Bizə yazın

Baku

-°C

USD

-

Zaur İbrahimli: ABŞ və Çin dünyanı bölə bilmədi

Siyasət 15 May 2026, 10:30

207

ABŞ və Çin arasında keçirilən Pekin danışıqları tərəflər arasında ciddi razılaşma ilə nəticələnməyib. Görünən odur ki, Çin istədiklərini əldə edə bilmədiyi üçün tərəflər arasında rəqabət daha da güclənəcək.

Citypost.az xəbər verir ki, bu fikirləri politoloq Zaur İbrahimli sosial şəbəkə hesabında paylaşdığı qısa açıqlamada bildirib.

Politoloqun sözlərinə görə, ABŞ və Çin bundan sonra bir-birini birbaşa hərbi əməliyyatlara keçmədən geosiyasi, iqtisadi və strateji müstəvidə üstələməyə çalışacaqlar.

“Pekin Tayvansız dünyanı bölmək istəmir”, – deyə Z.İbrahimli vurğulayıb.

Ekspert hesab edir ki, Pekin görüşləri iki ölkə arasında münasibətlərin yumşalmasına deyil, daha sərt rəqabət mərhələsinə keçidə səbəb olacaq.

Əli

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

M.Əsədullazadə: Çin özünü daha güclü göstərir

ABŞ Prezidenti Donald Trampın Çinə iki günlük səfəri və aparılan danışıqlar ümumilikdə müsbət istiqamətdə davam edir. Tərəflər arasında əsas fikir ayrılığı isə Tayvan məsələsində qalır. ABŞ-ın Tayvanla bağlı Çinə ciddi güzəştlərə gedəcəyi gözlənilmir. Çin sədri Si Sinpinqin Tayvan məsələsində Donald Trampa açıq etiraz və xəbərdarlıq etməsi regionda yeni eskalasiya ehtimalını artırır.Citypost.az xəbər verir ki, bu fikirləri Milli Cəbhə Partiyası sədrinin müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə sosial şəbəkə hesabında paylaşdığı açıqlamada bildirib.O qeyd edib ki, Çin Tayvana qarşı dəniz blokadası tətbiq edə bilər. Bununla yanaşı, Vaşinqton və Pekin əsasən iqtisadi və ticarət əlaqələrinin inkişafı istiqamətində mühüm razılaşmalar əldə etməyə çalışırlar.Ekspertin sözlərinə...

15 May 2026, 10:12

Sabiq deputat: Fransa Türkiyəyə qarşı təxribat hazırlayır

Fransa son dövrlər Cənubi Qafqaz və Türkiyə ətrafındakı bölgələrdə təkcə diplomatik deyil, həm də praktiki fəallığını artırır. Ermənistan və yunan Kipri ilə strateji müttəfiqlik, hərbi əməkdaşlıq haqqında sazişlərin bağlanması, həmçinin Cənubi Kiprdə “humanitar missiyalar” adı altında Fransa hərbi kontingentinin yerləşdirilməsi ilə bağlı yeni sazişin imzalanmasına hazırlıq bunu bir daha təsdiqləyir.Citypost.az xəbər verir ki, bu fikirləri sabiq deputat, siyasətçi Qulamhüseyn Əlibəyli sosial şəbəkə hesabında paylaşdığı açıqlamada bildirib.Onun sözlərinə görə, bu sazişlərin əsas məqsədi Fransanın Cənubi Qafqaz və Türkiyə ətrafındakı bölgələri hərbi baxımdan öz təsir dairəsinə salmaq, eyni zamanda Türkiyənin ətrafında geosiyasi “çəmbəri daraltmaqdır”.Q.Əlibəyli qeyd edib ki, Türkiyənin Cənubi Qafqazda söz sahibi...

15 May 2026, 10:04

Politoloq: ABŞ–Çin görüşü yeni riskləri ortaya çıxardı

Amerika–Çin görüşünün maraqlı detalları gün üzünə çıxmağa davam edir:Pekində 14–15 may tarixlərində keçirilən görüşlər xeyli yaddaqalan olub.Nəzərə alsaq ki, bu, Donald Trumpın 2017-ci ildən sonra Çinə ilk rəsmi səfəri və Xi Jinping ilə ilk böyük görüşü idi. Rəsmi açıqlamalarda “stabil münasibətlər”, “əməkdaşlıq” və “dostluq” vurğulansa da, pərdəarxasında tam fərqli mənzərə yaşanıb. New York Post və Daily Beast-in  məlumatlarına görə, görüşlər zamanı ciddi xaos, təhlükəsizlik qalmaqalları və protokol böhranları baş verib. İkitərəfli görüş başlamazdan əvvəl çinli jurnalistlərin böyük qrupu qəfil şəkildə zala daxil olub. Qarışıqlıq zamanı Ağ Evin öncədən gəlmiş komandasından olan qadın əməkdaş yerə yıxılıb və insanların ayaqları altında qalıb. ABŞ...

15 May 2026, 09:27

Kənan Rövşənoğlu İŞİD-in aktivləşməsinin səbəblərini açıqladı

İŞİDin son dövrlərdə Suriyada yenidən fəallaşması regionda diqqət çəkən məsələlərdən birinə çevrilib. Citypost.az xəbər verir ki, Politoloq Kənan Rövşənoğlu sosial şəbəkə hesabında paylaşdığı açıqlamada bildirib ki, son bir ay ərzində İŞİD artıq üç dəfə Suriya ordusuna hücum edib. Sonuncu hücum bazar günü ordu avtobusuna qarşı həyata keçirilib, nəticədə azı iki hərbçi ölüb, çox sayda yaralı olduğu qeyd olunub.Politoloqun fikrincə, İŞİD-in qısa müddətdə yenidən fəallaşması təsadüfi deyil. O bildirib ki, yanvar ayında kürdlərlə Dəməşq arasında əldə olunan razılaşmadan sonra təşkilatın uzun müddət aktiv ola bilməyəcəyi ehtimal edilirdi.Kənan Rövşənoğlu hadisələrin arxasında iki mümkün ehtimalın dayandığını qeyd edib. Birinci ehtimala görə, kürdlər və...

14 May 2026, 10:14

Xəqani Cəfərli: Ankara və İslamabad çətin seçim qarşısında qala bilər

İrana qarşı ABŞ və İsrail birgə hərbi əməliyyatı başlayandan bəri iki ölkə, Türkiyə və Pakistan münaqişə tərəfləri arasında vasitəçilik təşəbbüsü etməyə başladılar. Türkiyənin xarici işlər naziri Hakan Fidan “A Haber” kanalına müsahibəsində tərəflər arasında vasitəçiliyin Pakistan vasitəsilə həyata keçirildiyi, Türkiyənin də danışıqlar prosesində aktiv iştirak etdiyini bəyan etmişdi. Türkiyənin və Pakistanın vasitəçilik təşəbbüsünün yanlış olduğunu, hər iki ölkənin bu münaqişədən məsafə saxlamalı olduğunu ifadə edəndə bəziləri Türkiyə və Pakistanın böyük dövlət olduqlarını, mənim məsləhətimə ehtiyacları olmadıqlarını yazırdılar. Nə oldu?Pakistan artıq bu vasitəçiliyin “fayda”sını görməyə başlayıb. ABŞ-ın xarici siyasətinin müəyyən olunmasında əsas söz sahiblərindən biri olan respublikaçı senator Lindsi Qrem Pakistanın səmimi...

14 May 2026, 10:04

Elçin Əmirbəyov Kambocada bir sıra görüşlər keçirib 

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Kambocaya işgüzar səfər edib.Citypost.az xəbər verir ki, səfər çərçivəsində dövlət başçısı səlahiyyətlərini icra edən, Kamboca Senatının sədri Hun Sen, ölkənin Baş naziri Hun Manet, Baş nazirin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Prak Sokhonn, Milli Assambleyanın sədri Khuon Sodary ilə görüşlər keçirilib.Həmçinin ətraf mühit naziri Eang Sophalleth, Kamboca Krallığının Milli Assambleyasının Xarici əlaqələr, beynəlxalq əməkdaşlıq və informasiya komissiyasının sədri Sous Yara, Milli Diplomatiya və Beynəlxalq Münasibətlər İnstitutunun prezidenti Çeu Viçet, eləcə də ASEAN Regional Minatəmizləmə Mərkəzinin (ARMAC) icraçı direktoru Rothna But ilə də görüşlər təşkil olunub.Dövlət başçısı səlahiyyətlərini icra edən Hun...

14 May 2026, 09:27