Bizə yazın

Baku

-°C

USD

-

TƏBİB: WUF13-la bağlı 35 təcili tibbi yardım avtomobili ayrılıb 

Cəmiyyət 15 May 2026, 11:13

157

Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) ilə əlaqədar TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində xidmətlərin fasiləsiz təşkili məqsədilə zəruri hazırlıq işləri görülüb.

Citypost.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Qeyd olunub ki, tədbirin keçirildiyi müddətdə xüsusilə 4 tibb müəssisəsi, o cümlədən Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində çalışacaq.

Mümkün tibbi ehtiyaclar nəzərə alınaraq Yeni Klinikanın təcili və təxirəsalınmaz tibbi yardım, uşaq təcili və təxirəsalınmaz tibbi yardım şöbəsi, reanimasiya şöbəsi və əməliyyatxana tam hazırlıq vəziyyətinə gətirilib.

Eyni zamanda yoluxucu xəstəliklərlə bağlı Sabunçu Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Məhəmmədi Modul Tipli Xəstəxanasında, yanıq xəsarətləri üzrə Mərkəzi Neftçilər Xəstəxanasında və zəhərlənmə halları ilə bağlı Kliniki Tibbi Mərkəzdə müvafiq çarpayı fondu ayrılıb.

Tibb müəssisələrində istifadə olunacaq tibbi avadanlıq, dərman preparatları və tibbi ləvazimatlara olan ehtiyac əvvəlcədən müəyyənləşdirilərək tam təmin edilib.

Həmçinin WUF13 ilə əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi tərəfindən növbəlilik əsasında 75 briqada və 35 təcili tibbi yardım avtomobili ayrılıb.

WUF13 çərçivəsində ayrılmış hotellər və tədbirin keçirildiyi ərazilərdə təcili və təxirəsalınmaz tibbi yardım briqadaları 24/7 fəaliyyət göstərəcək. Təcili tibbi yardım xidmətinin fasiləsiz fəaliyyətinin təmin olunması məqsədilə ehtiyat nəqliyyat vasitələrinin ayrılması da nəzərdə tutulub.

Bununla yanaşı, təcili və təxirəsalınmaz tibbi yardım xidmətində iştirak edən heyət (həkim, orta tibb işçisi və sürücü) üçün təməl və təkmil həyat dəstəyi üzrə təlimlər təşkil edilib.

Eyni zamanda WUF13 Azərbaycan Əməliyyat Şirkətinin əməkdaşları və könüllüləri üçün də ilkin tibbi yardım mövzusunda təlim keçirilib. Təlim proqramları iştirakçıların fövqəladə hallarda düzgün və operativ müdaxilə bacarıqlarının artırılmasına yönəlib. Təlim zamanı iştirakçılara həyati təhlükə yaradan halların ilkin qiymətləndirilməsi, ürək-ağciyər reanimasiyasının aparılması qaydaları, qanaxmaların dayandırılması və travmalar zamanı ilkin tibbi yardımın göstərilməsi qaydaları üzrə praktiki biliklər verilib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Balakəndə gənclər üçün tədbir keçirilib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə Balakəndə tədbir keçirilib.Dövlət Xidmətindən Citypost.az-a verilən məlumata görə, Balakən Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Vətənpərvər Azərbaycan gəncliyi – Sağlam gənclik, sağlam gələcək” mövzusunda təşkil edilən görüşdə açılış nitqi ilə çıxış edən Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev belə tədbirlərin gənclərdə vətənpərvərlik hissinin artmasına müsbət təsir göstərdiyini bildirib.Tədbirdə çıxış edən Dövlət Xidmətinin Çağırışaqədərki hazırlıq idarəsinin rəisi polkovnik-leytenant Füzuli İsmayılov, İctimaiyyətlə iş və beynəlxalq əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov və Balakən rayon şöbəsinin rəisi polkovnik Ramil İsmayılov gənclərə vətənpərvərlik hissi, qalib ölkənin əsgəri olmağın üstünlükləri, sağlam həyat, təhsil möhləti, qanunvericilik və...

15 May 2026, 10:46

Politoloq: Xalqla ünsiyyət zəifləyib

Siyasi şərhçi Əziz Əlibəyli məmurların ictimai kommunikasiya və sosial media qarşısında hazırlıqsız olması ilə bağlı fikirlərini bölüşüb.Citypost.az xəbər verir ki, o, sosial şəbəkədə yazdığı açıqlamada qeyd edib ki, məmurların əksəriyyəti efir və ekran üçün hazırlıqlı deyil, ictimaiyyətlə işləmək bacarığı isə kifayət qədər zəifdir. Onun sözlərinə görə, xidmət sahələrində çalışan bir çox vəzifəli şəxslər xalqla birbaşa ünsiyyətdən uzaq düşüb.Ə.Əlibəyli son günlər sosial mediada yayılan Ümummilli Lider Heydər Əliyevin görüşlərindən görüntülərə olan ictimai reaksiyalara da toxunaraq bildirib ki, həmin videolar cəmiyyətdə müxtəlif şərhlərə səbəb olur.O vurğulayıb ki, xalqla birbaşa təmas, insanların içində olmaq və onların problemlərini dinləmək idarəetməni gücləndirən əsas amillərdəndir.Siyasi şərhçi...

15 May 2026, 10:35

Tamilla Qulami: Sosial gərginlik təhlükəli həddə çatır

Xəstəxanalardan birində icbari sığorta ilə gələnlərin növbəsində bir nəfər əsəbi, aqressiv qapını açıb, həkimə ''siz vətən oğullarına hörmət etmirsiniz, müharibədə döyüşmüş adama hörmətiniz budur?'' ifadələri səsləndirdi. Halbuki həkim yanında nə qədər ağır olanları da var idi, həkim onları müayinə edirdi ard-arda... Hətta bir qadını da qucaqlarında gətirmişdilər... İflic idi ayaqları...Cəmiyyətin ən təhlükəli problemlərindən biri də hörmət, sayğı anlayışının yanlış istiqamətə yönəldilməsidir. Xüsusilə də müharibə görmüş insanların adı üzərindən həm emosional manipulyasiya, həm də ictimai təzyiq yaratmaq artıq sosial xəstəliyə çevrilməyə başlayıb. Bir Şəhid qızı olaraq deyim ki, çox üzücü prosesdir... Dəyərlərimiz dəyərsizləşdirilir... Çox ağırdır...Qarabağ qazisinin xəstəxanada “siz vətən oğullarına hörmət...

15 May 2026, 10:34

FHN Lənkəranda yanğın-taktiki təlim keçirib 

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı ilə Lənkəran rayonunda yerləşən Konserv Zavodunda “Fövqəladə hallar zamanı davranış qaydaları və təxliyə” mövzusunda yanğın-taktiki təlim keçirilib.Bu barədə Citypost.az FHN-in mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, FHN-in müvafiq canlı qüvvə və texnikasının cəlb edildiyi təlimin keçirilməsində məqsəd zavodun kollektivinə fövqəladə hallar, o cümlədən yanğınlar zamanı davranış qaydalarının aşılanması, habelə bu kimi obyektlərdə mümkün yanğınlar zamanı yanğından mühafizə bölmələrinin fəaliyyətinin daha da təkmilləşdirilməsi olub.Təlimin nəzəri hissəsində zavodun kollektivinə fövqəladə hallar, o cümlədən yanğınlar zamanı zəruri davranış qaydaları, təxliyə tədbirləri barədə ətraflı məlumat verilib, suallar cavablandırılıb.Təlimin praktiki hissəsində şərti yanğınla əlaqədar “Həyəcan” siqnalı verildikdən sonra...

15 May 2026, 10:32

Ramin Məmmədov mayın 20-də Qusarda vətəndaşları qəbul edəcək 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun mayın 18-də Qusar rayonunda keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.Bu barədə Citypost.az-a komitədən məlumat verilib.Bildirilib ki, Ramin Məmmədov mayın 20-də Qusar, Quba, Xaçmaz, Şabran və Siyəzən rayonlarından olan vətəndaşları qəbul edəcək.Qəbul saat 10:00-da Qusar rayon Heydər Əliyev Mərkəzində (ünvan: Qusar şəhəri, M.Vəliyev küçəsi) keçiriləcək.Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinə (əlaqə vasitələri: (023) 336 22 70, (050) 689 07 26, [email protected], [email protected]) müraciət etmələri xahiş olunur....

15 May 2026, 10:16

Maldiv adalarında sualtı mağaraların tədqiqi zamanı 5 İtaliya vətəndaşı ölüb 

Maldiv adalarında sualtı mağaraların tədqiqi zamanı baş verən bədbəxt hadisə nəticəsində 5 İtaliya vətəndaşı ölüb.AFP agentliyinin xəbərinə görə, bu barədə İtaliya Xarici İşlər Nazirliyi məlumat yayıb.Məlumata görə, hadisə Maldiv adalarının Vaavu atolunda akvalanqla dalış zamanı baş verib.Dalğıclar təxminən 50 metr dərinlikdə yerləşən mağaraları araşdırmağa çalışarkən ölüblər.Ölənlər arasında dalğıc təlimatçısı, dəniz biologiyası professoru, onun qızı və Genuya Universitetinin iki gənc tədqiqatçısı da var. (APA)...

15 May 2026, 10:09