Bizə yazın

Baku

-°C

USD

-

Mir Şahin müəllimindən YAZDI:" Onun varlığı saat kimidir"

Cəmiyyət 26 Yanvar 2026, 11:35

177

“Real” Təhlil-İnformasiya Mərkəzinin baş direktoru, əməkdar jurnalist Mirşahin Ağayev Azərbaycan mediasının tanınmış siması, BDU-nun Milli mətbuat tarixi kafedrasının müdiri, böyük müəllim Cahangir Məmmədlini doğum günü münasibətilə təbrik edib.

Citypost.az xəbər verir ki, paylaşımda Mirşahin Ağayev bildirib ki, bir çoxumuz üçün Milli Mətbuat Günü əslində həm də 26 Yanvar, yəni Cahangir Məmmədlinin doğum günüdür:"Çoxumuzdan ötrü Milli Mətbuat günü əslində həm də bu tarixdir: 26 Yanvar! Cahangir müəllim çoxdan zamana qarışıb: Azərbaycan jurnalistikasının bütün ciddi imzaları həm də Cahangir Məmmədli ömrünün içində yaşayırlar! Ona görə də “yaş anlayışı” bu halda öz klassik mənasını itirir."

Daha sonra əlavə edib ki:"Qəribədir: insan ömrü elə məqama yetişir ki, sən artıq yalnız əllə toxunulan, hiss edilən, görünən, eşidilən deyil, həm də eyni zamanda şəffaf, görünməz, toxunulmaz olursan: Cahangir Məmmədli kimi. O qədər ehtiyatla, lətif, sakit, xəfif yaşayır ki… Sanki həm də Gəzərgi Ruhdur. Bizim Ruhumuz! O nəhəng bir Kitabxananın Oxu zalıdır. Səs salmaq istəmirsən… Onun varlığı saat kimidir. Artıq belə demək olar: Cahangirə işləyir… Cahangirə qalır… Cahangirin yarısı… Cahangir tamam… Əziz müəllimim! Bəs Sizin özünüzdə saat neçədir? Ad gününüzü təbrik etmək üçün soruşuram…"

Mirşahin Ağayevin bu paylaşımı həm Cahangir Məmmədlinin Azərbaycan jurnalistikasına verdiyi töhfəni vurğulayır, həm də onun şəxsiyyətinin dərinliyini oxuculara çatdırır.

Qeyd edək ki, Azərbaycan jurnalistikasının ağsaqqalı sayılan C. Məmmədlinin 84 yaşı tamam olur.

1942-ci ildə Ağdam rayonunun Novruzlu kəndində anadan olan C. Məmmədli 1968-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Həmin ildən adıçəkilən fakültədə müəllimlik fəaliyyətinə başlayıb.İndiyədək 500-dən çox elmi, publisistik yazısı dərc olunub. Ədəbi tənqidə və jurnalistikaya dair 15 kitabın müəllifidir.

Bundan əlavə, jurnalistika sahəsində bir neçə nüfuzlu mükafatın sahibidir. Prezident təqaüdçüsüdür. 2019-cu ildə “Şöhrət” ordeni ilə təltif olunub. Professor 2003-2005-ci illər arasında Azərbaycan Mətbuat Şurası sədrinin müavini olub.

Əli

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

İcra başçısı iki müdiri işdən çıxardı, baş mühasibə yeni vəzifə verdi 

Nizami Rayon İcra Hakimiyyətində (RİH) struktur dəyişikliyi ilə əlaqədar olaraq yeni kadr islahatı həyata keçirilib.İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı icra başçısı Coşqun Cəbrayılov müvafiq əmrlər imzalayıb.Belə ki, ləğv edilən Hüquq şöbəsinin müdiri Sabir Abbasəliyev işdən çıxarılıb. Şöbənin yerinə yaradılan Hüquq və kadr məsələləri sektoruna isə hələlik müdir təyin olunmayıb.Bununla yanaşı ləğv edilən Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Rəşad Hüseynov da işini itirib. Yeni yaradılan Sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlili sektoruna isə Tural Cavadov müdir təyin olunub. O, daha əvvəl isə ləğv edilmiş Rayon təsərrüfatı şöbəsinin müdiri işləyib.İnformasiya təminatı və təhlil sektorunu ləğv edildiyindən isə onun...

26 Yanvar 2026, 12:54

Qəhrəmanlıq və Şəhidlik Nümunəsi – Riad Əhmədov

Bu gün Azərbaycanın qəhrəmanlıq tarixində iz qoymuş şəxsiyyətlərdən biri – Milli Qəhrəman Riad Fikrət oğlu Əhmədovun şəhidlik zirvəsinə ucaldığı gündür. Allah bütün şəhidlərimizə rəhmət eləsin, ruhları qarşısında baş əyirik.Riad Əhmədov 1956-cı il dekabrın 20-də Bakıda doğulub. Onun kökləri Qərbi Azərbaycana uzanır – ata babası Həmid Əhmədov vətən torpağından ayrılmaq məcburiyyətində qalmış soydaşlarımızdandır. Riad təhsildə fərqlənmiş, 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.Peşə yoluna ədliyyə sahəsində başlayan Riad, sonradan təhlükəsizlik orqanlarında fəaliyyətə başlayaraq xüsusi təlimlərdən keçmiş, bacarığını və mərdliyini kəşfiyyat sahəsində sübut etmişdir. 1992-ci ildə Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin rəis müavini vəzifəsinə irəli çəkilən Riad Əhmədov, başçılıq...

26 Yanvar 2026, 12:05

Son iki gündə 81 cinayətin açılması təmin edilib 

Yanvarın 24-də və 25-də ölkə ərazisində qeydə alınan 78, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Citypost.az-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 59, o cümlədən borclu şəxs qismində axtarışda olan 28, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 7 və dələduzluğa görə axtarışda olan 16 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.Həmçinin narkotiklərlə əlaqədar 40 fakt müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 31 kiloqrama yaxın narkotik vasitə və 2184 ədəd güclü təsiredici xassəyə malik həb aşkar olunaraq götürülüb.Eyni zamanda, qanunsuz saxlanılan...

26 Yanvar 2026, 11:17

Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək 

26-30 yanvar tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.Bu barədə Citypost.az-a Müdafiə Nazirliyindən (MN) məlumat verilib."Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq", - məlumatda deyilir.

26 Yanvar 2026, 10:40

Prezident İlham Əliyev İsrailin xarici işlər nazirini qəbul edib 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 26-da İsrail Dövlətinin xarici işlər naziri Gideon Saarı qəbul edib.Citypost.az xəbər verir ki, söhbət zamanı bir neçə gün əvvəl Davosda Azərbaycan və İsrail prezidentlərinin görüşü məmnunluqla xatırlandı, həmin görüş əsnasında ikitərəfli gündəliyimizlə bağlı məsələlərin müzakirə olunduğu bildirildi.Ölkələrimiz arasında münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi-ticari, enerji, turizm və digər sahələrdə uğurlu inkişafı vurğulandı, kənd təsərrüfatı, su resurslarının idarə olunması, yüksək texnologiyalar, həmçinin süni intellekt sahələrində əməkdaşlıq məsələləri qeyd edildi, müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin və təmasların əməkdaşlığın dərinləşdirilməsi işinə verdiyi töhfəyə toxunuldu.Eyni zamanda, hökumətlərarası komissiyanın rolu qeyd edilərək, bu yaxınlarda komissiyanın növbəti iclasının keçirildiyi vurğulandı.Gideon Saar...

26 Yanvar 2026, 10:33

Sahibə Qafarova Bəhreyn Kralı ilə görüşüb 

Milli Məclisin sədri Sahibə Qafarova Bəhreyn Krallığına rəsmi səfəri çərçivəsində bu ölkənin Kralı Həməd bin İsa Al Xəlifə ilə görüşüb.Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən CityPost.az-a  verilən xəbərə görə, görüşdə Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Bəhreyn Kralına çatdırıb.Bəhreyn Kralı Həməd bin İsa Al Xəlifə onun da salamlarını Azərbaycan Prezidentinə çatdırmağı xahiş edib.Bəhreyn Kralı görüşdə Azərbaycanın inkişafı, həmçinin ikitərəfli münasibətlərin daha da dərinləşdirilməsinin əhəmiyyəti ilə bağlı fikirlərini bildirib. O, həmçinin ölkələrimiz arasında əlaqələrin genişləndirilməsində parlamentlərin müsbət rolunu vurğulayıb.Söhbət zamanı Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan-Bəhreyn münasibətlərinin dostluq, qarşılıqlı etimad və hörmət üzərində qurulduğunu ifadə edərək,...

26 Yanvar 2026, 10:14