Son iki gündə 81 cinayətin açılması təmin edilib
Cəmiyyət 26 Yanvar 2026, 11:17
143
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Qəhrəmanlıq və Şəhidlik Nümunəsi – Riad Əhmədov
Bu gün Azərbaycanın qəhrəmanlıq tarixində iz qoymuş şəxsiyyətlərdən biri – Milli Qəhrəman Riad Fikrət oğlu Əhmədovun şəhidlik zirvəsinə ucaldığı gündür. Allah bütün şəhidlərimizə rəhmət eləsin, ruhları qarşısında baş əyirik.Riad Əhmədov 1956-cı il dekabrın 20-də Bakıda doğulub. Onun kökləri Qərbi Azərbaycana uzanır – ata babası Həmid Əhmədov vətən torpağından ayrılmaq məcburiyyətində qalmış soydaşlarımızdandır. Riad təhsildə fərqlənmiş, 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.Peşə yoluna ədliyyə sahəsində başlayan Riad, sonradan təhlükəsizlik orqanlarında fəaliyyətə başlayaraq xüsusi təlimlərdən keçmiş, bacarığını və mərdliyini kəşfiyyat sahəsində sübut etmişdir. 1992-ci ildə Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin rəis müavini vəzifəsinə irəli çəkilən Riad Əhmədov, başçılıq...
26 Yanvar 2026, 12:05
Mir Şahin müəllimindən YAZDI:" Onun varlığı saat kimidir"
“Real” Təhlil-İnformasiya Mərkəzinin baş direktoru, əməkdar jurnalist Mirşahin Ağayev Azərbaycan mediasının tanınmış siması, BDU-nun Milli mətbuat tarixi kafedrasının müdiri, böyük müəllim Cahangir Məmmədlini doğum günü münasibətilə təbrik edib.Citypost.az xəbər verir ki, paylaşımda Mirşahin Ağayev bildirib ki, bir çoxumuz üçün Milli Mətbuat Günü əslində həm də 26 Yanvar, yəni Cahangir Məmmədlinin doğum günüdür:"Çoxumuzdan ötrü Milli Mətbuat günü əslində həm də bu tarixdir: 26 Yanvar! Cahangir müəllim çoxdan zamana qarışıb: Azərbaycan jurnalistikasının bütün ciddi imzaları həm də Cahangir Məmmədli ömrünün içində yaşayırlar! Ona görə də “yaş anlayışı” bu halda öz klassik mənasını itirir."Daha sonra əlavə edib ki:"Qəribədir: insan ömrü elə məqama yetişir...
26 Yanvar 2026, 11:35
Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
26-30 yanvar tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.Bu barədə Citypost.az-a Müdafiə Nazirliyindən (MN) məlumat verilib."Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq", - məlumatda deyilir.
26 Yanvar 2026, 10:40
Prezident İlham Əliyev İsrailin xarici işlər nazirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 26-da İsrail Dövlətinin xarici işlər naziri Gideon Saarı qəbul edib.Citypost.az xəbər verir ki, söhbət zamanı bir neçə gün əvvəl Davosda Azərbaycan və İsrail prezidentlərinin görüşü məmnunluqla xatırlandı, həmin görüş əsnasında ikitərəfli gündəliyimizlə bağlı məsələlərin müzakirə olunduğu bildirildi.Ölkələrimiz arasında münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi-ticari, enerji, turizm və digər sahələrdə uğurlu inkişafı vurğulandı, kənd təsərrüfatı, su resurslarının idarə olunması, yüksək texnologiyalar, həmçinin süni intellekt sahələrində əməkdaşlıq məsələləri qeyd edildi, müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin və təmasların əməkdaşlığın dərinləşdirilməsi işinə verdiyi töhfəyə toxunuldu.Eyni zamanda, hökumətlərarası komissiyanın rolu qeyd edilərək, bu yaxınlarda komissiyanın növbəti iclasının keçirildiyi vurğulandı.Gideon Saar...
26 Yanvar 2026, 10:33
Sahibə Qafarova Bəhreyn Kralı ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Bəhreyn Krallığına rəsmi səfəri çərçivəsində bu ölkənin Kralı Həməd bin İsa Al Xəlifə ilə görüşüb.Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən CityPost.az-a verilən xəbərə görə, görüşdə Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Bəhreyn Kralına çatdırıb.Bəhreyn Kralı Həməd bin İsa Al Xəlifə onun da salamlarını Azərbaycan Prezidentinə çatdırmağı xahiş edib.Bəhreyn Kralı görüşdə Azərbaycanın inkişafı, həmçinin ikitərəfli münasibətlərin daha da dərinləşdirilməsinin əhəmiyyəti ilə bağlı fikirlərini bildirib. O, həmçinin ölkələrimiz arasında əlaqələrin genişləndirilməsində parlamentlərin müsbət rolunu vurğulayıb.Söhbət zamanı Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan-Bəhreyn münasibətlərinin dostluq, qarşılıqlı etimad və hörmət üzərində qurulduğunu ifadə edərək,...
26 Yanvar 2026, 10:14
Qəbələdə avtomobil qəzası nəticəsində bir nəfər ölüb
Qəbələdə bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.Hadisə yanvarın 26-da saat 02 radələrində Qaraməryəm-İsmayıllı-Şəki yolunun Qəbələ rayonunun Nic qəsəbəsi ərazisindən keçən hissəsində baş verib.Belə ki, “Nissan” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü, 28 yaşlı Mətin İbrahimov hadisə yerində ölüb. Sərnişini, 2000-ci il təvəllüdlü Kənan Zakirzadə isə xəsarət alıb.DİN-in Mətbuat Xidmətinin regional qrupundan APA-nən sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı cinayət işi açılıb, istintaq aparılır....
26 Yanvar 2026, 09:04