Bizə yazın

Baku

-°C

USD

-

ABŞ-da alpinist 101 göydələninə tırmandı  

Dünya 26 Yanvar 2026, 16:36

112

Netflixdən dünya miqyasında canlı yayım: ABŞ-da dağçı Taipei 101 göydələninə tırmandı

Citypost.az ABŞ mediasına istinadən xəbər verir ki, ABŞ-lı alpinist  Alex Honnold, Tayvanın simvolu sayılan Taipei 101 göydələninə heç bir təhlükəsizlik avadanlığı istifadə etmədən “free solo” üsulu ilə tırmandı. 508 metr hündürlüyündəki binanın zirvəsinə 91 dəqiqəyə çatıb.

Honnold tırmanış zamanı “Müthiş” deyərək duyğularını ifadə edib və “Taipei-ni görmək üçün nə qədər gözəl yol” sözlərini söyləyib. Tırmanış Netflix tərəfindən təşkil edilib və platforma vasitəsilə canlı yayımlanıb.

Tayvanlı siyasətçilər və şəhər rəhbərliyi Honnold və Netflix-i sosial mediada təbrik ediblər, bu hadisə həm yerli, həm də dünya miqyasında böyük maraq doğurub.

Əli

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Erməni nazir: Qarabağdan köçürülən ermənilər Goris şəhərini tərk edib  

Qarabağdan köçürülən ermənilər Goris şəhərini tərk edib  Citypost.az erməni saytlarına istinadən xəbər verir ki, bu barədə Ermənistanın Əmək və Sosial Məsələlər Nazirliyinin sözçüsü Nver Kostanyan məlumat yayıb.O, bildirib ki, Qarabağdan Ermənistana köçürülən 11 erməni vətəndaşları artıq Goris şəhərini tərk edib, lakin hazırda harada olduqları barədə məlumat verilmir.Kostanyan qeyd edib ki, köçürülənlər dövlətin qoruması altındadır, onlara lazımi tibbi müayinələr və psixoloji dəstək göstərilir. “Tək yaşayan və yaxın qohumu olmayan şəxslərə dövlət köçkünlər üçün mənzil təminatı proqramı çərçivəsində mənzil əldə edənədək yardım edəcək,” – deyə o əlavə edib.Yeganə...

26 Yanvar 2026, 16:39

Qəzzada bir körpə soyuqdan HƏLAK OLDU

Qəzzada güclü yağış və fırtına çadırları istifadəsiz hala gətirib, xüsusilə kiçik uşaqlar soyuğa tab gətirə bilmir.Citypost.az xəbər verir ki, 3 aylıq Ali Ebu Zur aşırı soyuq səbəbindən Aksa Şəhidlər Xəstəxanasında dünyasını dəyişib.Qəzzə Səhiyyə Nazirliyi bildirib ki, ilin əvvəllərindən bəri İsrailin bölgəyə yanacaq və humanitar yardımı məhdudlaşdırması səbəbindən Ali ilə birlikdə 10 uşaq soyuqdan həyatını itirib.Əli

26 Yanvar 2026, 16:17

Filippinlərdə bələdiyyə başçısına silahlı hücum: 3 nəfər VƏFAT ETDİ

Filippinlərin Maguindanao del Sur bölgəsində Shariff Aguak Bələdiyyə Başçısı Datu Akmad Mitra Ampatuan Sr.-nin konvoyuna silahlı hücum edilib. Başçının avtomobilinə roketatar və uzun namlulu silahlarla atəş açılıb. Ampatuan hücumdan sağ çıxsa da, iki mühafizəçisi yaralanıb.Citypost.az xarici mediaya istinadən xəbər verir ki, hücumun ardınca polis və hərbi birləşmələr qaçan hücumçuların izinə düşüb. Datu Unsay bölgəsində baş verən qısa müddətli atışma zamanı 3 hücumçu öldürülüb, qaçışda istifadə olunan avtomobil ələ keçirilib.Polis, hücumun arxasında siyasi rəqabət və ya uzunmüddətli klan münaqişələrinin ola biləcəyini bildirir. Bu, Ampatuan üçün son illərdə qeydə alınan üçüncü sui-qəsd cəhdi olub.Filippin Milli Polisi geniş araşdırmanın aparıldığını və məsul şəxslərin...

26 Yanvar 2026, 16:15

İranda etiraz aksiyaları zamanı ölənlərin sayı 5800-ü keçib

İranda ötən ilin 28 dekabr tarixində başlayan etiraz aksiyaları zamanı baş verən qarşıdurmalarda 209 hüquq mühafizə orqanı əməkdaşı da daxil olmaqla 5848 nəfər həlak olub.CityPost.az  xəbər verir ki, bu barədə ABŞ-da yerləşən İran İnsan Haqları Fəalları Xəbər Agentliyi məlumat yayıb.Məlumatına görə, ölkənin bir çox yerində baş verən hadisələr nəticəsində 41283 nəfər saxlanılıb.Qeyd edək ki, İran Şəhidləri və Veteranları Fondunun əvvəlki gün verdiyi açıqlamada etirazlar zamanı baş verən qarşıdurmalarda təhlükəsizlik qüvvələri və mülki şəxslər də daxil olmaqla 3117 nəfərin həlak olduğu bildirilirdi....

26 Yanvar 2026, 09:05

Nigeriyada silahlı hücum: 7 nəfər VƏFAT ETDİ

Nigeriyanın Plateau ştatında yerləşən qanunsuz mədən sahəsinə silahlı hücum edilib. Nigeriya ordusunun açıqlamasına görə, kimliyi hələlik müəyyən edilməyən şəxslər Kuru bölgəsindəki mədən ərazisinə hücum təşkil ediblər.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə nəticəsində 7 nəfər həyatını itirib, çox sayda şəxs isə yaralanıb. Yaralıların vəziyyəti ilə bağlı dəqiq məlumat verilməyib.Qeyd edək ki, Nigeriya uzun müddətdir silahlı dəstələrin, eləcə də “Boko Haram” və İŞİD-in Qərbi Afrika qolu olan ISWAP terror təşkilatlarının hücumları ilə üz-üzədir. Ölkədə adam oğurluğu ağır cəza ilə — ölüm hökmü ilə cəzalandırılsa da, fidyə məqsədli qaçırılma halları geniş yayılıb....

24 Yanvar 2026, 20:59

Trampın həyat yoldaşı haqqında FİLM ÇƏKİLDİ

MGM studiyalarının Amazon platforması üçün hazırladığı Melaniya Tramp sənədli filmi yanvarın 29-da ABŞ-da 20 kinoteatrda ilk dəfə tamaşaçıya təqdim ediləcək. Filmin rəsmi qalasının Vaşinqtonda, Donald J. Tramp və Con F. Kennedi Səhnə Sənətləri Mərkəzində keçiriləcəyi bildirilir.Citypost.az ABŞ mediasına istinadən xəbər verir ki, qalada Melaniya Trampın özü də iştirak edəcək. Los-Anceles, Nyu-York və San-Fransisko kimi iri şəhərlərdə paralel xüsusi nümayişlər planlaşdırılıb. Filmin nümayişinə marağın yüksək olması səbəbindən əlavə zallar ayrılıb və bəzi seanslarda gözləniləndən dəfələrlə çox tamaşaçı tələbi yaranıb.Sənədli filmin beynəlxalq tanıtım kampaniyası 30 ölkəni əhatə edir. Layihənin prodüseri və Melaniya Trampın baş müşaviri Mark Bekmanın sözlərinə görə, film klassik studiya...

24 Yanvar 2026, 20:58