Bizə yazın

Baku

-°C

USD

-

Bakıda bu yollarda sıxlıq var

Cəmiyyət 18 May 2026, 08:35

391

Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb.

Citypost.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hal-hazırda yollardakı vəziyyət:

1. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;

2. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;

3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

4. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

5. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;

6. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

7. Aeroport şosesi, “Koroğlu” metro stansiyası istiqamətində;

8. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Hikmət Hacıyev: Qlobal şəhər gündəliyinin gələcək konturları Azərbaycanda formalaşdırılır 

Qlobal şəhər gündəliyinin gələcək konturları Azərbaycanda formalaşdırılır.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün "X" sosial media hesabında yazıb.O, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə bağlı paylaşdığı videonun üzərində yazıb:"İqlim dəyişikliklərinin təsirləri və havanın şıltaqlıqlarına baxmayaraq, WUF13 genişmiqyaslı mətbuat konfransı ilə start götürür. Qlobal şəhər gündəliyinin gələcək konturları Azərbaycanda formalaşdırılır. 40.000-dən çox iştirakçı ilə indiyədək keçirilmiş ən böyük WUF".Despite the impacts of climate change and the whims of the weather, WUF13 is kicking off with a large-scale press conference. The future contours of the global urban agenda are...

18 May 2026, 09:33

WUF13-ün ilk günü bayraq qaldırma mərasimi və Assambleya sessiyaları ilə yadda qalıb 

Mayın 17-də Bakı şəhərində təşkil olunan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) işə başlayıb.Bu barədə Citypost.az-a WUF13 Azərbaycan Əməliyyat Şirkətindən məlumat verilib.WUF13-ün ilk günündə Azərbaycanın sədrliyi ilə keçirilən və yeni təşəbbüs kimi irəli sürülən Yeni Şəhərsalma Gündəliyinə həsr olunmuş nazirlər səviyyəsində keçirilən görüşdə 100-dən çox ölkənin nümayəndələri iştirak edib. Yeni Şəhərsalma Gündəliyinin 20 illik icra müddətinin orta mərhələsinə təsadüf edən bu toplantı əldə olunmuş nəticələrin nəzərdən keçirilməsi, mövcud çətinliklərin müəyyənləşdirilməsi və növbəti mərhələyə dair istiqamətlərin müəyyən edilməsi kimi mövzuları əhatə edib.Spikerlər Azərbaycan hökumətinə göstərilən səmimi qonaqpərvərliyə, həmçinin 182 ölkədən 40 mindən artıq iştirakçını bir araya gətirən WUF13-ün Bakıda yüksək səviyyədə...

18 May 2026, 09:18

WUF13 çərçivəsində rəsmi açılış mətbuat konfransı keçirilir 

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində forumun rəsmi açılışına həsr olunmuş mətbuat konfransı keçirilir.Citypost.az xəbər verir ki, tədbir BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə baş tutur. Mətbuat konfransının moderatoru Euronews telekanalının aparıcısı Nadira Tudordur.Həmçinin konfransda UN-Habitat-ın icraçı direktoru Anaklaudia Rossbax, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13-ün milli koordinatoru Anar Quliyev, BMT-Habitat Assambleyasının prezidenti Nga Kor Minqin çıxışı nəzərdə tutulub.Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək Bakıda keçiriləcək. Forum UN-Habitat və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə təşkil olunub....

18 May 2026, 09:15

Belarus Milli Məclisinin Nümayəndələr Palatasının sədri Azərbaycana səfərə gəlib

Belarus Respublikası Milli Məclisinin Nümayəndələr Palatasının sədri İqor Sergeyenko BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak etmək məqsədilə mayın 18-də Azərbaycan Respublikasına səfərə gəlib.Citypost.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı rəsmi şəxslər qarşılayıblar.

18 May 2026, 08:00

FHN intensiv yağışlarla bağlı tədbirlər həyata keçirir 

Xəbər verildiyi kimi, ötən gecədən başlayaraq Bakıda və Abşeron yarımadasında intensiv yağışlar yağıb, düşən yağıntının miqdarı 103 mm qeydə alınıb ki, bu da aylıq normanın 523 %-ni təşkil edir.FHN Mətbuat xidmətindən  verilən məlumata görə, bununla əlaqədar, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv yağışların yaratdığı fəsadların aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülür.Belə ki, FHN-in Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətləri, Mülki müdafiə qoşunları və Bakı Regional Mərkəzi tərəfindən Bakı şəhərinin müxtəlif istiqamətlərində, Sumqayıt şəhəri və Abşeron rayonunda su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər zəruri təhlükəsizlik tədbirləri həyata keçirilir.İşlər bir sıra istiqamətlərdə...

17 May 2026, 18:35

Sabah 27 dərəcə isti olacaq - PROQNOZ 

Bakıda və Abşeron yarımadasında mayın 18-də fasilələrlə yağış yağacağı gözlənilir.Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, yarımadanın bəzi yerlərində qısamüddətli intensiv olacağı ehtimalı var. Cənub-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 14-16° isti, gündüz 18-23° isti olacaq. Atmosfer təzyiqi 752 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 65-75 % olacaq.Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.Havanın temperaturu gecə 13-16° isti, gündüz 22-27° isti, dağlarda gecə 5-10° isti, gündüz 11-16°, bəzi...

17 May 2026, 14:10