Çinin cənubunda zəlzələ baş verib, minlərlə insan təxliyə edilib
Dünya 18 May 2026, 09:00
447
Çinin Quansi Çjuan Muxtar rayonunda baş verən 5,2 bal gücündə zəlzələdən sonra 7 mindən çox insan təxliyə edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə “Nanfang Ribao” qəzeti məlumat yayıb.
Məlumata görə, üç nəfər hələ də itkin düşmüş hesab olunur.
Zəlzələ nəticəsində azı 13 yaşayış binasına ciddi ziyan dəyib. Dörd nəfər xəstəxanaya yerləşdirilib. Xilasetmə xidmətləri axtarış-xilasetmə əməliyyatlarını davam etdirir.
Həmçinin oxuyun
Çin Zəlzələ Administrasiyası zəlzələ ilə əlaqədar dördpilləli fövqəladə reaksiya sistemində üçüncü səviyyəli xəbərdarlıq rejimi elan edib. Bu sistemdə birinci səviyyə ən yüksək təhlükə dərəcəsi hesab olunur.
Zəlzələ mayın 18-nə keçən gecə baş verib. Yeraltı təkanların episentri Liuzhou şəhərinin Liunan rayonunda yerləşib. Zəlzələ ocağı 8 kilometr dərinlikdə qeydə alınıb.
Liuzhou şəhərində 4 milyondan çox insan yaşayır.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Kim Çen In Cənubi Koreya ilə sərhəddəki bölmələri gücləndirib
Şimali Koreya lideri Kim Çen In Cənubi Koreya ilə sərhəddə yerləşən ordunun ön birləşmələrinin, eləcə də digər əsas birləşmələrinin gücləndirilməsinin vacibliyini açıqlayıb.City post "Report"a istinadən xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.Kim Çen In bu açıqlamanı Koreya Xalq Ordusunun diviziya və briqada komandirləri ilə görüşdə verib. O, müharibənin qarşısının alınmasında ön cəbhə birləşmələrinin gücləndirilməsinin vacib amillərdən biri olmalı olduğunu vurğulayıb.Şimali Koreya lideri həmçinin müasir müharibənin təbiətindəki dəyişikliklər və ölkənin hərbi potensialının inkişafı nəzərə alınmaqla qoşunların təlim sistemində düzəlişlər edilməsini və praktiki təlimlərin genişləndirilməsini əmr edib.Kim Çen In qeyd edib ki, ordu bölmələri silah və hərbi...
18 May 2026, 08:47
Hantaviruslu gəmi dezinfeksiya ediləcək
Hantavirus aşkarlanan "MV Hondius" kruiz gəmisinin mayın 18-də Rotterdam limanına çatması planlaşdırılır.Citypost.az "Report"a istinadən xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.Qeyd olunub ki, Niderland hakimiyyəti gəmini dezinfeksiya etmək üçün tədbirlər, eləcə də göyərtədə qalan 25 heyət üzvü və iki tibb işçisi üçün karantin şərtləri hazırlayır.Bəzi xarici heyət üzvləri üçün artıq xüsusi karantin müəssisələri də hazırlanıb. Lakin, onların tövsiyə olunan 42 günlük təcrid müddətini orada keçirib-keçirməyəcəkləri hələlik məlum deyil.Xatırladaq ki, gəmidə ağır tənəffüs yollarının xəstəliklərinin yayılması barədə ilk dəfə Ümumdünya Səhiyyə Təşkilatına 2 mayda məlumat verilib. Gəmidə doqquz yoluxma halı qeydə alınıb, onlardan altısı laboratoriyada hantavirus infeksiyası kimi təsdiqlənib,...
18 May 2026, 08:39
İraqda daha bir İsrail hərbi bazası aşkarlanıb
İraqda daha bir İsrail hərbi bazası aşkar edilib.Bu barədə “New York Times“ qəzeti İraq və digər regional rəsmilərə istinadən məlumat yayıbQeyd edək ki, bundan əvvəl “Wall Street Journal” qəzeti də İsrailin 2025-ci ilin yayında İrana qarşı hava hücumları aparmaq üçün İraq səhrasında gizli hərbi baza qurduğu barədə məlumat yaymışdı. (APA)
18 May 2026, 08:17
Peskov institutda türk dilini necə öyrənməsindən danışıb
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov institutda təhsil aldığı dövrdə türk dilini necə öyrənməyə başladığı barədə danışıb.Citypost.az "Report"a istinadən xəbər verir ki, o, bu barədə "Birinci kanal"a müsahibəsində danışıb.Onun sözlərinə görə, bölgü sınaqlarından uğurla keçmək tələbələrə öyrənmək istədikləri dilləri özlərinin seçməsinə imkan verirdi:"Hətta ikinci dəfə mən dili özüm seçmək hüququ əldə etmək üçün lazımi miqdarda bal toplamadım. Mən ərəb dilini öyrənmək istəyirdim. Aşağı nəticələrə görə mənə cəza olaraq məcburi şəkildə türk dilini verdilər. Amma cəmi bir neçə il türk dili və bütövlükdə türkologiya ilə məşğul olduqdan sonra mən əslində başa düşdüm ki, bu çox yaxşı olub".Qeyd edək ki, Dmitri Peskov...
16 May 2026, 13:58
ABŞ İran gəmilərindəki 31 nəfəri sərbəst buraxdı
ABŞ tərəfindən ələ keçirilən İran gəmilərində olan 31 nəfər sərbəst buraxılıb. Onlardan 11-i Pakistan, 20-si isə İran vətəndaşı olub.Citypost.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Pakistanın xarici işlər naziri İshaq Dar bildirib.Xarici işlər nazirinin açıqlamasında qeyd olunur: "ABŞ tərəfindən açıq dənizdə ələ keçirilən gəmilərdə olan 31 nəfər Sinqapur vasitəsilə geri qaytarılıb. Onların hamısı sağlam və yaxşı əhval-ruhiyyədədir. Dənizçilər Sinqapurdan Banqkoka aparılıb və daha sonra İslamabada yola düşüblər. Onların 15 may axşamı Pakistan paytaxtına çatması gözlənilir. Pakistan iranlıların vətənlərinə qayıtmalarına kömək edəcək".Mayın 4-də Pakistan Xarici İşlər Nazirliyi ABŞ tərəfindən Oman körfəzində ələ keçirilən İranın "Tuska" yük gəmisindən 20-dən çox heyət...
16 May 2026, 09:31
“Telegraph”: Starmer Mançester meri xeyrinə istefa verə bilər
Böyük Britaniyanın Baş naziri Kir Starmerin istefa verərək vəzifəsini Mançester meri Endi Börnhama təhvil verə biləcəyi iddia olunur.Citypost.az AZƏRTAC xəbər verir ki, bu barədə “The Telegraph” qəzeti məlumat yayıb.Nəşrin yazdığına görə, əgər Börnham Makerfild üzrə keçiriləcək əlavə seçkilərdə qalib gələrsə, Starmer istefa məsələsini nəzərdən keçirə bilər.Qəzetin iddiasına görə, Leyborist Partiyasının aparıcı simalarından Angela Rayner və Ed Miliband, Börnham parlamentə üzv seçilərək partiya liderliyinə namizəd olacağı təqdirdə, onu dəstəkləməyə hazırdırlar....
16 May 2026, 08:55