Bizə yazın

Baku

-°C

USD

-

Tahir Rasizadə haqqında MARAQLI FAKTLAR

Cəmiyyət 24 Avqust 2026, 14:41

458

Rasizadələr nəslinin daha bir nümayəndəsi - Tahir Rasizadə haqqında sizə qısa bir məlumat vermək istəyirəm. Fotoda gördüyünüz bu gənc Hüseyn Cavidin böyük qardaşı, Şeyx Məhəmməd Rasizadənin oğlu Tahir Rasizadədi. Bu fotoda onun 19 yaşı var. Ümumiyyətlə, Rasizadələr nəsli Azərbaycanda köklü nəsillərdən hesab olunur və bu tayfa say-seçmə ziyalıları ilə tanınıb. Ən böyük nümayəndəsi də romantik şeirin banisi Hüseyn Cavid əfəndidir. 

  Turan Cavid Rasizadələr haqqında məlumat verərək deyirdi: "Deyirlər, Rasi dindar sözündəndir. Cavidin babası Məşədi Qulu ömrünün yarısını əkinçiliklə, yarısını da həllaclıqla, yəni pambıq daramaqla keçirib. Məşədi Qulunun dörd oğlu olub. Məşədi Ənnağı, Məşədi Tağı, Hacı Molla Abdulla və Kəblə Mirzəli… Nənəm Ümmi Leyla xanımdı. Ailədə əvvəlcə qız uşaqları doğulub. Qızlar Şahtaxtıda dünyaya gəliblər. Naxçıvana köçəndən sonra isə oğlanlar anadan olub. Bibilərim Fatimə, Ümmi Səlimə və Xurşid xanımlardı. Əmilərim isə Şeyx Məhəmməd, Molla Əhməd, Əlirza və Ələsgərdi. Əhməd və Ələsgər ikinci evlilikdən doğulublar. Amma onlarda ögey-doğmalıq söhbəti yoxdu. Mən yalnız Əhməd əmimi və Xurşid bibimi görmüşəm. Əlirza 1923-cü ildə müalicə üçün Bakıya gəlib və burada vəfat edib. Molla Əhməd isə 1941-d ildə Tacikistana oğlunun yanına getdi və orda da dünyasını dəyişdi. 1918-ci ildən sonra Cavid Naxçıvana getmədiyi üçün qardaş və bacılarıyla görüşmək imkanı olmayıb. Şeyx Məhəmməd Cavidə ata əvəziydi… Cavid 1918-ci ildə ailə qurub və elə həmin ildə də Bakıya köçüb. Əvvəlcə, baba gəlib, burada ev kirələyib. Sonra isə Ananı (anası Mişkinaz xanımı belə anır) kiçik əmim Əlirza gətirib Bakıya.." 

  Turan xanımın xatirələrindən də göründüyü kimi, Şeyx Məhəmməd Rasizadə Hüseyn Cavidə böyük qardaşla yanaşı, həm də ata idi - ata əvəzi idi. Mən bildiyim qədərilə Şeyx Məhəmmədin Zəhra , Şəfiqə, Rəna , Nəzifə və Gövhər adında qızları, Həmid, Yasir, Tahir adında oğulları olmalı idi. Fotodakı gənc maarifçinin oğlu, sabiq nazir Artur Rasizadənin atası şair, maarifçi Tahir Rasizadədi.

  Tahir Şeyx Məhəmməd oğlu Rasizadə 1907-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. Orta təhsilini Naxçıvanda almış, əmisi Hüseyn Cavidin dərs dediyi Bakı darülmüəllimini, sonra isə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakültəsini bitirmişdir. Bir müddət Gəncədə işlədikdən sonra Lənkəran subtropik bitkilər texnikumunun direktor müavini təyin edilmişdir. Onun da şairlik təbi olmuş, ilk şeirlərini darülmüəllimində oxuyarkən yazmışdır. Müntəzəm surətdə bədii yaradıcılıqla məşğul olmuş, şeirləri romantik vüsəti, dilinin axıcılığı, ahəngdarlığı, obrazların və ifadə tərzinin yeniliyi ilə seçilmişdir. Bundan başqa Tahir Rasizadə pyeslər də yazmışdır. “İki dünya” poemasında bəşəriyyətə fəlakət gətirən “hərb allahına”, “qan püskürən”, “ölüm şahına” lənətlər yağdırır, faşizmin yaratdığı xarabazarlıqların onun özünün “əbədi məzarına” çevriləcəyini inamla bildirirdi. Çox təəssüflər olsun ki, Tahir Rasizadə çox uzun yaşamadı. O, 1942-ci ildə Böyük Vətən müharibəsində, Kerç uğrunda döyüşdə həlak oldu. Onun iki övladı var idi: Artur və Tamilla...

  Məcid Rəşadətoğlu 

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Unudulmaz unudulmuşlar silsiləsindən  

Bu gün xalqımızın görkəmli xanımlarından biri, Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin dekanı (1965-1967), Mikrobiologiya kafedrasının müdiri (1967-1989), Əməkdar elm xadimi, torpaq mikrobiologiyası sahəsində ilk azərbaycanlı qadın alim, biologiya elmləri doktoru, professor Həbibə Qasımova (1922-2014) anadan olmuşdur.Həbibə Süleyman qızı Qasımova 24 avqust 1922-ci ildə Bakı şəhərində dünyaya gəlmişdir.1939-cu ildə Bakıda orta məktəbi, 1944-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Biologiya fakültəsini Fərqlənmə diplomu ilə bitirmişdir. Universitetdə oxuduğu müddətdə fakültənin komsomol katibi, partiya bürosu katibi və universitetin komsomol komitəsi katibinə qədər yüksəlmişdir.1945–1948-ci illərdə Azərbaycan Dövlət Universitetinin aspiranturasında (doktoranturasında) təhsil almış, 1949-cu ildə "Azərbaycanın penisillin əmələgətirən göbələkləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, biologiya...

24 Avqust 2026, 15:21

ŞAH İSMAYIL POLEMİKASI BİTDİMİ?!  

Deputat Fazil Mustafanın başladığı "Şah İsmayıl Xətai diskussiyaları" çox uzun çəkdi, amma faydasız da olmadı. Cəmiyyət bu tarixi şəxsiyyət haqqında xeyli məlumat aldı, çoxları öz intellektual cəbbəxanasını yeni ideya və fərqli mənbə biliklərilə zənginləşdirdi. Bəzi nüfuzlu tarixçilərin polemikalarda iştirakı da faydalı oldu. Hər halda çoxluqda belə bir qənaət möhkəmləndi ki, tarixi gerçəkliyi təhrif etmək olmaz. Yəni hərbi şücaətinə görə qədim Roma və Yunan sərkərdələri ilə, qurduğu idarəçilik sisteminə görə Avropa kralları ilə müqayisə edilən Şah İsmayılın şəxsiyyətinə emosional müstəvidə deyil, tarixi kontekstdə, o dövrün tarixi şəraitinin gerçəkləri çərçivəsində, həmçinin dövlətçilik düşüncəsi, Ana dili, ədəbi irs və milli yaddaş müstəvisində yanaşmaq...

24 Avqust 2026, 14:05

İlham Əliyevin sosial media hesablarında Buxaraya getməsinə dair video paylaşılıb 

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Özbəkistanın paytaxtı Daşkəndən Buxara şəhərinə getməsi ilə bağlı paylaşım edilib.Citypost.az  Prezidentin sosial media hesablarına istinadən videonu təqdim edir: View this post on Instagram A post shared by oxu24.az (@oxu24.az)

24 Avqust 2026, 13:50

Müavinət və təqaüd alanlara ŞAD XƏBƏR

Bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların avqustun 25-də ödənilməsi nəzərdə tutulub.Citypost.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.Bildirilib ki, bununla da respublika üzrə bütün sosial ödənişlər yekunlaşdırılmış olacaq./Ajans.az

24 Avqust 2026, 13:16

Yağış, şimşək, duman - SABAHIN HAVASI

Avqustun 25-də gözlənilən hava şəraiti açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən Citypost.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz olacağı gözlənilir.Havanın temperaturu gecə 23-26° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.Sabah rayonlarda hava necə olacaq?Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman. Mülayim şərq küləyi əsəcək.Havanın temperaturu gecə 21-26° isti, gündüz 34-39°, bəzi yerlərdə 40°-dək isti, dağlarda gecə 14-18° isti, gündüz 23-28° isti olacaq./Sfera.az...

24 Avqust 2026, 12:59

Bu xəstəxanaya yeni direktor təyin olundu

Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub.Citypost.az xəbər verir ki, müvafiq əmrlə bu vəzifəyə Oktay Əmənullayev təyinat alıb.Qeyd edək ki, ixtisasca terapevt olan O.Əmənullayev 2025-ci ildən yeni təyinata qədər Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının, 2020-2025-ci illərdə isə Astara Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsində çalışıb.Xatırladaq ki, bundan əvvəl Lənkəran Rayon Mərkəzi Xəstəxanasının direktoru cMəmmədova olub. O, bu ayın əvvəlində yaşayış yerini dəyişməsi ilə əlaqədar olaraq öz istəyi ilə tutduğu vəzifədən azad olunub.(İqtisadiyyat.az)...

24 Avqust 2026, 12:37