Bizə yazın

Baku

-°C

USD

-

FHN Lənkəranda yanğın-taktiki təlim keçirib 

Cəmiyyət 15 May 2026, 10:32

172

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı ilə Lənkəran rayonunda yerləşən Konserv Zavodunda “Fövqəladə hallar zamanı davranış qaydaları və təxliyə” mövzusunda yanğın-taktiki təlim keçirilib.

Bu barədə Citypost.az FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in müvafiq canlı qüvvə və texnikasının cəlb edildiyi təlimin keçirilməsində məqsəd zavodun kollektivinə fövqəladə hallar, o cümlədən yanğınlar zamanı davranış qaydalarının aşılanması, habelə bu kimi obyektlərdə mümkün yanğınlar zamanı yanğından mühafizə bölmələrinin fəaliyyətinin daha da təkmilləşdirilməsi olub.

Təlimin nəzəri hissəsində zavodun kollektivinə fövqəladə hallar, o cümlədən yanğınlar zamanı zəruri davranış qaydaları, təxliyə tədbirləri barədə ətraflı məlumat verilib, suallar cavablandırılıb.

Təlimin praktiki hissəsində şərti yanğınla əlaqədar “Həyəcan” siqnalı verildikdən sonra Lənkəran, Masallı və Astara rayonlarının Yanğından Mühafizə hissələrinə məxsus qüvvə və vasitələr “hadisə yerinə” cəlb olunub. Şərti yanğın yerinə operativ çatan yanğınsöndürənlər “yanğınla mübarizə” tədbirlərinə başlayıblar. Şərti yanğın baş vermiş ərazidə təxliyə planına uyğun olaraq işçilərin təhlükəsiz yerə təxliyəsi həyata keçirilib, şərti xəsarət almış şəxslərə “ilkin yardım göstərilib”, “yanğın qısa müddətdə söndürülüb”.

Təlimə ümumilikdə 30 nəfərdən ibarət şəxsi heyət və 4 ədəd texnika cəlb edilib.

Uğurla keçən təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Tamilla Qulami: Sosial gərginlik təhlükəli həddə çatır

Xəstəxanalardan birində icbari sığorta ilə gələnlərin növbəsində bir nəfər əsəbi, aqressiv qapını açıb, həkimə ''siz vətən oğullarına hörmət etmirsiniz, müharibədə döyüşmüş adama hörmətiniz budur?'' ifadələri səsləndirdi. Halbuki həkim yanında nə qədər ağır olanları da var idi, həkim onları müayinə edirdi ard-arda... Hətta bir qadını da qucaqlarında gətirmişdilər... İflic idi ayaqları...Cəmiyyətin ən təhlükəli problemlərindən biri də hörmət, sayğı anlayışının yanlış istiqamətə yönəldilməsidir. Xüsusilə də müharibə görmüş insanların adı üzərindən həm emosional manipulyasiya, həm də ictimai təzyiq yaratmaq artıq sosial xəstəliyə çevrilməyə başlayıb. Bir Şəhid qızı olaraq deyim ki, çox üzücü prosesdir... Dəyərlərimiz dəyərsizləşdirilir... Çox ağırdır...Qarabağ qazisinin xəstəxanada “siz vətən oğullarına hörmət...

15 May 2026, 10:34

Ramin Məmmədov mayın 20-də Qusarda vətəndaşları qəbul edəcək 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun mayın 18-də Qusar rayonunda keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.Bu barədə Citypost.az-a komitədən məlumat verilib.Bildirilib ki, Ramin Məmmədov mayın 20-də Qusar, Quba, Xaçmaz, Şabran və Siyəzən rayonlarından olan vətəndaşları qəbul edəcək.Qəbul saat 10:00-da Qusar rayon Heydər Əliyev Mərkəzində (ünvan: Qusar şəhəri, M.Vəliyev küçəsi) keçiriləcək.Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinə (əlaqə vasitələri: (023) 336 22 70, (050) 689 07 26, [email protected], [email protected]) müraciət etmələri xahiş olunur....

15 May 2026, 10:16

Maldiv adalarında sualtı mağaraların tədqiqi zamanı 5 İtaliya vətəndaşı ölüb 

Maldiv adalarında sualtı mağaraların tədqiqi zamanı baş verən bədbəxt hadisə nəticəsində 5 İtaliya vətəndaşı ölüb.AFP agentliyinin xəbərinə görə, bu barədə İtaliya Xarici İşlər Nazirliyi məlumat yayıb.Məlumata görə, hadisə Maldiv adalarının Vaavu atolunda akvalanqla dalış zamanı baş verib.Dalğıclar təxminən 50 metr dərinlikdə yerləşən mağaraları araşdırmağa çalışarkən ölüblər.Ölənlər arasında dalğıc təlimatçısı, dəniz biologiyası professoru, onun qızı və Genuya Universitetinin iki gənc tədqiqatçısı da var. (APA)...

15 May 2026, 10:09

Alimlərə şad xəbər hər ay maddi mükafat alacaq 

2024-cü ildən etibarən həyata keçirilən və tədqiqatçıların elmi fəaliyyətinin stimullaşdırılmasına xidmət edən “Alimlərin maddi mükafatlandırılması layihəsi” 2026-cı ildə də davam etdirilir.Bu barədə Citypost.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.Bildirilib ki, cari ildə layihə üzrə qiymətləndirmə mexanizmi elmmetriya sahəsində ixtisaslaşmış beynəlxalq şirkət olan “Clarivate”in mütəxəssisləri və Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi ilə əməkdaşlıq çərçivəsində təkmilləşdirilib. Yenilənmiş qaydalar Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası tərəfindən təsdiq olunub.Təkmilləşdirilmiş mexanizmə əsasən, Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən elmi müəssisələrdə çalışan 500-dək tədqiqatçının hər ay 1000 manatadək məbləğdə mükafatlandırılması nəzərdə tutulur.Yeni qaydalara əsasən, mükafatlandırılacaq tədqiqatçıların sayı artırılıb, eləcə də qiymətləndirmə meyarları genişləndirilib. Belə ki,...

15 May 2026, 09:56

Lənkəranın bəzi kəndlərində işıq olmayacaq

Bu gün Lənkəran rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.Bu barədə Citypost.az-a "Azərişıq" ASC-yə istinadən xəbər verir.Məlumata görə, Lənkəran Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq "Lənkəran-2" yarımstansiyasından çıxan 10 kV-luq 3 saylı və 35/10 kV-luq "Liman" yarımstansiyasından çıxan 10 kV-luq 5 saylı hava xəttində təmir işləri aparılacaq.Bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək Sütəmurdov və Velədi, saat 14:00-dan 16:00-dək Qumbaşı, Şirinquyu kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq....

15 May 2026, 09:25

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək

Bu gün Azərbaycan ərazisindən tranzit keçməklə Rusiyadan Ermənistana buğda göndəriləcək.Citypost.az "Report"a istinadən xəbər verir ki, bu ölkəyə 14 vaqondan ibarət, çəkisi 977 ton olan buğda tədarük olunacaq.Qatar bir qədər sonra "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri sansiyasından yola düşəcək, Böyük Kəsik stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.

15 May 2026, 09:13