Azərbaycan–Almaniya münasibətləri müzakirə olunub
Siyasət 05 Mart 2026, 10:20
197
Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Almaniya Federatv Respublikasına işgüzar səfər edib.
Citypost.az xəbər verir ki, o,Almaniya Federativ Respublikasına işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov XIN-in Avropa məsələləri üzrə dövlət naziri Günter Krixbaum, Prezidentinin xarici siyasət üzrə müşaviri Volfqanq Dold, AFR kanslerinin xarici və təhlükəsizlik siyasəti məsələləri üzrə müşavirinin müavini Aleksander Eberl, Bundestaqın xarici siyasət komitəsinin sədri Armin Laşet, Bundestaqının Almaniya-Cənubi Qafqaz parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mirze Edis və qrupun digər üzvləri, və AFR Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə direktoru Niklas Vaqner ilə görüşlər keçirib.
Görüşlər əsnasında Azərbaycan və Almaniya arasında ikitərəfli münasibətlərin indiki durumu və inkişaf perspektivləri müzakirə edilib, mövcud tərəfdaşlığın dərinləşdirilməsi və keyfiyyətçə yeni bir mərhələyə yüksəldilməsinə dair qarşılıqlı maraq ifadə edilib, bu məqsədlə iki ölkə arasında davamlı yüksək səviyyəli təmasların vacibliyi vurğulanıb, yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi üzrə fikir mübadiləsi aparılmıdır. Tərəflər siyasi, iqtisadi, humanitar, enerji, kənd təsərrüfat, informasiya və kommunikasiya texnologiyaları, müdafiə və təhlükəsizlik, mədəniyyət və tədris sahələrində əməkdaşlığın perspektivlərini və başqa qarşılıqlı maraq doğuran məsələləri nəzərdən keçiriblər.
Bundestaqda keçirilən görüşlərdə Azərbaycan və Almaniya arasında parlamentlərarası əlaqələrin gücləndirilməsi, il ərzində nəzərdə tutulan təmasların əhəmiyyəti vurğulanmışdır.
Həmçinin oxuyun
E.Əmirbəyov görüşlər zamanı Azərbaycan və Ermənistan arasında sülh gündəliyi və normallaşma prosesi, Cənubi Qafqaz regionunda dayanıqlı sülhün təmin edilməsi üçün lazımi şərtlər və bu çərçivədə ölkəmiz tərəfindən aparılan ardıcıl siyasi xətt və konkret addımlar, ölkəmizdə işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri, ərazilərin mina ilər çirkləndirilməsinin yaratdığı problemlər barədə tərəf müqabillərini ətraflı şəkildə məlumatlandırıb. Almaniya tərəfi isə öz növbəsində normallaşma istiqamətində ciddi irəliləyişləri və hazırda davam etdirilən müsbət dinamikanı yüksək qiymətləndirib və sülh prosesinə öz tam dəstəyini ifadə edib.
Həmçinin görüşlərdə Azərbaycan-Aİ münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri, regional nəqliyyat bağlantılarının formalaşdırılması və bu məsələdə Avropa İttifaqının mümkün rolu ətrafında fikir mübadiləsi aparılıb. Keçən ilin Aİ-Azərbaycan münasibətləri baxımından gözəçərpan tərəqqi ilə səciyyələndiyi, növbəti aylar ərzində bu təmayülün qorunub-saxlanması və daha da inkişafının vacibliyi vurğulanıb.
Qarşı tərəfə ərazilərmizin minalarla çirkləndirilməsi və bununla bağlı yaranan problemlər haqqıında məlumat verən Preziidentin nümayəndəsi, beynəlxalq miqyasda humanitar minatəmizləmə sahəsində fəal iştirak edən Almaniyanı Azərbaycanda da bu sahəyə dəstək verməyə dəvət etmişdir.
Səfər çərçivəsində, Elçin Əmirbəyov həmçinin Almaniya Beynəlxalq və Təhlükəsizlik məsələləri İnstitutunda (SWP) yerli beyin mərkəzləri nümayəndələri və təhlükəsizlik ekspertləri ilə dəyirmi masa keçirmiş,“Berliner Zeitung” qəzetinə müsahibə vermişdir
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Aqil Ələsgər: Müharibə uzandıqca ABŞ üçün “Pirr qələbəsi” riski artır
Yaxın Şərqdə gərginlik getdikcə artır. İsrailin və ABŞ-ın İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlar davam edir və bölgədə müharibənin daha da genişlənməsi ehtimalı müzakirə olunur. Mövcud vəziyyətin region və dünya siyasəti üçün hansı nəticələr doğura biləcəyi ilə bağlı müxtəlif ekspert rəyləri səsləndirilir.Siyasi şərhçi Aqil Ələsgər mövzu ilə bağlı Citypost.az-a açıqlamasında bildirib ki, İsrailin İranla bağlı təxminən 14 günlük intensiv hücum planı var və bu plan çərçivəsində əməliyyatlar sürətlə icra olunur. Onun sözlərinə görə, məqsəd İran üzərində maksimum təzyiq yaradaraq ya Tehranın geri çəkilməsinə nail olmaq, ya da mümkün razılaşma prosesində İranı zəiflətməkdir.Ekspert vurğulayıb ki, bütün təzyiqlərə baxmayaraq İran geri çəkilmir...
04 Mart 2026, 16:24
Bədrəddin Quliyev:İranda gərginlik artır, bölgədə risklər böyüyür
Siyasətçi Bədrəddin Quliyev Citypost.az-a verdiyi açıqlamada İranın regiondakı və daxili proseslərinin gərginliyini qoruduğunu bildirib. Onun sözlərinə görə, İran müharibəsi başlamazdan əvvəl və indiki dövrdə davam edən danışıqların əsas səbəblərindən biri ölkəyə tətbiq olunan beynəlxalq şərtlər və raket sistemlərinin nəzarət altına alınmasıdır.Bədrəddin Quliyev qeyd edib ki, 1979-cu ildən hakimiyyətə gələn İslam rejimi bölgədə şiətçilik və dini təhsil vasitəsilə nüfuzunu artırıb, eyni zamanda sovet ideologiyasına və sosialist sistemə qarşı mübarizə aparıb. Bu proseslər İraq və digər region müharibələrində, eləcə də daxili siyasi sistemdə əhəmiyyətli təsir göstərib.O, əlavə edib ki, İranın ali dini və siyasi sistemi – xüsusilə ayatollahlar və Sepah-Bəsic qüvvələri –...
04 Mart 2026, 11:19
Zaur Əliyev:Müctəba Xameneinin çevrəsi Azərbaycanı təhdid sayır
Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev sosial şəbəkə hesabında paylaşdığı statusda İranda ali rəhbərlik postu ilə bağlı baş verən proseslərə münasibət bildirib.Citypost.az xəbər verir ki, Onun sözlərinə görə, uzun illər atasının kölgəsində siyasi fəaliyyət göstərən Müctəba Xamenei artıq ali rəhbər postuna gətirilib. Zaur Əliyev qeyd edib ki, Müctəbanın varisliyi uzun müddət gizli saxlanılıb və bu proses əsasən güc strukturlarının – xüsusilə SEPAH və Bəsic qüvvələrinin dəstəyi ilə reallaşıb. Şərhçi bildirib ki, İranda ali rəhbər olmaq üçün dini baxımdan yüksək məqam – müctəhidlik statusu tələb olunur. Onun iddiasına görə, Müctəba Xameneinin dini rütbəsinin yüksəldilməsi atasının təsiri ilə sürətləndirilib.Zaur Əliyev...
04 Mart 2026, 08:22
Ceyhun Bayramov pakistanlı həmkarı ilə danışdı
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Pakistan Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar arasında telefon danışığı baş tutub.Bu barədə Citypost.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, nazirlər Yaxın Şərq regionunda müşahidə olunan hərbi eskalasiya və artan gərginliklə bağlı fikir mübadiləsi aparıblar.Mövcud vəziyyətin regional və qlobal təhlükəsizliyə təsiri vurğulanaraq, humanitar hüquqa riayət edilməsinin, mülki əhalinin və obyektlərin qorunmasının, məsələlərin beynəlxalq hüquq norma və prinsipləri əsasında, dialoq və diplomatik vasitələrlə həllinin vacibliyi qeyd edilib.Pakistan tərəfi, eyni zamanda, Pakistan-Əfqanıstan sərhədində baş vermiş toqquşmalarla bağlı mövcud vəziyyət barədə məlumat verib.Telefon danışığı zamanı həmçinin Azərbaycan ilə Pakistan arasında mövcud olan strateji...
03 Mart 2026, 12:48
Elxan Şahinoğlu: İran müharibəsi uzun müddət davam edəcək
Son günlər Yaxın Şərqdə baş verən gərginlik və münaqişələr regionda uzunmüddətli təsirlərə səbəb olur. Bu mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu Citypost.az saytına açıqlama verib.Politoloq qeyd edib ki, müharibə müəyyən müddət davam edəcək: “İlk günlərdə ABŞ və tərəfdaşları münaqişənin 4–5 gün ərzində nəticələnəcəyini düşünürdü. Hətta İran mühafizəkarlarının rəhbərliyinin bir hissəsi neytrallaşdırılsa da, təslim olmaqdan söhbət gedə bilməz. Onların yerinə gələnlər də müharibəni dayandırmaq barədə qərar verməyib.Müharibə İranın bütün resurslarına zərbə vurur, həmçinin digər ölkələrdə, xüsusilə İsrailə qarşı da təsir göstərir. Lakin İsrail və ABŞ-ın əlində olan resurslar daha genişdir. Ona görə də, ABŞ və İsrail nəticə əldə etməyənə qədər müharibəni...
03 Mart 2026, 11:09
İranda yaşananlar İraq ssenarisidir? Konfliktoloq AÇIQLADI
Yaxın Şərqdə artan gərginlik və böyük güclər arasında dərinləşən qarşıdurma fonunda ABŞ-ın İrana münasibətdə atdığı addımlar yenidən müzakirə mövzusuna çevrilib.Konflikt analitiki Elman Vəliyev Citypost.az-a açıqlamasında bildirib ki, Amerikanın bölgədə həyata keçirdiyi siyasət yeni deyil və əvvəlki proseslərlə oxşarlıq təşkil edir: “Amerikanın İrana qurduğu plan ilk deyil. Ərəb Baharı, İraq hadisələri, Əfqanıstan hadisələri buna sübutdur”.Analitik Ərəb Baharı proseslərini, eləcə də İraq və Əfqanıstanda baş verən hadisələri xatırladaraq qeyd edib ki, rejim dəyişikliyi hər zaman gözlənilən nəticəni verməyib. Onun sözlərinə görə, İraqda Səddam Hüseyn rejimi devrildikdən sonra ölkədə ciddi və fundamental dəyişiklik baş vermədi: “Zaman keçdikcə gördük ki, ölkə Amerika üçün mövcuddur”.E.Vəliyev...
03 Mart 2026, 09:58