İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edir
Cəmiyyət 15 May 2026, 15:20
184
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstanın Türküstan şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak edir.
Citypost.az xəbər verir ki, dövlət başçısını Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev qarşılayıb.
Azərbaycan Prezidenti və tədbirdə iştirak edən digər dövlət başçıları birgə foto çəkdiriblər.
Həmçinin oxuyun
Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxış edib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Muzeylərə giriş pulsuz olacaq
18 May Beynəlxalq Muzeylər Günü münasibətilə Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən muzeylərdə "Açıq qapı" günü keçiriləcək.Citypost.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.Həmin gün ziyarətçilərin muzeylərə girişi ödənişsiz təmin olunacaq.Bu təşəbbüsün məqsədi insanların asudə vaxtını daha səmərəli keçirməsinə şərait yaratmaq, onları Azərbaycanın zəngin tarixi, mədəniyyəti və mədəni irsi ilə yaxından tanış etməkdir.Qeyd edək ki, Beynəlxalq Muzeylər Günü Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis edilib və əsas məqsədi muzeylərin cəmiyyətin həyatındakı mühüm rolunu diqqətə çatdırmaqdır....
15 May 2026, 15:00
Slovakiya parlamentinin sədri Xankəndidə yenidənqurma işləri ilə tanış olub
Mayın 15-də Slovakiya Respublikası Milli Şurasının sədri Rixard Raşi başçılıq etdiyi nümayəndə heyəti ilə birlikdə Xankəndi şəhərinə səfər edib.Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Citypost.az-a verilən məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti Xankəndi şəhərində aparılan genişmiqyaslı tikinti, bərpa və yenidənqurma işləri ilə yaxından tanış olub.Qonaqlara şəhərdə həyata keçirilən infrastruktur layihələri, yaşayış məhəllələrinin yenilənməsi, sosial obyektlərin bərpası və şəhərin müasir inkişaf konsepsiyası əsasında görülən işlər barədə məlumat verilib.Nümayəndə heyəti şəhərin görməli məkanlarından biri olan Zəfər parkını da ziyarət edib. Burada qonaqlara Azərbaycanın tarixi Qələbəsinin rəmzi olan parkın əhəmiyyəti barədə məlumat verilib.Sonra nümayəndə heyəti...
15 May 2026, 14:40
Türküstanda TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir
Qazaxıstanın Türküstan şəhərində Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir.Citypost.az xəbər verir ki, iclas Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü çərçivəsində baş tutur.
15 May 2026, 14:33
Zaur Mikayılov Naftalanda vətəndaşları qəbul edib
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov mayın 15-də Naftalan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin inzibati binasında Naftalan, Goranboy, Xocalı və digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.Bu barədə Citypost.az-a ADSEA-dan bildirilib.Qəbulda Z.Mikayılov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Müraciətlər əsasən suvarma suyuna olan tələbatın ödənilməsi, yeni subartezian quyuların qazılması, təmiri, bərpası, içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub.Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər...
15 May 2026, 14:33
Səhiyyə Nazirliyi Cəbrayılda bölgə sakinləri üçün tibbi-humanitar aksiya keçirib
Səhiyyə Nazirliyi "Böyük Qayıdış" proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərdə tibbi xidmətlərin əlçatanlığının artırılması istiqamətində fəaliyyətini davam etdirir.Bu barədə Citypost.az-a nazirlikdən məlumat verilib.Bildirilib ki, bu gün nazirliyin Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun ixtisaslaşmış tibbi heyəti Cəbrayıl şəhərində növbəti tibbi-humanitar aksiya həyata keçirib.Səfər çərçivəsində bölgə sakinlərinə konsultativ və profilaktik tibbi xidmətlər göstərilib. Tibbi heyətin tərkibində 6 mama-ginekoloq, 1 ultrasəs müayinəsi üzrə həkim, 1 neonataloq, 1 mama və 1 tibb bacısı yer alıb....
15 May 2026, 13:51
Növbəti köç karvanı Cəbrayılın Şükürbəyli kəndinə çatıb
Növbəti köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb.Citypost.az xəbər verir ki, bu dəfə 107 ailə olmaqla 453 nəfər köçürülüb.Qeyd edək ki, Şükürbəyli kəndinə köçürülən ailələr əsasən Bakı, Biləsuvar, Abşeron, Şirvan, Sumqayıt, Hacıqabul, Mingəçevir, Beyləqan, Tərtər və Füzuli rayonlarından olan sakinlərdir. Hazırda kəndə ümumilikdə 214 ailə – 915 nəfər köçürülüb. Qalan 421 evə isə qrafikə uyğun olaraq mayın 21-dək köçün davam etdirilməsi nəzərdə tutulur....
15 May 2026, 13:42