Bizə yazın

Baku

-°C

USD

-

Binəqədinin bəzi ərazilərində fasiləsiz su rejimi tətbiq olunub

Cəmiyyət 15 May 2026, 12:22

240

Bakının Binəqədi rayonunun bəzi ərazilərində fasiləsiz su rejimi tətbiq olunub.

Citypost.az-a bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə istinadən xəbər verir.

Qeyd olunub ki, əvvəllər Binəqədi rayonu üzrə Biləcəri Yeni yaşayış massiv, 1 May qəsəbəsi, Qərb, İlqar Kərimov, Asəf Zeynallı, Tomris küçələri, Biləcəri şosesi ərazisində içməli su təchizatı qrafiklə həyata keçirilirdi.

Fasiləsiz su təminatına keçid məqsədilə mövcud sistemdə bir sıra təkmilləşdirmələr və yeniliklər həyata keçirilib. Biləcəri nasos stansiyasından keçən diametri 1 420 mm olan Kür-3 magistral su kəmərinə Oğuz-Qəbələ-Bakı su kəmərindən 700 mm diametrli yeni birləşmə vasitəsilə əlavə su həcmləri ötürülür. Bu birləşmədə Kür-3 magistral kəmərində su həcminin tənzimlənməsindən sonra qeyd olunan ərazilərə 24 saat fasiləsiz suyun verilməsi həyata keçirilib.

Hazırda 24 saat verilən su keyfiyyət və təhlükəsizlik baxımından yüksək standartlara cavab verir. Filtrasiya və təmizləmə sistemləri vasitəsilə suyun keyfiyyəti daim nəzarətdə saxlanılır. Yeni texnoloji avadanlıqlar və avtomatik idarəetmə sistemi su təchizatını fasiləsiz və etibarlı edib.

Fasiləsiz su təchizatına keçid nəticəsində Binəqədi rayonunun qeyd olunan ərazilərində 2600 abonent artıq 24 saat içməli su ilə təmin edilir.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Sürpriz evlilik: Aktrisanın həyat yoldaşı bu BƏY OLDU

Milli Gənc Tamaşaçılar Teatrının aktrisası Səbinə Məmmədzadə ailə həyatı qurub.Citypost.az xəbər verir ki, aktrisa ötən həftə Murad adlı bəylə vətəndaş nikahına daxil olub və bu barədə sosial şəbəkə hesabında paylaşım edib.Aktrisa toy mərasiminin nə zaman keçiriləcəyi ilə bağlı Oxu24.com saytına açıqlamasında bildirib ki, mərasim yaxın aylarda baş tutacaq.Qeyd edək ki, Milli Gənc Tamaşaçılar Teatrının aktrisası olan Səbinə Məmmədzadə həm teatr səhnəsində, həm də müxtəlif film və teleseriallarda rol alıb....

15 May 2026, 12:41

Prezident İlham Əliyev Qazaxıstana işgüzar səfərə gəlib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün mayın 15-də bu ölkəyə işgüzar səfərə gəlib.Citypost.az  xəbər verir ki, Qazaxıstan şəhərinin Hazret Sultan Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.Azərbaycan Prezidentini Qazaxıstanın Dövlət müşaviri Yerlan Karin, Türküstan vilayətinin akimi Nuralxan Kuşerov və digər rəsmi şəxslər qarşıladılar....

15 May 2026, 12:30

AZAL Dubay reyslərini bərpa edib 

Azərbaycan Hava Yolları (AZAL) Bakı–Dubay istiqamətində uçuşları bərpa edib.Citypost.az xəbər verir ki, bu barədə AZAL məlumat yayıb. Bildirilib ki, reyslər bu gündən etibarən yenidən həyata keçirilir və uçuşlar həftənin bütün günləri yerinə yetiriləcək. Bununla da sərnişinlər Dubai şəhərinə müntəzəm aviareyslərlə səyahət edə biləcəklər.Qeyd edək ki, Bakı–Dubay marşrutu üzrə uçuşların bərpası sərnişinlər üçün həm turizm, həm də biznes səfərləri baxımından əlavə imkanlar yaradır. AZAL-ın həftəlik müntəzəm reysləri sayəsində sərnişinlər bu istiqamətdə daha rahat səyahət edə biləcəklər....

15 May 2026, 11:46

Səhiyyə Nazirliyi WUF13-lə bağlı görülən işləri açıqlayıb 

Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının (WUF13) tibbi təminatını həyata keçirəcək tibb müəssisələrinə yerində baxış keçirilib, rəhbərlikləri ilə görüş zamanı şərait, maddi-texniki baza və heyətin ilkin hazırlığı qiymətləndirilib.Citypost.az  xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.Qeyd edilib ki, bu tibb müəssisələri Bakı Sağlamlıq Mərkəzi, Milli Oftalmologiya Mərkəzi, Mərkəzi Klinika, Liv Bona Dea, İnternational Medical Centre (Baku Medical Plazanın Babək filialı) və Məlhəm Hospitaldır.Məsələ ilə əlaqədar tibb müəssisələri tərəfindən koordinatorlar təyin edilib.Bildirilib ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyində olan bir sıra müəssisələr də, yəni Yeni Klinika, Kliniki Tibbi Mərkəz, Mərkəzi Neftçilər Xəstəxanası, Məhəmmədi Modul Tipli Xəstəxana, Respublika Təcili və...

15 May 2026, 11:27

TƏBİB: WUF13-la bağlı 35 təcili tibbi yardım avtomobili ayrılıb 

Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) ilə əlaqədar TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində xidmətlərin fasiləsiz təşkili məqsədilə zəruri hazırlıq işləri görülüb.Citypost.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.Qeyd olunub ki, tədbirin keçirildiyi müddətdə xüsusilə 4 tibb müəssisəsi, o cümlədən Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində çalışacaq.Mümkün tibbi ehtiyaclar nəzərə alınaraq Yeni Klinikanın təcili və təxirəsalınmaz tibbi yardım, uşaq təcili və təxirəsalınmaz tibbi yardım şöbəsi, reanimasiya şöbəsi və əməliyyatxana tam hazırlıq vəziyyətinə gətirilib.Eyni zamanda yoluxucu xəstəliklərlə bağlı Sabunçu Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Məhəmmədi Modul Tipli Xəstəxanasında, yanıq xəsarətləri...

15 May 2026, 11:13

Balakəndə gənclər üçün tədbir keçirilib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə Balakəndə tədbir keçirilib.Dövlət Xidmətindən Citypost.az-a verilən məlumata görə, Balakən Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Vətənpərvər Azərbaycan gəncliyi – Sağlam gənclik, sağlam gələcək” mövzusunda təşkil edilən görüşdə açılış nitqi ilə çıxış edən Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev belə tədbirlərin gənclərdə vətənpərvərlik hissinin artmasına müsbət təsir göstərdiyini bildirib.Tədbirdə çıxış edən Dövlət Xidmətinin Çağırışaqədərki hazırlıq idarəsinin rəisi polkovnik-leytenant Füzuli İsmayılov, İctimaiyyətlə iş və beynəlxalq əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov və Balakən rayon şöbəsinin rəisi polkovnik Ramil İsmayılov gənclərə vətənpərvərlik hissi, qalib ölkənin əsgəri olmağın üstünlükləri, sağlam həyat, təhsil möhləti, qanunvericilik və...

15 May 2026, 10:46