Azərbaycanda minimum maaş bu qədər olacaq
Cəmiyyət 16 May 2026, 22:28
315
Xəbər verildiyi kimi, mayın 12-də Azərbaycanda hökumət, biznes və zəhmətkeşlər arasında ənənəvi illik saziş imzalanıb.
Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Sahibkarlar Konfederasiyası arasında 2026-2028-ci illar üzrə, yəni 3 illik müddətə Baş Kollektiv Saziş imzalanıb.
CityPost.az Fed.az-a istinadən xəbər verir ki, sözügedən saziş ənənəvidir, adı çəkilən qurumlar belə sazişləri hər 3 ildən bir imzalayır və bu daha çox simvolik sənəd olmaqla daha çox tərəflərin niyyətlərini göstərir. Təsadüfi deyil ki, bundan əvvəlki baş sazişlərdə də göstərilən tədbirlərin əksəriyyəti həllini tapmayıb və ya yarımçıq yerinə yetirilib.
Sadəcə son illər iqtisadi canlanmanın aktivlənməsi, dövlətin qeyri-neft sektorunu inkişaf etdirməsi və biznesə dəstək üzrə addımları indiki sənədə daha ciddi yanaşılacağı ilə bağlı ümidlər yaradır.
Biznes və maliyyə xəbərləri portalı bunu nəzərə alaraq sənəddəki bəzi maraqlı məqamları oxucular, xüsusilə də kiçik və orta biznes nümaynədələri üçün ayraca izah edilir.
Hələliksə, Baş Kollektiv Sazişdə qeyd edilən tədbirlərdən biri barədə daha geniş məlumatı təqdim edirik. Sənəddə əmək haqqının artımı, daha dəqiqi əmək haqqının hesablanması ilə bağlı yeni mexanizmlərin yaradılması nəzərdə tutulur. Belə ki, «Əməyin ödənilməsi, əhalinin gəlirləri və həyat səviyyəsi» adlanan hisəsində göstərilir ki, tərəflər minimum saatlıq əmək haqqı tətbiq edilməsinə nail olmaq niyyətindədirlər. Eləcə də, eləcə də minimum əmək haqqı məbləğinin mərhələlərlə artırılması istiqamətində işləri davam etdirmək və minimum əmək haqqının ölkə üzrə orta əmək haqqına nisbətinin Avropa Sosial Xartiyasının tələblərinə uyğunlaşdırılması istiqamətində səylər göstərmək nəzərdə tutulur.
Başqa sözlə, sənədə əsasən minimum əmək haqqının Avropa Sosial Xartiyasının tələblərinə uyğunlaşdırılması üçün səylər göstəriləcək.
Bəs Avropa Sosiao Xartiyasında minimum əmək haqqı ilə bağlı hansı tələb var? Avropa Sosial Xartiyası işçilərin ədalətli əməkhaqqı hüququnu təmin etmək üçün konkret iqtisadi meyarlar müəyyən edir. Bu sənəd Avropa Şurası tərəfindən qəbul edilib və dövlətlərin üzərinə sosial öhdəliklər qoyur. Xartiyanın "Ədalətli mükafatlandırma hüququ" hissəsində göstərilir ki, əsas tələb 60% qaydasıdır. Yəni tələbə əsasən ölkədə minimum əsək haqqı orta aylıq əmək haqqının 60%-nə çatdırılmalıdır. Başqa sözlə, hər il orta əmək haqqıartdıqca, minimum əmək haqqı da artmalı və bu paritet qorunmalıdır. Özü də burada söhbət netto məbləğdən, yəni əmək haqqının xalis məbləğindən gedir.
Doğrudur, Xartiyaya əsasən, bəzi hallarda, yəni sosial müavinətlərin güclü olduğu, verginin isə aşağı olduğu ölkələrdə bu nisbət 50% ola bilər, amma bundan az olmamalıdır.
Həmçinin oxuyun
Bu qaydanın tətbiqi Azərbaycan üçün nə deməkdir?
Məlum olduğu kimi, hazırda Azərbaycanda minimum əsək haqqı 400 manat, orta aylıq əmək haqqı isə 1151 manat (aprel 2026-ya olan vəziyyət) təşkil edir. Əgər orta aylıq əmək haqqının bu səviyyəsinə Avropa Sosial Xartiyası tətbiq edilsə, ölkədə minimum əmək haqqı 1151 manatın 60%-i həcmində, yəni 691 manat olmalıdır. Bu indiki səviyyədən 291 manat və ya 73% artıqdır.
Dövlət qurumlarının və sahəvi rəsmi şəxslərin tez-tez səsləndirdiyi rəqəmə istinad etsək, hazırda ölkədə minimum əmsək haqqının artımı birbaşa olaraq 700 min nəfərə şamil edilə bilər. Bundan başqa, xüsusilə bölgələrdə işləyənlərin böyük hissəsi minimum əmək haqqına yaxın məbləğdə maaş alır.
Bu mənada minimum əmək haqqını artması milyona yaxın dövlət və özəl sektorda çalışan insanın maaşının artmasına səbəb ola bilər. Təqribi hesablamalara baxsaq, bu aylıq maaş fondunun 200 milyon manat, illik isə təqribən 2,5 milyard manat böyüməsi deməkdir. Bu indikindən azı 10% artıqdır, və həmin səviyyəyə çatmaq böyük vəsait tələb edir.
Məhz buna görə də, Baş Kollektiv sazişdə minimum əmək haqqının Avropa xartiyasının tələblərinə "uyğunlaşdırılması" deyil, daha ehtiyatlı ifadə - «buna səylərin göstəriləcəyi» barədə öhdəlik götürülür. Sazişi imzalayan 3 dəfərdən 2-si – hökumət və biznes burada öhdəliyi maliyyələşdirən tərəflərdir və maşların artırılması məhz onların xərcinin artırılması deməkdir. Hazırda iqtisadi vəziyyəti, xüsusilə də dünyada neftin qiymətinin azalmasını (İran münaqişəsinin fonunda neftin 100 dolların üzərində olması müvəqqətidir – FED.az), eləcə də ölkədə neft hasilatının tədricə nazalmasını, büdcə üçün fərqli sahələrdən davamlı gəlir mənbələrinin hələ tam formalaşmamasını nəzərə alsaq, hələlik hökumətin minimum əmək haqqı ilə bağlı ciddi planlar quracağı inandırıcı deyil. Təsadüfi deyil ki, son illər ərzində ilk dəfə olaraq 2026-cı ilin əvvəlində minimum əmək haqqının artması baş vermədi və bu təəccüblü olmadı.
Ona görə də Baş Kolelktiv Sazişdə nəzərdə tutulmasına baxmayaraq həmin addımın yaxın vaxtlarda reallaşması sual altındadır. Yeri gəlmişkən, Avropanın özündə də heç də bütün ölkələr 60% qaydasına əməkl eləmirlər. Məsələn, bəzi ölkələr, o cümlədən Fransa və Portuqaliya bu standartı qorumağa çalışsa da, Şərqi Avropa və MDB ölkələrində bu nisbət adətən 35-45% civarında dəyişir – Azərbaycanda da hazırda bu rəqəm 35%-dir. Sazişdəki «mərhələli artım» ifadəsi isə o deməkdir ki, dövlət 60%-lik hədəfə birdən-birə deyil, bir neçə il ərzində bu çatmağı öhdəsinə götürür.
Yeri gəlmişkən, Avropa Sosial Xartiyasının əmək haqqı ilə bağlı tələbləri bununla bitmir. Məsələn, Xartiya tələb edir ki, minimum əməkhaqqı sadəcə insanın bioloji mövcudluğu (yemək və sığınacaq) deyil, onun cəmiyyətə inteqrasiyasını, mədəni ehtiyaclarını və ailə üzvlərinin saxlanmasını təmin edəcək səviyyədə olmalıdır. Digər tələb budur ki, minimum əməkhaqqı daim yenilənməlidir, yəni inflyasiya və yaşayış minimumu ilə uzlaşdırılmalı, mütəmadi olaraq (adətən ildə bir dəfə) indeksləşdirilməlidir ki, həmin məbləğin alıcılıq qabiliyyəti aşağı düşməsin.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Sabahın hava proqnozu açıqlanıb, yağış və dolu
Mayın 17-də gözlənilən hava şəraiti açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən Citypost.az verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək.Havanın temperaturu gecə 14-16° isti, gündüz 17-21° isti olacaq.Atmosfer təzyiqi 752 mm civə sütunu, nisbi rütubət isə 75-80 % təşkil edəcək.Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.Havanın temperaturu gecə 13-16° isti, gündüz 21-26° isti, dağlarda gecə 4-9° isti, gündüz 12-17°, bəzi yerlərdə...
16 May 2026, 13:32
Mayın 18-də Dəmiryol Muzeyinə giriş sərbəst olacaq
18 May - Beynəlxalq Muzeylər Günü münasibətilə Azərbaycan Dəmiryol Muzeyində "Açıq qapı" günü keçiriləcək."Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) Citypost.az-a verilən məlumata görə, ziyarətçiləri Azərbaycanın dəmir yollarının tarixi ilə tanış olmağa, keçmişlə bu gün arasında qurulan yolu birlikdə kəşf etməyə dəvət edirik.Məlumatda bildirilir ki, muzeyə giriş sərbəstdir.Qeyd edək ki, bu il “Muzeylər bölünmüş dünyanı birləşdirir” mövzusu ilə qeyd olunan Beynəlxalq Muzeylər Günü mədəniyyətin insanları bir araya gətirən gücünü ön plana çıxarır....
16 May 2026, 13:26
Azərbaycan və UN-Habitat WUF13 standartlarının gələcəkdə tətbiqi ilə bağlı Niyyət Məktubu imzalayıb
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) arasında WUF13 Bakı standartlarına əsasən gələcəkdə keçiriləcək Ümumdünya Şəhərsalma Forumun sessiyalarına ev sahibliyi üzrə əməliyyat təlimatının birgə hazırlanmasında əməkdaşlıq etmək məqsədilə Niyyət Məktubu imzalanıb.Citypost.az xəbər verir ki, mərasim Azərbaycan Prezidenti İlham Əliyevin mayın 16-da BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbaxı qəbulundan sonra baş tutub.Sənədi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax imzalayıblar.Bildirilib ki, gələcək sessiyalara ev sahibliyi edəcək tərəflərə qərarqəbuletmə prosesinə dəstək olmaq üçün nəzərdə tutulan sənəd Bakıda keçirilən WUF13-ün uğurlu hazırlıq mərhələsinə əsaslanmaqla növbəti tədbirlərin operativ səmərəliliyini...
16 May 2026, 13:16
WUF13-də 182 ölkədən 40 mindən çox iştirakçı qeydiyyatdan keçib
Bu günədək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) 182 ölkədən 40 mindən çox iştirakçı qeydiyyatdan keçib.Bu barədə WUF13 Azərbaycan Əməliyyat Şirkəti məlumat yayıb."Bu güclü qlobal reaksiya WUF13 ətrafında artan marağı, həmçinin daha təhlükəsiz, inklüziv və dayanıqlı şəhərlərin və icmaların formalaşdırılmasına yönəlmiş ortaq öhdəliyi əks etdirir. Bakı dünyanı qarşılamağa hazırdır", - məlumatda vurğulanıb.Qeyd edək ki, WUF13 mayın 17-22-də Bakıda keçiriləcək. Forum Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə sıx əməkdaşlığı çərçivəsində keçirilir və dayanıqlı şəhərsalma, "ağıllı şəhərlər" və innovativ şəhər həlləri sahəsində beynəlxalq təcrübə mübadiləsinə yönəlib....
16 May 2026, 13:04
Prezident İlham Əliyev BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunu qəbul edib
Prezident İlham Əliyev mayın 16-da BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbaxı qəbul edib."Report" xəbər verir ki, Anaklaudia Rossbax Bakıda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası ilə bağlı gördüyü işlərin onda dərin təəssürat hissi yaratdığını deyərək, bu mötəbər tədbirin təşkili ilə əlaqədar Azərbaycanın tətbiq etdiyi innovativ yanaşmaları alqışladığını vurğuladı, onların sessiyanın daha məzmunlu keçirilməsinə zəmin yaratdığını qeyd etdi.Bütün bunlara görə Azərbaycan tərəfinə minnətdarlıq edən qonaq ölkənin bu tədbirə möhtəşəm ev sahibliyi edəcəyinə əminliyini bildirdi.Anaklaudia Rossbax COP29-un Azərbaycanda yüksək səviyyədə keçirildiyini xatırladaraq, bunun ardınca ölkədə WUF13 kimi tədbirin təşkilinin önəminə toxundu. O, COP və WUF-un BMT sistemində ən böyük tədbirlər...
16 May 2026, 13:03
Yanvar-aprel aylarında 139,3 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Məşğulluq Agentliyi bu ilin yanvar-aprel aylarında 139,3 min şəxsi aktiv məşğulluq tədbirləri ilə əhatə edib.Bu barədə Citypost.az ƏƏSMN-dən məlumat verilib.Bildirilib ki, onlardan 52 min şəxs münasib işlərlə təmin olunub, 254 şəxs kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına cəlb edilib.5,6 min nəfər şəxs üçün peşə hazırlığı kursları təşkil olunub, 81,5 min şəxsə isə peşəyönümü xidmətlər göstərilib....
16 May 2026, 12:38