Bizə yazın

Baku

-°C

USD

-

Daşaltı şəhidlərinin xatirəsi anılıb 

Cəmiyyət 26 Yanvar 2026, 13:25

148

1992-ci il yanvarın 25-26-da Daşaltı əməliyyatı zamanı və yanvarın 28-də erməni terrorçuları tərəfindən Şuşa səmasında vurulan “Mİ - 8” helikopterində şəhid olanların əziz xatirəsi Şuşa Şəhidlər xiyabanında yad olunub.

Citypost.az xəbər verir ki, şəhidlərin anım mərasimində Xüsusi nümayəndəliyin və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin əməkdaşları, Şuşada fəaliyyət göstərən, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, şəhidlərin ailə üzvləri, qazilər, müharibə veteranları, şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Azərbaycan Ordusunun həyata keçirdiyi Daşaltı əməliyyatı 1992-ci il yanvarın 25-də başlayıb və yanvarın 26-da uğursuzluqla başa çatıb. Şuşa yaxınlığında yerləşən Daşaltı kəndinin azad edilməsi məqsədilə həyata keçirilən əməliyyat zamanı Azərbaycan Ordusu onlarla şəhid verib. Əməliyyatda yenicə yaranmış Azərbaycan Ordusunun könüllülərdən ibarət 3 bölüyü və Şuşa şəhərinin müdafiə taborunun döyüşçüləri iştirak edib. Taktiki səhvlər, qruplar arasında rabitə əlaqəsinin olmaması, əməliyyat sirrinin yayılması və bələdçilərin xəyanəti nəticəsində Nəbilər kəndi istiqamətindən Daşaltıya daxil olan tağımlarımız düşmənin pusqusuna düşüb, kəndə daxil olmuş bir neçə tağım isə itki verərək geri çəkilib. Döyüşdə ermənilər də bir neçə texnika və 80-ə yaxın canlı qüvvə itirib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ceyhun Bayramov İsrailə səfərə dəvət edilib 

İsrailin xarici işlər naziri Gideon Saar azərbaycanlı həmkarı Ceyhun Bayramovu ölkəsinə səfərə dəvət edib.Citypost.az "Report"-a  xəbər verir ki, nazir bu dəvəti Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə Bakıda keçirilən mətbuat üçün brifinqdə edib.

26 Yanvar 2026, 13:27

İcra başçısı iki müdiri işdən çıxardı, baş mühasibə yeni vəzifə verdi 

Nizami Rayon İcra Hakimiyyətində (RİH) struktur dəyişikliyi ilə əlaqədar olaraq yeni kadr islahatı həyata keçirilib.İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı icra başçısı Coşqun Cəbrayılov müvafiq əmrlər imzalayıb.Belə ki, ləğv edilən Hüquq şöbəsinin müdiri Sabir Abbasəliyev işdən çıxarılıb. Şöbənin yerinə yaradılan Hüquq və kadr məsələləri sektoruna isə hələlik müdir təyin olunmayıb.Bununla yanaşı ləğv edilən Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Rəşad Hüseynov da işini itirib. Yeni yaradılan Sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlili sektoruna isə Tural Cavadov müdir təyin olunub. O, daha əvvəl isə ləğv edilmiş Rayon təsərrüfatı şöbəsinin müdiri işləyib.İnformasiya təminatı və təhlil sektorunu ləğv edildiyindən isə onun...

26 Yanvar 2026, 12:54

Qəhrəmanlıq və Şəhidlik Nümunəsi – Riad Əhmədov

Bu gün Azərbaycanın qəhrəmanlıq tarixində iz qoymuş şəxsiyyətlərdən biri – Milli Qəhrəman Riad Fikrət oğlu Əhmədovun şəhidlik zirvəsinə ucaldığı gündür. Allah bütün şəhidlərimizə rəhmət eləsin, ruhları qarşısında baş əyirik.Riad Əhmədov 1956-cı il dekabrın 20-də Bakıda doğulub. Onun kökləri Qərbi Azərbaycana uzanır – ata babası Həmid Əhmədov vətən torpağından ayrılmaq məcburiyyətində qalmış soydaşlarımızdandır. Riad təhsildə fərqlənmiş, 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.Peşə yoluna ədliyyə sahəsində başlayan Riad, sonradan təhlükəsizlik orqanlarında fəaliyyətə başlayaraq xüsusi təlimlərdən keçmiş, bacarığını və mərdliyini kəşfiyyat sahəsində sübut etmişdir. 1992-ci ildə Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin rəis müavini vəzifəsinə irəli çəkilən Riad Əhmədov, başçılıq...

26 Yanvar 2026, 12:05

Mir Şahin müəllimindən YAZDI:" Onun varlığı saat kimidir"

“Real” Təhlil-İnformasiya Mərkəzinin baş direktoru, əməkdar jurnalist Mirşahin Ağayev Azərbaycan mediasının tanınmış siması, BDU-nun Milli mətbuat tarixi kafedrasının müdiri, böyük müəllim Cahangir Məmmədlini doğum günü münasibətilə təbrik edib.Citypost.az xəbər verir ki, paylaşımda Mirşahin Ağayev bildirib ki, bir çoxumuz üçün Milli Mətbuat Günü əslində həm də 26 Yanvar, yəni Cahangir Məmmədlinin doğum günüdür:"Çoxumuzdan ötrü Milli Mətbuat günü əslində həm də bu tarixdir: 26 Yanvar! Cahangir müəllim çoxdan zamana qarışıb: Azərbaycan jurnalistikasının bütün ciddi imzaları həm də Cahangir Məmmədli ömrünün içində yaşayırlar! Ona görə də “yaş anlayışı” bu halda öz klassik mənasını itirir."Daha sonra əlavə edib ki:"Qəribədir: insan ömrü elə məqama yetişir...

26 Yanvar 2026, 11:35

Son iki gündə 81 cinayətin açılması təmin edilib 

Yanvarın 24-də və 25-də ölkə ərazisində qeydə alınan 78, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Citypost.az-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 59, o cümlədən borclu şəxs qismində axtarışda olan 28, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 7 və dələduzluğa görə axtarışda olan 16 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.Həmçinin narkotiklərlə əlaqədar 40 fakt müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 31 kiloqrama yaxın narkotik vasitə və 2184 ədəd güclü təsiredici xassəyə malik həb aşkar olunaraq götürülüb.Eyni zamanda, qanunsuz saxlanılan...

26 Yanvar 2026, 11:17

Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək 

26-30 yanvar tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.Bu barədə Citypost.az-a Müdafiə Nazirliyindən (MN) məlumat verilib."Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq", - məlumatda deyilir.

26 Yanvar 2026, 10:40