Dezodorantlar tərləməni dayandırır, yoxsa sadəcə qoxunu gizlədir?
Maraqlı 15 May 2026, 10:57
1358
Bir çox insan düşünür ki, dezodorantlar tər vəzilərini bağlayaraq tərləməni tamamilə dayandırır. Halbuki mütəxəssislərin sözlərinə görə, tərləmənin özü əslində qoxusuzdur. Tər əsasən sudan və duzdan ibarət olur.
Bəs o zaman xoşagəlməz qoxu necə yaranır?
Citypost.az xəbər verir ki, alimlər bildirirlər ki, qoltuqaltı nahiyəsində yaşayan milyonlarla bakteriya ifraz olunan təri parçalayır. Məhz bu proses nəticəsində müxtəlif qoxulu maddələr və qazlar əmələ gəlir. İnsanların hiss etdiyi pis qoxunun əsas səbəbi də bakteriyaların fəaliyyəti hesab olunur.
Mütəxəssislər qeyd edirlər ki, adi dezodorantların əsas funksiyası tərləməni tam dayandırmaq deyil, bakteriyaların çoxalmasını azaltmaq və qoxunu neytrallaşdırmaqdır.
Həmçinin oxuyun
Dezodorantların tərkibində olan xüsusi antibakterial maddələr bakteriyaları ya məhv edir, ya da onların fəaliyyətini zəiflədir.
Ekspertlərin sözlərinə görə, tərləməni azaltmaq funksiyasını daha çox “antiperspirant” adlanan məhsullar yerinə yetirir. Bu vasitələrin tərkibindəki müəyyən maddələr tər vəzilərinin fəaliyyətini müvəqqəti zəiflədərək təri azalda bilir.
Dermatoloqlar vurğulayırlar ki, tərləmə orqanizmin normal müdafiə və temperatur tənzimləmə mexanizmidir. Buna görə də tərləməni tamamilə dayandırmaq sağlam yanaşma hesab olunmur.
Mütəxəssislər həmçinin bildirirlər ki, qoltuqaltı gigiyenasına diqqət yetirmək, nəfəs alan geyimlərdən istifadə etmək və uyğun məhsul seçmək həm qoxunun, həm də dəri problemlərinin qarşısını almaqda vacib rol oynayır.
Yusif
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Havaya atəş açıldıqda nə baş verir?
Havaya doğru atəş açmaq bir çox insan tərəfindən bəzən təhlükəsiz kimi qəbul edilsə də, əslində son dərəcə riskli və ölümcül nəticələrə səbəb ola bilən davranışdır. Fiziki qanunlara əsasən, atılan güllə yalnız yuxarı qalxmaqla qalmır, müəyyən mərhələdən sonra yenidən Yerə doğru düşür.Citypost.az-ın məlumatına görə, güllə havaya atıldıqda əvvəlcə silahdan çıxış sürəti ilə yuxarı istiqamətdə hərəkət edir. Bu zaman ona iki əsas qüvvə təsir göstərir: Yer cazibə qüvvəsi və hava müqaviməti. Yer cazibəsi gülləni davamlı şəkildə aşağıya doğru çəkməyə çalışır, hava müqaviməti isə onun sürətini azaldır. Nəticədə güllə müəyyən hündürlüyə çatdıqdan sonra sürəti sıfıra yaxınlaşır və bir neçə saniyəlik “zirvə nöqtəsi”ndə dayanmış...
12 İyun 2026, 10:42
Omba sümüyü həqiqətən beton qədər möhkəmdirmi?
İnsan orqanizmi heyrətamiz quruluşa malikdir və onun ən güclü hissələrindən biri də omba nahiyəsində yerləşən sümüklərdir. Xüsusilə bud sümüyü kimi tanınan femur sümüyü insan bədəninin ən böyük, ən qalın və ən möhkəm sümüyü hesab olunur. Mütəxəssislər bildirirlər ki, bu sümük gündəlik həyat boyu bədənin ağırlığını daşıyır, hərəkəti təmin edir və tarazlığın qorunmasında mühüm rol oynayır.Citypost.az-ın məlumatına görə, Femur sümüyünün möhkəmliyi o qədər yüksəkdir ki, bəzi elmi müqayisələrdə onun müəyyən şəraitdə betondan daha çox təzyiqə davam gətirə bildiyi qeyd olunur. Bunun səbəbi sümüyün sadəcə sərt deyil, eyni zamanda elastik quruluşa malik olmasıdır. Beton yüksək təzyiqə davamlı olsa da, güclü zərbə nəticəsində...
12 İyun 2026, 09:43
Filin burnu niyə bu qədər güclüdür?
Bir çox insan dünyanın ən güclü qoxu hissinə malik heyvanının it olduğunu düşünür. Lakin elmi araşdırmalar göstərir ki, bu sahədə əsl rekordçu fillərdir. Citypost.az xəbər verir ki, mütəxəssislərin fikrincə, fillərin qoxu alma qabiliyyəti hətta itlərdən də xeyli üstündür.Bu üstünlüyün səbəbi təkcə onların uzun və böyük xortumu deyil.Əsas fərq genetik quruluşla bağlıdır. İnsanlarda təxminən 400 qoxu reseptoru geni olduğu halda, itlərdə bu göstərici 800-ə yaxın hesab edilir. Fillərdə isə qoxu ilə əlaqəli genlərin sayı 2 minə yaxın olduğu üçün onlar qoxuları son dərəcə dəqiq şəkildə ayırd edə bilirlər.Alimlər bildirirlər ki, qoxu genlərinin çoxluğu qoxunun sadəcə daha güclü hiss olunması demək deyil. Bu,...
11 İyun 2026, 11:05
Atlas güvəsinin heyrətamiz müdafiə strategiyası
Təbiətdə sağ qalmaq uğrunda mübarizə aparan canlılar bəzən olduqca maraqlı və qeyri-adi müdafiə üsullarına malik olurlar.Citypost.az-ın məlumatına görə, bu canlılardan biri də dünyanın ən böyük güvə növlərindən hesab edilən Atlas güvəsidir. İlk baxışdan adi bir kəpənəyə bənzəsə də, onun qanadlarında gizlənən sirr yırtıcıların diqqətini çəkən ən maraqlı xüsusiyyətlərdən biridir.Asiya tropik meşələrində yaşayan Atlas güvəsi qanad açıqlığı 25-30 santimetrə çata bildiyi üçün dünyanın ən iri güvələri sırasında yer alır. Lakin onu məşhur edən təkcə ölçüləri deyil. Atlas güvəsinin qanadlarının uclarında elə naxışlar var ki, uzaqdan baxdıqda zəhərli kobranın başını xatırladır.Mütəxəssislərin fikrincə, bu xüsusiyyət təbiətdə "mimikriya" adlanan müdafiə mexanizminin ən maraqlı nümunələrindən...
11 İyun 2026, 09:06
Boğazımızda sallanan kiçik çıxıntı əslində nə işə yarayır?
Bir çox insan boğazının arxa hissəsində sallanan kiçik çıxıntının nə funksiyası daşıdığını bilmir. İlk baxışda əhəmiyyətsiz görünən bu struktur əslində insan orqanizmində bir neçə vacib vəzifəni yerinə yetirir.Citypost.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, tibbdə "uvula" və ya "dilçək" adlandırılan bu orqan udma, danışıq və tənəffüs proseslərində mühüm rol oynayır. Yemək və ya maye qəbul edilərkən dilçək yumşaq damaqla birlikdə hərəkət edir və qidanın burun boşluğuna keçməsinin qarşısını alır.Bu mexanizm sayəsində qəbul edilən qida və mayelər düzgün istiqamətdə – qida borusuna yönləndirilir.Araşdırmalar göstərir ki, dilçək ağız və boğaz boşluğunun nəmliyinin qorunmasına da kömək edir. O, tüpürcəyin ağız daxilində bərabər paylanmasına...
11 İyun 2026, 08:08
Yarasalar niyə başıaşağı asılı vəziyyətdə yatır?
Təbiətin ən maraqlı canlılarından biri olan yarasaların başıaşağı asılı vəziyyətdə yatması çox insanı təəccübləndirir. İlk baxışda bu vəziyyət narahat görünə bilər. Lakin yarasalar üçün bu, həm təhlükəsizlik, həm də həyatda qalmaq baxımından olduqca vacib bir xüsusiyyətdir.Citypost.az xəbər verir ki, yarasalar digər quşlardan fərqli olaraq yerdən birbaşa havaya qalxmaqda çətinlik çəkirlər. Onların qanadları uzun məsafəli uçuş üçün ideal olsa da, yerdən güclü təkan verərək havaya qalxmağa uyğun deyil. Buna görə də yarasalar uçuşa başlamaq üçün yüksək bir nöqtədən özlərini boşluğa buraxmağa ehtiyac duyurlar. Başqa sözlə, onlar əvvəlcə düşür, sonra isə qanadlarını açaraq uçmağa başlayırlar.Məhz bu səbəbdən yarasalar mağaralarda, ağac budaqlarında, körpülərin...
10 İyun 2026, 11:15