Ölən şəxsin kredit borcunun taleyi:Vərəsələrin hüquqi məsuliyyəti
Hüquq 24 Yanvar 2026, 17:14
1095
Ailə üzvlərinin itirilməsi ilə yanaşı ortaya çıxan maddi və hüquqi öhdəliklər insanları ən çox düşündürən mövzulardandır. Bu suallardan biri də ölən şəxsin kredit borcunun kim tərəfindən ödənilməli olması ilə bağlıdır.
Citypost.az-ın məlumatına görə, hüquqi baxımdan, vəfat etmiş şəxsin kredit borcunun taleyi birbaşa vərəsəlik məsələsi ilə bağlıdır. Əgər ölən şəxsin adına əmlak varsa və vərəsələr bu mirası qəbul edirlərsə, kredit borcu da həmin mirasla birlikdə qəbul edilmiş sayılır. Yəni vərəsələr yalnız əmlaka deyil, eyni zamanda borclara da məsuliyyət daşıyırlar. Lakin şəxsin adında heç bir əmlak yoxdursa və ya mövcud əmlak borcu ödəməyə kifayət etmirsə, vərəsələr öz şəxsi vəsaitləri hesabına bu borcu ödəməyə məcbur deyillər. Bu halda borc ödənilməz qala bilər.
Kreditin götürülmə şərtləri də mühüm rol oynayır. Əgər vəfat edən şəxs kredit müqaviləsi bağlayarkən girov qoyubsa və ya zamin göstəribsə, borcun ödənilməsi məsuliyyəti girov predmetinə və ya zəmanətçiyə yönələ bilər. Girov və zamin olmadıqda isə borcun taleyi kredit sığortası və ya digər hüquqi mexanizmlərlə həll edilir. Banklar bu cür hallarda borcun qaytarılması üçün qanunvericiliyin verdiyi imkanlardan istifadə edirlər, lakin vərəsələr mirası qəbul etmirsə və ölən şəxsin əmlakı yoxdursa, borcun silinməsi də mümkündür.
Borclu şəxsin vəfatı zamanı vərəsələrin kreditoru bu barədə məlumatlandırması da vacibdir. Əks halda, notariat kontorunda vərəsəlik işi açıldıqdan sonra kreditor bu barədə məlumat əldə edərsə, vərəsələrə qarşı məhkəmədə iddia qaldıra bilər. Bu zaman hər bir vərəsə yalnız ona düşən miras payının dəyəri həcmində məsuliyyət daşıyır və heç bir halda payından artıq borc ödəməyə məcbur edilə bilməz.
Təqsirləndirilən şəxsin ölümü zamanı vurulmuş ziyanın taleyi də hüquqi qaydada tənzimlənir. Şəxs vəfat etdikdə cinayət prosesini aparan orqanlar onun yaxın qohumlarına müraciət edərək hüquqi varis kimi çıxış etmək istəyinin olub-olmadığını dəqiqləşdirirlər. Əgər ölən şəxsin borcu və ya vurduğu maddi ziyan varsa, bu öhdəliklər mirası qəbul etmiş şəxslərə keçir. Digər tərəfdən, əgər zərərçəkən tərəf vəfat edərsə, onun alacağı qanun üzrə vərəsələrinə ödənilir və məhkəmə həmin şəxsləri hüquqi varis kimi tanıyaraq prosesə cəlb edir.
Həmçinin oxuyun
Qanunvericiliyə əsasən vərəsələr növbəlilik prinsipi ilə müəyyən olunur. Birinci növbədə ölənin uşaqları, həyat yoldaşı və valideynləri vərəsə sayılır. Onlar olmadıqda bacı və qardaşlar, daha sonra nənə və babalar, xalalar, bibilər, dayılar və əmilər, sonda isə onların övladları vərəsəlik hüququ əldə edirlər.
Məsələn, atanız vəfat edib və onun banka 20 min manat kredit borcu var. Atanızın adında nəqliyyat vasitəsi mövcuddursa və siz bu əmlakı miras kimi qəbul edirsinizsə, kredit borcunun ödənilməsi öhdəliyi də sizə keçir. Əgər ölən şəxsin adında heç bir əmlak yoxdursa və vərəsələr faktiki olaraq miras əldə etmirlərsə, kredit borcunu ödəmək məcburiyyəti də yaranmır. Belə hallarda hüquqi risklərdən yayınmaq üçün vaxtında peşəkar hüquqi məsləhət almaq xüsusilə vacib hesab olunur.
Turan
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Bu pozuntuya görə sürücü 100 manat cərimələnəcək
Bakıda qaydaları pozan sürücülər hərəkətə mane olub.CityPost.az Avtosfer.az-a istinadla xəbər verir ki, hadisə yanvarın 10-da, paytaxtın Neftçilər prospektilə Niyazi küçəsinin kəsişməsində (Azneft dairəsində) qeydə alınıb.Belə ki, Niyazi küçəsilə hərəkət edən "Land Rover", "KİA Stinger" və onun sağında dayanan digər avtomobillərin sürücüləri soldan gələn maşınlara yol verən zaman qaydaları pozublar. Onlar avtomobilin ön hissəsini yolayrıcına çıxararaq digər istiqamətdən gələnlərin zolağını zəbt ediblər. Bu səbəbdən görüntünü qeydə alan avtomobilin sürücüsü qismən sağ zolağa yerdəyişmə etməli olub.Qanunvericiliyə görə, sürücü yol verməli olan halda hərəkət hissəsinin kəsişmə yerində dayanmalıdır. Nəqliyyat vasitəsinin ön hissəsini yolayrıcına çıxarıb, digər istiqamətdən gələn avtomobillərin hərəkətinə mane olmaq yol verməmə...
11 Fevral 2026, 21:18
SMS Radar problemi: ödənilən cərimələr sistemdən niyə silinmir?
Son illər yol hərəkəti iştirakçılarının böyük əksəriyyəti tətbiq olunan cərimələr və inzibati tənbehlərlə bağlı məlumatları operativ şəkildə əldə etmək üçün “SMS Radar” proqramından istifadə edir. Bu tətbiq sürücülərə üzərlərinə yazılan cərimələr, ödəniş müddətləri və inzibati tədbirlər barədə məlumat almağa imkan yaratsa da, bəzi hallarda ciddi hüquqi problemlərə də yol açır.Citypost.az xəbər verir ki, bəzən vətəndaşlara tətbiq edilən cərimələrin ödənişi müxtəlif səbəblərdən — istər sürücünün öz səhlənkarlığı, istərsə də üçüncü şəxslərin məsuliyyətsizliyi ucbatından gecikdirilir. Digər hallarda isə avtomobilin son etibarnamə ilə idarə edildiyi şəxsin adına əsassız cərimələrin yazılması ilə rastlaşılır. Nəticədə sürücü “SMS Radar” proqramında İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən...
03 Fevral 2026, 17:05
MTK-ların gizli oyunu: mənzillər alıcıların deyil, kooperativlərin adına keçirilir
Son illər paytaxt və regionlarda mənzil bazarında müşahidə olunan problemlər vətəndaşların hüquqlarının pozulması ilə nəticələnir. Xüsusilə də Mənzil-Tikinti Kooperativləri (MTK) ilə bağlanan müqavilələrdən sonra yaranan hüquqi anlaşılmazlıqlar getdikcə daha çox gündəmə gəlir. İlkin ödəniş edərək mənzil alan, kredit öhdəliklərini vaxtında və tam şəkildə yerinə yetirən vətəndaşlar gözlənilməz maneələrlə üzləşirlər.Citypost.az-ın məlumatına görə, Belə ki, vətəndaş ev üçün ilkin ödənişi edir, kredit borcunu hissə-hissə ödəyərək tam bağlayır. Bundan sonra isə qanunvericiliyin tələbinə uyğun olaraq MTK-yə müraciət edərək ilkin sənədləri – Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış almaq üçün zəruri olan sənədləri tələb edir. Lakin bəzi hallarda MTK-lar müxtəlif bəhanələr gətirərək bu sənədləri...
03 Fevral 2026, 16:56
VÖEN olmadan obyekt işlətməyin cəzası nədir?
Son illər qeyri-rəsmi sahibkarlıq fəaliyyəti və qanunvericiliyin tələblərinə əməl olunmadan həyata keçirilən biznes əməliyyatları ciddi hüquqi risklər yaradır. Xüsusilə vergi uçotuna durmadan və müvafiq lisenziya almadan fəaliyyət göstərən şəxslər üçün məsuliyyət məsələsi ictimai müzakirələrin əsas mövzularından biridir. Qanunvericilik bu cür hallara qarşı sərt sanksiyalar nəzərdə tutur.Citypost.az-ın məlumatına görə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinə əsasən, dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunan hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq inzibati xəta hesab olunur. Bu zaman vurulmuş ziyanın və ya əldə edilmiş gəlirin 2 mislindən 4 mislinədək miqdarda cərimə tətbiq...
02 Fevral 2026, 15:48
Kənd təsərrüfatı təyinatlı torpaqda ev tikməyin məsuliyyəti varmı?
Son illər torpaqdan təyinatına uyğun istifadə məsələsi aktual mövzulardan birinə çevrilib. Xüsusilə kənd təsərrüfatı təyinatlı torpaq sahələrində fərdi yaşayış evlərinin tikilməsi ilə bağlı cəmiyyətdə tez-tez suallar yaranır. Mövcud qanunvericilik isə bu məsələyə birmənalı yanaşır və torpaqdan qeyri-qanuni istifadə halları üçün konkret məsuliyyət nəzərdə tutur.Citypost.az-ın məlumatına görə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsinə əsasən, kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən onun məqsədli təyinatına uyğun olmayan digər məqsədlər üçün istifadə edilməsi inzibati məsuliyyət yaradır. Belə hallar aşkar edildikdə fiziki şəxslər 500 manat, vəzifəli şəxslər 1000 manat, hüquqi şəxslər isə 5000 manat məbləğində cərimə edilir.Qeyd olunan inzibati xətalar üzrə işlərə baxılması və inzibati...
02 Fevral 2026, 15:42
Cəriməni vaxtında ödəməyən sürücülərin hüququ məhdudlaşdırıla bilər
Yol hərəkəti qaydalarını pozduğuna görə inzibati cərimə edilən, lakin bu cəriməni qanunla müəyyən olunmuş müddətdə ödəməyən sürücülərin sürücülük hüququ müvəqqəti məhdudlaşdırıla bilər. İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən, cərimə tətbiq edildikdən sonra 3 ay 20 gün ərzində ödəniş edilmədikdə, sürücülük vəsiqəsinin məhdudlaşdırılması məsələsinə baxılır.Bu halda yol polisi tərəfindən inzibati xəta haqqında protokol tərtib olunur və iş məhkəməyə göndərilir. Məhkəmə cərimənin ödənilmədiyini təsdiqlədikdə, sürücülük hüququnun məhdudlaşdırılması barədə qərar qəbul edə bilər. Qanunvericiliyə əsasən, məhkəmə bəzi hallarda sürücünün iştirakı olmadan da işə baxa bilər.Lakin qanun sürücüyə çıxış yolu da tanıyır. Əgər şəxs məhkəmə qərarı qəbul olunana qədər cəriməni və əlavə xərcləri ödəyərsə,...
31 Yanvar 2026, 16:30