Bizə yazın

Baku

-°C

USD

-

Dövlət teatrlarında bədii rəhbər və baş rejissor vəzifələri ləğv edilib 

Sənət aləmi 26 Yanvar 2026, 16:31

161

Azərbaycanda dövlət teatrlarında bədii rəhbər, baş rejissor və bu kimi bir sıra digər vəzifələr ləğv edilib.

Citypost.az-ın verdiyi xəbərə görə  bu dəyişikliklər dövlət teatrlarının əsasnamələri, strukturu və ştat cədvəllərinin yenilənməsi əsasında baş verib.

Belə ki, hazırkı idarəetmə quruluşundakı mövcud baş rejissor, bədii rəhbər və digər buna bənzər vəzifələr ləğv edilib. Onların əvəzində isə Yaradıcılıq, Tərtibat, Maliyyə və Marketinq əsaslı şöbələrin yaradılıb.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Dövlət teatrlarında idarəetmə mexanizmləri təkmilləşdirilib  

 Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən dövlət teatrlarının idarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətində müvafiq qərarlar qəbul edilib.Citypost.az xəbər verir ki, Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb“Teatr və teatr fəaliyyəti haqqında” qanunun tələblərinə uyğun olaraq, dövlət teatrlarının əsasnamələri, struktur və ştat cədvəlləri yenidən işlənərək təsdiqlənib. Qəbul edilən dəyişikliklər ötən ildən başlayaraq teatr rəhbərlərinin, sahə üzrə ekspert və mütəxəssislərin, eləcə də aidiyyəti komissiyaların iştirakı ilə müzakirə olunub.Yeni təsdiq edilmiş əsasnamələr teatrların fəaliyyətinin sistemləşdirilməsinə, idarəetmənin səmərəliliyinin artırılmasına və funksional vəzifələrin daha aydın şəkildə müəyyənləşdirilməsinə xidmət edir. Qəbul olunan qərarlar teatr müəssisələrinin dayanıqlı inkişafının təmin olunmasına, yaradıcı və inzibati fəaliyyətin keyfiyyətinin yüksəldilməsinə, həmçinin idarəetmə proseslərində şəffaflığın...

26 Yanvar 2026, 15:57

Aynur Dadaşova: "36 il keçsə də sevilirəm"  

Tanınmış müğənni Aynur Dadaşova Arb TV-nin Günaydın Azərbaycan verlişində 1991-ci ildə başlayan məşhur 7-17 müsabiqəsi barədə danışıb.Citypost.az xəbər verir ki, sənətçi bildirib ki, həmin verilişdən bu günə qədər tamaşaçı sevgisi onu daim ruhlandırır:"Bəli, o müsabiqədən Allaha şükürlər olsun ki, bugünkü günə qədər tamaşaçılar bizi sevir, bizi görəndə sevinir. Mən həmişə deyirəm ki, xoşbəxt müğənnilərdən biriyəm ki, illər keçsə də, 36 il keçsə də, tamaşaçıların sevgisi hələ də mənimlədir," – deyə Dadaşova bildirib.O həmçinin müsahibəsində öz karyerasının başlanğıc dövrünü xatırlayıb. Dadaşova qeyd edib ki, verilişə qatılmadan əvvəl Rəşid Behbudov adına Mahnı Teatrında Kamil Müəllim Vəzirovun rəhbərlik etdiyi ansamblda çalışıb və Nurlan...

26 Yanvar 2026, 12:10

Rəqsanədən həyat yoldaşına TƏBRİK:"Səssizliyinlə sığınacağımsan"

Müğənni Rəqsanə İsmayılova həyat yoldaşı Fazil Əmiraslanovla bağlı instagram hesabından paylaşım edib.Citypost.az xəbər verir ki, sənətçi həyat yoldaşının doğum günü münasibətilə sosial şəbəkədə paylaşım edərək ona ünvanladığı səmimi sözləri izləyiciləri ilə bölüşüb.Rəqsanə İsmayılova paylaşımında həyat yoldaşını həyatının ən dəyərli hədiyyəsi adlandırıb, onun gücünü dayaq, səssizliyini isə sığınacaq kimi xarakterizə edib və doğum günü münasibətilə təbrik edib.Qeyd edək ki, müğənninin bu nikahdan iki övladı var. Bir müddət əvvəl cütlüyün ayrılması ilə bağlı yayılan məlumatlar daha sonra hər iki tərəf tərəfindən təkzib olunub və müxtəlif televiziya proqramlarında bu iddialara aydınlıq gətirilib....

26 Yanvar 2026, 08:10

Lalə Azərtaş atasından YAZDI:"Bu böyük sərvət üçün çox sağ ol"

Aparıcı Lalə Azərtaş atası ilə bağlı paylaşım edib.Citypost.az xəbər verir ki, aparıcı atasının doğum günü münasibətilə sosial şəbəkə hesabında paylaşım edərək onu ürəkdən təbrik edib.Paylaşımda deyilir:“Əziz atam – Qabil Azərtaş. Ömrünüzün 74-cü səhifəsi sağlıq, sevgi və bərəkətli olsun. Zaman keçdikcə anlayırsan ki, valideyinin təmiz adı sənin ən böyük mirasındır. Bu böyük sərvət üçün çox sağ ol. Doğulduğun gün bir insan artmadı bu dünyaya, bir ömür arxalandığımız səbəb gəldi.Doğum günün mübarək olsun, ata. Sən varsan, biz tamamlanırıq.”*Turan...

26 Yanvar 2026, 08:00

Tanınmış aktrisa vəfat etdi 

Tanınmış teatr aktrisası, uzun illər Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının səhnəsində çıxış etmiş Məsumə Babayeva vəfat edib.Citypost.az xəbər verir ki, aktrisa 74 yaşındadünyasını dəyişib.Qeyd edək ki, Məsumə Mustafa qızı Babayeva 23 sentyabr 1951-ci ildə anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. Tələbəlik illərindən səhnə fəaliyyətinə başlayan aktrisa 1972-ci ildən etibarən Gənc Tamaşaçılar Teatrında çalışıb və bu teatrın aparıcı simalarından biri olub. Səhnə fəaliyyəti dövründə 100-ə yaxın müxtəlif obraz yaradıb. “Qaraca qız”, “Aycan”, “Əlvida, Hindistan”, “Mənim nəğməkar bibim” kimi tamaşalardakı rolları ilə tamaşaçıların yaddaşında qalıb. Aktrisa həmçinin Azərbaycan Televiziyasının bir sıra televiziya tamaşalarında da çəkilib.Məsumə...

24 Yanvar 2026, 17:50

Dilarə Əliyeva ilə gənclərin görüşü keçirilib 

“ASAN Könüllüləri” Təşkilatının “Mədəniyyət Carçısı” proqramı çərçivəsində keçirilən “Aktyorluq sənəti - 2” layihəsində könüllülər Azərbaycanın əməkdar artisti, aktrisa və teleaparıcı Dilarə Əliyeva ilə görüşüblər.Citypost.az xəbər verir ki, görüş zamanı iştirakçılar komediya janrlarının xüsusiyyətləri və aktyorluqda emosiyaların ifadə olunması barədə həm nəzəri, həm də praktik biliklər əldə ediblər.Sonda Dilarə Əliyeva müəllifi olduğu “Dilarənin Monoloqları” kitabını layihə iştirakçılarına hədiyyə edib.Turan

24 Yanvar 2026, 16:17