Qars–İğdır–Dilucu xətti 2029-da tamamlanacaq
Cəmiyyət 05 Mart 2026, 11:23
282
Qars-İğdır-Aralık-Dilucu dəmir yolu layihəsi ilə bağlı tikinti işləri davam edir.
Bu barədə APA-nın Türkiyə bürosuna Azərbaycanın Qarsdakı Baş konsulu Zamin Əliyev məlumat verib.
Onun sözlərinə görə, Qars-İğdır-Aralık-Dilucu yüksək standartlı dəmir yolu layihəsi üzrə Kilittaş tikinti sahəsi qurulub.
Həmçinin oxuyun
Baş konsul bildirib ki, tikinti sahəsində ümumilikdə 1 500 nəfər çalışır. Layihə üzrə ümumi uzunluğu 11,5 km olan 5 tunelin və Diqor, Tuzluca, İğdır, Aralık və Dilucu üzrə 5 stansiyanın inşası nəzərdə tutulur: “23 üst keçid və ümumi uzunluğu 6842 metr olan 4 viaduk tikiləcək. Qatarların maksimal sürəti saatda 160 kilometr olacaq. Xətlərdə 24 min kilovolt gərginlik tətbiq ediləcək və bunun üçün 6 transformatorun quraşdırılması planlaşdırılır”.
Zamin Əliyev qeyd edib ki, tikintinin 24 sentyabr 2029-cu ildə tamamlanması planlaşdırılır.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
İranın Naxçıvana dron hücumu zamanı 2 mülki şəxs xəsarət alıb
5 mart tarixində günorta radələrində Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən dron hücumları həyata keçirilib.APA xəbər verir ki, bu barədə Azərbaycan XİN-in bəyanatında deyilir.Bildirilib ki, 1 ədəd dron Naxçıvan Muxtar Respublikasının Hava Limanının terminal binasına, digər bir dron isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb."Hava Limanının binasına zərər dəyməsi və iki nəfər mülki şəxsin xəsarət alması ilə nəticələnən İran İslam Respublikası ərazisindən həyata keçirilən bu dron hücumlarını qətiyyətlə pisləyirik.Azərbaycan ərazisinə bu hücum beynəlxalq hüququn norma və prinsiplərinə ziddir və regionda gərginliyin artmasına xidmət edir.İran İslam Respublikası tərəfindən qısa müddət ərzində qeyd olunan məsələyə aydınlıq gətirilməsini, buna izahat...
05 Mart 2026, 12:58
Naxçıvan Səhiyyə Nazirliyi açıqlama yaydı
İran Naxçıvan Beynəlxalq Hava Limanına dron hücumu edib.Modern.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyindən bildirilib ki, hadisə vaxtı ölən və ya xəsarət alan olmayıb.Xatırladaq ki, dronlardan biri Naxçıvandakı məktəbin yaxınlığına düşüb.Naxçıvana düşən dronun İrana məxsus olduğu bildirilir. (Teleqraf)
05 Mart 2026, 12:41
Sabahın hava proqnozu açıqlanıb.
Martın 6-da gözlənilən hava proqnozu açıqlanıb.Bakıda və Abşeron yarımadasında hava necə olacaq?Milli Hidrometeorologiya Xidmətindən Citpost.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 3-6° isti, gündüz 10-15° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 759 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % təşkil edəcək.Azərbaycanın rayonlarında hava necə olacaq?Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.Havanın temperaturu gecə 2-7° isti, gündüz 12-17 ° isti,...
05 Mart 2026, 12:39
İran Naxçıvana dronla zərbələr endirib
İran Naxçıvana dronla zərbələr endirib.APA xəbər verir ki, İran dronla Naxçıvan aeroportunu vurub.Daha bir neçə dron isə digər yerlərə düşüb. View this post on Instagram A post shared by oxu24.az (@oxu24.az)
05 Mart 2026, 12:19
Qatara qarşı daş atmaların sayını açıqlayıb
Son 10 gündə "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) hərəkətdə olan sərnişin qatarlarına 5 dəfə daş atılıb.Bu barədə Citypost.az-a "Azərbaycan Dəmir Yolları"na istinadən xəbər verir."Nəticədə, qatarların şüşələrində və gövdəsində çatlar, zədələr meydana gəlib", - məlumatda qeyd olunur.Müvafiq qaydada hüquqi qiymət verilməsi, səbəbkarların məsuliyyətə cəlb edilməsi üçün sözügedən hadisələr araşdırılır.
05 Mart 2026, 12:02
Zəlimxan Məmmədli: İran üç yerə bölünəcək
Siyasətçi Zəlimxan Məmmədli Citypost.az saytına açıqlamasında İranın yaxın gələcəkdə dağılacağını və bu prosesin həm region, həm də dünya üçün təhlükəsiz bir ssenari olacağını bildirib. Z. Məmmədli İranın içindən deyil, xaricdən gətirilmiş süni ideologiyalarla formalaşan siyasi sistem səbəbilə dağılmasının labüd olduğunu vurğulayıb.Onun sözlərinə görə, İranın daxilindəki inqilab prosesləri xalq iradəsini əks etdirməyib, əksinə kənardan yönləndirilmiş və vədləri yerinə yetirilməyən siyasət nəticəsində formalaşıb. Məmmədli bildirib ki, İranın xarici siyasəti – xüsusilə ABŞ və İsrailə qarşı yönəlik çağırışlar – regiona xarici güclərin müdaxiləsi üçün münbit şərait yaradıb və bu vəziyyət dayandırılmayıb.Siyasətçi hesab edir ki, İranın gələcəkdə üç əsas hissəyə bölünəcəyi ehtimalı realdır: farslar,...
05 Mart 2026, 11:53