Bizə yazın

Baku

-°C

USD

-

Bakının üç rayonunun elektrik xəttlərində yenidənqurma işləri aparılacaq

Cəmiyyət 22 May 2026, 09:18

258

Bu gün Yasamal, Xəzər və Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarələrinin (RETSİ) ərazilərində təmir və yenidənqurma işləri həyata keçiriləcək.

Bu barədə Citypost.az-a "Azərişıq" ASC-dən məlumat verilib.

Bildirilib ki, Yasamalda yerləşən Transformator Məntəqəsində (TM) aparılacaq təmir işləri ilə əlaqədar saat 10:00-dan 14:00-dək Hüseyn Cavid prospektinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Xəzər rayonunda elektrik xəttlərini əhatə edəcək yenidənqurma işlərinə əsasən, fasilə saat 10:00-dan 16:00-dək Mərdəkan qəsəbəsi Mirzə Ələkbər Sabir, Məmməd Səid Ordubadi, Ramin Qasımov küçələrinin bəzi ərazilərinə tətbiq olunacaq.

Həmçinin Suraxanıda 110/35/10 kV-luq "Əhmədli" yarımstansiyasından qidalanan TM-də görüləcək iməclik işləri nəticəsində saat 10:00-dan 13:00-dək Yeni Günəşli qəsəbəsi D massivi Surxay Noçuyev küçəsinin bir hissəsində elektrik enerjisinin verilişi dayandırılacaq.

Təmir işləri yekunlaşdıqdan sonra həmin yaşayış məntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Tural İrfan: “Qadının evdə oturması üçün əvvəlcə sosial təminat olmalıdır”

Milli Cəbhə Partiyası sədrinin müavini, siyasi şərhçi Tural İrfan professor Kamal Abdullanın qadınların evdə oturub övladlarına baxmasının daha yaxşı olması ilə bağlı fikirlərinə münasibət bildirib.Citypost.az xəbər verir ki, Tural İrfan qeyd edib ki, qadının evdə oturaraq övladlarına baxması üçün ilk növbədə ailənin sosial rifahı təmin olunmalıdır. Onun sözlərinə görə, bunun üçün ailə başçısının normal maaşı, uşaqlara verilən sosial dəstək və yaşlı nəslin layiqli pensiyası olmalıdır.Siyasi şərhçi bildirib ki, qadınların ağır şəraitdə işləməyə məcbur qalmasının əsas səbəbi iqtisadi çətinliklərdir:“Əgər ailənin dolanışığı təmin olunsa, ərzaq məhsullarının qiyməti münasib olsa, heç bir qadın küçə süpürmək, bazarda soğan satmaq, qışın soyuğunda müxtəlif ağır işlərdə...

22 May 2026, 09:45

Azərbaycanlı zəvvarların növbəti qrupu Məkkə şəhərinə çatıb

Sonuncu zəvvarlardan ibarət qruplar Məkkə şəhərinə çatıb.Bu barədə APA-ya Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.O deyib ki, yeddinci, yəni son zəvvar təyyarəsi Məkkə şəhərinə çatıb.Vüsal Cahangiri qeyd edib ki, Qurban bayramından iki gün öncə böyük həcc ziyarəti başlayacaq.Xatırladaq ki, ümumilikdə 1150 nəfər Həcc ziyarətinə getmək üçün qeydiyyatdan keçib.

22 May 2026, 08:35

Bakıda bu yollarda tıxac var

Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb.Citypost.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.Hal-hazırda yollardakı vəziyyət:1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;2. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;3. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;4. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;5. Aeroport şosesi, “Koroğlu” metro stansiyası istiqamətində;6. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq müşahidə olunur....

22 May 2026, 08:18

Muslim Qazimi: 2030-cu ilə qədər İraqın ümumi əhalisi 50 milyonu keçəcək 

2030-cu ilə qədər İraqın ümumi əhalisi 50 milyonu keçəcək və bu halda münasib qiymətə mənzil təminatına, şəhərlərin dözümlülüyünə (dayanıqlılığına), həmçinin irs sahələrinin və mədəni irs obyektlərinin qorunmasına böyük tələbat yaranacaq.AZƏRTAC xəbər verir ki, bunu BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində "İraqın Ərbil şəhəri üçün İnteqrasiya olunmuş İrs və Əlverişli Mənzil Çərçivəsi 2050" mövzusunda keçirilən sessiyada BMT-nin Məskunlaşma Proqramının İraq üzrə rəhbəri Muslim Qazimi deyib.Onun sözlərinə görə, İraqda çoxlu sayda tarixi məkanlarla qarşılaşmaq mümkündür: “Məhz buna görə də İraq irs sahələrinin, eləcə də mədəniyyətinin qorunması və mühafizə edilməsinə olduqca həssas yanaşır : "Bu dəfə hədəf seçdiyimiz Ərbil şəhərinə gəldikdə...

21 May 2026, 17:58

Məhəmməd Salah karyerasını Türkiyədə davam etdirə bilər  

Bu yay "Liverpul"la yollarını ayıracaq Məhəmməd Salahın karyerasını yüksək səviyyədə davam etdirmək istədiyi və bu istiqamətdə "Fənərbağça" variantının gündəmə gəldiyi iddia olunur.Oxu.Az "Team Talk" nəşrinə istinadən xəbər verir ki, İstanbul təmsilçisi misirli ulduzun transferi üçün artıq ilk təmasları qurub.Tərəflər arasındakı danışıqların müsbət məcrada inkişaf etdiyi və bu proses çərçivəsində Salaha qeyri-rəsmi təklifin təqdim olunduğu bildirilir.Məşhur hücumçunun Avropada çıxışını davam etdirmək məqsədilə illik təqribən 12-13 milyon avro civarında maaşla razılaşmağa hazır olduğu qeyd olunub.Bütün bu proseslərin fonunda Məhəmməd Salahın gələcək karyerasını Türkiyədə davam etdirmə ehtimalının xeyli gücləndiyi vurğulanır....

21 May 2026, 17:31

Sadır Japarov Azərbaycan Prezidentini təbrik edib

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.Citypost.az xəbər verir ki, təbrikdə deyilir:“Hörmətli İlham Heydər oğlu.Qırğız Respublikasının xalqı adından və şəxsən öz adımdan Sizi Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.Azərbaycan Respublikası Sizin müdrik rəhbərliyinizlə dinamik inkişafını davam etdirir və dünya birliyində layiqli yer tutub.Tam əminəm ki, Qırğızıstan ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətləri qardaş xalqlarımızın rifahı naminə bundan sonra da inkişaf edəcək.Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və rifah, qardaş Azərbaycan xalqına isə sülh və tərəqqi arzulayıram”....

21 May 2026, 17:15