Bizə yazın

Baku

-°C

USD

-

Sabiq diplomat amnistiyaya düşdü 

Cəmiyyət 26 Yanvar 2026, 16:20

187

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan sabiq diplomat Ramiz Vəliyevə Amnistiya aktı şamil olunub.

Citypost.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib və onun cəza müddəti 6 ay endirilərək, qəti olaraq 4 il 6 ay müddəti müəyyən olunub.

Qeyd edək ki, Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı səfirliyində müşavir olmuş sabiq diplomat Ramiz Vəliyev DTX-nin keçirdiyi əməliyyat tədbirləri nəticəsində 8 dekabr 2024-cü ildə saxlanılıb.

Ona AR Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə ittiham irəli sürülüb.

R.Vəliyev xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, o cümlədən dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqda təqsirli bilinib.

Nərimanov Rayon Məhkəməsinin hökmünə əsasən, Ramiz Vəliyev 5 il müddətə azadlıqdan məhrum edilib. Əlavə cəza olaraq o, 2 il müddətinə müəyyən vəzifə tutma hüququndan da məhrum edilib.(APA )

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Azərbaycanda 25 mindən çox şəxsə əlillik təyin olunub 

2025-ci ildə Azərbaycanda 25 mindən çox şəxsə əlillik təyin edilib, 140 mindən çox şəxsə reabilitasiya xidməti göstərilib.Citypost.az xəbər verir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi İdarə Heyətinin sədri Ramin Rzayev ötən ilin yekunlarına dair mətbuat konfransında deyib.Onun sözlərinə görə, 2025-ci ildə əlillik təyin olunan 54,5 min şəxsin 29,2 min nəfəri təkrar əlillik alanlardır."2024-cü ildə təyinat az, göndəriş çox idi. 2025-ci ildə isə 70 mindən çox göndəriş daxil olub, aparılan qiymətləndirilmələrlə müvafiq qərar verilib". (Report)...

26 Yanvar 2026, 17:20

Xocalının daha iki kəndinə 100 nəfər qayıtdı 

Yanvarın 26-da Xocalı rayonunun Badara və Seyidbəyli kəndlərinə növbəti köç həyata keçirilib.Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Citypost.az-a verilən məlumata görə hər iki kəndə ümumilikdə 100 nəfərdən ibarət 25 ailə köçürülüb.Onlardan 10 ailə Seyidbəyli, 15 ailə isə Badara kəndində daimi məskunlaşıb. Sakinlərə yeni mənzillərinin açarlarını təqdim edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov, onları doğma ata-baba yurduna qayıdış münasibətilə təbrik edib.O, bildirib ki, köç edən ailələrin sosial rifahı və məşğulluğu daim diqqət mərkəzində saxlanılır, onlar üçün həm dövlət, həm də özəl sektorda iş imkanları yaradılır. Sahibkarlıq...

26 Yanvar 2026, 17:15

Şəxsin rezidentliyi ilə əlaqədar dürüst olmayan məlumatlara görə cərimə tətbiq olunacaq 

Maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin icrası məqsədilə şəxsin rezidentliyinin müəyyən edilməsi üçün dürüst olmayan və (və ya) təhrif olunmuş məlumatların və sənədlərin təqdim edilməsinə görə yeni cərimə müəyyənləşib.Citypost.az  xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.Məcəlləyə əsasən, maliyyə institutları tərəfindən fiziki və hüquqi şəxslərə hesab açıldıqda və ya maliyyə xidmətləri göstərildikdə vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin icrası məqsədilə şəxsin rezidentliyinin müəyyən edilməsi üçün dürüst olmayan və (və ya) təhrif olunmuş məlumatların və sənədlərin təqdim edilməsinə və ya təqdim edilmiş...

26 Yanvar 2026, 16:54

Azərbaycanda elektron siqaret qadağası təsdiqlənib 

Azərbaycanda elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı, istifadəsi qadağan edilib.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Tütün və tütün məmulatı haqqında" qanuna dəyişikliyi təsdiqləyib.Belə ki, nikotin tərkibli elektron siqaretlər tütün məmulatı anlayışına daxil edilib.Elektron siqaret qida məhsulları, tütün məhsulları, dərman vasitələri və tibbi cihazlar istisna olmaqla, nikotin tərkibli və ya nikotin tərkibi olmayan buxarın tənəffüs yolu ilə insan orqanizminə daxil olması üçün nəzərdə tutulmuş və müştük və ya digər komponentləri, o cümlədən kartrici və flakonu olan və ya olmayan cihaz vasitəsilə istifadə etmək üçün nəzərdə tutulmuş məhsuldur. Elektron siqaretlərin flakonundan bir...

26 Yanvar 2026, 16:42

Süni intellekt xəbər aparıcılarını əvəz edə bilərmi? – Ekspert açıqladı  

Bakı Dövlət Universitetinin Multimedia və elektron kommunikasiya kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Arzu İsayeva Citypost.az-a verdiyi müsahibəsində süni intellektin mediada rolu ilə bağlı danışıb.O bildirib ki, ötən il dünya üzrə media məhsullarının hazırlanmasında süni intellektin payı təxminən 10–12 faiz olub. “Texnologiya artıq prosesin bir hissəsinə çevrilib, lakin hələ dominant mövqedə deyil”, – deyə ekspert qeyd edib.Arzu İsayeva vurğulayıb ki, süni intellektlə yaradılan xəbər aparıcıları insan resursunu tam şəkildə əvəz etmir. “Daha çox əmək bölgüsünün dəyişməsinə səbəb olur. Məsələn, standart və qısa xəbərlərin oxunması, hava proqnozları, maliyyə göstəriciləri və idman nəticələri kimi təqdimatlar süni intellekt vasitəsilə hazırlana bilər və müəyyən...

26 Yanvar 2026, 16:02

ANAMA əməkdaşı vəfat etdi

Kamboca Krallığında keçirilən humanitar minatəmizləmə fəaliyyətinə dair beynəlxalq təlimlərdə iştirak edən Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Orxan Məhərrəmov səhhətində yaranan problemlə əlaqədar vəfat edib.Citypost.az xəbər verir ki, bu barədə ANAMA məlumat yayıb.ANAMA Orxan Məhərrəmovun vəfatı ilə bağlı ailəsinə başsağlığı verib

26 Yanvar 2026, 15:40