Tanınmış jurnalist vəfat edib
Cəmiyyət 05 Mart 2026, 10:49
270
Əslən Qubadlı rayonunun Məmər kəndindən olan jurnalist Əli Səlimov (Əli Xasayoğlu) dünən Almaniyada vəfat edib
Citypost.az xəbər verir ki, bu barədə onun dostu Vahid Səfərov sosial şəbəkədə bildirib.
Mərhumun 59 yaşı vardı.
Əli Səlimov Qubadlının “Bərgüşad” qəzetində əmək fəaliyyətinə başlayıb. O, Əli Xasayoğlu imzası ilə “Azərbaycan işıqları”, “Azərbaycan”, “Zaman”, "Xalq cəbhəsi" qəzetlərində jurnalist kimi fəaliyyət göstərib. 2000-ci ilin əvvəllərində ailəsilə birgə Almaniyaya köçüb və orada yaşamağa başlayıb…
Mərhumun Almaniyada dəfn olunacağı bildirlib.
Həmçinin oxuyun
Allah rəhmət eləsin! (Modern.az)
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
İran Naxçıvana dronla zərbələr endirib
İran Naxçıvana dronla zərbələr endirib.APA xəbər verir ki, İran dronla Naxçıvan aeroportunu vurub.Daha bir neçə dron isə digər yerlərə düşüb. View this post on Instagram A post shared by oxu24.az (@oxu24.az)
05 Mart 2026, 12:19
İran Naxçıvana hava limanını VURDU
İran Naxçıvana dronla zərbələr endirib.APA xəbər verir ki, İran dronla Naxçıvan aeroportunu vurub.Daha bir neçə dron isə digər yerlərə düşüb.
05 Mart 2026, 12:16
Qatara qarşı daş atmaların sayını açıqlayıb
Son 10 gündə "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) hərəkətdə olan sərnişin qatarlarına 5 dəfə daş atılıb.Bu barədə Citypost.az-a "Azərbaycan Dəmir Yolları"na istinadən xəbər verir."Nəticədə, qatarların şüşələrində və gövdəsində çatlar, zədələr meydana gəlib", - məlumatda qeyd olunur.Müvafiq qaydada hüquqi qiymət verilməsi, səbəbkarların məsuliyyətə cəlb edilməsi üçün sözügedən hadisələr araşdırılır.
05 Mart 2026, 12:02
Zəlimxan Məmmədli: İran üç yerə bölünəcək
Siyasətçi Zəlimxan Məmmədli Citypost.az saytına açıqlamasında İranın yaxın gələcəkdə dağılacağını və bu prosesin həm region, həm də dünya üçün təhlükəsiz bir ssenari olacağını bildirib. Z. Məmmədli İranın içindən deyil, xaricdən gətirilmiş süni ideologiyalarla formalaşan siyasi sistem səbəbilə dağılmasının labüd olduğunu vurğulayıb.Onun sözlərinə görə, İranın daxilindəki inqilab prosesləri xalq iradəsini əks etdirməyib, əksinə kənardan yönləndirilmiş və vədləri yerinə yetirilməyən siyasət nəticəsində formalaşıb. Məmmədli bildirib ki, İranın xarici siyasəti – xüsusilə ABŞ və İsrailə qarşı yönəlik çağırışlar – regiona xarici güclərin müdaxiləsi üçün münbit şərait yaradıb və bu vəziyyət dayandırılmayıb.Siyasətçi hesab edir ki, İranın gələcəkdə üç əsas hissəyə bölünəcəyi ehtimalı realdır: farslar,...
05 Mart 2026, 11:53
Vətən müharibəsindən sonra 831 itkinin qalıqları tapıldı
Vətən müharibəsində əldə edilmiş böyük zəfərdən dərhal sonra - 2021-ci ilin fevral ayından etibarən işğaldan azad ərazilərdə intensiv şəkildə itkin düşmüş şəxslərə aid edilən məzar yerlərinin axtarışı, qazıntı, ekshumasiya və aşkarlanmış meyit qalıqlarının eyniləşdirilməsi prosesinə başlanıllb.Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından Modern.az-ın sorğusuna verilən cavabda bildirilib.Qeyd edilib ki, 01.01.2026-cı il tarixə olan məlumata əsasən, 831 itkin şəxsə aid ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb.20.02.2026-cı il tarixə olan məlumata əsasən, aşkarlanmış meyit qalıqlarının məhkəmə molekulyar-genetik ekspertizasının nəticəsi olaraq, I Qarabağ müharibəsində itkin düşmüş 220 nəfərin şəxsiyyəti eynişləşdirilərək ictimaiyyətə açıqlanıb, ailələrinə təhvil verilib, qanunvericiliyin tələblərinə və...
05 Mart 2026, 11:34
Avtoxuliqanlıq edərək “TikTok”da paylaşan sürücü həbs edilib
“Tofaş”la avtoxuliqanlıq edib videosunu sosial şəbəkədə paylaşan sürücü həbs edilib.Citypost.az xəbər verir ki, bu barədə Bakı Şəhər DYP İdarəsindən bildirilib. BŞDYPİ-nin əməkdaşları tərəfindən avtoxuliqanlıq hərəkətləri edərək ictimai asayişi nümayişkaranə şəkildə pozan və digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradan “Tofaş” markalı, 77-SG-661 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Fariz İsmayılov saxlanılıb.F.İsmayılov idarə etdiyi avtomobillə intizamsızlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozub və etdiyi avtoxuliqanlıq hərəkətlərini “TikTok” sosial şəbəkəsində paylaşıb.Sürücü barəsində inzibati qaydada protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə F.İsmayılovun sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla o, 30 sutka inzibati qaydada həbs edilib....
05 Mart 2026, 11:25