Bizə yazın

Baku

-°C

USD

-

Gecə 7 saat 18 dəqiqə yatmaq diabet riskini azalda bilər

Tibb 05 Mart 2026, 10:29

184

Gecə təxminən 7 saat 18 dəqiqə yatmaq insulin müqaviməti riskinin azalması baxımından ən optimal müddət hesab olunur. İnsulin müqaviməti isə 2-ci tip diabetin yaranmasına gətirib çıxaran əsas ilkin mərhələlərdən biri sayılır.

Citypost.az xəbər verir ki, aparılan geniş müşahidə xarakterli araşdırmada 20–80 yaş aralığında olan 23 mindən çox insanın məlumatları təhlil edilib. Tədqiqat zamanı yuxu müddəti ilə insulin həssaslığını qiymətləndirən göstəricilər müqayisə olunub. Məlum olub ki, yuxunun müddəti ilə maddələr mübadiləsinin vəziyyəti arasında “U” formalı əlaqə mövcuddur.Araşdırma göstərir ki, gecə təxminən 7 saat 18 dəqiqə yatan insanlarda metabolik göstəricilər daha yaxşı olur. Daha az yatan şəxslərdə yuxu müddətinin artırılması maddələr mübadiləsinə müsbət təsir göstərir. Lakin yuxu bu müddətdən artıq olduqda, əlavə saatlar qlükoza mübadiləsinin pozulması riskini artıra bilər. Bu tendensiya xüsusilə qadınlar və 40–59 yaş aralığında olan şəxslər arasında daha qabarıq müşahidə olunur.

Eyni zamanda araşdırma həftəsonu “yuxu kompensasiyası”nın da fərqli təsirlər göstərə biləcəyini ortaya qoyub. Həftə ərzində az yatan insanlar üçün həftəsonu əlavə 1–2 saat yatmaq metabolik göstəricilərin yaxşılaşmasına səbəb ola bilər. Ancaq onsuz da kifayət qədər və ya tövsiyə olunandan artıq yatan şəxslər üçün həftəsonu 2 saatdan çox əlavə yuxu qlükoza mübadiləsinin pisləşməsi ilə əlaqələndirilir.Mütəxəssislər qeyd edirlər ki, sağlam yuxu rejimi yalnız diabet riskinin azalmasına deyil, ümumilikdə maddələr mübadiləsinin balanslı işləməsinə də mühüm təsir göstərir. Bununla yanaşı, bəzi araşdırmalar yaşlı insanlarda musiqi dinləməyin yuxu keyfiyyətini yaxşılaşdıra biləcəyini də göstərir.

Yeganə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Uzun müddət oturmaq yaşlılarda diabet riskini artırır  

Uzun müddət oturaq həyat tərzi yaşlı insanlarda xroniki xəstəliklərin, xüsusilə də diabet riskinin artmasına səbəb ola bilər. Mütəxəssislərin fikrincə, gün ərzində saatlarla televizora baxmaq, kitab oxumaq və ya planşetdən istifadə etmək kimi fəaliyyətlər sağlamlıq üçün ciddi təhlükə yaradır.Citypost.az xəbər verir ki, aparılan geniş araşdırmanın nəticələri göstərir ki, 60 yaşdan yuxarı insanların gün ərzində nə qədər çox oturması onların kardiometabolik göstəricilərinə bir o qədər mənfi təsir edir. Uzun müddət oturan şəxslərdə qanda şəkərin və xolesterinin səviyyəsi artır, bel çevrəsi genişlənir, eyni zamanda arterial təzyiq yüksəlir. Maraqlıdır ki, bu tendensiya müntəzəm fiziki məşqlə məşğul olan insanlarda belə müşahidə olunur.Mütəxəssislər qeyd edirlər ki,...

05 Mart 2026, 11:27

Uşaqlıqda diş problemi gələcəkdə ürək riskini artırır

Mütəxəssislərin apardığı genişmiqyaslı araşdırma göstərir ki, uşaqlıq dövründə diş və diş əti problemləri yaşayan şəxslər yetkin yaşda ürək-damar xəstəlikləri ilə daha çox qarşılaşa bilərlər.Citypost.az xəbər verir ki, təxminən 570 min nəfərin məlumatları üzərində aparılan təhlil nəticəsində müəyyən edilib ki, 1960–1970-ci illərdə doğulan və uşaqlıqda çoxsaylı kariyes və ya ağır diş əti iltihabı yaşayan şəxslərdə 30 yaşdan sonra koronar ürək xəstəliyi, infarkt və insult riski daha yüksək olub.Araşdırma zamanı uşaqlıq dövründə qeydə alınmış stomatoloji problemlər – çoxsaylı çürüklər, qanama və ağrı ilə müşayiət olunan ağır gingivit halları – sonrakı illərdə qeydə alınmış ürək-damar xəstəlikləri göstəriciləri ilə müqayisə edilib. Nəticələr göstərib ki,...

04 Mart 2026, 10:25

Mütəxəssis rəyi: Miyokard infarktından qorunmanın yolları  

Son illərdə ürək-damar xəstəlikləri arasında miyokard infarktı (ürək tutması) ən çox rast gəlinən və ölüm riski yüksək olan hallardan biridir. Sağlam həyat tərzi və düzgün qidalanma, eləcə də erkən xəbərdarlıq əlamətlərinə diqqət göstərmək, bu təhlükəli vəziyyətin qarşısını almaqda həyati əhəmiyyət kəsb edir.Citypost.az xəbər verir ki, kardiyoloqlar bildirirlər ki, infarkt riskini azaltmaq üçün qidalanmada yağlı, qızardılmış, fast-food və xəmir məhsullarından uzaq durmaq, həmçinin siqaret və spirtli içkilərin qəbulunu məhdudlaşdırmaq əsas şərtdir. Gündəlik duz qəbulu 5 qramı keçməməlidir. Meyvə və tərəvəzlər, xüsusən qoz, badam, ərik kimi quru meyvələr ürək sağlamlığı üçün faydalıdır. Enerji içkiləri və şirin içkilərdən uzaq durmaq, bədən çəkisini nəzarətdə...

03 Mart 2026, 15:41

Dirsəkdə ağrı və keyləşməyə diqqət – mütəxəssis izah edir

Uzun müddət kompüter qarşısında dirsəklərinizi eyni vəziyyətdə saxlayırsınızsa, kubital tunel sindromu riski yarana bilər. Ortopediya mütəxəssisi bildirir ki, bu sindrom dirsəkdəki ulnar sinirin sıxışması nəticəsində ortaya çıxır.Nəticədə qolunuzda elektrik keçməsi kimi hisslər, ağrı və xüsusilə kiçik və üz barmaqda keyləşmə müşahidə olunur. Bu problem həm bir tərəfdə, həm də hər iki tərəfdə baş verə bilər.Mütəxəssis vurğulayır ki, simptomlar hiss edilərsə, xüsusi müayinələr aparılmalı, sinirin sıxışması dəqiqliklə müəyyən edilməlidir. Kubital tunel sindromu, iynə müalicəsi və fizioterapiya ilə erkən mərhələdə effektiv şəkildə aradan qaldırıla bilər.Həkim tövsiyəsi: uzun müddət dirsəklərin sabit vəziyyətdə qalmasının qarşısını alın, fasilələr edin və narahatlıq hiss edildikdə mütəxəssisə müraciət...

03 Mart 2026, 12:59

Yaşlılarda əzələ itkisini azalda biləcək vitamin müəyyən edilib  

Mütəxəssislər bildirirlər ki, ənənəvi olaraq qan laxtalanması ilə əlaqələndirilən K vitamini, yaşlı insanlarda əzələ gücü və fiziki performansın qorunmasında da rol oynaya bilər. Bu qənaət, vitamin K ilə sarcopeniya – yaşla bağlı əzələ kütləsi, gücü və dözümlülüyün azalması – arasındakı əlaqəni araşdıran elmi icmal məqaləsində əks olunub.Citypost.az xəbər verir ki, K vitamininin təsir mexanizmlərini izah edirlər. Vitamin K osteokalsin, MGP və Gas6 kimi K vitaminindən asılı zülalların aktivləşməsində iştirak edir. Bu zülallar toxuma bərpası, damar sağlamlığı və əzələlərdə enerji metabolizmi ilə bağlıdır. Eksperimental modellərdə K vitamini həmçinin iltihab əleyhinə və antioksidant xüsusiyyətlər nümayiş etdirib, mitoxondrial funksiyaya və hüceyrə zədələnməsi proseslərinə...

03 Mart 2026, 10:24

Küçələrdə satılan nar şirəsi sağlamlığa necə təsir edə bilər?  

Mütəxəssislər bildirirlər ki, küçələrdə satılan nar şirəsi bəzən təhlükəli ola bilər, xüsusilə keyfiyyətə və gigiyenaya diqqət yetirilmədikdə.Citypost.az xəbər verir ki, bu məhsulların hazırlanmasında istifadə olunan suyun təmiz olmaması, meyvələrin düzgün yuyulmaması və ya saxlanma şəraitinin pozulması qida zəhərlənməsi riskini artırır.Həmçinin, nar şirəsinə əlavə olunan şəkər və digər qatqılar onun kalori və şəkər miqdarını yüksəldir, bu da xüsusilə şəkərli diabet və piylənmə riski olan insanlar üçün təhlükə yaradır.Ekspertlər vurğulayırlar ki, təbii nar şirəsi sağlam olsa da, küçə şəraitində satılan məhsulların tərkibi dəqiq yoxlanılmadığı üçün sağlamlıq üçün risk daşıya bilər. İnsanlar nar suyu alarkən mümkün qədər sertifikatlı və təmiz mənbələrdən istifadə etməli,...

02 Mart 2026, 16:30