Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 15 May 2026, 12:24
132
Mayın 16-da gözlənilən hava proqnozu açıqlanıb.
Bakıda və Abşeron yarımadasında hava necə olacaq?
Milli Hidrometeorologiya Xidmətindən Citypost.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 15-18° isti, gündüz 19-24° isti olacaq. Atmosfer təzyiqi 750 mm civə sütunundan 753 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 55-65 % təşkil edəcək.
Həmçinin oxuyun
Azərbaycanın rayonlarında hava necə olacaq?
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, axşam isə şərq rayonlarında bir qədər güclənəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 14-17° isti, gündüz 20-25° isti, dağlarda gecə 4-8° isti, gündüz 8-13°, bəzi yerlərdə 17° isti olacaq.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Səhiyyə Nazirliyi Cəbrayılda bölgə sakinləri üçün tibbi-humanitar aksiya keçirib
Səhiyyə Nazirliyi "Böyük Qayıdış" proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərdə tibbi xidmətlərin əlçatanlığının artırılması istiqamətində fəaliyyətini davam etdirir.Bu barədə Citypost.az-a nazirlikdən məlumat verilib.Bildirilib ki, bu gün nazirliyin Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun ixtisaslaşmış tibbi heyəti Cəbrayıl şəhərində növbəti tibbi-humanitar aksiya həyata keçirib.Səfər çərçivəsində bölgə sakinlərinə konsultativ və profilaktik tibbi xidmətlər göstərilib. Tibbi heyətin tərkibində 6 mama-ginekoloq, 1 ultrasəs müayinəsi üzrə həkim, 1 neonataloq, 1 mama və 1 tibb bacısı yer alıb....
15 May 2026, 13:51
Növbəti köç karvanı Cəbrayılın Şükürbəyli kəndinə çatıb
Növbəti köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb.Citypost.az xəbər verir ki, bu dəfə 107 ailə olmaqla 453 nəfər köçürülüb.Qeyd edək ki, Şükürbəyli kəndinə köçürülən ailələr əsasən Bakı, Biləsuvar, Abşeron, Şirvan, Sumqayıt, Hacıqabul, Mingəçevir, Beyləqan, Tərtər və Füzuli rayonlarından olan sakinlərdir. Hazırda kəndə ümumilikdə 214 ailə – 915 nəfər köçürülüb. Qalan 421 evə isə qrafikə uyğun olaraq mayın 21-dək köçün davam etdirilməsi nəzərdə tutulur....
15 May 2026, 13:42
Bakıda "Yaşıl Enerji Dəhlizi" layihəsi üzrə nazirlərin iclası keçiriləcək
Bu ilin iyun ayının son ongünlüyündə Bakıda Azərbaycanı Avropa ilə birləşdirən "Black Sea Energy" - "Yaşıl Enerji Dəhlizi" layihəsi üzrə nazirlərin iclası keçiriləcək.Citypost.az xəbər verir ki, bunu "Yaşıl Enerji Dəhlizi" Birgə Müəssisəsinin (GECO, Black Sea Energy) baş direktoru Fərhad Məmmədov sosial şəbəkə hesablarında bildirib.Onun sözlərinə görə, GECO-nun Direktorlar Şurası ötən iclasında əvvəlki sessiyadan sonra baş vermiş əsas hadisələri, o cümlədən maraqlı tərəflərlə işi, layihənin irəliləyişini və qarşıdan gələn nazirlər görüşünə hazırlıq tədbirlərini nəzərdən keçirib.Xüsusi diqqət 2027-2028-ci illərdə büdcənin planlaşdırılmasına, həmçinin Qara dənizin dibinin tədqiqinə aid texniki aspektlərə yönəldilib. Bundan əlavə, "Xlinks" və "Zhero" şirkətlərinin nümayəndələrinin iştirakı ilə layihənin həyata keçirilməsi...
15 May 2026, 13:25
Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Rafiq Cəfərovla vida mərasimi keçirilib
Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Cəfərov Rafiq Şirvan oğlu ilə Füzuli rayonunun Qayıdış qəsəbəsində vida mərasimi keçirilib.APA-nın Qarabağ bürosunun xəbərinə görə, mərasimdə rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhidin ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.Şəhidin nəşi Füzuli rayonunun İşıqlı kənd qəbiristanlığında, şəhidlər cərgəsində torpağa tapşırılacaq.Qeyd edək ki, Rafiq Şirvan oğlu Cəfərov Birinci Qarabağ müharibəsi zamanı - 1993-cü ilin iyul ayında itkin düşmüşdü. Onun şəxsiyyəti aparılan müvafiq ekspertiza nəticəsində müəyyən edilib....
15 May 2026, 13:07
Bakıda yaradılan bütün ictimai çimərliklər bu gündən mövsümə tam hazırdır
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə paytaxtın Şıx, Görədil, Novxanı, Buzovna, Pirşağı və Sahil qəsəbələrində baxımsız sahilyanı ərazilərdə yaradılan pulsuz ictimai çimərliklərdə təmizlik, abadlıq və digər hazırlıq işləri başa çatdırılıb.Citypost.az xəbər verir ki, sözügedən məkanlar 15 may tarixindən başlayan çimərlik mövsümünə tam hazır vəziyyətə gətirilib.Qeyd edilib ki, sakinlərin rahat və təhlükəsiz istirahəti üçün çimərlik ərazilərinə Fövqəladə Hallar Nazirliyinin xilasetmə məntəqələri, tələbata uyğun miqdarda kölgəliklər, soyunub-geyinmə və duş kabinələri, sanitar qovşaqlar, söhbətgahlar, oturacaqlar və şezlonqlar, zibil konteynerləri yerləşdirilib, oyun meydançaları yenilənib və istifadə üçün tam hazır vəziyyətdədir.Əlilliyi olan şəxslərə müyəssərliyin təmin edilməsi məqsədilə...
15 May 2026, 13:00
Sürpriz evlilik: Aktrisanın həyat yoldaşı bu BƏY OLDU
Milli Gənc Tamaşaçılar Teatrının aktrisası Səbinə Məmmədzadə ailə həyatı qurub.Citypost.az xəbər verir ki, aktrisa ötən həftə Murad adlı bəylə vətəndaş nikahına daxil olub və bu barədə sosial şəbəkə hesabında paylaşım edib.Aktrisa toy mərasiminin nə zaman keçiriləcəyi ilə bağlı Oxu24.com saytına açıqlamasında bildirib ki, mərasim yaxın aylarda baş tutacaq.Qeyd edək ki, Milli Gənc Tamaşaçılar Teatrının aktrisası olan Səbinə Məmmədzadə həm teatr səhnəsində, həm də müxtəlif film və teleseriallarda rol alıb....
15 May 2026, 12:41