Bizə yazın

Baku

-°C

USD

-

Elnarə Akimova mərhum alimdən yazdı:"Vəfa borcumu əsla unutmadım"

Cəmiyyət 05 Mart 2026, 10:55

421

Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova mərhum alim Yaşar Qarayev haqqında paylaşım edib.

Citypost.az xəbər verir ki, paylaşımında Elnarə Akimova qeyd edib ki, 25 il əvvəl ümid və bir az da ürkək addımlarla yanına gələn zaman Yaşar Qarayevin insana və elmə olan sevgisi onun ümidini tamamilə işıqlandırıb və elmdə qarşısına açdığı yollar gələcək həyatına xoş taleyin naxışı kimi yazılıb.

Millət vəkili həmçinin Yaşar Qarayevə olan vəfa borcunu heç vaxt unutmadığını vurğulayıb və onun göstərdiyi inam və etimada layiq olmaq məsuliyyətini qeyd edib.

Elnarə Akimova sonda yazıb: “Nə yaxşı ki, yollarımız kəsişdi! Nə yaxşı ki, mənim Ədəbiyyat adlı yol və ünvanımdan Yaşar Qarayev keçdi! Əbədi məndə yaşayan böyük alim, böyük insan! Doğum gününüz mübarək!”

Məlumat üçün bildirək kİ,  görkəmli ədəbiyyatşünas və tənqidçi, Əməkdar elm xadimi, AMEA-nın müxbir Yaşar Qarayev 1936-cı il mart ayının 5-də Şəki şəhərində anadan olub.2002-ci il avqustun 25-də vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur.

Turan

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

İranın Naxçıvana dron hücumu zamanı 2 mülki şəxs xəsarət alıb

5 mart tarixində günorta radələrində Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən dron hücumları həyata keçirilib.APA xəbər verir ki, bu barədə Azərbaycan XİN-in bəyanatında deyilir.Bildirilib ki, 1 ədəd dron Naxçıvan Muxtar Respublikasının Hava Limanının terminal binasına, digər bir dron isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb."Hava Limanının binasına zərər dəyməsi və iki nəfər mülki şəxsin xəsarət alması ilə nəticələnən İran İslam Respublikası ərazisindən həyata keçirilən bu dron hücumlarını qətiyyətlə pisləyirik.Azərbaycan ərazisinə bu hücum beynəlxalq hüququn norma və prinsiplərinə ziddir və regionda gərginliyin artmasına xidmət edir.İran İslam Respublikası tərəfindən qısa müddət ərzində qeyd olunan məsələyə aydınlıq gətirilməsini, buna izahat...

05 Mart 2026, 12:58

Naxçıvan Səhiyyə Nazirliyi açıqlama yaydı 

İran Naxçıvan Beynəlxalq Hava Limanına dron hücumu edib.Modern.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyindən bildirilib ki, hadisə vaxtı ölən və ya xəsarət alan olmayıb.Xatırladaq ki, dronlardan biri Naxçıvandakı məktəbin yaxınlığına düşüb.Naxçıvana düşən dronun İrana məxsus olduğu bildirilir. (Teleqraf)

05 Mart 2026, 12:41

Sabahın hava proqnozu açıqlanıb.

Martın 6-da gözlənilən hava proqnozu açıqlanıb.Bakıda və Abşeron yarımadasında hava necə olacaq?Milli Hidrometeorologiya Xidmətindən Citpost.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 3-6° isti, gündüz 10-15° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 759 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % təşkil edəcək.Azərbaycanın rayonlarında hava necə olacaq?Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.Havanın temperaturu gecə 2-7° isti, gündüz 12-17 ° isti,...

05 Mart 2026, 12:39

İran Naxçıvana dronla zərbələr endirib

İran Naxçıvana dronla zərbələr endirib.APA xəbər verir ki, İran dronla Naxçıvan aeroportunu vurub.Daha bir neçə dron isə digər yerlərə düşüb. View this post on Instagram A post shared by oxu24.az (@oxu24.az)

05 Mart 2026, 12:19

Qatara qarşı daş atmaların sayını açıqlayıb

Son 10 gündə "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) hərəkətdə olan sərnişin qatarlarına 5 dəfə daş atılıb.Bu barədə Citypost.az-a "Azərbaycan Dəmir Yolları"na istinadən xəbər verir."Nəticədə, qatarların şüşələrində və gövdəsində çatlar, zədələr meydana gəlib", - məlumatda qeyd olunur.Müvafiq qaydada hüquqi qiymət verilməsi, səbəbkarların məsuliyyətə cəlb edilməsi üçün sözügedən hadisələr araşdırılır.

05 Mart 2026, 12:02

Zəlimxan Məmmədli: İran üç yerə bölünəcək  

Siyasətçi Zəlimxan Məmmədli Citypost.az saytına açıqlamasında İranın yaxın gələcəkdə dağılacağını və bu prosesin həm region, həm də dünya üçün təhlükəsiz bir ssenari olacağını bildirib. Z. Məmmədli İranın içindən deyil, xaricdən gətirilmiş süni ideologiyalarla formalaşan siyasi sistem səbəbilə dağılmasının labüd olduğunu vurğulayıb.Onun sözlərinə görə, İranın daxilindəki inqilab prosesləri xalq iradəsini əks etdirməyib, əksinə kənardan yönləndirilmiş və vədləri yerinə yetirilməyən siyasət nəticəsində formalaşıb. Məmmədli bildirib ki, İranın xarici siyasəti – xüsusilə ABŞ və İsrailə qarşı yönəlik çağırışlar – regiona xarici güclərin müdaxiləsi üçün münbit şərait yaradıb və bu vəziyyət dayandırılmayıb.Siyasətçi hesab edir ki, İranın gələcəkdə üç əsas hissəyə bölünəcəyi ehtimalı realdır: farslar,...

05 Mart 2026, 11:53