaq yeni tədris ilindən etibarən qüvvədə olacağını qeyd edib.Fransa hökuməti daha əvvəl 2018-ci ildən etibarən ibtidai və orta məktəblərdə tətbiq olunan mobil telefon istifadəsi ilə bağlı qaydaların yeni tədris ilindən məktəblərdə də tətbiq ediləcəyini açıqlayıb.Fransa Milli Assambleyası və Senatında qəbul edilən qanun Konstitusiya Şurası...

26 Avqust 2026, 08:25

Konteyner daşımaları necə təşkil olunur? – Qlobal ticarət marşrutları

Konteyner daşımaları qlobal ticarətin əsas sütununu təşkil edərək dünyada istehsal olunan malların böyük əksəriyyətinin təhlükəsiz, sürətli şəkildə çatdırılmasını təmin edir. Standart ölçülərə malik polad qutuların (TEU, FEU) tətbiqi dəniz, dəmir yolu, avtomobil nəqliyyatının vahid zəncirdə birləşməsinə, multimodal daşımaların inkişafına imkan yaradıb. Bu sistem logistika xərclərini kəskin şəkildə aşağı salaraq beynəlxalq ticarət dövriyyəsinin həcmini dəfələrlə artırıb.Citypost.az xəbər verir ki, daşıma prosesi yükün göndərildiyi məntəqədən konteynerlərə doldurulması, möhürlənməsi ilə başlayır. Xüsusi yük avtomobilləri, dəmir yolları vasitəsilə dəniz limanlarına gətirilən konteynerlər nəhəng kranlar yardımı ilə konteynerdaşıyan gəmilərə yüklənir. Yüklərin paylanması, gəminin tarazlığı xüsusi kompyuter proqramları vasitəsilə dəqiqliklə hesablanır. Mənzil limanına çatan konteynerlər gömrük...

25 Avqust 2026, 19:48

Bulud texnologiyası (Cloud) nədir və məlumatlar necə qorunur?

Bulud texnologiyası (Cloud) məlumatların fiziki sertfikatlaşdırılmış yerli sərt disklərdə deyil, internet üzərindən uzaqda yerləşən virtual serverlərdə saxlanılması, emal edilməsi, idarə olunması sistemidir. Bu sistem istifadəçilərə öz fayllarına, proqram təminatlarına istənilən məkandan, müxtəlif cihazlar vasitəsilə anında çıxış imkanı yaradır. Ənənəvi yaddaş qurğularından fərqli olaraq, bulud infrastrukturu yüksək çeviklik təmin edir, böyük həcmli məlumatların itmə riskini sıfıra endirir, texniki avadanlıq xərclərini əhəmiyyətli dərəcədə azaldır.Citypost.az xəbər verir ki, bulud sistemlərində saxlanılan məlumatların təhlükəsizliyi çoxqatlı mühafizə mexanizmləri vasitəsilə yüksək səviyyədə təmin olunur. Sistemə daxil olan bütün informasiyalar şifrələmə (encryption) alqoritmləri ilə koda çevrilir; bu səbəbdən kənar şəxslər məlumatları ələ keçirsələr belə, xüsusi şifrə açarı...

24 Avqust 2026, 13:47

İranda böyük qaz yatağı kəşf edilib

İranın cənubundakı Fars əyalətində ölkəyə on milyardlarla dollar gətirə biləcək böyük qaz yatağı aşkarlanıb.Citypost.az "Tasnim"ə istinadən xəbər verir ki, bu barədə İslam Respublikasının neft naziri Möhsün Paknejad məlumat verib."Fars əyalətinin cənubundakı Taxta yatağında aşkarlanan qaz az kükürdlüdür ki, bu da işlənmə və istismar xərclərini azaldır", - o vurğulayıb.Qiymətləndirmələrə görə, yataqda 212 mlrd. kubmetr qaz var və ondan 161 mlrd. kubmetr hasil etmək mümkün olacaq. Paknejadın sözlərinə görə, bu həcm "Cənubi Pars" yatağındakı bir fazanın təqribən 15 illik hasilatına bərabərdir.Bundan əlavə, nazir yataqda əhəmiyyətli həcmdə qaz kondensatının olduğunu da qeyd edib:"Bu yataqda qazdan əlavə, dəyəri on milyardlarla dollar olan çox böyük...

24 Avqust 2026, 08:28

Vizasız gedilə bilən ölkələr: Aşağı büdcəli səyahət marşrutları

Azərbaycan vətəndaşları üçün vizasız səyahət imkanı təklif edən ölkələr aşağı büdcə ilə xarici ölkələri gəzmək, istirahəti sərfəli təşkil etmək istəyənlər üçün böyük şans yaradır. Viza rəsmiləşdirilməsi xərclərindən, uzunmüddətli sənəd toplama prosesindən azad olmaq səyahət planlarını daha çevik, büdcəyə uyğun icra etməyə imkan verir. Müxtəlif coğrafiyalarda yerləşən bu istiqamətlər həm zəngin mədəniyyəti, həm də münasib qiymətləri ilə diqqəti cəlb edir.Citypost.az xəbər verir ki, Mərkəzi Asiya regionu cibə uyğun vizasız marşrutlar sırasında xüsusi yer tutur. Özbəkistan, Qazaxıstan, Qırğızıstan kimi ölkələr zəngin tarixi abidələri, özünəməxsus mətbəxləri, aşağı yaşayış xərcləri ilə səyahətçilərə unudulmaz təcrübə bəxş edir. Xüsusilə Səmərqənd, Buxara, Daşkənd kimi qədim şəhərlərdə otel,...

21 Avqust 2026, 17:36

Otel rezervasiyası edərkən aldanmamaq üçün yoxlama siyahısı

Otel rezervasiyası edərkən gözlənilməz xərclərlə, saxta elanlarla qarşılaşmamaq üçün diqqətli olmaq, müəyyən təhlükəsizlik qaydalarına əməl etmək lazımdır. Xüsusilə onlayn platformalar üzərindən edilən bron əməliyyatlarında məlumatların dürüstlyünü yoxlamaq səyahətin rahat keçməsini təmin edir. Şübhəli qiymət təkliflərinə, naməlum saytlara aldanmamaq üçün bir neçə vacib məqamı öncədən dəqiqləşdirmək həyati əhəmiyyət kəsb edir.Citypost.az xəbər verir ki, ilk növbədə bron edilən platformanın güvənli olmasına, otelin rəsmi əlaqə vasitələrinin mövcudluğuna əmin olmaq lazımdır. Tanınmayan platformalardan istifadə edərkən otellə birbaşa zənglə, yaxud rəsmi e-poçt vasitəsilə əlaqə saxlayaraq elanın həqiqiliyini təsdiqləmək tövsiyə olunur. Əvvəlki qonaqların yazdıqları rəyləri, xüsusilə son aylara aid mənfi şərhləri diqqətlə oxumaq otelin real vəziyyəti,...

21 Avqust 2026, 10:37