Bizə yazın

Baku

-°C

USD

-

Energetika naziri Neftçalada vətəndaşlarla görüşüb 

Cəmiyyət 15 May 2026, 17:14

33

Energetika naziri Pərviz Şahbazov Neftçala rayon Heydər Əliyev Mərkəzində vətəndaşlarla görüşüb.

Nazirlikdən Citypost.az-a bildirilib ki, görüşdə vətəndaşların elektrik enerjisi və təbii qaz təchizatı, kəndin qazlaşdırılması, işlə təminat və digər məsələlərə dair müraciətləri dinlənilib. Qaldırılan məsələlərin mövcud qanunvericiliyə uyğun şəkildə araşdırılması və operativ həlli məqsədilə müvafiq tapşırıqlar verilib.

Nazirliyin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş görüşdə Neftçala, Biləsuvar rayonlarından və Bakı şəhərindən olan 11 vətəndaş iştirak edib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

BDU ilə AzMİU arasında əməkdaşlıq haqqında memorandum imzalanıb 

Mayın 15-də Bakı Dövlət Universiteti (BDU) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən “Dayanıqlı və davamlı şəhər inkişafı üçün insan kapitalının formalaşdırılması” mövzusunda beynəlxalq konfrans çərçivəsində mühüm əməkdaşlıq sənədi imzalanıb.Citypost.az xəbər verir ki, konfrans zamanı BDU ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.Memorandumun əsas məqsədi tərəflər arasında elmi-tədqiqat fəaliyyətinin gücləndirilməsi, innovativ yanaşmaların təşviqi, eləcə də tədris prosesinin təkmilləşdirilməsidir. Sənəd çərçivəsində memarlıq, şəhərsalma və mühəndislik sahələrində birgə layihələrin həyata keçirilməsi, konfrans və seminarların təşkili, beynəlxalq əməkdaşlıq imkanlarının artırılması nəzərdə tutulur.Qeyd edilib ki, bu əməkdaşlıq ali təhsil müəssisələri arasında inteqrasiyanın gücləndirilməsi, ölkənin davamlı...

15 May 2026, 17:06

TDT-nin qeyri-rəsmi Zirvə görüşündə Türküstan Bəyannaməsi imzalanıb 

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin liderləri Türküstanda keçirilən qeyri-rəsmi Zirvə görüşünün yekununda Türküstan Bəyannaməsini imzalayıblar.Bu barədə "Report"un Türküstana ezam olunmuş əməkdaşı xəbər verir.

15 May 2026, 16:40

Birinci Qarabağ müharibəsinin 2 itkin-şəhidi Füzulidə dəfn edilib 

Birinci Qarabağ müharibəsində itkin-şəhidləri Sadıqov Zaur İmamqulu oğlu və Həziyev Ələddin Həzi oğlu dəfn edilib.Qarabağ bürosunun məlumatına görə, dəfn mərasimində rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhidlərin ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.Şəhidlərin qalıqları Füzuli rayonunun İşıqlı kənd qəbiristanlığında şəhidlərin cərgəsində torpağa tapşırılıblar. Dəfn zamanı yaylım atəşi açılıb.Qeyd edək ki, hər iki şəhid 1993-cü ildə Birinci Qarabağ müharibəsi zamanı itkin düşüb. Onların şəxsiyyətləri aparılan ekspertiza nəticəsində müəyyən olunub....

15 May 2026, 16:39

Şavkat Mirziyoyev İlham Əliyevə TDT-dəki səmərəli sədrliyinə görə təşəkkür edib 

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türküstanda Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının qeyri-rəsmi Sammitində çıxış edərkən Azərbaycan Prezidentinə TDT-dəki səmərəli sədrliyinə görə təşəkkür edib."Report"un Türküstana ezam olunmuş əməkdaşı xəbər verir ki, Ş.Mirziyoyev deyib:"Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Heydər oğlu Əliyevə səmərəli sədrliyinə və qurumumuzun beynəlxalq nüfuzunun möhkəmləndirilməsinə yönəlmiş böyük səylərinə görə səmimi minnətdarlığımı bildirmək istəyirəm".

15 May 2026, 16:29

Yol polisi əlverişsiz hava ilə bağlı sürücülərə xəbərdarlıq edib 

Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava ilə bağlı sürücülərə xəbərdarlıq edib.Bu barədə Citypost.az-a idarədən məlumat verilib.Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, qarşıdakı günlərdə ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, güclü və arabir şiddətlənən külək, eləcə də müxtəlif intensivlikdə yağıntıların müşahidə olunacağı gözlənilir. Bu cür hava şəraiti yol hərəkətinin təhlükəsizliyinə ciddi təsir göstərir və əlavə risklər yaradır.Bununla əlaqədar yol polisi bütün yol hərəkəti iştirakçılarını daha diqqətli olmağa və yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırır.Qeyd edirik ki, yağıntılı və küləkli havalarda sürücülər hərəkət sürətini yol və hava şəraitinə uyğun seçməli, öndə hərəkət edən nəqliyyat vasitəsi ilə təhlükəsiz ara məsafəsini qorumalı,...

15 May 2026, 16:09

Yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarında mayın 18-i axşamadək hava şəraitinin bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı gözlənilir.Citypost.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, 16-sı axşam şərq rayonlarında yağıntının bir qədər güclənəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var.Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur.

15 May 2026, 16:00