Bizə yazın

Baku

-°C

USD

-

"Əsrin müqaviləsi"nin 32-ci ildönümü və Neftçilər Günü münasibətilə tədbir keçirilib

Cəmiyyət 22 Sentyabr 2026, 08:20

307

"Gülüstan" sarayında "Əsrin müqaviləsi"nin 32-ci ildönümü və Neftçilər Günü münasibətilə tədbir keçirilib.

Bu barədə Citypost.az-a  Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.

Tədbirdə dövlət rəsmiləri, yerli və xarici şirkətlərin rəhbərləri, neftçilər, media və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə SOCAR və ".ART Zone" incəsənət platformasının birgə həyata keçirdiyi "SOCART" layihəsi çərçivəsində Azərbaycanın tanınmış rəssam və fotoqraflarının Neft Daşlarına həsr etdikləri rəsm və fotolardan ibarət sərgi ilə tanış olublar.

Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə əvvəlcə şərəfli neftçi peşəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Mərasimdə çıxış edən energetika naziri Pərviz Şahbazov Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu "Əsrin müqaviləsi"nin XX əsrdə Azərbaycanın enerji tarixində ilk uzunmüddətli beynəlxalq neft sazişi olmaqla ölkənin yeni neft strategiyasının təməlini qoyduğunu bildirib.

"Prezident İlham Əliyevin həmin strateji kursu yeni dövrün reallıqlarına uyğun davam etdirməsi nəticəsində isə "Əsrin müqaviləsi" 2050-ci ilədək uzadıldı, Azəri-Mərkəzi-Şərqi və AÇG-nin sərbəst qaz layihələri ilə yeni inkişaf mərhələsinə qədəm qoydu. Beləliklə, 1994-cü ildə verilmiş tarixi qərarın miqyası bir müqavilənin müddətini də, bir əsrin sərhədlərini də aşdı. AÇG XX əsrdə Azərbaycanın yeni neft tarixini başladan, XXI əsrdə isə yeni layihələr və yeni enerji imkanları ilə inkişafını davam etdirən, iki əsri əhatə edən mühüm strateji enerji layihələrindən birinə çevrildi", - nazir diqqətə çatdırıb.

Ulu Öndərin müəyyənləşdirdiyi enerji strategiyasının Azərbaycanın dayanıqlı inkişafındakı rolundan bəhs edən SOCAR-ın prezidenti Rövşən Nəcəf enerji resurslarından əldə edilən gəlirlərin məqsədyönlü şəkildə ölkənin sosial-iqtisadi inkişafına yönəldilməsinin iqtisadiyyatın şaxələndirilməsinə, müasir infrastrukturun, yeni istehsalat sahələrinin yaradılmasına və rəqabətli insan kapitalının formalaşdırılmasına möhkəm zəmin yaratdığını qeyd edib.

R. Nəcəf çıxışında Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən yeni enerji strategiyasına uyğun olaraq SOCAR-ın beynəlxalq enerji şirkəti kimi mövqeyinin daha da gücləndirilməsi, fəaliyyət coğrafiyasının genişləndirilməsi və investisiya portfelinin şaxələndirilməsi istiqamətində görülən işlərdən bəhs edib. SOCAR prezidenti cari ildə "Italiana Petroli" şirkətinin səhmlərinin "API Holding"dən alınması, eləcə də "Baleine" layihəsi üzrə iştirak payının əldə olunması proseslərinin uğurla tamamlandığını deyib. SOCAR prezidenti, həmçinin Özbəkistanın "Üstyurt" investisiya bloklarının kəşfiyyatı, işlənməsi və hasilatı üzrə Pay Bölgüsü Sazişi çərçivəsində genişmiqyaslı seysmik kəşfiyyat və qazma işlərinə başlanıldığını, habelə Özbəkistanda SOCAR brendi altında beş yeni yanacaqdoldurma məntəqəsinin təməlinin qoyulduğunu diqqətə çatdırıb.

bp-nin Xəzər, Mərkəzi Asiya və Türkiyə regionu üzrə regional prezidenti Cio Kristofoli çıxış edərək tədbir iştirakçılarını Dövlət Suverenliyi Günü və Neftçilər Günü münasibətilə təbrik edib, bp-nin əməliyyatçısı olduğu nəhəng Azəri-Çıraq-Günəşli və Şahdəniz layihələrinin Azərbaycanın aparıcı enerji mərkəzi kimi mövqeyinin möhkəmlənməsində oynadığı rolu vurğulayıb. O, bu layihələrin təhlükəsiz və uğurlu icrasında əməyi olan bütün neftçilərə, eləcə də Azərbaycan hökumətinə, SOCAR-a və bütün tərəfdaşlara öz təşəkkürünü bildirib.

Çıxışlardan sonra veteran neftçi Eldar Mehdiyev neftçilərin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciətini oxuyub.

Daha sonra "Açıqcalarda yazılan talelər" sənədli filminin tanıtım videoçarxı nümayiş olunub.

Tədbir geniş bədii hissə ilə davam etdirilib

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

İki rayon qazsız qalacaq

Ağdaş və Yevlax rayonlarının bəzi kənd və qəsəbələrində qaz təchizatı dayandırılacaq.Citypost.az  xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.Bildirilib ki, sentyabrın 22-ü saat 09:30-dan işlər başa çatanadək Ağdaş rayonunun Ləki qəsəbəsi, Yuxarı Ləki, Orta Ləki, Aşağı Ləki, Hapıtlı, Dovutlu, Binələr, Güvəkənd, Kotanarx, Cardam, Nehrəxəlil, Pirəyir, Cücük, Yenicə və Əmirarx kəndlərinin qaz təchizatında fasilə yaranacaq.Bundan əlavə, "Qaz İxrac" İdarəsi tərəfindən aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar sentyabrın 23-ü saat 08:00-dan 25 sentyabr tarixinədək Yevlax şəhərinin bir hissəsinin və rayonun bir sıra kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq....

22 Sentyabr 2026, 08:43

Bakının 3 rayonunun işığı kəsiləcək

Bu gün Bakının Yasamal, Sabunçu və Xəzər rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.Citypost.az  xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 22-də Yasamal, Sabunçu və Xəzər rayonlarının elektrik şəbəkələrində təmir və yenidənqurna işləri aparılacaq.Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində Transfornator Məntəqəsində (TM) həyata keçiriləcək təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Ələsgər Ələkbərov, Xaqan Dadaşov, İsmayıl Talıblı, Vasif Əliyev, Zahid Kərimov, Zaur Kərimov küçələri, Hüseyn Cavid və Mətbuat prospektlərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.Sabunçu RETSİ-yə daxil...

22 Sentyabr 2026, 08:00

NARGİN ADASINA BƏNZƏYƏN NİZAMİ CƏFƏROVLAR...   

Bu gün bu ölkədə “çağdaş ziyasızlığın ətaləti” patogenezinin müəlliflərindən birinin — Nizami Cəfərovun doğum günüdür.Yəqin ki, hər birinizə bu isim tanış gəldi... İstər siyasi, istərsə də ədəbi arenada ağ işığın, ilahi prinsiplərin alnını, surətini nişan alan, azadlıq harmoniyasına xəlvət-xəlvət tətik çəkən həmin akademiki deyirəm.Yaxşı xatirimdədir, Yazıçılar Birliyinin Sibirüzlü 13-cü qurultayı idi. Məlum qurultay başlar-başlamaz, adəti üzrə öz təbiəti ilə daim “edam kötüyündə təzim” əsərini, “səcdə nəzəriyyəsi”ni yaratmağa nail olan həmin bu Nizami Cəfərov həzrətləri çıxış üçün söz alıb, Tanrının qanına bulaşmış əlahəzrət səhnəyə ayaq basıb, “Anarizm səddi”ndən (“diktatorlar quyusu”ndan!) boylana-boylana, başladı “Biz öz sədrimizi çoxdan seçmişik” başlıqlı “mütilik mühazirəsi” oxumağa...Ümumiyyətlə...

21 Sentyabr 2026, 22:15

Rövşən Rzayev Lənkəranda qəbul keçirib 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev sentyabrın 21-də Lənkəranda vətəndaşları qəbul edib.Citypost.az xəbər verir ki, qəbulda, əsasən Lənkəran, Lerik, Masallı və Astara rayonlarında məskunlaşmış keçmiş məcburi köçkünlər iştirak ediblər. Vətəndaşların müraciətlərində, əsasən Böyük Qayıdış, dövlət mənzil fonduna məxsus xüsusi təyinatlı yaşayış sahələrinin verilməsi, müvəqqəti yaşayış sahələrinin təmiri, vahid aylıq müavinətin təyin edilməsi, məşğulluq və digər şəxsi xarakterli müraciətlər üstünlük təşkil edib.Prezident İlham Əliyevin sosial siyasətində məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasının,...

21 Sentyabr 2026, 20:05

Bakıda payız sərgi mövsümü başlayır

2026-cı ilin payızında Bakı yenidən müxtəlif strateji sahələr üzrə beynəlxalq biznes dialoqunun əsas görüş məkanlarından birinə çevriləcək. “Iteca Caspian” və “Caspian Event Organisers” şirkətləri sentyabr-dekabr aylarında müdafiə sənayesi, daxili təhlükəsizlik, tikinti, şəhər infrastrukturu və idman sahəsini əhatə edən beynəlxalq sərgilər təşkil edəcəklər.Citypost.az xəbər verir ki, Bakı Ekspo Mərkəzində keçiriləcək tədbirlər dövlət qurumlarını, yerli və xarici şirkətləri, istehsalçıları, təchizatçıları, investorları və sahə mütəxəssislərini bir araya gətirəcək.Payız sərgi mövsümünə sentyabrın sonunda Qafqaz regionun müdafiə sənayesi sahəsində nəhəng tədbiri ADEX - 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi start verəcək. Oktyabr ayında mövsüm Xəzər İnşaat Həftəsi və “Road & Traffic” ilə davam edəcək, ilin son...

21 Sentyabr 2026, 19:58

Xəzər dənizində zəlzələ olub

Xəzər dənizində zəlzələ qeydə alınıb.Bu barədə Citypost.az-a Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.Bildirilib ki, zəlzələ yerli vaxtla saat 18:13-də, 46 km dərinlikdə, 4.1 bal gücündə baş verib.

21 Sentyabr 2026, 19:02