Uşaqlarda xoruldama və ağız açıq nəfəs alma ciddi problemlərin xəbərçisi ola bilər
Tibb 15 May 2026, 10:55
1578
Mütəxəssislər bildirirlər ki, uşaqlarda davamlı xoruldama, ağız açıq nəfəs alma və burun tutulması valideynlərin ciddi yanaşmalı olduğu problemlərdəndir.
Citypost.az xəbər verir ki, həkimlərin sözlərinə görə, bu hallar əksər vaxt burun əti və boğaz ətinin böyüməsi ilə əlaqəli olur və uşağın həm sağlamlığına, həm də inkişafına mənfi təsir göstərə bilər.
Həkimlər qeyd edirlər ki, normalda uşaq burun vasitəsilə rahat nəfəs almalıdır. Əgər uşaq daim ağız açıq şəkildə nəfəs alırsa, xüsusilə gecələr xoruldayırsa, bu artıq hava yollarında maneənin olduğunu göstərə bilər. Belə uşaqların bir çoxunda yeməkdən qaçma halları da müşahidə olunur. Çünki ağız onların əsas nəfəs alma yoluna çevrildiyi üçün yemək yeyərkən nəfəs almaqda çətinlik yaranır və uşaq narahatlıq hiss etdiyi üçün qidadan imtina etməyə başlayır.
Mütəxəssislərin fikrincə, problem təkcə nəfəs alma ilə məhdudlaşmır. Davamlı ağızla nəfəs alma böyüməkdə olan orqanizmdə üz və çənə inkişafına da təsir edir. Xüsusilə üst və alt çənənin düzgün formalaşmaması, diş düzülüşünün pozulması və üz skeletində inkişaf geriliyi yarana bilər.
Həkimlər bildirirlər ki, alt çənənin kifayət qədər inkişaf etməməsi və dil kökünün geridə yerləşməsi gələcək yaşlarda Yuxu apnesi riskini artırır. Bu zaman insan yuxu zamanı nəfəs dayanması, xroniki yorğunluq və digər ciddi problemlərlə qarşılaşa bilər.
Həmçinin oxuyun
Mütəxəssislər vurğulayırlar ki, davamlı xoruldama və nəfəsalma problemləri uşağın yuxu keyfiyyətini də pozur. Nəticədə uşaq gündüz halsız, diqqətsiz və əsəbi ola bilər. Uzun müddət davam edən oksigen çatışmazlığı isə həm fiziki, həm də zehni inkişaf prosesinə mənfi təsir göstərə bilər.
Həkimlər valideynlərə tövsiyə edirlər ki, əgər uşaq gecələr xoruldayır, ağız açıq yatır, tez-tez burun tutulmasından əziyyət çəkir və ya yemək yeməkdən yayınırsa, mütləq qulaq-burun-boğaz mütəxəssisinə müraciət etsinlər. Vaxtında aparılan müayinə və düzgün müalicə gələcəkdə yarana biləcək daha ciddi problemlərin qarşısını almaqda mühüm rol oynayır.
Yeganə
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Kompüter tomoqrafiyası nə qədər təhlükəsizdir?
Müasir tibbdə diaqnostikanın ən vacib üsullarından biri hesab edilən kompüter tomoqrafiyası (KT) bir çox xəstəliyin vaxtında aşkar edilməsində mühüm rol oynayır. Xüsusilə travmalar, daxili orqan xəstəlikləri, damar patologiyaları və onkoloji proseslərin müəyyənləşdirilməsində KT müayinəsi həkimlər üçün əvəzsiz məlumat mənbəyidir. Bununla belə, pasiyentləri ən çox maraqlandıran suallardan biri kompüter tomoqrafiyasının təhlükəsizliyi, müayinədən əvvəl xüsusi hazırlığın lazım olub-olmaması və kontrast maddənin orqanizmə təsiri ilə bağlıdır.Citypost.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, əksər hallarda kompüter tomoqrafiyası üçün xüsusi və mürəkkəb hazırlığa ehtiyac olmur. Müayinə qısa müddətdə həyata keçirilir və pasiyent üçün ciddi narahatlıq yaratmır. Həkimin təyinatı və tibbi göstəriş olduğu halda aparılan KT...
12 İyun 2026, 10:48
Hallux Valqus deformasiyası nədir və niyə yaranır?
Ayaq sağlamlığı ilə bağlı ən çox rast gəlinən problemlərdən biri hallux valqus deformasiyasıdır. Xalq arasında bu problem daha çox "baş barmaq əyriliyi" və ya "ayaqda çıxıntı" kimi tanınır. Hallux valqus ayağın baş barmağının öz normal mövqeyindən kənara, digər barmaqlara doğru əyilməsi nəticəsində yaranan deformasiya hesab olunur.Citypost.az-ın məlumatına görə, mütəxəssislərin sözlərinə görə, bu zaman baş barmaq metatarsofalangeal oynaq səviyyəsində xaricə doğru yer dəyişir. Nəticədə baş barmaq ikinci barmağın altına və ya üstünə keçə bilir. Bu vəziyyət isə yalnız estetik problem yaratmır, eyni zamanda ciddi ağrı və hərəkət məhdudiyyəti ilə müşayiət olunur.Deformasiya irəlilədikcə barmaqlar arasında sıx təmas yaranır. Bu da dəridə qıcıqlanma,...
12 İyun 2026, 09:49
Burun və boğaz ətlərinin əməliyyatla götürülməsi hansı hallarda vacibdir?
Valideynlər arasında ən çox müzakirə olunan mövzulardan biri uşaqlarda burun və boğaz ətlərinin (adenoid və badamcıqların) əməliyyat olunub-olunmaması ilə bağlıdır. Citypost.az xəbər verir ki, Mütəxəssislər bildirirlər ki, bu toxumaların böyüməsi hər zaman əməliyyat tələb etmir. Lakin bəzi hallarda onların yaratdığı fəsadlar uşağın sağlamlığına ciddi təsir göstərdiyindən cərrahi müdaxilə zəruri hesab olunur.Burun arxasında yerləşən adenoid toxumasının həddindən artıq böyüməsi uşaqlarda burun tənəffüsünün pozulmasına səbəb olur. Belə uşaqlar gündüz və gecə ağızdan nəfəs alır, yuxu zamanı xoruldayır və bəzən nəfəsin qısa müddətə dayanması ilə xarakterizə olunan gecə apnoesi halları müşahidə edilir. Uzun müddət davam edən bu vəziyyət uşağın normal inkişafına mənfi təsir göstərə...
12 İyun 2026, 08:50
Alkoqol qanda yağların miqdarını azaldırmı?
Cəmiyyətdə geniş yayılmış fikirlərdən biri də odur ki, müəyyən növ alkoqollu içkilər, xüsusilə qırmızı şərab ürək-damar sağlamlığı üçün faydalıdır və qandakı yağların səviyyəsini azaldır. Lakin mütəxəssislər bu məsələyə daha ehtiyatlı yanaşmağın vacib olduğunu bildirirlər.Citypost.az xəbər verir ki,həkimlərin sözlərinə görə, bəzi üzüm növlərindən hazırlanan qırmızı şərabın tərkibində olan maddələr yüksək sıxlıqlı lipoproteinlərin (HDL) – yəni xalq arasında “yaxşı xolesterol” adlandırılan xolesterolun səviyyəsini müəyyən qədər artıra bilər. HDL xolesterol damar divarlarında toplanan artıq yağların daşınaraq orqanizmdən uzaqlaşdırılmasına kömək etdiyi üçün ürək-damar sistemi baxımından faydalı hesab olunur.Lakin mütəxəssislər vurğulayırlar ki, bu təsir alkoqolun özü ilə deyil, əsasən üzümün tərkibində olan antioksidant maddələrlə əlaqədardır....
11 İyun 2026, 11:02
Kişilərdə sidik problemləri nədən xəbər verir?
Kişilərdə yaş artdıqca sidik ifrazı ilə bağlı müxtəlif şikayətlərə daha tez-tez rast gəlinir. Bir çox hallarda bu dəyişikliklər adi yaşlanma prosesi kimi qəbul edilsə də, əslində prostat vəzinin böyüməsi ilə əlaqəli ola bilər və diqqətdən kənarda qalmamalıdır.Citypost.az xəbər verir ki, mütəxəssislərin fikrincə, prostat böyüməsinin əsas əlamətləri sidiyə çıxmaqda çətinlik, gecə saatlarında dəfələrlə sidiyə qalxma və sidik ifrazından sonra sidik kisəsinin tam boşalmadığı hissidir. Bu şikayətlər tədricən inkişaf edir və zamanla daha da artaraq xəstənin gündəlik həyat keyfiyyətinə ciddi təsir göstərir.Prostat vəzi sidik kisəsinin altında yerləşən və sidik kanalını əhatə edən orqandır. Yaşla birlikdə onun ölçüsündə müəyyən artım müşahidə oluna bilər....
11 İyun 2026, 10:03
Dəridə yaranan ləkə və səpkilər zöhrəvi xəstəliklərin əlaməti ola bilər?
Dəridə qəfil yaranan ləkə, səpki və ya yaralar bir çox hallarda sadə allergik və ya dermatoloji problem kimi qəbul edilsə də, mütəxəssislər bəzi hallarda bu əlamətlərin cinsi yolla ötürülən infeksiyaların göstəricisi ola biləcəyini bildirirlər.Citypost.az-ın məlumatına görə, mütəxəssislərin sözlərinə görə, dəridə meydana çıxan səpkilər və ləkələr müxtəlif formalarda özünü göstərə bilər. Onların görünüşü, rəngi, ölçüsü və müşayiət olunan əlamətlər problemin səbəbi barədə ilkin məlumat verə bilir.Xüsusilə infeksion mənşəli səpkilər əksər hallarda iltihablı, axıntılı, içərisində maye və ya irin olan formada müşahidə edilir.Bəzi hallarda yaranan yaralar və ləkələr ağrısız olduğu üçün insanlar onları ciddi qəbul etmir və həkimə müraciəti gecikdirirlər. Halbuki bir...
11 İyun 2026, 08:04