Bizə yazın

Baku

-°C

USD

-

Amid Əliyev: “Dünya 5-dən böyükdür” tezisi yeni məna qazandı

Siyasət 23 Sentyabr 2026, 09:03

361

Dünya 5-dən böyükdür” ifadəsi artıq Türkiyə Prezidentinin BMT çıxışlarında formalaşdırdığı siyasi doktrinanın əsas tezislərindən birinə çevrilib. Dünənki çıxışda isə bu tezis daha konkret məzmun aldı: məsələ yalnız Təhlükəsizlik Şurasının genişləndirilməsi deyil, veto mexanizminin özünün yenidən nəzərdən keçirilməsidir. Türkiyə prezidenti hesab edir ki, İkinci Dünya müharibəsindən sonra formalaşmış BMT strukturu XXI əsrin siyasi reallıqlarını artıq tam əks etdirmir. BMT təhlükəsizliyin qarantı rolunda öz funksiyalarını artıq lazımı şəkildə icra edə bilmir.

Burada diqqətiçəkən əsas siyasi paradoks ondan ibarətdir ki, BMT Baş Assambleyasında 190-dan çox dövlət təmsil olunur, lakin Təhlükəsizlik Şurasında beş daimi üzvün veto hüququ istənilən qərarın taleyinə həlledici təsir göstərə bilir. Ərdoğanın “190-dan çox ölkənin iradəsinin beş ölkənin istəyindən asılı olması ədalətli deyil” fikri məhz bu struktur problemini hədəfə alır.

Əslində Türkiyənin təklifinin daha maraqlı tərəfi budur. Ankara sadəcə “beşliyə daha bir neçə dövlət əlavə edilsin” demir. R.T.Ərdoğanın dünənki mesajında yeni daimi üzvlərin yaradılmasının da problemin mahiyyətini həll etməyəcəyi vurğulanır. Yəni beş dövlətin veto imtiyazını on dövlətə çatdırmaq deyil, veto üzərində qurulan qərarvermə modelinin özünü dəyişmək təklif olunur.

Bu mövqenin arxasında həm də son illərin beynəlxalq böhranları dayanır. Qəzza, Ukrayna, Sudan, Suriya və digər böhranlar BMT Təhlükəsizlik Şurasının böyük güclər arasında fikir ayrılıqları səbəbindən effektiv qərar qəbul etmək imkanlarının məhdud olduğunu bir daha göstərib. Ərdoğan da çıxışında son bir ildə 60-dan çox münaqişə və müharibənin yaşandığını, beynəlxalq sistemə inamın ciddi sınaqdan keçdiyini bildirib. Lakin burada mühüm siyasi reallıq var. BMT islahatı yalnız siyasi çağırışla həyata keçirilə biləcək proses deyil. Təhlükəsizlik Şurasının daimi üzvlərinin veto hüququ BMT Nizamnaməsinin fundamental mexanizmlərindən biridir və həmin mexanizmin dəyişdirilməsi özü də çox mürəkkəb institusional proses tələb edir. Üstəlik, mövcud beşliyin öz maraqları da bir-birindən ciddi şəkildə fərqlənir.

Bunun bariz əlaməti dünən Rusiyanın reaksiyasında da göründü. Moskva Təhlükəsizlik Şurasının genişləndirilməsini mümkün variant kimi dəstəkləsə də, veto hüququnun saxlanmasını müdafiə etdi. Beləliklə, Ankara ilə Moskvanın “islahat lazımdır” fikrində müəyyən yaxınlığı olsa da, islahatın məzmunu məsələsində mövqelər ciddi şəkildə ayrılır.

R.T.Ərdoğanın çıxışını Qəzza məsələsindən ayrıca düşünmək də mümkün deyil. 🇹🇷Türkiyə Prezidenti BMT-də Fələstin məsələsini Təhlükəsizlik Şurasının mövcud strukturunun effektivliyinə dair əsas nümunələrdən biri kimi təqdim etdi və Fələstin dövlətini tanımayan ölkələri mövqelərini yenidən nəzərdən keçirməyə çağırdı. Beləliklə, Ankara üçün BMT islahatı abstrakt institusional məsələ deyil, Qəzza, Fələstin və ümumilikdə qlobal Cənubun beynəlxalq qərarvermədə daha çox təmsil olunması ilə əlaqələndirilir.

Bu baxımdan “Dünya 5-dən böyükdür” ifadəsinin ikinci siyasi mənası da ortaya çıxır. 🇹🇷Türkiyə özünü yalnız regional dövlət kimi deyil, qlobal idarəetmə sisteminin necə qurulmalı olduğu barədə söz deyən aktor kimi təqdim edir. Ankara BMT islahatını Qlobal Cənubun, orta güclərin və əhalisinin böyük hissəsini təşkil edən dövlətlərin beynəlxalq qərarvermədə daha çox rol alması kontekstində gündəmə gətirir.

Bununla belə, bu ideyanın qarşısında ciddi sual qalır: veto hüququ aradan qaldırılsa, onun yerinə hansı qərarvermə mexanizmi gələcək? Sadəcə üzvlərin sayını artırmaq beynəlxalq konsensus problemini həll edəcəkmi? Böyük dövlətlərin təhlükəsizlik maraqları ilə daha geniş beynəlxalq təmsilçilik arasında balans necə qurulacaq? Türkiyənin təklifinin real siyasi nəticəsi məhz bu suallara veriləcək cavabdan asılı olacaq.

Nəticədə isə dünənki çıxışın əsas mesajını bir cümlə ilə belə ifadə etmək olar, Türkiyə mövcud beynəlxalq sistemin yalnız daha çox dövlət əlavə edilməklə deyil, qərarvermə fəlsəfəsinin dəyişdirilməsi ilə yenilənməsini təklif edir. Bu isə BMT daxilində sadə texniki islahatdan daha böyük, dünya siyasətində güc bölgüsünün yenidən müzakirəyə çıxarılması deməkdir.

Türkiyə prezidenti tərəfindən səsləndirilən bu tezisin nə dərəcədə reallaşa biləcəyindən asılı olmayaraq, bir məsələ artıq aydındır ki, XXI əsrin çoxqütblü reallığı ilə 1945-ci ildə formalaşmış beynəlxalq institutlar arasındakı uyğunsuzluq getdikcə daha açıq müzakirə olunur. Türkiyənin “Dünya 5-dən böyükdür” tezisi də məhz bu institusional boşluğun siyasi ifadəsinə çevrilib.

Amid Əliyev

Politoloq

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ədalət Verdiyev: “Tramp İranı boğmaq üçün sanksiyaları sərtləşdirir” 

Hərbi ekspert Ədalət Verdiyev ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalar və bunun region ölkələrinə mümkün təsirləri ilə bağlı fikirlərini bölüşüb.Citypost.az xəbər verir ki, Ə.Verdiyev bildirib ki, Vaşinqtonun İranı iqtisadi baxımdan təcrid etməyə yönəlmiş siyasəti Orta Asiya ölkələrini çətin seçim qarşısında qoyur. Onun sözlərinə görə, həmin ölkələr ya ABŞ təzyiqi fonunda Tehranla ticarət və logistika əlaqələrini məhdudlaşdırmalı, ya da ikinci dərəcəli sanksiyalarla üzləşmək riski ilə qarşılaşmalıdır.Ekspertin sözlərinə görə, ABŞ Maliyyə naziri Skott Bessentin avqustun 24-də elan etdiyi yeni kampaniyanın məqsədi İranın qonşu dövlətlər də daxil olmaqla iqtisadi, ticarət və maliyyə əlaqələrinin zəiflədilməsi və məhdudlaşdırılmasıdır. O, bu çərçivədə İran aviaşirkətlərinə qarşı yeni...

23 Sentyabr 2026, 09:12

Azərbaycan və İranın XİN rəhbərləri regional prosesləri nəzərdən keçiriblər 

Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Abbas Əraqçi ilə görüşüb.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.Görüş zamanı ikitərəfli və çoxtərəfli gündəlik, regional proseslər nəzərdən keçirilib.Nazirlər davamlı yüksək səviyyəli təmasların, qarşılıqlı hörmətin və mehriban qonşuluq münasibətlərinin vacibliyini vurğulayıblar.Azərbaycan və İran prezidentlərinin 2026-cı ilin avqustunda Bişkekdə keçirilən görüşü ikitərəfli əməkdaşlığın genişləndirilməsi istiqamətində daha bir mühüm addım kimi qabardılıb.Diplomatiya və dialoqun əhəmiyyəti, həmçinin sülh və sabitliyin təşviq edilməsi, regional təhlükəsizlik məsələləri də müzakirə olunub....

22 Sentyabr 2026, 23:10

Azərbaycan-BMT əməkdaşlığı ətrafında fikir mübadiləsi aparılıb 

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının sədri Xəlilür Rəhmanla görüşüb.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi "X"də məlumat yayıb.Tərəflər BMT və digər çoxtərəfli platformalar çərçivəsində əməkdaşlıq, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.Görüş zamanı Azərbaycanın BMT-nin fəaliyyətində fəal iştirakı və aktual qlobal çağırışların həllində çoxtərəfli əməkdaşlığın gücləndirilməsinə verdiyi töhfə xüsusi vurğulanıb....

22 Sentyabr 2026, 22:56

Azərbaycan-Serbiya əməkdaşlığının inkişafı müzakirə edildi

Azərbaycanın Serbiyadakı səfiri Tahir Tağızadə bu ölkənin Xarici İşlər Nazirliyinin (XİN) dövlət katibi Damyan Yoviç ilə iki ölkə arasında əməkdaşlığı müzakirə edib.Citypost.az xəbər verir ki, görüşdə Serbiya ilə Azərbaycan arasında ənənəvi dostluq münasibətlərinə diqqət çəkilib.Tərəflər qarşılıqlı maraq doğuran sahələrdə, xüsusilə iqtisadi istiqamətdə əməkdaşlığın daha da intensivləşdirilməsinə hazır olduqlarını bildiriblər.T.Tağızadə ilə D.Yoviç Belqrad–Bakı birbaşa aviareysinin açılmasını alqışlayıb və bu xəttin turizm sektorunun inkişafına, həmçinin iki ölkənin iş adamları arasında əlaqələrin genişlənməsinə töhfə verəcəyinə ümid etdiklərini ifadə ediblər. (Report)...

22 Sentyabr 2026, 17:45

Əlövsət Ağalarov: “Azərbaycan ayıq-sayıqlığını itirməməlidir”

Əməkdar jurnalist, naşir və sabiq deputat Əlövsət Ağalarov Azərbaycan-Ermənistan münasibətləri və sülh prosesi ilə bağlı paylaşım edib.Citypost.az xəbər verir ki,Ə.Ağalarov sosial şəbəkə hesabında Ermənistan cəmiyyətində Qarabağla bağlı revanşist çağırışların artdığını iddia edib. O, sosial şəbəkələrdə Azərbaycanın ərazi bütövlüyünə qarşı çağırışların intensivləşdiyini bildirərək buna cavab olaraq bir sıra addımların atılmasını təklif edib.Jurnalist Ermənistan istiqamətində yanacaq, ərzaq və digər məhsulların göndərilməsinin dayandırılmasını, sülh danışıqlarının təxirə salınmasını və vətəndaş cəmiyyəti nümayəndələrinin gediş-gəlişinə məhdudiyyət qoyulmasını təklif edib. O, həmçinin Azərbaycanın müdafiə qabiliyyətinin gücləndirilməsinin vacibliyini vurğulayıb.Ə.Ağalarov Qarabağın yenidən qurulmasına ayrılan vəsaitin müəyyən hissəsinin ordunun silah-sursat və digər təminatının artırılmasına yönəldilməsini də təklif edib. O, eyni...

22 Sentyabr 2026, 09:58

Sabir Rüstəmxanlı: “Soydaşlarımız doğma Vətəndən uzaq düşməməlidir”

Müharibə dövründə fəaliyyətimizdə fasilə yaransa da Dünya Azərbaycanlıları konqresinin səfərləri, bir-birindən əhəmiyyətli görüşlərimiz çox geniş bir coğrafiyanı əhatə etmişdir.  “Azərbaycan adından” adlı kitabımın böyük bir hissəsi həmin səfərlərə və görüşlərimizə həsr olunub:“….ABŞ, Kanada, Belçika, Niderland, Almaniya, İsveç, Avstriya, Türkiyə... indi də, Avstraliya... yəni dünyanın dörd qitəsi. Turist təşkilatlarının həsəd aparacağı bir coğrafi genişlikdir. Lakin DAK bir turist şirkəti deyil və biz bu səfərlərə xoşbəxtlikdən, əhli-keflilikdən getmirik. Əksinə, belə uzun və çətin yollar, bu qədər uzaq nöqtələrdə görüşlər xalqımızın taleyinin və üzləşdiyi faciələrin daha bir göstəricisidir.Bu səfərlərdə həmin ölkələrin diplomatları, məclis üzvləri, dövlət xadimləriylə yanaşı, minlərlə soydaşımızla görüşürük. Hər birinin həyatı Azərbaycan...

22 Sentyabr 2026, 09:52