Tural İrfan: ABŞ özünü supergüc hesab edir, lakin...
Siyasət 18 May 2026, 08:12
451
Lütf içində qəhr, qəhr içində lütf əta etmək ilahi hikmətdəndir. Dini inanca görə ilkin mənada yağış rəhmətdir. Lakin bəzən bu rəhmətin içində lənət də gələ bilir. Necə ki, Nuh tufanı da rəhmət adlandırdığımız yağışla başladı. Yaxud xəbərdarlıq, ibrət, ilahi mesaj təbiət hadisələri vasitəsilə əyan olub bəyan edilir.
İnsan bəzən hər şeyə qadir olduğunu düşünür, eqosu yerə - göyə sığmır. Amma evini sel basanda çarəsizcə boynunu bükür. Bu, ilahi mesajdır. Nüvə bombası atmadan, silah işlətmədən Yerin sahibi suyun miqdarını bir azca artırır.
ABŞ özünü supergüc hesab edir. Lakin tsunamilər, zəlzələlər qarşısında Fələstin körpələrindən daha aciz duruma düşür. Lut qövmü dövrünün bütün nailiyyətlərinə sahib idi. Dünyanın elə bir ləzzəti yox idi dadmamış olsunlar. Həmçinin bu qövm homoseksualizmin ali təntənəsini yaşayırdı. Pompey vulkanı sayaq bir püskürmə baş verdi, adamlar elə zina etdiyi pozada quruyub daşa döndülər. Bu, lütf içində qəhr idi.
İnsan həm nankor, həm də namərd, etibarsızdır. Quranda Həqq - təala bunu xüsusi eyhamla açıq şəkildə ifadə edir. Buyurur ki, insan dənizdə qərq olmaq üzrə olarkən Allaha söz verər, iman edər, peşman olar, bir daha nankorluq etməyəcəyinə dair yalvarar. Amma xilas olduqdan sonra yenə fəsad törədər, namərdlik edər...
Bəzən də birinə müsibət üz verər. Bunu haqsızlıq sanıb Allaha üsyan edər. Sonra məlum olar ki, bu müsibətin içində ilahi lütf varmış. Bu da qəhr içində lütfdür.
Kainatın nizamı, idarəsi təkcə fiziki qanunlara tabe deyil. Hikmət, yəni batini mahiyyəti və əsl səbəbi insana aydın olmayan mizan, meyarlarla ifadə və idarə olunur. Zahirən dolaşıq, qarmaqarışıq görünən bu reallıq mənəvi mahiyyəti ilə yanaşı fiziki qanunauyğunluqla çulğalaşır. Bu həqiqəti yalnız fizika qanunları ilə anlamaq, aşmaq mümkün deyildir. Təkcə fəlsəfə ilə də açmaq mümkün olmur. Çünki hadisələrin yalnız ilkin müəllifinə məxsus ssenarisi var ki, onu elmə məlum olan heç bir ölçü ilə ölçmək mümkün deyil. Pərdənin o biri üzü, hadisələrin batini yalnız ehtimallarla yozula bilir. Quran mayakı ilə yola çıxdıqda isə bunu bəsit formada izah etmək üçün Xızır və Musanın əhvalatı təqdim olunur. Quran o dövrün insanının ağıl, qavrama səviyyəsinə uyğun xitab etdiyi üçün hikmətin mahiyyətini bir əhvalatı nəql etməklə verir:
Hadisələrin alt qatı, batini mahiyyəti və səbəbləri haqda elm verilmiş Xızır Musa ilə dəniz səyahəti zamanı bir gəmini səbəbsiz yerə deşir, bir uşağı günahsız yerə öldürür və xarabalıq yerdə uçuq divarı bərpa edir. Musa haqlı olaraq ona etiraz edir. Çünki hadisələr zahiri baxımdan məsuliyyət yaradırdı və peyğəmbərlərə yaraşmayan günah əməllər idi. Fəqət Xızır sonda izah edir: kiçik gəmi kasıb yaxud yetim adamlara məxsus idi. Bölgənin hakimi müharibə tədarükünə görə bütün salamat gəmi, qayıqları sahiblərinin əlindən almaq üçün göstəriş vermişdi. Bu şəxslərin malının əldən çıxmaması üçün Xızır bu əməlini belə izah etdi. Uşaq da böyüyüb yer üzündə böyük fəsad törədəcəyi, hətta valideynlərini də azdıracağı üçün öldürüldü. Bərpa edilən hasarın isə bir neçə yetim uşağa məxsus olan ərazi olduğunu izah edir. Çünki orada ata-babalarından qalma xəzinə dəfn olunub, uşaqlar böyüyüb ona sahib olana qədər qorunması vacib idi...
Hətta baş verən hadisələr təkcə bir gizli hikmətə dayanmır, iç-içə, bir-birinə bağlı şəkildə bir neçə səbəbə əsaslanır. İnsan isə bu səbəb-hikmətlərin heç birinə agah deyil. Yalnız zahiri görüntüsünə görə qiymət verir, məsuliyyət tətbiq edir.
Tural İrfan
Milli Cəbhə Partiyası sədrinin müavini, siyasi şərhçi
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Sabiq nazir ermənilərin yazdığı şərhlərə cavab verdi
Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov sosial şəbəkə hesabında Ermənistan tərəfdən ünvanlanan şərhlərə cavab olaraq geniş açıqlama yayıb.Citypost.az xəbər verir ki, O, erməni şərhçilərdən birinə cavabında bildirib:“Artur Osipyan “Mənə elə gəlir ki, siz müzakirənin mövzusunu dəyişmək istəyirsiniz.Əgər mənim süni intellektə istinad edən ilkin paylaşımıma baxsanız, aydın görünür ki, mən oxucuların diqqətini 1920–1989-cu illər ərzində Azərbaycan SSR və Ermənistan SSR arasında inzibati sərhədlərin dəyişmə dinamikasına yönəltmək istəyirəm. Çünki sərhədlərin müəyyənləşdirilməsi üçün əsas kimi Alma-Ata Bəyannaməsi təklif olunur (orada “mövcud sərhədlər”dən bəhs edilir).Bizim aramızda isə 1989-cu ildən sonra de-fakto və de-yure sərhədlər mövcud olmayıb. Çünki Ermənistan parlamenti müstəqillik bəyannaməsi və Konstitusiyaya...
18 May 2026, 10:33
Yusuf Tekinay: İlham Əliyevin bu çağırışı həm də gənc nəsilin qarşısında mühüm vəzifələr qoyur
Məlum olduğu kimi Azərbaycan Prezidenti İlham Əliyev andiçmə mərasimində “Bizim ailəmiz Türk dünyasıdır” fikrini səsləndirmişdi. Bu dəfə isə Türkistanda keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının Qeyri-rəsmi Zirvə görüşündə Prezident İlham Əliyev bəyan edib ki, ailəmiz olan Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilməlidir. Bu çağırış türk dünyasında geniş əks-səda doğurub.Öz növbəsində mövzu ilə bağlı Citypost.az-a açıqlama verən Şimali Kiprdə fəaliyyət göstərən Gənc İş İnsanları Dərnəyinin (GİAD) sədri Yusuf Tekinay öncə onu deyib ki, cənab Prezident İlham Əliyevin “Bizim ailəmiz Türk dünyasıdır” ifadəsi çox güclü və dərin məna daşıyan mesajdır: “Çünki “ailə” anlayışı yalnız siyasi yaxınlığı deyil, eyni...
18 May 2026, 09:28
Fərid Əkbərli: “Bakıda keçirilən forum ölkənin nüfuzunu göstərir”
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası Bakıda keçirilir. Dünyada ən mühüm urbanizasiya platformalarından biri sayılan bu forum, şəhərlərin gələcəyi ilə bağlı qlobal müzakirələrə ev sahibliyi edir. Tədbir Azərbaycanın beynəlxalq ictimaiyyətlə inteqrasiyasının növbəti təzahürü kimi dəyərləndirilir.Naxçıvandan olan mədəniyyət işçisi və ictimai fəal Fərid Əkbərli BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Azərbaycanda keçirilməsinin əhəmiyyətini yüksək qiymətləndirib.Oxu24.com-a açıqlama verən Fərid Əkbərlinin sözlərinə görə, belə beynəlxalq tədbirlərin Bakıda təşkil olunması ölkənin beynəlxalq arenada mövqeyinin və nüfuzunun bariz göstəricisidir.İctimai fəal vurğulayıb ki, forum çərçivəsində şəhərlərin inkişafı, dayanıqlı yaşayış, urbanizasiya və ictimai iştirakçılıq kimi mühüm mövzular müzakirəyə çıxarılır. Onun fikrincə, bu cür beynəlxalq platformalar müxtəlif ölkələrdən...
17 May 2026, 19:34
Vüqar Rəhimzadə: Bakı qlobal şəhərsalma mərkəzinə çevriləcək
Azərbaycan COP29 tədbirindən sonra iştirakçılarının sayına görə ikinci böyük və qlobal əhəmiyyətə malik tədbirə ev sahibliyi edəcək. Artıq hazırlıq işləri yüksək səviyyədə həyata keçirilib. Paytaxt Bakımız 180 ölkədən 32 mindən çox iştirakçını bir araya gətirib “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) ev sahibliyinə hazırdır.Dövlət başçısı İlham Əliyev mayın 12-də Bakı Olimpiya Stadionunun ərazisində keçiriləcək tədbirlə bağlı görülən işlərlə tanış oldu. Qeyd olundu ki, tədbir məkanı Bakı Olimpiya Stadionu və onun ətrafında formalaşdırılan ümumi əməliyyat əhatə dairəsi üzrə 53 hektar təşkil edir. Bunun 43 hektarı əsas...
15 May 2026, 17:44
İlham Əliyev: Qlobal geosiyasi şəraitdə Orta Dəhlizin əhəmiyyəti daha da artır.
Türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığımız genişlənir.APA-nın Türküstana ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Qazaxıstanın Türküstan şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxışı zamanı bildirib.“Cari qlobal geosiyasi şəraitdə Orta Dəhlizin əhəmiyyəti daha da artır. Reallaşmaqda olan Zəngəzur dəhlizi Orta Dəhlizin əsas seqmentlərindən birinə çevriləcək”, - dövlət başçısı qeyd edib.
15 May 2026, 15:39
Zaur İbrahimli: ABŞ və Çin dünyanı bölə bilmədi
ABŞ və Çin arasında keçirilən Pekin danışıqları tərəflər arasında ciddi razılaşma ilə nəticələnməyib. Görünən odur ki, Çin istədiklərini əldə edə bilmədiyi üçün tərəflər arasında rəqabət daha da güclənəcək.Citypost.az xəbər verir ki, bu fikirləri politoloq Zaur İbrahimli sosial şəbəkə hesabında paylaşdığı qısa açıqlamada bildirib.Politoloqun sözlərinə görə, ABŞ və Çin bundan sonra bir-birini birbaşa hərbi əməliyyatlara keçmədən geosiyasi, iqtisadi və strateji müstəvidə üstələməyə çalışacaqlar.“Pekin Tayvansız dünyanı bölmək istəmir”, – deyə Z.İbrahimli vurğulayıb.Ekspert hesab edir ki, Pekin görüşləri iki ölkə arasında münasibətlərin yumşalmasına deyil, daha sərt rəqabət mərhələsinə keçidə səbəb olacaq.Əli...
15 May 2026, 10:30