Azərbaycanda elektron siqaret qadağası təsdiqlənib
Cəmiyyət 26 Yanvar 2026, 16:42
183
Azərbaycanda elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı, istifadəsi qadağan edilib.
Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Tütün və tütün məmulatı haqqında" qanuna dəyişikliyi təsdiqləyib.
Belə ki, nikotin tərkibli elektron siqaretlər tütün məmulatı anlayışına daxil edilib.
Elektron siqaret qida məhsulları, tütün məhsulları, dərman vasitələri və tibbi cihazlar istisna olmaqla, nikotin tərkibli və ya nikotin tərkibi olmayan buxarın tənəffüs yolu ilə insan orqanizminə daxil olması üçün nəzərdə tutulmuş və müştük və ya digər komponentləri, o cümlədən kartrici və flakonu olan və ya olmayan cihaz vasitəsilə istifadə etmək üçün nəzərdə tutulmuş məhsuldur. Elektron siqaretlərin flakonundan bir və ya bir neçə dəfə istifadə edilə bilər və ya onlar birdəfəlik kartriclərlə təkrar doldurula bilər. Qızdırılan tütün məmulatı isə elektron siqaret hesab edilməyəcək.
Qızdırılan tütün məmulatı tütündən (tütün qarışığından) və onun istehsalında istifadə edilən qeyri-tütün komponentlərindən ibarət, alışdırılmadan və tütün tüstüsü əmələ gəlmədən qızdırılma prosesində yaranan nikotin tərkibli aerozolun tənəffüs yolu ilə insan orqanizminə daxil olması üçün nəzərdə tutulmuş məmulatdır.
Həmçinin oxuyun
Bildirilib ki, anlayışların dəqiqləşdirilməsi və yeni anlayışların müəyyən olunması tütün məmulatlarının, o cümlədən qızdırılan tütün məmulatının, habelə elektron siqaretin hüquq tətbiqetmədə daha dəqiq təsnifləşdirilməsinə və diferensasiyasına imkan yaradacaq.
Eyni zamanda uyğunlaşdırma çərçivəsində Vergi Məcəlləsində, "Reklam haqqında" qanunda müvafiq dəyişikliklər edilib. Buraya "birdəfəlik istifadə üçün elektron siqaret"in və "elektron siqaretlər üçün maye"nin aksizli mallar siyahısından çıxarılması və bundan irəli gələrək vergi dərəcələrinin ləğvi, eyni zamanda reklamla bağlı qadağanın yeni anlayışlara uyğunlaşdırılması aiddir.
Qanun bu ilin aprelin 1-dən qüvvəyə minəcək.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Daxili işlər naziri Qəbələdə vətəndəş qəbulu keçirəcək
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov fevralın 2-də Qəbələ rayonunda növbəti vətəndaş qəbulu və polis orqanları, o cümlədən daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirəcək.Bu barədə Citypost.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, Qəbələ Rayon Polis Şöbəsinin inzibati binasında baş tutacaq qəbulda Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarının sakinləri iştirak edə bilərlər.Qəbula yazılmaq istəyən vətəndaşlar Nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı 01.02.2026-cı il tarixinədək yaşadıqları ərazinin polis orqanına, habelə Nazirliyin "E-Polis" mobil tətbiqi, e-xidmet.mia.gov.az elektron xidmət portalı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.Polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan namizədlərin sıra baxışı...
26 Yanvar 2026, 17:35
Azərbaycanda 25 mindən çox şəxsə əlillik təyin olunub
2025-ci ildə Azərbaycanda 25 mindən çox şəxsə əlillik təyin edilib, 140 mindən çox şəxsə reabilitasiya xidməti göstərilib.Citypost.az xəbər verir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi İdarə Heyətinin sədri Ramin Rzayev ötən ilin yekunlarına dair mətbuat konfransında deyib.Onun sözlərinə görə, 2025-ci ildə əlillik təyin olunan 54,5 min şəxsin 29,2 min nəfəri təkrar əlillik alanlardır."2024-cü ildə təyinat az, göndəriş çox idi. 2025-ci ildə isə 70 mindən çox göndəriş daxil olub, aparılan qiymətləndirilmələrlə müvafiq qərar verilib". (Report)...
26 Yanvar 2026, 17:20
Xocalının daha iki kəndinə 100 nəfər qayıtdı
Yanvarın 26-da Xocalı rayonunun Badara və Seyidbəyli kəndlərinə növbəti köç həyata keçirilib.Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Citypost.az-a verilən məlumata görə hər iki kəndə ümumilikdə 100 nəfərdən ibarət 25 ailə köçürülüb.Onlardan 10 ailə Seyidbəyli, 15 ailə isə Badara kəndində daimi məskunlaşıb. Sakinlərə yeni mənzillərinin açarlarını təqdim edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov, onları doğma ata-baba yurduna qayıdış münasibətilə təbrik edib.O, bildirib ki, köç edən ailələrin sosial rifahı və məşğulluğu daim diqqət mərkəzində saxlanılır, onlar üçün həm dövlət, həm də özəl sektorda iş imkanları yaradılır. Sahibkarlıq...
26 Yanvar 2026, 17:15
Şəxsin rezidentliyi ilə əlaqədar dürüst olmayan məlumatlara görə cərimə tətbiq olunacaq
Maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin icrası məqsədilə şəxsin rezidentliyinin müəyyən edilməsi üçün dürüst olmayan və (və ya) təhrif olunmuş məlumatların və sənədlərin təqdim edilməsinə görə yeni cərimə müəyyənləşib.Citypost.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.Məcəlləyə əsasən, maliyyə institutları tərəfindən fiziki və hüquqi şəxslərə hesab açıldıqda və ya maliyyə xidmətləri göstərildikdə vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin icrası məqsədilə şəxsin rezidentliyinin müəyyən edilməsi üçün dürüst olmayan və (və ya) təhrif olunmuş məlumatların və sənədlərin təqdim edilməsinə və ya təqdim edilmiş...
26 Yanvar 2026, 16:54
Sabiq diplomat amnistiyaya düşdü
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan sabiq diplomat Ramiz Vəliyevə Amnistiya aktı şamil olunub.Citypost.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib və onun cəza müddəti 6 ay endirilərək, qəti olaraq 4 il 6 ay müddəti müəyyən olunub.Qeyd edək ki, Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı səfirliyində müşavir olmuş sabiq diplomat Ramiz Vəliyev DTX-nin keçirdiyi əməliyyat tədbirləri nəticəsində 8 dekabr 2024-cü ildə saxlanılıb.Ona AR Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə ittiham irəli sürülüb.R.Vəliyev xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə...
26 Yanvar 2026, 16:20
Süni intellekt xəbər aparıcılarını əvəz edə bilərmi? – Ekspert açıqladı
Bakı Dövlət Universitetinin Multimedia və elektron kommunikasiya kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Arzu İsayeva Citypost.az-a verdiyi müsahibəsində süni intellektin mediada rolu ilə bağlı danışıb.O bildirib ki, ötən il dünya üzrə media məhsullarının hazırlanmasında süni intellektin payı təxminən 10–12 faiz olub. “Texnologiya artıq prosesin bir hissəsinə çevrilib, lakin hələ dominant mövqedə deyil”, – deyə ekspert qeyd edib.Arzu İsayeva vurğulayıb ki, süni intellektlə yaradılan xəbər aparıcıları insan resursunu tam şəkildə əvəz etmir. “Daha çox əmək bölgüsünün dəyişməsinə səbəb olur. Məsələn, standart və qısa xəbərlərin oxunması, hava proqnozları, maliyyə göstəriciləri və idman nəticələri kimi təqdimatlar süni intellekt vasitəsilə hazırlana bilər və müəyyən...
26 Yanvar 2026, 16:02