Etibar Əliyev: Fazil Mustafanın cavabı yerindədir
Cəmiyyət 05 Mart 2026, 10:30
3342
Etibar Əliyev Fazil Mustafanın çıxışı ətrafında yaranan müzakirələrə münasibət bildirib
Sabiq deputat Etibar Əliyev Milli Məclisin deputatı Fazil Mustafanın boşanmalarla bağlı çıxışı ətrafında yaranan müzakirələrə münasibət bildirib.
O, sosial şəbəkə hesabında paylaşdığı statusda qeyd edib ki, deputatın bəzi fikirləri tənqid olunsa da, onun son açıqlamasını səmimi etiraf kimi qiymətləndirir. Etibar Əliyevin sözlərinə görə, ictimai çıxışlarda səsləndirilən fikirlərin hamısı ideal olmaya bilər və bu, təbii haldır.
Sabiq deputat bildirib ki, bəzi şəxslər çıxışların ümumi məğzini anlamaq əvəzinə, müəyyən cümlələri kontekstdən çıxararaq sosial mediada müzakirələri qızışdırmağa çalışırlar. Onun sözlərinə görə, bu cür yanaşma bəzən süni müzakirələrin yaranmasına səbəb olur.
Həmçinin oxuyun
Etibar Əliyev həmçinin qeyd edib ki, sosial şəbəkələrdə tez-tez fikir və ifadələrin kontekstdən kənar təqdim olunması halları müşahidə edilir. O, belə halların ictimai müzakirələrin mahiyyətinə xələl gətirdiyini vurğulayıb.
Sabiq deputat eyni zamanda, Fazil Mustafanın İlqar Məmmədova verdiyi cavabı da yüksək qiymətləndirərək, bunu əsaslandırılmış və ətraflı cavab kimi dəyərləndirib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Qatara qarşı daş atmaların sayını açıqlayıb
Son 10 gündə "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) hərəkətdə olan sərnişin qatarlarına 5 dəfə daş atılıb.Bu barədə Citypost.az-a "Azərbaycan Dəmir Yolları"na istinadən xəbər verir."Nəticədə, qatarların şüşələrində və gövdəsində çatlar, zədələr meydana gəlib", - məlumatda qeyd olunur.Müvafiq qaydada hüquqi qiymət verilməsi, səbəbkarların məsuliyyətə cəlb edilməsi üçün sözügedən hadisələr araşdırılır.
05 Mart 2026, 12:02
Zəlimxan Məmmədli: İran üç yerə bölünəcək
Siyasətçi Zəlimxan Məmmədli Citypost.az saytına açıqlamasında İranın yaxın gələcəkdə dağılacağını və bu prosesin həm region, həm də dünya üçün təhlükəsiz bir ssenari olacağını bildirib. Z. Məmmədli İranın içindən deyil, xaricdən gətirilmiş süni ideologiyalarla formalaşan siyasi sistem səbəbilə dağılmasının labüd olduğunu vurğulayıb.Onun sözlərinə görə, İranın daxilindəki inqilab prosesləri xalq iradəsini əks etdirməyib, əksinə kənardan yönləndirilmiş və vədləri yerinə yetirilməyən siyasət nəticəsində formalaşıb. Məmmədli bildirib ki, İranın xarici siyasəti – xüsusilə ABŞ və İsrailə qarşı yönəlik çağırışlar – regiona xarici güclərin müdaxiləsi üçün münbit şərait yaradıb və bu vəziyyət dayandırılmayıb.Siyasətçi hesab edir ki, İranın gələcəkdə üç əsas hissəyə bölünəcəyi ehtimalı realdır: farslar,...
05 Mart 2026, 11:53
Vətən müharibəsindən sonra 831 itkinin qalıqları tapıldı
Vətən müharibəsində əldə edilmiş böyük zəfərdən dərhal sonra - 2021-ci ilin fevral ayından etibarən işğaldan azad ərazilərdə intensiv şəkildə itkin düşmüş şəxslərə aid edilən məzar yerlərinin axtarışı, qazıntı, ekshumasiya və aşkarlanmış meyit qalıqlarının eyniləşdirilməsi prosesinə başlanıllb.Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından Modern.az-ın sorğusuna verilən cavabda bildirilib.Qeyd edilib ki, 01.01.2026-cı il tarixə olan məlumata əsasən, 831 itkin şəxsə aid ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb.20.02.2026-cı il tarixə olan məlumata əsasən, aşkarlanmış meyit qalıqlarının məhkəmə molekulyar-genetik ekspertizasının nəticəsi olaraq, I Qarabağ müharibəsində itkin düşmüş 220 nəfərin şəxsiyyəti eynişləşdirilərək ictimaiyyətə açıqlanıb, ailələrinə təhvil verilib, qanunvericiliyin tələblərinə və...
05 Mart 2026, 11:34
Avtoxuliqanlıq edərək “TikTok”da paylaşan sürücü həbs edilib
“Tofaş”la avtoxuliqanlıq edib videosunu sosial şəbəkədə paylaşan sürücü həbs edilib.Citypost.az xəbər verir ki, bu barədə Bakı Şəhər DYP İdarəsindən bildirilib. BŞDYPİ-nin əməkdaşları tərəfindən avtoxuliqanlıq hərəkətləri edərək ictimai asayişi nümayişkaranə şəkildə pozan və digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradan “Tofaş” markalı, 77-SG-661 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Fariz İsmayılov saxlanılıb.F.İsmayılov idarə etdiyi avtomobillə intizamsızlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozub və etdiyi avtoxuliqanlıq hərəkətlərini “TikTok” sosial şəbəkəsində paylaşıb.Sürücü barəsində inzibati qaydada protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə F.İsmayılovun sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla o, 30 sutka inzibati qaydada həbs edilib....
05 Mart 2026, 11:25
Qars–İğdır–Dilucu xətti 2029-da tamamlanacaq
Qars-İğdır-Aralık-Dilucu dəmir yolu layihəsi ilə bağlı tikinti işləri davam edir.Bu barədə APA-nın Türkiyə bürosuna Azərbaycanın Qarsdakı Baş konsulu Zamin Əliyev məlumat verib.Onun sözlərinə görə, Qars-İğdır-Aralık-Dilucu yüksək standartlı dəmir yolu layihəsi üzrə Kilittaş tikinti sahəsi qurulub.Baş konsul bildirib ki, tikinti sahəsində ümumilikdə 1 500 nəfər çalışır. Layihə üzrə ümumi uzunluğu 11,5 km olan 5 tunelin və Diqor, Tuzluca, İğdır, Aralık və Dilucu üzrə 5 stansiyanın inşası nəzərdə tutulur: “23 üst keçid və ümumi uzunluğu 6842 metr olan 4 viaduk tikiləcək. Qatarların maksimal sürəti saatda 160 kilometr olacaq. Xətlərdə 24 min kilovolt gərginlik tətbiq ediləcək və bunun üçün 6 transformatorun quraşdırılması planlaşdırılır”.Zamin...
05 Mart 2026, 11:23
İLQAR MƏMMƏDOV VƏ YENİ FEMİNİZM HƏRƏKATI
Fazil MUSTAFA, millət vəkiliƏlbəttə ki, bütün yazdığım mətnlər və etdigim çıxışlar ideal deyil. Hər birində tənqid üçün yetərincə açıq məqamlar olur və olmalıdır da!Yazı mətnləri ilə birbaşa mətnsiz edilən çıxışlar da bir-birindən üslubca fərqlənir. Yazı mətni daha ciddi məsuliyyət tələb edir və qalıcı dəyərləndirməyə tabedir. 50-100 il sonralarda da oxunub fərqli baxış bucağından şərh oluna bilər. Şifahi çıxışın isə əsas hədəfi mövcud auditoriyaya uyğun olaraq izləyicilərin diqqətini seçdiyin və ya öncədən seçilmiş mövzuya yönəltməkdir. Burada ritorik manevrlər qaçılmazdır və problemin ciddiliyini qabartmaq üçün seçdiyin üslub çox böyük önəm daşıyır. Xüsusilə də çıxış üçün dəqiq vaxt çərçivəsi qoyulanda, arzu etdiyini deyil,...
05 Mart 2026, 10:58