Xalq şairi Nəriman Həsənzadə reanimasiyadadır, dializə qoşulub
Cəmiyyət 02 Dekabr 2025, 11:02
166
Xalq şairi Nəriman Həsənzadə müalicə olunduğu Mərkəzi Klinikada reanimasiya şöbəsində dializə qoşulub.
Bu barədə APA-ya şairin köməkçisi Arif Mehmandost məlumat verib.
Həmçinin oxuyun
“Reanimasiya şöbəsində dializ olunur. Huşu yerindədir”, – deyə köməkçisi bildirib.
Qeyd edək ki, Nəriman Həsənzadə böyrəklərində yaranan problemlərlə əlaqədar bir müddət əvvəl xəstəxanaya yerləşdirilib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Prezident İlham Əliyev Laos dövlət başçısını təbrik edib
Prezident İlham Əliyev Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitə təbrik məktubu ünvanlayıb.CityPost.az xəbər verir ki, məktubda deyilir:"Laos Xalq Demokratik Respublikasının yaranmasının 50-ci ildönümü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırıram.Azərbaycan Laos ilə əlaqələrin genişlənməsinə, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir.Əminəm ki, ölkələrimiz arasında dostluq münasibətlərini möhkəmləndirmək, qarşılıqlı faydalı əməkdaşlığımızın potensialından tam bəhrələnmək üçün bundan sonra da birgə səylər göstərəcəyik.Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza daim əmin-amanlıq və rifah arzulayıram"....
02 Dekabr 2025, 11:21
Bu şəxslər Xankəndiyə köçürülür – RƏSMİ AÇIQLAMA
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planı çərçivəsində bərpa və yenidənqurma işləri ardıcıl şəkildə davam edir. Geri qayıdan əhalinin təhlükəsiz və ləyaqətli yaşayışını təmin etmək üçün Azərbaycan dövləti bütün zəruri addımları atır, infrastruktur tam şəkildə yenidən qurulur.CityPost.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilib.Qeyd olunub ki, Xankəndi şəhərində də orada daimi qeydiyyatda olan keçmiş məcburi köçkünlərin geri qayıtması istiqamətində işlər görülür. Dövlət Komitəsinin sədri tərəfindən komitənin inzibati binasında və bölgələrdə Xankəndi və Kərkicahan sakinləri ilə bir neçə görüş keçirilib. Onların Böyük Qayıdışla bağlı sualları...
01 Dekabr 2025, 23:11
Sabunçuda 11 il əvvəl törədilmiş cinayətin üstü açıldı
Sabunçu rayon prokurorluğu və rayon polis idarəsinin əməkdaşları tərəfindən həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 11 il əvvəl, 2014-cü ilin noyabr ayında 1977-ci il təvəllüdlü Hənifə Namiq Naib oğlunun qəsdən öldürülməsi müəyyən olunub.CityPost.az xəbər verir ki, bu haqda Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.Bildirilir ki, həyata keçirilən tədbirlərlə 1990-cı il təvəllüdlü, Azərbaycan vətəndaşı Cəfərov Hüseyn Gülağa oğlunun ictimai-təhlükəli əməlin qarşısının alınması üzrə ictimai borcunu yerinə yetirən Namiq Hənifəyə bıçaqla xəsarətlər yetirərək öldürməsinə əsaslı şübhələr müəyyən olunub. Hüseyn Cəfərov dekbrın 1-də Cinayət Məcəlləsinin 126.3 -cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə...
01 Dekabr 2025, 18:49
Ramiz Mehdiyevin oğlu vəzifəsindən azad edildi
General-mayor Teymur Mehdiyev fövqəladə hallar nazirinin müavini vəzifəsindən azad edilib.CityPost.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Artıq T.Mehdiyevin adı FHN-in saytından çıxarılıb. Qeyd edək ki, Teymur Mehdiyev Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin oğludur.Xatırladaq ki, 50 yaşlı T.Mehdiyev 2014-cü ildən sözügedən vəzifəni icra edirdi.
01 Dekabr 2025, 16:20
Naxçıvan MR-nın səhiyyə naziri vəzifəsindən azad olunub
Dekabrın 1-də Naxçıvan Ali Məclisinin növbəti sessiya iclası keçirilib.Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Samiq Sadıxovun tutduğu vəzifədən azad edilməsi haqqında qərar layihəsi səsə qoyulub.Qərar qəbul edilib.Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun imzaladığı sərəncama əsasən, Rəşadət Qurban oğlu Nabatov Naxçıvan Muxtar Respublikasının səhiyyə nazirinin müavini təyin edilib.Sərəncama uyğun olaraq, yeni nazir təyin olunana qədər səhiyyə nazirinin səlahiyyətlərinin müvəqqəti icrası da Rəşadət Nabatova həvalə olunub.Sənəd imzalandığı gündən qüvvəyə minir....
01 Dekabr 2025, 15:28
Bu rayona 2 milyon ayrıldı
Zərdab rayonunda avtomobil yolunun əsaslı təmirinə 2 milyon manat ayrılıb.CityPost.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.Sərəncama əsasən, səkkiz min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Zərdab-Məlikumudlu-Çallı-Salahlı-Hüseynxanlı-Xanməmmədli avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 2 milyon manatı ayrılıb.
01 Dekabr 2025, 13:32