Nigeriyada silahlı hücum: 7 nəfər VƏFAT ETDİ
Dünya 24 Yanvar 2026, 20:59
961
Nigeriyanın Plateau ştatında yerləşən qanunsuz mədən sahəsinə silahlı hücum edilib. Nigeriya ordusunun açıqlamasına görə, kimliyi hələlik müəyyən edilməyən şəxslər Kuru bölgəsindəki mədən ərazisinə hücum təşkil ediblər.
Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə nəticəsində 7 nəfər həyatını itirib, çox sayda şəxs isə yaralanıb. Yaralıların vəziyyəti ilə bağlı dəqiq məlumat verilməyib.
Həmçinin oxuyun
Qeyd edək ki, Nigeriya uzun müddətdir silahlı dəstələrin, eləcə də “Boko Haram” və İŞİD-in Qərbi Afrika qolu olan ISWAP terror təşkilatlarının hücumları ilə üz-üzədir. Ölkədə adam oğurluğu ağır cəza ilə — ölüm hökmü ilə cəzalandırılsa da, fidyə məqsədli qaçırılma halları geniş yayılıb.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Moskvaya PUA hücumu olub
Ukrayna Ordusu Rusiya paytaxtına PUA-larla hücum edib.Bu barədə Moskva meri Sergey Sobyanin bildirib.O, Moskva istiqamətində uçan 4 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb.PUA-ların Moskva vilayəti ərazisində vurulduğu bildirilib.
15 Fevral 2026, 17:57
Tramp İranda rejim dəyişikliyini hadisələrin ən yaxşı ssenari hesab edir
ABŞ Prezidenti Donald Tramp İranda rejim dəyişikliyini hadisələrin inkişafının ən yaxşı ssenari hesab edəcəyini bildirib.O, bu açıqlamanı Şimali Karolinadan yola düşməzdən əvvəl jurnalistlərin suallarını cavablandırarkən verib."Görünür, hazırda baş verə biləcək ən yaxşı şey bu olardı", - ABŞ lideri İranda rejim dəyişikliyinə çalışması barədə suala cavab verib.
14 Fevral 2026, 09:38
Sakit Okeanda 6,4 bal gücündə zəlzələ olub
Sakit Okeanda ada dövləti olan Vanuatu sahillərində 6,4 bal gücündə zəlzələ baş verib.CityPost.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidmətinin məlumat verib.Zəlzələ Port Olri şəhərindən 52 kilometr şimal-qərbdə qeydə alınıb. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.Zəlzələ nəticəsində ölən və ya xəsarət alanlar barədə məlumat verilməyib.
14 Fevral 2026, 09:15
"Ramştayn" Ukrayana 38 milyard dollar həcmində hərbi yardım ayırıb
"Ramştayn" toplantısında tərəfdaş ölkələr Ukraynaya 38 milyard dollar həcmində hərbi yardımı təsdiqləyiblər.APA xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Mixaylo Fedorov “Telegram” kanalına məlumat yayıb.Məlumata görə, bu vəsait dronlar, hava hücumundan müdafiə sistemləri və “Patriot” raketləri üçün ayrılacaq.Fedorovun sözlərinə görə, yardımların təxminən 6 milyard dolları konkret paketlərə bölünüb.
13 Fevral 2026, 17:08
CHP-dən yeni üzvlük kampaniyası: “Dözmək məcburiyyətində deyilsiniz”
Türkiyənin Cumhuriyet Halk Partisi (CHP) yeni üzv cəlbi kampaniyasına start verib.Citypost.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, partiya sosial media hesabları üzərindən yaydığı video müraciətlə vətəndaşlara çağırış edib.“Karanlığa, hukuksuzluğa, yokluğa, haksızlığa #KatlanmakZorundaDeğilsiniz” şüarı ilə paylaşılan mesajda ictimai həmrəylik və birlikdə hərəkət etməyin vacibliyi vurğulanıb. Videoda “Bu torpaqların mayasında ümid, ruhunda cəsarət var. Təslim olmaq yoxdur” ifadələri yer alıb.Partiya müraciətində vətəndaşları məsuliyyət almağa, milli iradəyə sahib çıxmağa və haqsızlıqlara qarşı mövqe göstərməyə səsləyib. “Dözmək məcburiyyətində deyilsiniz. Bizə qoşula bilərsiniz” mesajı ilə çıxış edən CHP, kampaniyanın rəqəmsal üzvlük sistemi üzərindən aparılacağını da açıqlayıb.Turan...
13 Fevral 2026, 15:27
Qriqoryan: Ermənistan Aİ Monitorinq Missiyasının Ermənistanda qalmasını istəyir
Avropa İttifaqının müşahidə missiyası Ermənistan və Azərbaycan arasında sülh prosesinə müsbət təsir göstərib. Yerevan Aİ-nin mülki missiyasının Ermənistanda qalmasını istəyir.Citypost.az erməni mətbuatına istinadən xəbər verir ki , bunu jurnalistlərlə söhbətində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.Onun sözlərinə görə, Ermənistan daim açıq şəkildə, eləcə də Avropa İttifaqı tərəfdaşları ilə şəxsi söhbətlərində Brüssel ilə əməkdaşlığa yüksək qiymət verdiyini və Aİ-nin Ermənistandakı Monitorinq Missiyasının fəaliyyətini yüksək qiymətləndirdiyini bildirir. Təhlükəsizlik Şurasının katibi vurğulayıb ki, "missiyanın sabitlik amili baxımından müsbət təsir göstərdiyinə və regionda sabitliyə, eləcə də sərhəd icmalarının əhalisi arasında sabitliyə və təhlükəsizliyə inamı artırdığına əminik".Qriqoryan qeyd edib ki, Aİ monitorinq missiyası Ermənistanla...
13 Fevral 2026, 15:14