Bizə yazın

Baku

-°C

USD

-

WUF13-ün ilk günü bayraq qaldırma mərasimi və Assambleya sessiyaları ilə yadda qalıb 

Cəmiyyət 18 May 2026, 09:18

341

Mayın 17-də Bakı şəhərində təşkil olunan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) işə başlayıb.

Bu barədə Citypost.az-a WUF13 Azərbaycan Əməliyyat Şirkətindən məlumat verilib.

WUF13-ün ilk günündə Azərbaycanın sədrliyi ilə keçirilən və yeni təşəbbüs kimi irəli sürülən Yeni Şəhərsalma Gündəliyinə həsr olunmuş nazirlər səviyyəsində keçirilən görüşdə 100-dən çox ölkənin nümayəndələri iştirak edib. Yeni Şəhərsalma Gündəliyinin 20 illik icra müddətinin orta mərhələsinə təsadüf edən bu toplantı əldə olunmuş nəticələrin nəzərdən keçirilməsi, mövcud çətinliklərin müəyyənləşdirilməsi və növbəti mərhələyə dair istiqamətlərin müəyyən edilməsi kimi mövzuları əhatə edib.

Spikerlər Azərbaycan hökumətinə göstərilən səmimi qonaqpərvərliyə, həmçinin 182 ölkədən 40 mindən artıq iştirakçını bir araya gətirən WUF13-ün Bakıda yüksək səviyyədə təşkilinə görə minnətdarlıqlarını ifadə ediblər. Eyni zamanda, onlar layiqli mənzil təminatı və dayanıqlı şəhərsalma sahəsində beynəlxalq əməkdaşlığın təşviqi məqsədilə bu mühüm platformanın yaradılmasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyini, eləcə də UN-Habitat və təşkilatın icraçı direktoru Anaklaudia Rossbaxın səylərini yüksək qiymətləndiriblər.

Çıxışlarda əsas vurğulanan məqamlardan biri mənzil məsələsinin ayrı-ayrılıqda deyil, digər sahələrlə əlaqəli şəkildə həll olunmasının vacibliyi olub. Spikerlər mənzil siyasətinin torpaq idarəçiliyi, infrastruktur, nəqliyyat, xidmətlər, məşğulluq, ictimai məkanlar, iqlim fəaliyyəti və yerli iqtisadi inkişafla əlaqələndirilməsinin əhəmiyyətini qeyd ediblər. Həmçinin, ikinci dərəcəli şəhərlərin, kiçik yaşayış məntəqələrinin, şəhər-kənd əlaqələrinin və balanslı ərazi inkişafının dəstəklənməsini nəzərdə tutan daha inteqrə olunmuş və məkan əsaslı yanaşmalara çağırış edilib. Görüş Sədrin Xülasəsi sənədinin qəbulu ilə başa çatıb.

Spikerlər müharibə, münaqişə və fəlakətlərin şəhərlərə, mənzil fonduna, infrastruktura və əsas xidmətlərə təsirini, eləcə də bunun yaratdığı məcburi köçkünlük və humanitar problemləri diqqətə çatdırıblar. Nümayəndə heyətləri postmünaqişə dövründə yenidənqurma və bərpa proseslərinin əhəmiyyətini də vurğulayıblar. Azərbaycanın postmünaqişə bərpa təcrübəsi müsbət nümunə kimi dəyərləndirilib və oxşar vəziyyətlərdə tətbiq oluna biləcək model kimi qeyd edilib.

Bu günün ən diqqətçəkən və simvolik hadisələrindən biri Birləşmiş Millətlər Təşkilatının və Azərbaycan Respublikasının dövlət bayraqlarının qaldırılması mərasimi olub. Mərasimdə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri və WUF13-ün milli koordinatoru Anar Quliyev və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax iştirak ediblər.

Forumun ilk günü həmçinin fərqli mövzularda keçirilən Assambleyaların birgə açılış sessiyaları ilə yadda qalıb. Sözügedən Assambleya sessiyaları sırasında Qadınlar Assambleyası, Yerli və regional hökumətlərin ümumdünya Assambleyası, İcma birliklərinin və vətəndaş cəmiyyəti təşkilatlarının Assambleyası eləcə də Biznes Assambleyası yer alıb.

Keçirilən əlavə tədbirlər sırasında BMT-nin Məskunlaşma Proqramı, Qlobal Su Operatorların Tərəfdaşlıq Alyansı (GWOPA) və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin birgə təşkil etdiyi “Global Water Operators’ Partnerships Alliance” Assambleyası da yer alır. Hər iki ildən bir keçirilən GWOPA Assambleyası ilk dəfə Ümumdünya Şəhərsalma Forumu çərçivəsində təşkil olunub.

Qeyd edək ki, 17–22 may tarixlərində “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusu altında keçirilən WUF13 tədbiri minlərlə iştirakçını, o cümlədən dövlət və hökumət başçılarını, nazirlərini, merləri, biznes nümayəndələrini, akademik dairələri və vətəndaş cəmiyyəti təmsilçilərini bir araya gətirir.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Vəkildən Bakı infrastrukturuna çağırış

Tanınmış hüquqşünas Fərhad Mehdiyev “Şəhərsalma həftəsi” çərçivəsində Bakı və ətraf ərazilərin infrastruktur problemləri ilə bağlı təkliflə çıxış edib.Citypost.az xəbər verir ki, sosial şəbəkə hesabında paylaşdığı hüquqşünas fikirlərində bildirib ki, Bakı şəhərində yağış suları zamanı yığılan nöqtələr müəyyən edilməli və maksimum 100 kritik ərazi üzrə yağış sularının axıdılması üçün xüsusi tullantı xətləri çəkilməlidir. Onun sözlərinə görə, bu sistem vasitəsilə su birbaşa Xəzər dənizinə yönləndirilə bilər.Hüquqşünas qeyd edib ki, layihənin icrası 2–3 il çəkə bilər, lakin uzunmüddətli və qalıcı həll ola bilər.Fərhad Mehdiyev həmçinin Bakıdan kənar ərazilərlə bağlı da təklif irəli sürərək bildirib ki, yol və elektrik xətləri çəkilməzdən əvvəl iki ayrı...

18 May 2026, 10:38

Elşad Eyvazlı: Çox kədərli halımız var

Modern.az İnformasiya Agentliyinin baş direktoru Elşad Eyvazlı sosial şəbəkələrdə artan aqressiv davranışlarla bağlı narahatlığını ifadə edib.Citypost.az xəbər verir ki, sosial şəbəkə hesabında paylaşdığı fikirlərdə jurnalist bildirib ki, virtual platformalar getdikcə “canavar vəhşətinə” çevrilir. Elşad Eyvazlının sözlərinə görə, ən narahatedici məqam isə bu aqressiyanın yalnız savadsız insanlar arasında deyil, savadlı və düşünən şəxslər arasında da yayılmasıdır.Media rəhbəri qeyd edib ki, sosial şəbəkələrdə insanlar bir-birinə qarşı amansız davranır, qarşı tərəfi “parçalamağa” çalışırlar. O hesab edir ki, anlayış və empatiya hissi getdikcə yox olur, aqressiya isə adi davranış formasına çevrilir.Elşad Eyvazlı paylaşımında insanların bu qədər hissiz və sərt olmasına inanmaq istəmədiyini də vurğulayıb....

18 May 2026, 10:16

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib 

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə 23 və 24 mayda Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə reyslər təyin edib.Bu barədə Citypost.az-a səhmdar cəmiyyətindən bildirilib.Vurğulanıb ki, sərnişinlər sözügedən reyslərə biletləri 10 % endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə edə bilərlər.

18 May 2026, 10:12

Azərbaycanda "İnsan Hüquqları Aylığı" elan edilib 

Azərbaycanda "İnsan Hüquqları Aylığı" elan edilib.Citypost.az  xəbər verir ki, bununla bağlı İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) müraciət ünvanlayıb.Qeyd edilib ki, aylıq 18 may-18 iyun tarixlərini əhatə edəcək.Ombudsman xatırladıb ki, 18 iyun Azərbaycanda İnsan Hüquqları Günü kimi qeyd edilir:"Aylığın başlıca məqsədi insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlərin, ölkəmizin qoşulduğu beynəlxalq müqavilələrin, Dayanıqlı İnkişaf Məqsədlərinin, qüvvədə olan qanunvericilik aktlarının, o cümlədən dövlət proqramları, strategiyalar, milli fəaliyyət planları, konsepsiyalar və digər strateji sənədlərin icrasının səmərəliliyinin artırılmasıdır. Eyni zamanda, ayrı-seçkilik, erkən evlilik, zorakılıq, narkomaniya və korrupsiya kimi neqativ hallara qarşı mübarizəni gücləndirmək, cəmiyyətdə hüquqi düşüncə və hüquq mədəniyyətini inkişaf etdirmək, insan...

18 May 2026, 10:10

Elman Eldaroğlu: Müasir yazıçılara heyifim gəlir

Jurnalist Elman Eldaroğlu sovet dövrünün təhsil sistemi ilə müasir tədris üsullarını müqayisə edərək, bu günkü ədəbiyyat mühitində yazıçı və şairlərin yetərincə tanıdılmamasından narazılığını ifadə edib.Citypost.az xəbər verir ki, jurnalist bildirib ki, sovet dönəmində məktəblərdə tətbiq olunan tədris sistemi şagirdlərə dövrün tanınmış şair və yazıçılarını daha dərindən aşılaya bilirdi. Jurnalistin sözlərinə görə, həmin dövrdə “sinifdənxaric oxu” proqramları və dərsliklər vasitəsilə Mirzə Ələkbər Sabir, Mikayıl Müşfiq, Səməd Vurğun, Abdulla Şaiq, Mirzə İbrahimov, Süleyman Rüstəm və İlyas Əfəndiyev kimi ədiblər geniş şəkildə təbliğ olunurdu.Elman Eldaroğlu hesab edir ki, müasir dövrdə də istedadlı şair və yazıçılar kifayət qədərdir. Lakin o, indiki təhsil və tədris...

18 May 2026, 10:01

Hikmət Hacıyev: Qlobal şəhər gündəliyinin gələcək konturları Azərbaycanda formalaşdırılır 

Qlobal şəhər gündəliyinin gələcək konturları Azərbaycanda formalaşdırılır.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün "X" sosial media hesabında yazıb.O, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə bağlı paylaşdığı videonun üzərində yazıb:"İqlim dəyişikliklərinin təsirləri və havanın şıltaqlıqlarına baxmayaraq, WUF13 genişmiqyaslı mətbuat konfransı ilə start götürür. Qlobal şəhər gündəliyinin gələcək konturları Azərbaycanda formalaşdırılır. 40.000-dən çox iştirakçı ilə indiyədək keçirilmiş ən böyük WUF".Despite the impacts of climate change and the whims of the weather, WUF13 is kicking off with a large-scale press conference. The future contours of the global urban agenda are...

18 May 2026, 09:33